ӨвсафүЛ-Әшраф



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix30.10.2018
ölçüsü0,64 Mb.
#76435
1   2   3   4   5   6   7   8   9   ...   19

 

15 


Sonda dahi müəllifə Ulu Tanrıdan rəhmət diləyir, onun 

yüksək ruhunun xalqımıza duaçı olmasını arzulayır və 

kitabın mütərcimi gənc rəssam, ədəbiyyatçı və teoloq Füzuli 

müəllimə yaradıcılıq işlərində daha böyük uğurlar 

arzulayıram. 

AMEA Ziya Bünyadov 

adına Şərqşünaslıq 

İnstitutunun «İran tarixi və 

iqtisadiyyatı» şö`bəsinin 

əməkdaşı Şəfiyeva Əfşan. 

 16


Xacə Nəsirəddin Tusinin “Şərafətli  

insanların xüsusiyyətləri” əsərinə  

yazdığı müqəddİmə 

Nəhayətsiz şükür və həmd olsun o Allaha [ondan ötəri] 

ki, Onun həqiqətindən xəbərdar olmağa heç bir əqlin 

gücü yetməz, heç bir fikir və bilik Onun mə`rifətinin 

dərinliklərinə vara bilməz. Onun haqqında deyilən hər 

bir söz, Onun vəsfində dildə cari olan hər bir bəyan əgər 

sübuti

1

 olsa təsəvvürə gələn bənzətmə nöqsanı olmadan 



mümkün olmayacaqdır,  əgər qeyri-sübuti olsa vəhmi 

idrakda (təvəhhöm) canlanması tə`til fitnəsindən amanda 

qalmayacaqdır. Buna görə  də peyğəmbərlərin ağası, 

övliyaların müqtədası Xatəmül-Ənbiya Muhəmməd 

Mustafa dedi: “Sənə sitayiş etməyə qadir deyiləm. Sən 

həmin o Zatsan ki, Özün Özünü vəsf etdin. Sən, Sənin 

haqqında söz söyləyənlərin dediklərindən daha 

üstünsən.” 

Minlərcə salam və salavat, afərin və  əhsən onun 

müqəddəs ruhuna, pak ruhlara, onun sülaləsinə, xüsusilə 

də  mə`sum imamlara və seçilmiş silahdaşlarına olsun, 

                                                 

1

 Sübuti − Sübuti sifətlər. Yə`ni bu sifətlərin bir mövcudda olması 



həmin mövcudun kamal nişanəsinə, olmaması isə  həmin mövcudun 

naqisliyinə  işarədir. Sübuti sifətin müqabili səlbi sifətlərdir. Yə`ni bu 

sifətlərin bir mövcudda olması həmin mövcudun acizliyinə və naqisliyinə, 

olmaması isə kamalına dəlalət edir. 

Sübuti sifətə  cəmaliyyə, kamaliyyə sifətlər də deyilir. Səlbi sifətə 

cəlaliyyə, tənzihiyyə sifətlər də demişlər. 

Sübuti sifətlərin “vacibəl-vücud” üçün sübutu zəruri, səlbi (yə`ni 

həmin sifətlərin alınması, soyundurulması) isə imkansızdır. Həmçinin səlbi 

sifətlərin vacibəl-vücuddan səlbi (götürülməsi) zəruri, sübutu isə 

imkansızdır. 




 17 

Allah həqqinə! 

Amma sonra [deyim ki] bu risalənin yazarı 

Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına 

uyğun bəyənilmiş siyasətin bəyanına  şamil olan və 

“Əxlaqi Nasiri” adlandırılan kitabı yazdıqdan sonra 

fikirləşirdi ki,

1

  təriqət yolçularının və  əqli, nəqli 



qanunlara söykənən, və  nəzəri və  əməli yöndən həqiqət 

aşiqlərinin qaydasına müvafiq övliya və  bəsirət  əhlinin 

yolu haqqında müxtəsər  −  həmin fənnin xülasəsi və 

məğzi həddində ola biləcək  − bir risalə hazırlasın. 

[Amma] işlərin çoxluğundan, bə`zi maniələr üzündən 

həmin mühüm işlə  məşğul olmaq heç cür müyəssər 

olmurdu, fikirdə olanları  həyata keçirməyə imkan 

tapılmırdı. 

Nəhayət Yer üzünün padşahı, aləmin buyruqçusu, 

qılıncın və qələmin valisi, ərəbin və əcəmin böyüklərinin 

müqtədası, haqqın və dinin günəşi, islamın və 

müsəlmanların  şökəti, aləmlərin məliki, məmləkətlərin 

divanının sahibi, əşraf və ə`yanın iftixarı, ədl və ehsanın 

məzhəri, cahanın  əfzəl və əkməli,  İranın pənah və ümid 

qapısı, övliyaların sevimlisi, xoşbəxtlik sahibi 

Muhəmməd bin Əl-Cuveyninin

2

  kəsərli işarəsi həmin 



                                                 

1

 13-cü əsr  ədəbi nəsr qaydalarına uyğun olaraq adətən müəlliflər 



özləri haqqında danışarkən birinci şəxs  əvəzliyinin yerinə üçüncü şəxsin 

dilindən çıxış edirmişlər. Bu qayda daha çox təvazökarlıq və  ədəb 

normalarına riayət etmə kimi qiymətləndirilirdi. 

2

 Şəmsəddin Məhəmməd Cüveyni: Tarixdə “Cüveyni-Vəzir” adı ilə 



şöhrət tapmışdır. Cüveyninin əsil-nəsəbinin on beşinci silsilə halqası Abbasi 

xəlifəsi Mə`munun vəziri və hacibi olmuş “Fəzl bin Rəbi`”ə çatır. Babası 

Şəmsəddin Məhəmməd, Sultan Məhəmməd Xarəzmşahın və  oğlu Sultan 

Cəlaləddinin hökuməti illərində, hökumət divanında maliyyə  işlərinə 

rəhbərlik etmişdir.  Şəmsəddin Məhəmmədin oğlu Bəhaiddin Məhəmməd 

monqol hökmdarı Hülaku İrana gələnə  qədər monqol hökmdarlarının 

xidmətində yüksək vəzifələrdə çalışmışdır. Cüveyni-Vəzir dövlət xadimi 

 18


fikrin həyata keçməsinə  səbəb oldu. Belə ki, fürsət  əl 

verdi, vaxt və hal da yerinə düşmüş oldu; maneələrin 

olmasına və  işlərin çoxluğuna baxmayaraq, o şey ki, 

könül onun bəyan edilməsində köməkçi olmuşdu, həmin 

maneələrin qələmə alınmasında güzəştə getdi. O böyük 

zatın əmrinə baş əyərək və fərmanına itaət edərək həmin 

həqiqətlərin şərhindən və fikirlərin zikrindən ibarət neçə 

bab bu müxtəsər risalədə qələmə aldı. Hər babda Qur`ani 

Məciddən  − [necə ki, bu ayədə buyurmuşdur:] “Heç bir 

batil nə qabaqdan, nə də arxadan onun sorağına gəlməz” 

− dediklərimizə  şəhadət verəcək misallar çəkildi.  Əgər 

məqsədə uyğun açıq-aşkar misallar tapılmadısa, ona 

yaxın olanlarla kifayətləndi və onu “Övsaful-Əşraf” 

adlandırdı.  Əgər [bu risalə onun] şərəfli nəzərində 

bəyənilərsə, [deməli] məqsəd yerinə yetirilmişdir,  əks 

                                                                                                       

olmaqla yanaşı  həm də  zəmanəsinin elmlərinə yiyələnmiş böyük alim və 

şair idi. İbnil Futi özünün “Məcməül-Adab”  əsərində bu barədə yazır: 

“Şəmsəddin Məhəmməd vəzir ömrünün ilk çağlarında  ədəbiyyat elmlərini 

mənimsəyir. “Məqamate Həriri” adlı bölümü İmadəddin  Əbu Məhəmməd 

Naxçıvaninin yanında oxuyub öyrənir. Elmi fənləri kamil öyrənib başa 

çıxdıqdan sonra ata və babası kimi o da dövlət işlərinə daxil olur.” 

Hülaku hökumətinin son illərində və Hülakunun iki oğlu Abaqaxan 

və Tekudarın padşahlıq illərində, yəni 22 il müddətində (661-683) baş vəzir 

məqamında çalışmışdır. Xacə Nəsirəddin Tusinin Şəmsəddin Cüveyni vəzir 

ilə  səmimi dostluqları olmuşdur. Xacə özünün məşhur “Övsaful-Əşraf” 

əsərini onun adına ithaf etmişdir. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə