ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   11   12   13   14   15   16   17   18   19

 

79 


məhbuba nisbət versə, [bu işin] cəbr olduğu xəyala gəlir, 

əgər  şərtlərə  və  səbəblərə nisbət versə, [bu işin] qədər 

olduğu sanılır. Amma, əgər diqqətlə araşdırılsa, nə 

mütləq cəbr, nə  də mütləq qədər olur. Bu həmin (İmam 

Sadiq (ə) söylədiyi) kəlamdır ki, demişlər: “Nə  cəbrdir, 

nə də qədər, məsələ bu ikisinin arasında olandır.”

1

 

Deməli insan özünü [onun] özünə aid olan işlərdə 



qüdrət sahibi bilməlidir.  Əlbəttə bu qüdrətini vasitə  və 

alətlərdə  dəxaləti olan fail kimi yox, vasitə  və alət 

mənziləsində görməlidir. 

Həqiqətdə, biri failə aid olan, digəri vasitəyə aid olan o 

iki e`tibar müttəhid olurlar və  hər ikisi faildən 

qaynaqlanırlar və eyni halda vasitənin rolu da nəzərdə 

tutulur. 

Əlbəttə bu olduqca dəqiq bir məsələdir və  təfəkkür 

qüvvəsini yetərincə çalışdırmadan onu həll etmək olmaz. 

Kim bu mərtəbəyə çatmış olsa, yəqin olaraq bilir ki, 

bütün mövcudatın təqdiri Allahın  əlindədir və baş 

verəcək hər bir işi xüsusi vaxtda, xüsusi şərait, alətlər və 

səbəblərlə icad edir. Ona görə  də  mətləbə çatmaqda 

tələsikliyi və  ya  onun  dəf` olmasında ləngiməyi təsirli 

bilmir, özünü də vasitələrdən, səbəb və  şərtlərdən biri 

kimi görür. Beləliklə, dünya işlərinə ürək bağlamaqdan 

xilas olur və özünə aid olan işlərdə ciddi səy göstərir. 

Həqiqətdə bu mə`nanı  təsəvvür edir: “(Ya Peyğəmbər!) 

Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?”

2

 



Belə olan halda həmin adam mütəvəkkillər sırasında 

yer tutar. Bu ayə onun və onun  kimiləri haqqında nazil 

                                                                                                       

olaraq hər iki ifrat tərəfdən fərqli olan orta həddi qəbul edir və bu 

məsələdəki nəzərini sonda İmam Sadiqin (əs) dilindən sitat gətirərək 

açıqlamaqla şiə məktəbinin nəzərini ortaya qoymuş olur. 

1

 “Bihar”, c. 4, səh. 197. 



2

 “Zümər”, 36. 

 

80

olmuşdur: “...Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! 



Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”

1

 



 

İkinci fəsil 

Riza  

Allah-taala riza barəsində buyurur: “Bu sizin əlinizdən 

çıxana kədərlənməməyiniz və sizə verilənə  də sevinib 

qürrələnməməyiniz üçündür...”

2

 

“Riza”, razılıq mə`nasındadır. Bu, [Allahın işlərinə 



nisbətdə] məhəbbətin səmərəsi və istər zahirdə, istər 

batində, istər dildə  və istərsə  də  əməldə inkarın 

olmamasının nəticəsidir. “Nəzər əhli”nin

3

 istəyi odur ki, 



Allah onlardan razı olsun ki, Allahın qəzəbindən və 

əzabından amanda olsunlar, amma “Həqiqət  əhli”nin

4

 

istəyi odur ki, onlar Allahdan razı olsunlar, ölüm və 



həyat, bəqa və  fəna,  əziyyət və rahatlıq, xoşbəxtlik və 

bədbəxtlik, sərvət və fəqirlik kimi müxtəlif hallardan heç 

biri onların təbinə müxalif olmasın və birini digərindən 

üstün bilməsinlər, çünki bilirlər ki, bu halların hamısı 

Allah-taala tərəfindəndir və Allah-taalanın məhəbbəti 

onların qəlbində möhkəm yer tutmuşdur. Beləliklə, 

Onun iradə  və muradından artıq bir şey istəməzlər

qarşılaşdıqları hər bir hadisəyə razı olarlar. 



Riza haqqında alimlərin söylədikləri 

Alimlərdən biri haqqında belə nəql edirlər ki, yetmiş il 

                                                 

1

 “Ali-İmran”, 159. 



2

 “Hədid”, 23. 

3

  Nəzər  əhli  −  Məntiq və  dəlil  əhli,  əql  əhli.  Filosoflar nəzərdə 



tutulur. 

4

  Həqiqət  əhli  −  Həqiqət  əhli zahir əhlinin müqabilində olar. Batin 



əhli də demişlər. Məqsəd Allah əhli olanlardır. 


 

81 


ömür sürdü, bu yetmiş il müddətində bircə  dəfə  də 

demədi ki, “Ey kaş belə olmayaydı, elə olmayaydı.” 

Alimlərdən birindən soruşurlar ki, özündə rizanın nə 

təsirini gördün? Dedi: “Rizanın heç qoxusu da burnuma 

dəymədi, bununla belə  əgər mənim zatımdan körpü 

düzəldib cəhənnəmin üzərində yerləşdirsələr və bütün 

xəlayiqi axırıncı  nəfərinə kimi onun üstündən keçirib 

cənnətə yola salsalar və  məni təkcə  cəhənnəmə daxil 

etsələr,  əsla mənim ürəyimdə nisgil qalmaz ki, niyə 

başqalarının payının  əksinə olaraq mənim payıma bu 

düşdü!” 

Kimin ki, ürəyində dediyimiz müxtəlif halların bərabər 

olması (halı, baxışı) möhkəm yer tutsa, onun muradı 

həqiqətdə baş vermiş  həmin  şeydir. Ona görə  də 

demişlər: “Kimə  nə vermişlərsə, (onun ləyaqətinə görə) 

ona verilməli olan elə  həmin  şeydir (haqqıdır).” Allahın 

bəndədən razılığı o vaxt hasil olur ki, bəndənin Allahdan 

razılığı hasil olmuş olsun. 

“...Allah onlardan, onlar da Allahdan razıdırlar...”

1

 



Belə olan halda, madam ki, bir kəs varlıq dünyasının 

işlərindən birinə  –  hər nə olmuş-olsun  –  e`tiraz etsə və 

ya zehninə  gətirsə  və ya mümkündür yadına salsın  –  

[həmin adam] riza mərtəbəsindən binəsib olar. 

Riza mərtəbəsinə yiyələnmiş kəs həmişə rahatlıq içində 

olar,  –  istər ona [olması] gərəkən və [olması] 

gərəkməyən  şey olmasın. Həqiqətdə onun [olması] 

gərəkən və [olması] gərəkməyən  şeylərinin hamısı 

gərəkən olar:  

“Allahın rizası isə [bunların hamısından] daha 

böyükdür...”

2

 



                                                 

1

 “Maidə”, 119. 



2

 “Tövbə”, 72. 

 

82

Buna görə 



də behiştin qapıçısını “Rizvan” 

adlandırmışlar və demişlər “Riza Allahın böyük 

qapısıdır”. Çünki riza məqamına çatan kəs behiştə 

çatacaqdır və baxdığı  hər bir şeyə Allahın rəhmət nuru 

ilə baxacaqdır, necə ki, buyurublar: “Mö`min Allahın 

nuru ilə baxar.”

1

 

Çünki Allah-taala bütün varlıqları var edəndir və  əgər 



[aləmdəki] işlərdən birini bəyənməsə, həmin işin vücuda 

gəlməsi qeyri-mümkündür. [Beləliklə]  əgər insanın 

nəzərində heç bir iş  bəyənilməz olmazsa, [onda] onların 

hamısından razı olar; nə əldən çıxmış bir şeyə qəmgin, nə 

də ələ gətirdiyi bir şeyə şad olar.  

“Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”

2

 

 Üçüncü fəsil 



Təslim 

Allah-taala təslim barəsində buyurur: “Amma xeyr! (Ya 

Rəsulum) Rəbbinə and olsun ki, onlar öz aralarında baş 

verən ixtilaflarda səni hakim (münsif) tə`yin etməyincə 

və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan 

sənə tam bir itaətlə  təslim olmayınca, (həqiqi surətdə) 

iman gətirmiş olmazlar.

3

 



“Təslim” lüğətdə yenidən geri qaytarmaq 

mə`nasındadır, amma burada təslim deyəndə  məqsəd 

odur ki, Salik özünə nisbət verdiyi hər bir şeyi Allaha 

tapşırsın. Bu təvəkkül mərtəbəsindən yuxarıdadır, çünki 

təvəkküldə insan işi Allaha tapşırır və  həmin işə Allahı 

vəkil tutur; deməli insan özünün o işlə  əlaqəsinin 

[üzülmədiyini] yerində qaldığını görür, amma təslimdə 

                                                 

1

 “Bihar”, c. 32, səh. 238, bab 4, rəvayət 190. 



2

 “Loğman”, 17. 

3

 “Nisa”, 65. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə