ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

 43 

camaatın e`tina etmədiyi bütün zəiflərdir (onlar!) əgər 

Allaha and versələr, Allah dualarını qəbul edər.”

1

 



O Həzrətə (s) deyəndə ki: “Bətha və  Məkkə torpaqları 

qızıl ilə doludur, əgər istəyirsənsə  sənə verək.” Cavabında 

buyurdu: “Xeyr! [Bəlkə belə yaxşıdır ki,] bir gün ac oluram, 

ehtiyac  əlimi Sənə uzadıram və bir gün tox oluram Sənə 

şükür edirəm.”

2

 



 

Dördüncü fəsil 

Riyazət 

Allah-taala riyazət barəsində buyurur: “Amma kim 

(qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş 

və  nəfsinin istəyini (şəhvət) boğmuşsa, həqiqətən, onun 

yurdu cənnətdir!”

3

 



“Riyazət”in lüğəvi mə`nası heyvanı ram etmək, onu 

xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin verdiyi 

bütün buyruqlara onu adət etdirməkdir. Bizim də burda 

məqsədimiz riyazət dedikdə, heyvani nəfsin

4

  şəhvət və 



                                                 

1

 “Bihar”, c. 77, səh. 93, rəvayət 2. 



2

 “Bihar”, c. 72, səh. 64, rəvayət 13. 

3

 “Naziat”, 40-41. 



4

 Nəfs − Məfhumundan asılı olaraq müxtəlif mə`nalarda işlənir: 

1. Hər kəsin və ya hər bir şeyin zatı. 

2. Ruh, zehin. 

3. Öz. 

Hər bir şəxsin özü.  



4. Qədim fəlsəfədə  təbii cisimdə (maddə) həyatı  və  hərəkəti yaradan 

müstəqil cövhər. Nəfsin tərifində demişlər: 

“Mücərrəd bir cövhər olub zatında maddəyə ehtiyacı yoxdur, amma 

fe`ldə maddəyə ehtiyacı olar. Cənabəzi nəfsin irfani məfhumu haqqında deyir: 

“Nəfsin həqiqəti elmin vasitəsilə idrak olunmaz, vicdanla tanınmaz. Nəfs 

mütləq vücuddan ibarət olub nəfsin nöqsanları vasitəsilə pərdələnmişdir. 

Əbulqasim Qüşeyri deyir: “Bir şeyin nəfsi, yə`ni o şeyin vücudu 

deməkdir. Amma mə`rifət  əhli yanında nəfs deyildikdə vücud nəzərdə 

 44

qəzəb qüvvəsində  və bu iki qüvvəyə aid olan şeylərdən 



itaətinə mane olmaq və [həmçinin] natiqə  nəfsin

1

 heyvani 



qüvvəyə, mal toplamaq, vəzifəyə olan hərislik və bu 

hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, 

qəzəb, kin, həsəd, fisq, şər işlərdə batıb qalmaq və 

xoşagəlməz adətlər kimi əxlaqi rəzilətlərə və əməllərə tabe 

olmağının qarşısını almaqdır. 

Və  həmçinin, riyazət dedikdə  məqsədimiz, mümkün 

kamala çatmaq yolunda nəfsin,  əql və  əməldən itaətini 

adətə çevirməkdir. Və amma şəhvət qüvvəsinə tabe olan 

nəfsə “bəhimi” deyərlər, qəzəb qüvvəsinə tabe olan nəfs 

“səbu`i” deyərlər və  əxlaqi rəzilətləri özündə adətə 

çevirmiş nəfsi “şeytani” adlandırarlar. 

Allah Qur`anda bu üç nəfsi “əmmarə 

nəfs”

2

 



adlandırmışdır. [Əlbəttə]  əgər bu rəzilətlər nəfsdə sabit 

olmuş olsa,  amma əgər sabit olmasa və ya hərdən insanda 

gah xeyirə, gah da şərə  təmayül etsə  və ya xeyirə meyilli 

olub,  şərə meyillilikdən peşman olsa və özünü danlasa, o 

nəfsə “ləvvamə nəfs”

3

 demişdir. 



Və amma əqlə tabe olub xeyir tələbini özündə adətə 

                                                                                                            

tutulmur. Məqsəd bir kəsin pislənilən sifətləri, məzəmmətedici  əxlaqı  və 

əməlləridir.” Ariflərə görə nəfs ruhun zindanı, dünya isə nəfsin zindanıdır. 

Burada Nəsirəddin Tusi mə`rifət əhlinin, ariflərin nəzərindən çıxış edir, 

nəfsi salikin ali məqsədə çatması yolunda əngəl olan əsas maneələrdən biri 

sayır. 

1

 Natiqə nəfs − Qədim fəlsəfədə buna insani nəfs, aqilə nəfs, mələki nəfs 



də demişlər. Nitq (şüur) insanı heyvandan ayıran başlıca xüsusiyyət kimi 

götürülür. Nitq qüvvəsi insan əqlinin və danışmasının  əsas mənşəyi hesab 

edilir. 

Burada  əqlin hakim kəsildiyi, digər heyvani qüvvələri özünə tabe 

etdirən nəfs nəzərdə tutulur. 

2

  Əmmarə  nəfs  − Qur`ani-kərimin 12-ci surəsinin 53-cü ayəsindən 



götürülmüşdür. 

3

  Ləvvamə  nəfs  − Qur`ani-kərimin 75-ci surəsinin 2-ci ayəsindən 



götülürmüşdür. 


 45 

çevirmiş nəfsi “mütməinnə nəfs”

1

 adlandırmışdır. 



Riyazətdə insanın hədəfi 

Riyazətdə insanın qərəzi üç şeydir: 

1. Haqqa qovuşmaq yolunda zahiri və batini maneələrin 

aradan qaldırılması; 

2. Kamalın tələbi məqsədilə heyvani nəfsin  əməli  əql 

qarşısında müti edilməsi; 

3. Mümkün kamala çatmaq məqsədilə ilahi feyzin qəbulu 

yolunda insani nəfsin sabitliyə adət etdirilməsi; 

 

Beşinci fəsil 

Mühasibə və müraqibə 

Allah-taala mühasibə 

və müraqibə haqqında 

buyurur:”Göylərdə  və yerdə  nə varsa, (hamısı) Allaha 

məxsusdur. Siz ürəyinizdə olanı zahirə  çıxarsanız da 

çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab 

çəkər.”

2

 



“Mühasibə” lüğətdə kiminləsə hesablaşmaq və 

“müraqibə” (bir şeyi qoruyaraq, əmanət olaraq) saxlamaq 

mə`nasındadır. Mühasibə dedikdə bizim məqsədimiz 

budur ki, insan itaətini və günahını hesab etsin, görsün 

hansı daha çoxdur. Əgər itaəti çox olsa, baxıb görsün 

itaətinin günahdan çox olması Allahın onun haqqında lütf 

etdiyi ne`mətlərə nisbətdə nə qədərdir. İnsanın vücudunun 

özü elə bir ne`mətdir ki, onun əzalarının yaradılışında 

saysız hikmətlər gizlənmişdir; belə ki, təşrih elminin 

                                                 

1

 Mütməinnə  nəfs  − Qur`ani-kərimin 89-cu surəsinin 27-ci ayəsindən 



götürülmüşdür. 

2

 “Bəqərə”, 284. 



 46

alimləri öz fəhmləri və elmləri tutumunda neçə-neçə 

kitablarda onu şərh etmişlər. [Amma buna baxmayaraq] 

dəryadan bir qətrəni belə başa düşə bilməmişlər. [İnsanın 

vücuduna diqqətlə  nəzər salsaq] nəbati və heyvani nəfs 

qüvvələrində çoxlu faydaların mövcud olduğunu 

görəcəyik, [insanın ruhuna nəzər salsaq] Allahın onu, 

mə`qulatı

1

  və elmləri öz zatı ilə necə  də  dərk edən, 



məhsusatı

2

 necə  fəhm edən olaraq yaratdığını müşahidə 



edəcəyik,  ə`za və qüvvələrini idarə edə bilməsi üçün 

ixtiyarında alətlər qoyduğuna  şahid olacağıq. Həmçinin 

[Allah] ilk yaradılışdan insanın ruzisini müəyyən, onun 

inkişaf və bəslənməsi vasitələrini həm yuxarı aləmdən, həm 

də bu dünyadan hazır etmişdir. 

Belə olan surətdə  əgər [günahına nisbətdə  ağır gələn] 

itaətini Allahın bütün bu ne`mətləri və digər sayagəlməz 

ne`mətlərilə müqayisə etsə, bütün hallarda özünün təqsirli 

olduğunu görəcəkdir. Necə ki, Allah buyurmuşdur: 

“Əgər Allahın ne`mətlərini sayacaq olsanız, sayıb qurtara 

bilməzsiniz.”

3

 



Və amma, əgər onun itaəti və günahı bir həddə, bərabər 

olsa, bilməlidir ki, bu ne`mətlərin müqabilində heç bir 

bəndəlik etməmişdir və [belə olan halda] öz təqsirini aşkar 

görəcəkdir. 

Və amma, əgər günahı itaətindən çox olmuş olsa.., vay 

halına! 


Yenə vay halına! Buna görə  də kamalın tələbində olan 

əgər özü ilə bu cür mühasibəni aparsa, onda itaətdən başqa 

bir  şey olmayacaqdır. Və baxmayaraq ki, ancaq itaət edir 

                                                 

1

 Əql vasitəsilə dərk olunanlar. 



2

 Hiss üzvləri vasitəsilə dərk olunanlar. 

3

 “İbrahim”, 34. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə