ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   2   3   4   5   6   7   8   9   ...   19

 23 

BİRİNCİ

 

BAB 

 

 



 

 

 



 

Hərəkətin başlanğıcı  və bu səfər (hərəkətin müyəssər 

olması) üçün lazım olan azuqə, yol tədarükü. Bu altı şeyə 

şamil olur və biz onun hər birini ayrıca fəsillərdə 

aşağıdakı şəkildə göstəririk: 

 – Birinci fəsil: İman 

 – İkinci fəsil: Səbat 

 – Üçüncü fəsil: Niyyət 

 – Dördüncü fəsil: Sidq 

 – Beşinci fəsil: İnabət 

 – Altıncı fəsil: İxlas 

 24


Birinci fəsil 

İman 

Allah-taala buyurur: “İman gətirib imanlarını zülmlə 

qatışdırmayanlar  əmin-amanlıqdadırlar. Haqq yola 

yönəlmişlər də onlardır!”

1

 

İman [kəlməsi] lüğətdə  təsdiq mə`nasındadır, yə`ni 



inanmaq. Və 

təhqiq 


əhli arasında xas təsdiq 

mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və 

Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil 

olur. Peyğəmbərin (s) mə`rifəti Qadir, Alim, Səmi`, Bəsir 

[olan] Allahın mə`rifətindən  ayrı olmaz. O Allahın ki, 

peyğəmbərləri göndərmiş, Qur`anı 

Məhəmməd 

Mustafaya (s) nazil etmiş  və  İslam ümmətinin yekdil 

nəzərlə  qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi 

bəyan etmişdir. 

Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, 

çünki ondan azı iman sayılmaz və ondan çoxu imanın 

özü yox, kamalı olar. 

İmanın nişanələri:  İmanın nişanəsi odur ki, insan 

bilməli olacağı  şeyi bilməli, deməli olacağı  şeyi deməli, 

etməli olacağı  şeyi etməli və  çəkinməli olacağı  şeydən 

çəkinməlidir. Bütün bu dediklərimiz “saleh əməl” 

adlanır və  bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı  və 

artıb-azaltmaq qabiliyyətinə malikdir. 

Və buna görə  də saleh əməl hər yerdə imanla yanaşı 

zikr olunur. Necə ki, Allah buyurur: “Yalnız iman gətirib 

yaxşı əməllər edən...(ziyanda olmayacaq)”

2

 

                                                 



1

 “Ən`am”, 82. 

2

 “Əsr”, 3. 




 25 

İmanın mərtəbələri: Bilməliyik ki, imanın bir neçə 

mərtəbəsi var. Onun ən aşağı  mərtəbəsi dildə olan 

imandır ki, Allah-taala bu barədə buyurur: “Ey 

mö`minlər! Allaha və Peyğəmbərinə, Onun öz 

Peyğəmbərinə nazil etdiyi kitaba (Qur`ana) və ondan 

əvvəl nazil etdiyi kitablara iman gətirin!”

1

  Və həmçinin 



buyurulan bu ayə: “Qənimət  əldə etmək iştahası ilə 

islama daxil olan bədəvi  ərəblər “biz iman gətirdik!” 

dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: “Siz (qəlbən) 

iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən  şəxsi 

məqsəd, mənfəət naminə) qəbul etdik!”  – deyin. Hələ 

iman sizin qəlblərinizə daxil olmamışdır...”

2

  – həmin 



mətləbə işarədir. Bundan yuxarı mərtəbə təqlidi imandır. 

Yə`ni mö`min iman etməli olacağı  şeyə  qəti iman edir, 

amma onun imanının zavala uğramaq imkanı var. 

Əlbəttə,  əgər qəti iman hasil olarsa, onun ardınca saleh 

əməl də  gələcəkdir ki, Allah-taala buyurur: “Mö`minlər 

yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman 

gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən

Allah yolunda malları və canları ilə vuruşanlardır!...”

3

 

Bundan daha yaxşısı qeybə olan imandır ki, Allah-taala 



onun barəsində buyurur: “O kəslər ki, qeybə (Allaha, 

mələklərə, qiyamətə, qəza və qədərə) inanır...”

4

 

Bu cür iman bir növ batini bəsirətlə yanaşı olur və 



imanda möhkəm olmağı  tələb edir. Sanki mö`min qeyb 

pərdəsi arxasından aləmi müşahidə edir. Bu mərtəbədən 

də yuxarı o kəslərin imanıdır ki, Allah-taala onlar 

haqqında buyurmuşdur: “Möminlər yalnız o kəslərdir ki, 

                                                 

1

 “Nisa”, 136. 



2

 “Hucurat”, 14. 

3

 “Hucurat”, 15. 



4

 “Bəqərə”, 3. 

 26

Allah adı  çəkiləndə (Onun heybət və  əzəmətindən) 



ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu 

zaman həmin ayələr onların imanlarını daha da 

artırar...”

1

  – O yerə qədər ki, buyurur: “Onlar həqiqətən 



də iman əhlidirlər.”

2

 



Bu, kamalla olan imanın mərtəbəsidir. Bu iman yəqinlə 

yanaşı olur və imanın  ən ali mərtəbəsi hesab olunur. 

Bunun şərhini sonra verəcəyik. 

Seyri-süluk yolunda qeybə olan imandan aşağı 

mərtəbənin,  ən azı  təqlidlə olan imandan aşağısının 

faydası yoxdur. Çünki, həqiqətən də dildə olan iman bir 

iman deyil. Allahın buyurduğu bu ayə  də ona işarədir: 

“Onların  əksəriyyəti ancaq şərik qoşaraq Allaha 

inanarlar.”

3

 



İnsanın seyri-süluku başa vurması üçün hökmən ali 

iman mərtəbəsinə yiyələnməsi lazımdır.  Əgər mütləq 

kamil vücuda, yə`ni Yaradana qəti imanı olsa, bu 

e`tiqadın nəticəsində ruhu bir yerdə  qərar tutacaq və 

seyri-süluk onun üçün mümkün olacaqdır və asanlıqla 

hədəfinə çatacaqdır.  

 

İkinci fəsil 

Səbat 

Allah-taala səbat barəsində buyurur: “Allah iman 

gətirənləri dünyada da, axirətdə  də möhkəm bir sözlə 

                                                 

1

 “Ənfal”, 2. 



2

  Həmin. Ayə  əslində belədir: “Onlar ancaq öz Rəbbinə  təvəkkül 

edər.” 

3

 “Yusuf”, 106. 




 27 

(kəlimeyi-şəhadətlə) sabitqədəm edər..”

1

 

Səbat bir halətdir ki, imanla yanaşı olmayınca insanda 



ruhi rahatlıq, arxayınlıq yaranmaz və  nəticədə, kamalın 

tələbi də ondan asılı olduğu üçün müyəssər olmaz. 

Çünki e`tiqadında süst olan hər kəs kamal tələb edə 

bilməz.  İmanın səbatı kamil və kamalın var olduğuna 

qət`i imanın əldə edilməsindən ibarətdir. Nə qədər ki, bu 

qət`iyyət əldə edilməyib kamalın tələbi də olmayacaqdır 

və  nə  qədər ki, kamalın tələbi və bu yolda səbatın  əldə 

edilməsi qərarına gəlinməyib, seyri-süluk mümkün 

olmayacaqdır və bir kəs əzm göstərib qərara gəlsə amma 

səbatı  olmasa  “Yer  üzündə  şeytanların azdırıb atdığı  və 

çaşqın dolaşan adam kimi”

2

 olar. Bəlkə, belə  də deyə 



bilərik ki, çaşqın və  sərgərdan qalmış adamın qərarı da 

olmaz və necə ki, müəyyən bir səmtə yönəlməyibdir, 

onun hərəkəti və seyri-süluku da baş tutmayacaqdır və 

əgər hərəkəti də olsa faydasız və səmərəsiz olacaqdır. 

Və amma, bir adamın səbatının səbəbi öz əqidəsinin 

haqq olduğuna olan batini bəsirəti, kamala 

qovuşmasından aldığı  ləzzət və  həmin batini halətin 

zavala uğramayacaq  şəkildə  mələkəyə çevrilməsi olar. 

Bu səbəblə də sabitqədəm insanlar həmişə saleh əməllər 

görərlər. 

 

Üçüncü fəsil 

Niyyət 

Allah-taala niyyət barəsində buyurur: “De ki, Mənim 

namazım da, ibadətim də, həyatım və ölümüm də 

                                                 

1

 “İbrahim”, 27. 



2

 “Ən`am”, 71. 

 28

aləmlərin Rəbbi Allah üçündür!”



1

 

Niyyət qəsd mənasındadır və  qəsd elm və  əməl 



arasında vasitədir, çünki bir kəs nə etməli olduğunu 

bilməsə, həmin işi görməyə  qəsd etmir və  nə  qədər ki, 

qəsd etməyib həmin işi görməyəcəkdir. Seyri-sülukun 

başlanğıcı  qəsddir. Bunun üçün də salik müəyyən 

məqsədi nəzərdə tutmalıdır və məqsəd mütləq kamildən 

kamalın əldə edilməsi olduğu üçün, niyyət Haqq Taalaya 

yaxınlaşmaq olmalıdır, çünki mütləq kamil yalnız Odur. 

Əgər belə olsa əməlsiz niyyət, niyyətsiz  əməldən daha 

yaxşı olacaqdır, necə ki, Peyğəmbər (s) buyurur: 

“Mö`min insanın niyyəti əməlindən daha yaxşıdır.”

2

 

Çünki niyyət ruhun yerindədir, əməl isə bədənin; yenə 



də Həzrət buyurur: “Əməllər niyyətdən asılıdır

3

”,  yə`ni 



bədənin həyatı ruhdan asılıdır. 

Və yenə  də buyurubdur: “Hər kim, hər işdə hansı 

niyyəti etmiş olsa, ona da çatacaqdır. Hər kəs Allaha və 

Peyğəmbərinə doğru hicrət etsə, hicrəti Allaha və 

Peyğəmbərinə doğru olacaqdır. Hər kəs dünya malına 

sahib çıxmaq və ya bir qadınla evlənmək üçün dünyaya 

tərəf hicrət etsə, onun hicrəti həmin səmtə də olacaqdır.” 

Və amma, qürbət qəsdi isə görülən xeyir bir iş  hər 

zaman kamalın  əldə edilməsini tələb edər. Necə ki, 

Allah-taala buyurur: “Onların gizli söhbətlərinin 

çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, 

yaxud yaxşılıq etməyə  və ya insanlar arasında sülh 

yaratmağa  əmr edən  şəxsin söhbətindədir. Allahın 

                                                 

1

 “Ən`am”, 162. 



2

 “Üsuli-kafi”,  c. 2, səh. 84 (Beyrut çapı) və  həmçinin “Bihar”, c. 

70, səh. 201, bab 53, rəvayət 32. 

3

 “Sünən”,  İnb-Macə, c. 2, səh. 1413, bab 26, hədis 4227 və 



həmçinin “Bihar”, c. 67, səh. 111, bab 30, rəvayət 21. 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə