Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə13/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

Azərbaycanda bolşeviklər hakimiyyət başına gəldikdən sonra ermənilərin Bakıda, 

Şamaxıda və Qubada törətdikləri vəhşiliklər barədə heç danışılmadı da. 

Azərbaycanda  ən məsul vəzifələrə irəli çəkilən ermənilər və ermənipərəst 

“azərbaycanlılar” olub keçənləri çox böyük ustalıqla ört-basdır edə bildilər. 

Xalqdan gizlədilən həqiqətlər xatirələrdən, silindi. 

Vaxtilə, görkəmli  ədibimiz Üzeyir bəy Hacıbəyli 1918-ci ilin mart-may 

aylarında ermənilərin qansız və vicdansız hərəkətləri ilə bağlı yazırdı ki, əgər 

Osmanlı turk qəhrəmanları  vaxtında  köməyə    gəlməsəydilər,      azğınlaşmış 

ermənilər  nəinki  Bakıda, Şamaxıda,  Qubada, bəlkə də bütün Azərbaycanda daşı 

daş üstə qoymazdılar... Bəli, o vaxt erməni vəhşiliklərinin qarşısına türklər Göyçay 

bölgəsində sədd çəkdilər, daşnakların bütün dəstələri darmadağın edildi. 

Daşnaklar  Şimali Azərbaycanın bütün bölgələrindən qovulub çıxarıldı. 

Qarşıdan isə 28 may günü gəlirdi... 

Bakıda mart hadisələri, Qubada və  Şamaxıda törədilən qırğınlar 

tarixçilərimiz tərəfindən bir-birinə zidd mövqedən qiymətləndirilmişdir. 

Bunun da bəzi səbəbləri var. Hələ o vaxtlar qeyri-bolşevik partiyaların 

əksəriyyəti bu hadisələri bütünlüklə milli qırğın hesab edir, bolşevikləri, erməni 

millətçilərinin müsəlmanlara qarşı törətdikləri cinayətdə  təqsirləndirirdilər. 

Bolşeviklər isə mart-may hadisələrini,  əsasən, sinfi düşmən qüvvələrinə qarşı 

mübarizə, Sovet hakimiyyətinin möhkəmləndirilməsi yolunda əksinqilab üzərində 

böyük qələbə, vətəndaş müharibəsi hesab edirdilər. 

Lakin bu gün-qanlı faciələrdən 75 il keçdikdən sonra bizim üçün hər  şey 

aydınlaşır. Törədilən vəhşiliklərin, cinayətlərin başbilənləri,  əlləri qana bulanmış 

düşmənlərimiz haqqında çox şey bilirik, 

Tarix necə də təkrar olunurmuş. Əgər 1918-ci ildə yenicə çarizm əsarətindəi 

yaxasını qurtarmış azərbaycanlılar erməni vəhşiliklərinə qarşı mübarizədə duşmənə 

qalib gəlməyə  çətinlik çəkirdisə, 1988-ci ildən başlayaraq Sovetlər  İttifaqının 

cəngindən zorla qoşmağa nail olan, müstəqillik və demokratiya yollarında 

addımlar atmağa başlayan suveren Azərbaycan Respublikası da bizim günlərdə 

erməni təcavüzünə qarşı mübarizədə çox böyük sıxıntılar keçirir. Lakin an yaxşı 

ibrət tarixin dərsləridir.  Əgər xalqın müstəqillik, suverenlik uğrunda mübarizəyə 

böyük inamı varsa, onu heç nə  və heç kim qıra bilməz. Bu gün Azarbaycan 

xalqının müstəqillik və demokratiya uğrunda mübarizə ruhu, yenilməzliyi 

həmişəkindən qat-qat güclüdür, tukənməzdir. 

  

 

QARABAĞ FACİƏSİ 



 

Qarabağ torpaqlarının Ermənistana birləşdirilməsi üçün hələ 1918-1920-ci 

illərdə  ən müxtəlif cəhdlər göstərilmiş,  ən iyrənc vasitələrə  əl atılmışdır. Bu 

məqsədlə azərbaycanlı  əhalini qorxutmaq üçün çoxsaylı quldurluq hərəkətləri 

törədilmişdi. Təbii ki, bu hərəkətlərin çoxu cinayət xarakterli olmuşdur. Heç də 

təsadüfi deyildir ki, Azərbaycan Demokratik Respublikası hökuməti Bakıya 

köçdükdən sonra onun ilk qərarlarından biri Birinci dünya müharibəsi başlanandan 

sonra Zaqafqaziyanın müsəlman (azərbaycanlı)  əhalisinin başına gətirilmiş 




müsibətlərin tədqiq edilməsi və  dəymiş  zərərin müəyyənləşdirilməsi üçün 

Fövqəladə İstintaq Komissiyasının yaradılmasından ibarət olmuşdur. 

Sənəd və materialların nəzərdən keçirilməsi bir daha təsdiq edir ki, Qarabağ 

ətrafında söz-söhbət həm 1918-ci ildə, həm də sonrakı illərdə erməni liderlərinin 

separatçı hərəkətləri nəticəsində kəskinləşmiş və hər dəfə də Azərbaycan tərəfinin 

dərindən düşünülmüş tədbirləri ilə nizama salınmışdır. Hər dəfə erməni daşnakları 

bu diyarın azərbacyanlı sakinlərini qan dəryasında boğmağa cəhd göstərmiş, lakin 

bu qədim torpağımızı Azərbbaycandan qoparıb Ermənistana birləşdirmək arzusu 

ürəklərində qalmışdır. Araşdırmalar göstərir ki, Rusiya Qafqaz cəbhəsində  hərbi 

əməliyyatları dayandırmazdan xeyli əvvəl cəbhə bölmələrindən qaçan çoxsaylı 

erməni  əsgərləri Qarabağdakı  kəndlərinə qayıdarkən özləri ilə çoxlu miqdarda 

tüfəng, puleymyot və hər cür döyüş sürsatı gətirmişdilər. Bu cinayətkar hərəkətlərə 

yerli erməni cəmiyyətlərinin nümayəndələri kömək edir, rus hakimiyyət orqanları 

isə göz yumurdular. Qarabağ azərbaycanlıları isə öz qonşularına çox 

inandıqlarından (1905-ci il erməni müsəlman toqquşmaları unudulmuşdu) heç 

ağıllarına da gətirmirdilər ki, bu silahlar nə vaxtsa onlara qarşı çevrilə bilər  və 

buna görə  də erməni kəndlərinə silah gətirilməsinin dayandırılması üçün heç bir 

tədbir görmürdülər.  

Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra erməni kəndlərinə silah 

daşınması açıq-aşkar artdı və elə o zamandan da “mehriban” ermanilər birdən-birə 

dəyişərək azərbaycanlı  əhaliyə düşmən kimi yanaşmağa və zorakılıq etməyə 

başladılar. Həm də ermənilər özlərinin çirkin ənənələrinə sadiq qalaraq məhz o 

yerlərdə  fəal zorakı  hərəkətlərə başlayırdılar ki, orada onlar mütləq çoxluq təşkil 

edirdilər, yaxud da azərbaycanlı  kəndləri erməni kəndlərinin  əhatəsində qalırdı. 

Daha doğrusu, ermənilər. o yerdə “qəhrəman”a dönürdülər ki, orada onlara qarşı 

silahsız azərbaycanlılar dururdu. Misal üçün, Cavanşir qəzasının Kolanı  kənd 

cəmiyyətini götürək. 12 azərbaycanlı  kəndiidən ibarət olan və  əsasən dağətəyi 

ərazidə yerləşən bu cəmiyyət hər tərəfdək erməni, kəndləri ilə  əhatə olunmuşdu. 

Buna görə    də kolanlılar başlıca olaraq aran zonasında yerləşən azərbaycanlı 

kəndləri ilə yalnız erməni kəndlərindən keçməklə  əlaqə saxlaya bilirdilər. Bu 

vəziyyət onların özlərini qorumaq üçün vaxtında  silah tədarük etmək işini də xeyli 

çətinləşdirmişdi. Elə bu səbəbdən də ilk əvvəl Kolanı  cəmiyyətinin kəndləri 

ermənilər tərəfindən basqın  və talanlara məruz qalmışdı. Hələ 1917-ci il 

dekabrından erməni silahlı quldur dəstələri bu kəndlərə soxularaq sakinlərin 

evlərindən keşikçilər qoymağa, onlardan ermənilərə tabe olmağı  tələb etməyə 

başlamışlar. Ermənistan Respublikası yarandıqdan (1918, 29 may) sonra vəziyyət 

daha da pisləşmişdi. Bu dəfə  də Qarabağ erməniləri “Qarabağ Respublikası” 

yaratmaq eşqinə düşürlər. Azərbaycan kəndlərinin talan edilməsi, mal-qaranan 

sürülüb aparılması, dinc adamların döyülməsi, şikəst edilməsi, qətlə yetirilməsi və 

sair vəhşiliklər adi hal almışdı. Ermənilərlə barışığa girmək səyləri heç bir nəticə 

vermirdi. Beləliklə, kolanlılar 1918-ci ilin payızınadək (bəzi kəndlərdə  hətta 

dekabradək)  əsl mənada erməni asılılığı,  şəraitində yaşamağa məcbur edilmiş, 

yalnız böyük itkilər hesabına mühasirəni yara bildikdən sonra birtəhər canlarını 

qurtarmışdılar. Toqquşmalar zamanı bir çox qaçqınlar, xüsusilə qocalar, qadınlar 

və uşaqlar halak olmuşdu. Bir neçə kənd  (İmarət Qərvənd, Umudlu)    ermənilərin    



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə