Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov


QUBADA   ERMƏNİ   VƏHŞİLİKLƏRİ



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

QUBADA   ERMƏNİ   VƏHŞİLİKLƏRİ 

 

Amazaspın dəstəsi istər Qubaya gələrkən bütün yol boyu, istər  şəhərə 



girərkən, istərsə  də mahalın digər  ərazilərində olarkən çox dəhşətli və qansız 

hərəkətlər etmişlər. Ermənilər, qarşılarına çıxan kəndləri, obaları, yurd yerlərini 

dağıdır, yandırır, rastlaşdıqları kişiləri, qadınları, uşaqları  qəddarcasına qətlə 

yetirirdilər. Qubada bir-bir evlərə girib bəzən butün ailəni məhv edən ermənilər 

hətta hamilə  və  uşaqlı qadınlara belə  rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı 

Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 

nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Məşədi 

Bibixanımın və  oğlu Abdul Qasımı diri-diri oda ataraq yandırmış, Kərbəlayı 

Abuzər Məstan oğlunu və iki qızı - Hökuməni və Bustanı qucaqlarındakı 

körpələrlə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh 

oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışlar. 

Qubanın o vaxtkı  ağsaqqallarından Molla Şahbaz, Usta Məhəmməd Rəsul 

Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi  Əli Məşədi Feyzulla oğlu, 

Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərli Məşədi Talıb oğlu 

və onlarca digər ailə başçısı qətlə yetirilmişdir. 

Hər cür vəhşilik və talanlarla yanaşı, ermənilər ən alçaq və rəzil hərəkətlərə 

də  əl atmaqdan çəkinmirdilər. Belə ki, qansız erməni  əsgərləri  şəhərin hörmətli 

ağsaqqallarına  əmr etmişlər ki, onlara əylənmək üçün müsəlman qadın və  qızları 

gətirsinlər. Bununla qəti  şəkildə razılaşmayan  Əlipaşa Kərbəlayı  Məhərrəm oğlu 

və onun oğlu yerindəcə  vəhşicəsinə güllələnmişlər. Bəzən ermənilər onların 

əmrlərini yerinə yetirməyən kişilərin gözlərini çıxarmış, qarınlarını  xəncərlə 

doğram-doğram etmişlər. O vaxt şəhərdə iki mindən artıq kişini öldürən azğın 

erməni əsgərləri yüzə yaxın qadın və qızı zorlamış, namusuna toxunmuşlar... 

Şəhər  əhalisinin  əmlakı tar-mar edilərək oğurlanmışdır. Təkcə Qubanın 

özündə Amazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qızıl və 

qiymətli daş-qaş-və beş milyon manatlıq  əşya-mal, iyirmi-beş milyon manatlıq 

ərzaq ehtiyatı ələ keçirmişdilər. (Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir 

hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs edilərkən onun yük 

çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur).  

Təkcə Qubanın özündə Amazaspın dəstəsi 105 ev yandırmışdır. İbrahim bəy 

Şıxlarlıya, Məşədi  Əli Hüseynova, Orucəli Məmmədova, Bəkir Mehrəliyevə, 

Səttar Məmmədyarova, Hidayət  Əmirbəyova, Qafar Orucova, Əlibəy Zizikliyə, 

Rəcəb Orucova, Yusif bəy Abdulsəlimbəyova,  İsgəndər Abdullayevə  məxsus 

böyük mülk evlərin, şəhərdəki məscidlərin, bir sıra idarə və digər inzibati binaları 

yandırılıb külə döndərillməsi əhaliyə olduqca ziyan vurmuşdur.  

 

DAĞIDILMIŞ VƏ YANDIRILMIŞ 



YAŞAYIŞ MƏNTƏQƏLƏRİ 

 

Amazaspın “Cəza dəstəsi” Qubaya gələrkən Bakı-Xaçmaz dəmiryolunun sağ 



və sol tərəflərində yerləşən kəndləri dağıtmış, yandırmış,  əmlakını qarət etmiş, 


qaçıb canını qurtaranla bilməyənləri isə qətlə yetirmişdi. Bəzən, hətta olub ki, bu 

və ya başqa yaşayış  məntəqəsində camaat ermənilərlə dil tapmağa, danışıqlar 

aparmağa cəhd göstərmiş, lakin əvəzində düşmən güllələrinin qurbanı olmuşlar. 

Məsələn, Dəvəçi icmasının Dəvəçi bazar və Qızılburun camaatı 15 nəfərdən ibarət 

ağsaqqallar heyətini erməniləri duz-çörəklə qarşılamağa göndərmiş, lakin 

Amazaspın göstərişi ilə onların hamısı güllələnmişlər.  

Ermənilər bütün kəndlərdə ki, məscidləri dağıdaraq müqəddəs Quran 

kitablarını təhqir etmək məqsədilə ayaqlar altına atmış və yandırmışlar. Bütünlüklə 

Quba mahalında daşnaklar  yüz iyirmi kəndi dağıtmış, yandırmış, viran qoymuşlar. 

Həmin yaşayış  məntəqələri bunlardır: Dəvəçi, Sədan Çalxana, Dəvəzarat, 

Sağolcan, Eynibulaq, Ağasıbəyli, Kolanı, Uqah, Nardərə, Siyəzən, Rəhimli, 

Çurlaq, Aygünlü, Qaraqurdlu, Qaraçı, Nərəcan, Xudat, Aşağı Buduq, Xaçmaz, 

Təzə  və Köhnə Xaçmaz, Mürşüdoba, Xaspoladoba, Babalı, Mehralıqışlaq, 

Bəyqışlaq, Canaxır, Qobuqırıq, Mürsəlliqışlaq, Çarxı, Xırdaoymaq, Qaraçallı, 

Yergüc, Hülövlü, Həsənəfəndi, Ərəbqarabağlı, Çaxmaqlı, Cığatay, İlxıçı, Avaran, 

Xuray Çiləgir, Həzrə, Əcəxur, Dütahir, Həsənqala, Urva, Aşağı Əlik, Aşağı Ləkər, 

Köhnə Xudat, Əvəcük, Zeyxur, Kuzunqışlaq, Gədəzeyxur, Yasab, Nügədi, Əmsar, 

İqrıq, Əski İqrıq, Daşlıyataq, Təkyə, Qımılqışlaq, Əlibəyqışlaq, Əniq, Aşağı Xuc, 

Alpan, Digah, Zizik, Mirzəməmmədkənd, Üçgün, Hacıqaib, Susay, Xucbala, Cimi, 

Rustol, Yenikənd, Güləzi, Çiçi, Söhüb, Nohurdüzü,  Zərqova, Afuruca, Xəlfələr, 

Cek, Qırızdəhnə, Nabran, və s. O vaxtlar ermənilərin Quba mahalında 

yandırdıqları bir sıra kəndlər Əlixanlı, Ərəbəbəlməmməd, Ərəb-Xəmvə, qulamlar, 

Butbud, Tura, Əzizlər, Bişbişi, Aşalı, Kürəşqışlaq, Yusifqışlaq, Dəndəlik, Xızı, 

Fəriz,  Ərəb Sofu, Qərəblər,  Əbilə, büsbütün dağıdılmış, heç sonralar da dirçələ 

bilməmişdir. Bəzi kəndlərdə, məsələn, Nardərə, Qarabulaq, Nığır düzü kimi qədim 

yaşayış  məskənlərində  hətta indinin özündə 3-5 ev qalıb. Adları  çəkilən 

məntəqələrdə elə bizim günlərdə  təzə binaların özülü qazılarkən 75 il əvvəl 

ermənilərin yandırdıqları binaların külü üzə çıxır. 

Daşnaklar Quba mahalında yandırmaqla yanaşı, həm də qadın və  uşaq da 

qırmış yerli camaatın bütün əmlakını tar-mar etmişlər. 

 

QUBA QIRĞINI İLƏ BAĞLI 

DAHA BİR NEÇƏ SÖZ 

 

Ermənilərin Quba mahalında törətdikləri vəhşilikləri öz gözləri ilə görən

yaralanan, həm də təsadüf nəticəsində salamat qalan adamlar da olmuşdur. Onların 

söylədikləri daşnak  əməllərinin necə  dəhşətli və qansız hərəkətlər olduğunu bir 

daha sübut edirdi. Sonralar Quba şəhəri sakinlərindən, eləcə  də mahalın digər 

yerlərində yaşayan  əhalinin nümayəndələrindən Quba hadisələrinin tədqiq edən, 

öyrənən Fövqəladə  İstintaq Komissiyası bir sıra ifadələr almışdır. Həmin 

komissiyanın üzvü A.Novatskinin hazırladığı məruzə erməni vəhşiliklərini kifayət 

qədər əks etdirmişdir. O, hətta məruzəsinin sonunda Quba qırğınını törədənlərin ən 

ağır cəzalara layiq olduqlarını da qeyd etmişdir. Lakin belə bir qiymətli sənəd uzun 

müddət xalqdan gizlədilmişdir... 

1918-ci il hadisələrinin çoxu qəsdən unuduldu. Xüsusən  Şimali 




Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə