Azərbaycanda bolşeviklər hakimiyyət başına gəldikdən sonra ermənilərin Bakıda,
Şamaxıda və Qubada törətdikləri vəhşiliklər barədə heç danışılmadı da.
Azərbaycanda ən məsul vəzifələrə irəli çəkilən ermənilər və ermənipərəst
“azərbaycanlılar” olub keçənləri çox böyük ustalıqla ört-basdır edə bildilər.
Xalqdan gizlədilən həqiqətlər xatirələrdən, silindi.
Vaxtilə, görkəmli ədibimiz Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart-may
aylarında ermənilərin qansız və vicdansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər
Osmanlı turk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış
ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı
daş üstə qoymazdılar... Bəli, o vaxt erməni vəhşiliklərinin qarşısına türklər Göyçay
bölgəsində sədd çəkdilər, daşnakların bütün dəstələri darmadağın edildi.
Daşnaklar Şimali Azərbaycanın bütün bölgələrindən qovulub çıxarıldı.
Qarşıdan isə 28 may günü gəlirdi...
Bakıda mart hadisələri, Qubada və Şamaxıda törədilən qırğınlar
tarixçilərimiz tərəfindən bir-birinə zidd mövqedən qiymətləndirilmişdir.
Bunun da bəzi səbəbləri var. Hələ o vaxtlar qeyri-bolşevik partiyaların
əksəriyyəti bu hadisələri bütünlüklə milli qırğın hesab edir, bolşevikləri, erməni
millətçilərinin müsəlmanlara qarşı törətdikləri cinayətdə təqsirləndirirdilər.
Bolşeviklər isə mart-may hadisələrini, əsasən, sinfi düşmən qüvvələrinə qarşı
mübarizə, Sovet hakimiyyətinin möhkəmləndirilməsi yolunda əksinqilab üzərində
böyük qələbə, vətəndaş müharibəsi hesab edirdilər.
Lakin bu gün-qanlı faciələrdən 75 il keçdikdən sonra bizim üçün hər şey
aydınlaşır. Törədilən vəhşiliklərin, cinayətlərin başbilənləri, əlləri qana bulanmış
düşmənlərimiz haqqında çox şey bilirik,
Tarix necə də təkrar olunurmuş. Əgər 1918-ci ildə yenicə çarizm əsarətindəi
yaxasını qurtarmış azərbaycanlılar erməni vəhşiliklərinə qarşı mübarizədə duşmənə
qalib gəlməyə çətinlik çəkirdisə, 1988-ci ildən başlayaraq Sovetlər İttifaqının
cəngindən zorla qoşmağa nail olan, müstəqillik və demokratiya yollarında
addımlar atmağa başlayan suveren Azərbaycan Respublikası da bizim günlərdə
erməni təcavüzünə qarşı mübarizədə çox böyük sıxıntılar keçirir. Lakin an yaxşı
ibrət tarixin dərsləridir. Əgər xalqın müstəqillik, suverenlik uğrunda mübarizəyə
böyük inamı varsa, onu heç nə və heç kim qıra bilməz. Bu gün Azarbaycan
xalqının müstəqillik və demokratiya uğrunda mübarizə ruhu, yenilməzliyi
həmişəkindən qat-qat güclüdür, tukənməzdir.
QARABAĞ FACİƏSİ
Qarabağ torpaqlarının Ermənistana birləşdirilməsi üçün hələ 1918-1920-ci
illərdə ən müxtəlif cəhdlər göstərilmiş, ən iyrənc vasitələrə əl atılmışdır. Bu
məqsədlə azərbaycanlı əhalini qorxutmaq üçün çoxsaylı quldurluq hərəkətləri
törədilmişdi. Təbii ki, bu hərəkətlərin çoxu cinayət xarakterli olmuşdur. Heç də
təsadüfi deyildir ki, Azərbaycan Demokratik Respublikası hökuməti Bakıya
köçdükdən sonra onun ilk qərarlarından biri Birinci dünya müharibəsi başlanandan
sonra Zaqafqaziyanın müsəlman (azərbaycanlı) əhalisinin başına gətirilmiş
müsibətlərin tədqiq edilməsi və dəymiş zərərin müəyyənləşdirilməsi üçün
Fövqəladə İstintaq Komissiyasının yaradılmasından ibarət olmuşdur.
Sənəd və materialların nəzərdən keçirilməsi bir daha təsdiq edir ki, Qarabağ
ətrafında söz-söhbət həm 1918-ci ildə, həm də sonrakı illərdə erməni liderlərinin
separatçı hərəkətləri nəticəsində kəskinləşmiş və hər dəfə də Azərbaycan tərəfinin
dərindən düşünülmüş tədbirləri ilə nizama salınmışdır. Hər dəfə erməni daşnakları
bu diyarın azərbacyanlı sakinlərini qan dəryasında boğmağa cəhd göstərmiş, lakin
bu qədim torpağımızı Azərbbaycandan qoparıb Ermənistana birləşdirmək arzusu
ürəklərində qalmışdır. Araşdırmalar göstərir ki, Rusiya Qafqaz cəbhəsində hərbi
əməliyyatları dayandırmazdan xeyli əvvəl cəbhə bölmələrindən qaçan çoxsaylı
erməni əsgərləri Qarabağdakı kəndlərinə qayıdarkən özləri ilə çoxlu miqdarda
tüfəng, puleymyot və hər cür döyüş sürsatı gətirmişdilər. Bu cinayətkar hərəkətlərə
yerli erməni cəmiyyətlərinin nümayəndələri kömək edir, rus hakimiyyət orqanları
isə göz yumurdular. Qarabağ azərbaycanlıları isə öz qonşularına çox
inandıqlarından (1905-ci il erməni müsəlman toqquşmaları unudulmuşdu) heç
ağıllarına da gətirmirdilər ki, bu silahlar nə vaxtsa onlara qarşı çevrilə bilər və
buna görə də erməni kəndlərinə silah gətirilməsinin dayandırılması üçün heç bir
tədbir görmürdülər.
Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra erməni kəndlərinə silah
daşınması açıq-aşkar artdı və elə o zamandan da “mehriban” ermanilər birdən-birə
dəyişərək azərbaycanlı əhaliyə düşmən kimi yanaşmağa və zorakılıq etməyə
başladılar. Həm də ermənilər özlərinin çirkin ənənələrinə sadiq qalaraq məhz o
yerlərdə fəal zorakı hərəkətlərə başlayırdılar ki, orada onlar mütləq çoxluq təşkil
edirdilər, yaxud da azərbaycanlı kəndləri erməni kəndlərinin əhatəsində qalırdı.
Daha doğrusu, ermənilər. o yerdə “qəhrəman”a dönürdülər ki, orada onlara qarşı
silahsız azərbaycanlılar dururdu. Misal üçün, Cavanşir qəzasının Kolanı kənd
cəmiyyətini götürək. 12 azərbaycanlı kəndiidən ibarət olan və əsasən dağətəyi
ərazidə yerləşən bu cəmiyyət hər tərəfdək erməni, kəndləri ilə əhatə olunmuşdu.
Buna görə də kolanlılar başlıca olaraq aran zonasında yerləşən azərbaycanlı
kəndləri ilə yalnız erməni kəndlərindən keçməklə əlaqə saxlaya bilirdilər. Bu
vəziyyət onların özlərini qorumaq üçün vaxtında silah tədarük etmək işini də xeyli
çətinləşdirmişdi. Elə bu səbəbdən də ilk əvvəl Kolanı cəmiyyətinin kəndləri
ermənilər tərəfindən basqın və talanlara məruz qalmışdı. Hələ 1917-ci il
dekabrından erməni silahlı quldur dəstələri bu kəndlərə soxularaq sakinlərin
evlərindən keşikçilər qoymağa, onlardan ermənilərə tabe olmağı tələb etməyə
başlamışlar. Ermənistan Respublikası yarandıqdan (1918, 29 may) sonra vəziyyət
daha da pisləşmişdi. Bu dəfə də Qarabağ erməniləri “Qarabağ Respublikası”
yaratmaq eşqinə düşürlər. Azərbaycan kəndlərinin talan edilməsi, mal-qaranan
sürülüb aparılması, dinc adamların döyülməsi, şikəst edilməsi, qətlə yetirilməsi və
sair vəhşiliklər adi hal almışdı. Ermənilərlə barışığa girmək səyləri heç bir nəticə
vermirdi. Beləliklə, kolanlılar 1918-ci ilin payızınadək (bəzi kəndlərdə hətta
dekabradək) əsl mənada erməni asılılığı, şəraitində yaşamağa məcbur edilmiş,
yalnız böyük itkilər hesabına mühasirəni yara bildikdən sonra birtəhər canlarını
qurtarmışdılar. Toqquşmalar zamanı bir çox qaçqınlar, xüsusilə qocalar, qadınlar
və uşaqlar halak olmuşdu. Bir neçə kənd (İmarət Qərvənd, Umudlu) ermənilərin