Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

cağı qeyd edilmişdir.

‐ Azərbaycan üçün Boloniya prosesinin prioritetliyi

barədə bu gün cəmiyyətdə müzakirələr gedir.  Həmin

prosesə qoşulmaq bizim ölkəmiz üçün nə dərəcədə

vacibdir? 

‐  Otuz ildən çox bir müddət ərzində Azərbaycanın təh‐

sil sisteminin idarəetmə strukturlarında müxtəlif rəhbər

vəzifələrdə çalışmışam. SSRİ dövründə qəti əmin idim ki,

orta məktəb sistemində ciddi islahatların həyata keçirilməsi

avtomatik şəkildə  təhsilin bütün digər sahələrində də

köklü dəyişikliklərə gətirib çıxaracaq. Sonralar   düşündüm

ki, əgər məktəblərdə dərs deyən  müəllimlərin və bu müəl‐

limləri hazırlayan ali məktəb  müəllimlərinin hazırlanması

sistemində  islahatlar aparılmazsa, təhsilin  yenidən qurul‐

ması  qeyri‐mümkün olacaq. Daha sonra isə  əsas prioriteti

məktəbəqədər təhsilə verməyə başladım. Bu barədə

danışarkən həmtəsisçisi olduğum Avropa Paytaxtlarının

Beynəlxalq Pedaqoji Klubunun prezidenti dostum  Boris

Jebrovskinin  dəfələrlə səsləndirdiyim  aşağıdakı kəlamı

yadıma düşür: “"Әsl ali təhsil məhz məktəbəqədər təhsildir.

Qalanları isə ümumi və peşə təhsilidir". Lakin bu da təhsil

islahatı, onun modernləşdirilməsi  üzrə  axtarışlarıma

yekun olmadı.

Dövlətimiz müstəqillik əldə etdikdən və bizdə beynəl ‐

xalq təcrübə ilə bilavasitə xarici ölkələrdə tanış olmaq imkan‐

ları yarandıqdan sonra  XXI əsrin  əvvəllərindən başlayaraq

təhsil islahatları üçün xeyli  aktual istiqamətlər üzə çıxdı:

ümumi və peşə təhsilində kompetensiyalara əsaslanan

yanaşma, təhsil müəssisələrinin innovasiya fəaliyyəti, təh‐

silin  idarəolunması, büdcə, maliyyə sahələrində islahatlar...

Bu və bir çox digər prioritetləri aktuallıq dərəcəsinə görə

sıralamaq mümkündürmü? Әlbəttə ki,  mümkündür, lakin

mənim təsəvvürümdə onların hamısını “1 №‐li prioritet”

cərgəsinə daxil etmək lazım olacaqdır. 

Bəli, qəti əminəm ki, təhsil sistemində eyni dərəcədə

prio ritet  əhəmiyyəti olmayan elə bir sahə yoxdur. Dialektik

baxımdan yanaşsaq, insanlar nə qədər müxtəlif,   həyatı ‐

mızın hər bir mərhələsi, anı nə qədər  çeşidli və unikaldırsa,

insanın inkişaf vektorlarının hər biri də eyni dərəcədə

mühüm və prioritetlidir.  Şəxsiyyətin inkişafı üzrə bütün

məqsədlərin, istiqamətlərin, vəzifələrin vəhdətini və

çoxçeşidliyini isə ən səmərəli şəkildə özündə cəmləşdirən

məhz təhsildir. 

Buna görə də  düşünürəm ki, təhsil  islahatı, onun

modern ləşdirilməsi    istiqamətlərinin hamısına  eyni

dərəcədə əhəmiyyətli olan çoxvektorlu fəaliyyət kompleksi

kimi yanaşılmalıdır. Mühüm saydığım bir məsələni də

vurğulayım. Bizim və   müstəqillik qazanmış bir çox  post‐

sosialist   ölkələr üçün “təkəri yenidən ixtira etməyə”  heç

bir ehtiyac yoxdur. Təhsil sahəsində Qərb ölkələri kifayət

qədər səmərəli, onilliklərlə  pedaqoji işdə sınanmış  və

həyat da özünü tam doğrultmuş  yüzlərlə təcrübə

toplamışdır. Onların dərindən öyrənilməsi, ölkəmizdə for‐

malaşmış təcrübə ilə müqayisə edilməsi,  sovetlər

dövründə əldə edilmiş bütün müsbət məqamların və Qərb

modellərinin, metodologiyalarının, təcrübələrinin

düşünülmüş şəkildə əlaqələndirilməsi və vəhdəti qısa

müddət ərzində böyük səmərə verə bilər. 

Məhz buna görə  mən Boloniya Bəyannaməsinə, orada

əks edilmiş tövsiyələrə ölkəmizin ali təhsil islahatının

mühüm konseptual əsası və ən vacib strateji vasitəsi kimi

baxıram. Azərbaycanın Boloniya prosesinə mümkün qədər

intensiv inteqrasiya edilməsinin  son dərəcədə zəruriliyini

anlamadan biz   yenə də sovetlər dövründəki kimi  ətalətdə

qalacaq,   dövlət sərhədlərimizin çərçivəsindən kənara çıx‐

mağa belə cəhd göstərmədən   ali təhsilimizdə “hər şey

əladır!”   xəyalları ilə yaşayacaq, Avropa təhsil məkanına

qovuşmaq kimi  strateji ehtiyac içində qalacağıq. Tam

əminəm ki,  bircə Boloniya Bəyannaməsinin mükəmməl

şəkildə həyata keçirilməsi Azərbaycanın ali təhsil sisteminin

bütün kompleksində köklü dəyişikliklərə gətirib çıxara

bilərdi. 



‐Siz Boloniya Bəyannaməsi tövsiyələrinin həyata

keçirilməsində ən böyük problemi nədə görürsünüz?

Bilirsinizmi,   hər hansı bir amerikalı, avropalı  (əlbəttə,

söhbət inkişaf etmiş ölkələrdən gedir) nəyisə həyata keçir‐

məzdən  əvvəl   onun mahiyyətini anlamağa çalışır, həmin

sahə üzrə biliklərini dərinləşdirir.  Yeniliyi tətbiq etmək

üçün  hökmən yeni bilgilərin öyrənilməsi, yeni bacarıqların

əldə edilməsi  tələb olunur. Lakin əgər bizdəki kimi olarsa... 

Təsəvvür edin, bu müəllimlərin dərs dediyi tələbələr

“Boloniya prosesi haqqında nə bilirsiniz?” sualına hansı

cavabları vermiş  olarlar!.. 

www.aaa.org.az

BOLONİYA BӘYANNAMӘSİ: GERİLӘMӘYӘ HAQQIMIZ YOXDUR!

18

Məsələn, hec uzağa getməyək. Bu yaxınlarda



Boloniya prosesi haqqında ali təhsil müəs‐

sisələrimizin   pedaqoji işçilərində  və

tələbələrində müvafiq bilgilərin, məlumatların

mövcudluğu barədə maraqlı məqalə ilə rast‐

laşdım.  Özlərinin bu sahədəki məlumatsızlığını

səmimi etiraf etmək əvəzinə, ali təhsil müəs‐

sisələrindən birinin professoru   Boloniya pros‐

esini Boloniyada yaradılmış hansısa bir qurumla

əlaqələndirmiş və işlədiyi universitetin bu prosesə

hələ 1997‐ci ildə (!),  yəni Bəyannamənin imzalan‐

masından iki il əvvəl qoşulduğunu demişdir.

Başqa bir müəllim isə Boloniya prosesini yeni təh‐

sil sistemi adlandırmış və onu (maraqlıdır: nəyi?)

dəstəklədiyini bildirmişdir. Digər universitetin

professoru isə   onlarda özünəməxsus “Boloniya

sistemi”nin olduğunu bəyan etmişdir. Xatırladım

ki,  jurnalist tədqiqatı Azərbaycanın  Boloniya

Bəyannaməsinə qoşulmasından üç il yarım sonra

aparılmışdır!


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə