ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

 53 

zehniyyəti, yə`ni təfəkkürü – ki, ayrıca fəsildə zikr olunacaq 

– ələ gətirməyə çalışmalıdır. 

 

İkinci fəsil 



Təfəkkür 

Allah-taala təfəkkür barəsində buyurur: “Məgər onlar öz-

özlərində Allahın göyləri, yeri və onların arasındakıları 

ancaq haqq-ədalətlə  və müəyyən bir müddət üçün 

yaratdığını düşünmürlərmi?”

1

  Hərçənd “təfəkkür” üçün 



çoxlu mə`nalar söyləmişlər, amma onların hamısının 

xülasəsi bir cümlədə öz əksini tapır və o da budur ki: 

Təfəkkür, yə`ni insaniyyət batininin məbdədən məqsədə 

doğru seyri və alimlərin istilahında “nəzər” də bu 

mə`nadadır. Heç kəs seyr etmədən nöqsan mərtəbəsindən 

kamal mərtəbəsinə yetişə bilməz. Buna görə  də demişlər: 

“İlkin vacib, təfəkkür və  nəzərdir”. Qur`ani-məciddə  də 

təfəkkürə  təşviq edən ayələr çoxdur, onların hamısını 

[burada] saymaq mümkün deyil. Misal olaraq: “Həqiqətən, 

bunda (bu yaradılışda) təfəkkür edən bir qövm üçün 

ibrətlər vardır!”

2

 



Hədisdə deyilir: “Bir saatlıq düşüncə  və  təfəkkür yetmiş 

illik ibadətdən üstündür.”

3

 

Onu da deyək ki, seyrin məbdəsi, yə`ni haqqa doğru 



hərəkətin başlanğıc yeri varlıq aləmi və insanın vücududur. 

Və  seyr  bu  mə`nadadır ki, afaqi və  ənfusi ayələr,

4

  yə`ni 


                                                 

1

 “Rum”, 8. 



2

 “Rum”, 21. 

3

 “Bihar”, c. 69, səh. 293, bab 37, rəvayət 23. 



4

 Afaqi və  ənfusi ayələr. Afaq, üfüq kəlməsinin cəm halı olub üfüqlər 

deməkdir.  Ənfus, nəfs kəlməsinin cəm forması olub nəfslər deməkdir. Seyrü-

süluk yolunun müqəddimələrindən biri də afaqi və  ənfusi seyrdir. Qur`ani-

 54

varlıq aləminin hər zərrəsinin zərrəsində  və insanın 



vücudunda tapılan hikmətlər onları Yaradanın  əzəmət və 

kamalına bir nişanə olsun ki, bununla da ilahinin başlanğıc 

nuru hər bir zərrədə müşahidə edilsin: “Onun (Qur`anın) 

haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz 

qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, (varlıq 

aləmində) həm də onların öz vücudunda mütləq 

göstərəcəyik...”

1

 



Ondan sonra aydın olur ki, Allahın müqəddəs vücudu 

Ondan qeyri hər bir şeyə və bu minvalla varlıq aləminin hər 

bir zərrəsində Onun zühurunun təcəllisinə  şəhadət və 

nəzarət edir: (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər  şeyə 

şahid olması kifayət deyilmi?!”

2

 



“Afaq ayələri” –mövcudatın (Allahdan qeyri hər bir şey) 

həqiqi dərkindən və  bəşərin gücü həddində onların hər 

birinin vücudunun fəlsəfi anlamından ibarətdir. Bu dərk, 

asimanlar, ulduzlar, səma cisimlərinin hərəkəti, vəziyyəti 

və miqdarı, onların ölçüsü və  təsirləri haqqında bəhs edən 

astronomiya elmi yolu ilə, həmçinin ünsürlərin tərkibi, 

malik olduqları keyfiyyət və surətləri  əsasında təsir və  əks 

təsirlərindən, ünsürlərin hasil olmasının keyfiyyətindən, 

bərk cisimlərin (mə`dən filizləri), bitkilərin, heyvanların 

tərkibindən bəhs edən təbiətşünaslıq elmi yolu ilə  və eləcə 

də göy və yer mövcudatını, başlanğıc hərəkətini, tə`sir və 

əks tə`sirlərini, onların xüsusiyyət və müştərək yönləri və 

ədəd, riyaziyyat elmi və onlara aid bölmələr kimi elmləri 

öyrənmək yolu ilə ələ gəlir. Bunların hamısının dərki “afaq 

                                                                                                            

kərimin Fussilət surəsinin 53-cü ayəsindən  əxz edilmiş ürfani bir göstərişdir. 

Afaq dedikdə bütün xarici aləm (varlıq aləmi),  ənfus dedikdə isə insanın 

vücudu nəzərdə tutulur. 

1

 “Fussilət”, 53. 



2

 “Fussilət”, 53. 




 55 

ayələri” adlandırılır. 

Və amma “ənfus ayələri” təşrih elmi (fiziologiya və 

psixologiya) vasitəsilə cismin və ruhun (fiziki və psixoloji) 

dərkindən ibarətdir.  İnsan cismi sümüklər,  əzələlər, sinir 

sistemi və damarlar kimi tək (sadə) üzvlərə, əmr verib, əmr 

alan üzvlər kimi mürəkkəb üzvlərə malikdir ki, onların hər 

biri [müxtəlif]alət və vasitələrə, qüvvələrə, xüsusi 

vəzifələrə, sağlamlıq və  xəstəlik kimi halətlərə yiyəlik 

edirlər. Həmçinin insan ruhu cismlə  əlaqədə  təsir və  əks 

təsirlərə, nöqsan və kamala, dünya və axirətə nisbətdə 

xoşbəxtliyə  və  bədbəxtliyə malikdir. Bunların hamısının 

dərki “ənfus ayələri” adlandırılır. Bura qədər dediklərimiz 

seyrin başlanğıcıdır və öndə gələn “təfəkkür” afaq və ənfus 

ayələrinin dərkindən ibarətdir. Amma kamalın  ən ali 

mərtəbəsinə yetişməkdən ibarət olan seyrin sonu və 

məqsədi haqqında axırıncı  fəsil və bablarda söhbət 

açacağıq. 



Üçüncü fəsil 

Xof və hüzn 

Allah-taala xof və hüzn haqqında buyurur: “Əgər 

mö`minsinizsə, Məndən qorxun!”

1

 



Üləma [xov və hüznün fərqi barədə] demişdir: “Hüzn 

əldən çıxmış bir şeyə nisbətdə olan qəm-qüssədir. Xof 

gözlənilən bir şeyə nisbətdə olan qorxudur.” 

Deməli “hüzn”, baş vermiş  və qayıtması qeyri-mümkün 

olan acı bir hadisəyə nisbətdə  və ya bir fürsətin, ya da 

düzəlməsi mümkün olmayan yaxşı bir işin əldən çıxmasına 

nisbətdə [yaranan] qəlbi narahatçılıqdan ibarətdir. Və 

                                                 

1

 “Ali-İmran”, 175. 



 56

amma “xof”, baş verməsi gözlənilən və onu yaradacaq 

amillərin ortaya çıxması mümkün olan acı bir hadisəyə 

nisbətdə  və ya yaxşı bir işin  əldən çıxmasına görə ki, 

sonradan düzəlməsi mümkün deyil – olan nigarançılığa 

nisbətdə keçirilən qəlbi narahatçılıqdan ibarətdir. Beləliklə, 

əgər belə bir işin yaranmasına səbəb olacaq amillərin üzə 

çıxması  qəti  olsa    və ya yaranmasına böyük bir ehtimal 

verilirsə bunu “məkruh intizar” adlandırırlar. Bu intizar 

ağır narahatçılıqlara səbəb olacaqdır. Amma belə bir işin 

baş vermə amilləri qəti olması və ancaq onun yarana bilmə 

fikri narahatçılığa səbəb olsa onun səbəbi “malixuliya”dır.

1

 

Və amma saliklərin “xof” və “hüznü” faydasız olmaz, 



çünki hüzn əgər günaha batmaq, ya itaətdən və ibadətdən 

uzaq düşmüş ömürün hədərə getməsi və ya seyri-süluku və 

kamalı  tərk etmək üzündən olsa, belə hüzn insanın tövbə 

etməyə qərar çıxarmasına səbəb olacaqdır. 

Xof  əgər günaha batmaq, nöqsana düçar olmaq və 

yaxşıların dərəcəsinə çata bilməmək üzündən olsa, yaxşı 

işlər görməkdə  sə`y etməyə, kamal yolunda irəliyə can 

atmağa səbəb olacaqdır. 

“Allah öz bəndələrini bununla qorxudur.”

2

  



Seyri-süluk məqamında xofu və hüznü olmayan kəs, ürəyi 

daşlaşmış, qəsavət basmış adamdır. 

                                                 

1

 Malixuliya − Malixulaya − Melanxoliya. Yunan mənşəli söz kimi ərəb 



dilinə daxil olmuşdur. Orta əsrlər təbabətində (psixologiyada) bir növ psixoloji 

xəstəlik kimi göstərilir. Qara ödün çoxluğundan  əmələ  gələn qəm-qüssəyə 

deyirdilər. Qüssəyə dalmaq, iştəhasızlıq, sayıqlama, könül naxoşluğu, 

qarabasma malixuliyanın  əsas  əlamətlərindən sayılır. Məhəmməd Yusif 

Şirvaninin “Tibbnamə” əsərində deyilir: “Maxulaya dediyimiz bir buxardır ki, 

buluda bənzər və bulud dəxi günəşi necə qablar isə, bu dəxi insanın qəlbini 

qablayıb və əqlini zayil edib, hər nə gərəksə yabanə söylədər.” 

Nəsirəddin Tusi də burada yersiz fikri narahatçılığı malixuliyanın 

əlaməti kimi göstərmişdir. 

2

 “Zümər”, 16. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə