Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

89
Amerika prezidentləri
FRANKLİN PİRS
(FRANKLIN PIERCE)
(1853-1857)
Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən 
ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. ABŞ-
ın 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə 
Nyu-Hempşir  ştatının Hillsboro şəhərində dünyaya gəlib. 
Atası Bencamin Pirs inqilab generalı və ştatın qubernatoru 
olmuşdu. Elə də varlı olmasalar da Pirslər övladlarının yax-


90
Amerika prezidentləri
şı təhsil alması qayğısına qalırdılar. Balaca Franklin ibtidai 
təhsilini məşhur Bouduin kollecində alır. Kolleci bitirərək 
üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşı olarkən 
özəl vəkil kontorunu açır. Bu ərəfədə Bouduin-kollecin 
keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı 
qurur. Epltonlarla qohumluğu Pirsin gələcək karyerasına 
əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Cəmi iki il vəkillik fəaliyyəti göstərən Franklin siya-
sətlə məşğul olur. 25 yaşlı Pirs əvvəl doğma ştatın qanun-
verici orqanına (tezliklə spikeri olmuşdur) seçilir. Dörd 
il burada göstərdiyi uğurlu fəaliyyəti onun Vaşinqtonda 
Nümayəndələr Palatasına seçilməsi ilə nəticələnir. 1837-ci 
ildə isə ştatın senatdakı iki təmsilçisindən biri olur. 
Sürətlə siyasi karyera etsə də 1841-ci ildə yenidən Nyu-
Hempşirə qayıdaraq, ştatın əsas şəhəri Konkordda vəkillik 
fəaliyyətini davam etdirir. Bunun başlıca səbəbi ciddi kalvi-
nist ruhunda tərbiyə almış xanım Pirsin Vaşinqton aristok-
rat cəmiyyətinə uyğunlaşa bilməməsi olmuşdu.
1846-cı ildə Meksikaya qarşı aparılan müharibənin ilk 
günlərindən Pirs könüllü olaraq cəbhəyə yollanır. Hərbi 
xidmətə yefreytor kimi başlayaraq, qısa müddətdə briqa-
da generalı rütbəsinədək yüksəlir. Müharibənin  əvvəlində 
dəfələrlə böyük rəşadət və  qəhrəmanlıqlar göstərsə  də, 
sonadək döyüşlərdə  iştirak edə bilmir. Atdan yıxılaraq 
zədələnməsi onun hərbi karyerasına nöqtə qoyur. Bu Pirsin 
sonuncu uğursuzluğu olmamışdır,  şəxsi həyatında qayğı-
lar daim onu izləmişdir. Xanımı Ceyn Pirs vərəmdən əzab 
çəkir, özü isə həddən artıq spirtli içki qəbul edirdi. Pirslərin 
ilk övladı hələ körpə ikən tələf olur, ikincisi isə dörd yaşında 
tif xəstəliyindən vəfat edir. Ailənin sonbeşiyi isə dəmiryol 
qəzasında valideynlərinin gözü qarşısında həlak olur. 
F.Pirs 1852-ci il prezident seçkilərinə Demokrat parti-
yasının namizədi seçilir. Onunla yanaşı prezidentlik uğrun-
da viqlərin nümayəndəsi general Uinfi ld Skott, Azad torpaq 


91
Amerika prezidentləri
partiyasından isə Con Heyl mübarizə aparır. Pirs ümumi 
seçkilərdə cəmi 50,1 % səs toplasa da, seçimçilər kollegi-
yasında böyük üstünlük qazanır. O, U.Skottun topladığı 42 
səsə qarşı 254 səs alaraq prezident olur.
Belə  çətin dövrdə prezident olmaq üzərinə böyük 
məsuliyyət götürmək demək idi. Quldarlıq problemində 
Cənub və Şimal arasındakı ziddiyyətlərin getdikcə daha da 
kəskinləşməsi,  İttifaqa daxil edilmiş torpaqlarda əhalinin 
məskunlaşması, hindularla münasibətin qaydaya salınması, 
dəmiryol xətlərinin çəkilməsi və bu kimi, ölkənin inkişa-
fında ciddi əhəmiyyət daşıyan problemlərin mövcudluğu 
düşünülmüş siyasi-iqtisadi kurs götürülməsini vacib edirdi.
Pirsin 1853-cü ildə qurduğu kabinetdə  vəzifə tutan-
ların  əksəriyyəti heç bir siyasi təcrübəyə malik deyildi. 
Prezidentin kabineti heç olmasa bircə  dəfə yenidən qur-
mağı  məqsədəuyğun hesab etməməsi Amerika tarixində 
görünməmiş haldır. Müdafi ə naziri, onun yaxın və inanıl-
mış dostu Cefferson Devis idi. Prezident Cənub  ştatları-
nın qızğın müdafi əçisi və onların qeyri-rəsmi lideri hesab 
edilən Devislə açıq-aşkar  əməkdaşlıqdan çəkinirdi. Onlar 
əsasən gecədən keçmiş, Devisin evində görüşərdilər. Son-
ralar İttifaqdan ayrılmış Cənub ştatlarının prezidenti olmuş 
hərbi nazir, Pirsin fəaliyyətinə ciddi təsir göstərmişdir.
Təəssüfl ə qeyd etməliyik ki, Prisin yeritdiyi daxili si-
yasi kurs, xüsusilə quldarlığa olan münasibəti uğurlu olma-
mışdır. Bu özünü 1854-cü ildə Bostonda qaçqın qul Ento-
ni Börnsün qurama ittihamla həbs edilməsində açıq-aşkar 
göstərir. 1850-ci ildə «Qaçqın qullar haqqında» qəbul edil-
miş qanuna əsasən Börns sahibinə qaytarılmalı idi. Bu za-
man bir qrup abolisionist həbsxana qarşısına toplaşaraq qulu 
zorla azad etmək istəyirlər. Teleqraf vasitəsilə prezidentdən 
kömək istəyən yerli icra orqanlarına istər hərbi, istərsə də 
polisin köməyi ilə qanuna əməl olunması  əmr olunur və 
Börns azadlıqdan məhrum edilir.


92
Amerika prezidentləri
Cənub və Şimal ştatları arasındakı münaqişənin kəskin-
ləşməsi nəinki daxili, eyni zamanda ölkənin xarici siyasi 
kursuna da təsirini göstərmişdir. Belə ki, Konqresdə qul-
darlığın tərəfdarları  Cənub istiqamətində ölkə  ərazisinin 
genişləndirilməsini, eləcə  də, xüsusilə Meksikanın hesa-
bına,  İttifaqa daxil edilmiş  ərazilərdə quldarlığı qadağan 
edən qanunun ləğv olunmasını  tələb edirdilər. Prezident 
özü də heç vaxt ABŞ ərazilərini genişləndirmək niyyətini 
gizlətməmişdi. O, kadrların seçilməsində də, bu amili əsas 
götürmüş, Con Meyson, Ceyms Bükenen kimi ekspansi-
ya tərəfdarları kabinetdə  təmsil olunmuşdular. Lakin Pir-
sin bu istiqamətdə gördüyü işləri sələfi  Polkla müqayisə 
etsək, onun ciddi uğur qazanmadığının şahidi olarıq. Digər 
tərəfdən Cənubu iqtisadi cəhətdən gücləndirmək məqsədilə 
yeni  əldə edilmiş torpaqlar boyu dəmiryolu xəttinin 
çəkilməsi planı da baş tutmamışdır. Bu plan yalnız vətəndaş 
müharibəsi ərəfəsində həyata keçirilmişdir.
Pirsin 1857-ci ildə siyasətdən getməsi çox az ada-
mı  məyus etmişdir. Dövrün aktual problemlərini həll edə 
bilməməsi Cənub və Şimal arasındakı ziddiyyətlərin dərin-
ləşməsinə səbəb oldu. Prezidentlik müddəti qurtardıqda res-
publikaçı siyasətçi C.F.Adams senator C.Samnerə  məktu-
bunda yazırdı: «Belə şəxsin prezident olmasına sevinmək 
olar. Çünki onun administrasiyasının kobud səhvlərindən 
xələfl əri düzgün nəticə  çıxararaq oxşar səhvləri təkrar 
etməyəcəklər». Lakin Con Adamsın nəvəsi də səhv edirdi. 
Pirsin xələfi  olacaq C.Bükenen Cənub ştatlarının mənafeyini 
müdafi ə etməklə daha ağır səhvlərə yol verdi.
Bir çox Amerika siyasətçilərinin satqın adlandırdıqla-
rı Pirs ömrünün son dövrünü tənhalıq və  məhrumiyyətlər 
içərisində keçirir. O, 1869-cu il oktyabrın 8-də Nyu-
Hempşirin Konkord şəhərində vəfat etmişdir. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə