Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

təfsilatı barədə elə o vaxt hökumət dairələrinə müəyyən məlumat vermişdilər. Bu 

gün  əlimizdə artıq ifşaedici sənədlərə çevrilmiş bu məlumatlar uzun illər boyu 

arxivlərdə yatıb qalmış, xalqdan gizlədilmişdir. 

Erməni təbliğatçıları bizim əleyhimizə  hər cür bədnam məqalələr yazdığı, 

uşaqlarını türklərə qarşı nifrət ruhunda böyütduyü bir halda, Azərbaycanda 

başımıza açılmış müsibətləri özündə  əks etdirən tarixi sənədlər arxivlərdə öz 

tədqiqatçılarının yolunu gözləmişdir. Həmin sənədlərin bir neçəsinə diqqət yetirək. 

Şamaxı  şəhərinin sakini Mövsüm bəy Sadıqbəyov Azərbaycan hökuməti 

yanında təşkil edilmiş fövqəladə  İstintaq Komissiyası  tərəfindən dindirilərkən 

bildirmişdir ki, mən hələ Kürdəmirdə olduğum vaxt eşitdim ki, ermənilər 

Mədrəsəyə yanvar ayının əvvəllərindən başlayaraq on iki, yaxud on altı araba silah 

gətirmişlər. Bundan ehtiyat edən müsəlmanlar ermənilərə öz etirazlarını 

bildirərkən, onlar özünümüdafiə  dəstələri yaratmaq üçün hazırlıq gördüklərini, 

müsəlmanlara heç bir xətər toxunmayacağını demişlər. 

1918-ci il martın ortalarında şəhərdə belə bir fikir yayıldı ki, iki min nəfərə 

yaxın erməni əsgəri silah, hərbi sürsat yüklənmiş altmışa yaxın araba ilə Şamaxıya 

gəlir. 

Beləliklə, bu xəbəri        eşidən  Şamaxının    müsəlman  əhalisi silah 



arabalarının gətirilməsinin hər bir vəchlə qarşısını almağa çalışdı. Lakin böyük 

silahlı qüvvəyə malik olan ermənilər bütün maneələrə baxmayaraq, gətirdikləri 

yükləri Mədrəsə kəndinə çatdırdılar. 

M.Sadıqbəyovun istintaqından məlum olur ki, ermənilər ertəsi gün 

müsəlman  əhalisi ilə danışıqlar aparıb sülh bağlamışlar. Elə bu da onlarda 

arxayınlıq yaratmışdır. Müsəlmanlar  sülh  bağlamaqla təhlükənin  sovuşduğunu 

güman etmişlər. 

Lakin martın 18-də sübh tezdən ermənilər Mədrəsədə yerləşdirilmiş 

toplardan  Şamaxı  şəhərinə atəş açdılar. Yuxudan hövlnak duran şəhər  əhli pal-

paltarını geyinmədən hara gəldi qaçmağa başladı.  Şamaxıda yaşayan molokanlar 

da ermənilərə qoşularaq şəhərin müsəlman əhalisinə qarşı vuruşdular. Demək olar, 

heç bir silahlı müqavimətə rast gəlməyən ermənilər şəhərin  aşağı hissəsinə daxil 

oldular. Onlar evlərə soxulub, qabaqlarına çıxan müsəlmanları    öldürür,    evləri  

talan  etdikdən    sonra yandırırdılar. 

Bu hadisənin  şahidi olan Şamaxı sakini Məhiyyəddin  Əfəndi oğlu isə bu 

barədə belə ifadə vermişdir: “Ermənilər Şamaxını top atəşinə tutduqdan sonra əhali 

küçəyə qaçdı və gördü ki, erməni silahlıları şəhəri üç tərəfdən, molokanlar isə bir 

tərəfdən mühasirəyə almışlar. Bir neçə saatdan sonra ermənilər şəhərə basqın edib, 

evləri yandırmağa və adamları güllələməyə başladılar. Bu qırğına Qavril, 

Qaraoğlanov, poçt-teleqraf idarəsinin rəisi Gülbəndov, Qaramanov, dəllək Samvel, 

dəllək Ovanes, Stepan Lalayev, mədrəsəli Sidrak və bir çox başqaları  rəhbərlik 

edirdilər. 

Bu qırğından birtəhər canlarını qurtarıb qaçan azərbaycanlılar Kürdəmirdə, 

Gəncədə özlərinə  sığınacaq tapmaqla Şamaxıya erməni  əsirliyində qalmış 

müsəlmanları xilas etmək üçün lazımi tədbirlər görürdülər. Martın 28-də  İsmayıl 

xan çox da böyük olmayan bir dəstə ilə  Şamaxıya daxil oldu. Ermənilər silahlı 

toqquşmadan ehtiyat edərək Qozluçay kəndinə  çəkildilər və burada qüvvə 



toplamağa başladılar. İsmayıl xan Qozluçay kəndindən nümayəndə çağırıb erməni 

quldurlarını  təhvil verməyi tələb etdi. Molokanlar vəziyyətin çox kəskin  şəkil 

aldığını görüb onlara iki gün möhlət verilməsini bildirdilər.  İki gündən sonra isə 

molokanlar erməniləri verməyəcəklərini və onlarla birgə  Şamaxıdan gedəcəklərn 

barədə xəbər göndərdilər. 

İsmayıl  xan  məcburiyyət qarşısında  qalıb Qozluçaykəndi üzərinə hücum 

əmri verdi. Lakin atışma başladıqdan bir qədər sonra o, erməni silahlı qüvvələrinin 

ona üstün gələcəyini görüb, Şamaxıya geri çəkildi. 

Həqiqətən, ermənilərin hərbi qüvvəsi  İsmayıl xanın dəstəsindən bir neçə 

dəfə çox idi. İsmayıl xanın dəstəsi elə həmin gün axşamüstü Şamaxını tərk elədi. 

Yenidən Şamaxının qara günləri başlandı. 

Gəncə silahlı qüvvələrinin başçısı  İsmayıl xan Ziyadxanov Şamaxıdan 

gedərkən əhaliyə şəhəri tərk etməyi tapşırmışdı. Qozluçay kəndindən molokanların 

himayəsində olan ermənilər Bakıdan xeyli hərbi qüvvə almaqlarına baxmayaraq, 

yenə də Şamaxıya bir müddət hücum etməyə cəsarət eləmədilər. Onlar İsmayıl xan 

Ziyadxanovun dəstəsinin hələ orada olmasından ehtiyat edirdilər. Gəncə silahlı 

dəstəsi getdikdən yalnız altı gün sonra ermənilər  şəhərə daxil oldular. 

İ.Ziyadxanovun sözünə  məhəl qoymayıb  şəhərdə qalan əhalinin, demək olar ki, 

hamısı vəhşicəsinə qırğına məruz qaldı”. 

Şahid Siracəddin  Əfəndiyevin dediyi məlumatdan aydın olur ki, ermənilər 

insanları  təkcə öldürməklə kifayətlənmirdilər, onlar qadın və kişi meyidləri 

üzərində xüsusi vəhşiliklər törədirdilər, öz əməllərinə baxıb həzz alırdılar, azyaşlı 

uşaqlara və qadınlara paz çalırdılar. 

Şamaxı  qırğınından salamat qalan qaçqınlar Göyçay qəzasının  müxtəlif 

rayon  və  kəndlərinə  pənah  aparmışdılar. Qaçqınların bir qismi Kürdəmirə 

gəlmişdi. Lakin bu qırğından təxminən iyirmi-otuz gün sonra ermənilər Kürdəmirə 

də basqın edib evləri yandırdılar, əhalini gülləboran etdilər. 

Əhali xilas olmaq üçün Göyçay qəza mərkəzinə qaçdı. Amma Qarasu 

deyilən bataqlığı keçə bilmədiklərindən elə oradaca qalmalı oldular. Qaçqınlar 

həftələrlə burada qalıb, hər cür məhrumiyyətə dözdülər, bataqlığın suyundan 

içdiklərinə görə xəstələndilər. Qarasu yüzlərlə qaçqını öz ağuşuna aldı... Beləliklə, 

qırğından xilas olub, aclığa, soyuğa, hər cür ağır məhrumiyyətə dözən mətanətln 

bu zavallı qaçqınlar bataqlıqdan içdikləri sudan kütləvi şəkildə qırıldılar. 

Bu hadisənin şahidi olan S.Əfəndiyev qeyd edir ki, Şamaxıda meyid əlindən 

tərpənmək mümkün deyildi. Hər addımbaşı müsəlmanların vəhşicəsinə öldürülmüş 

meyidlərini görürdüm. Bir yerdə gördüyüm dəhşətli mənzərə heç vaxt yadımdan 

çıxmayacaqdır.  İki nəfər insanın-öldürülmüş kişi və qadın meyidləri üzərində 

yarıya bölünmuş 3-4 yaşlı uşaq meyidi qoyulmuşdur. 

Erməni cəlladları neçə-neçə ailənin, nəslin kökünü bax beləcə  kəsmiş, nə 

uşağa, nə qadına rəhm etməmişdilər. 

Tarixi araşdırmalar göstərir ki, bu hadisələrdə  Şamaxının kəndləri daha 

dəhşətli soyqırımına məruz qalmışdır.  Şamaxının  Ərəbqədim kəndində 200 nəfər 

kişi, 100 nəfər qadın, 78 nəfər uşaq, Dilman kəndində 300 nəfər kişi, 235 nəfər 

qadın, 50 nəfər uşaq, Tağılı  kəndində 360 nəfər kişi, 412 nəfər qadın, 152 

nəfər.uşaq vəhşicəsinə öldürülmüşdür. Eyni vəziyyət başqa kəndlərin də başına 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə