Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə4/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   2   3   4   5   6   7   8   9   ...   25

onlar  hansı  şərtlər   irəli  sürürdülər? Erməni milli şurasının da, daşnakların da 

başlıca  şərti bundan ibarətdi ki, bolşeviklər qovulduqdan sonra Bakıda müsavat-

daşnak hökuməti yaradılsın. Deməli, nə az, nə çox, müsavatçılar doğma şəhərləri 

olan Bakının idarə olunmasında ermənilərin də tam səlahiyyəti olduğunu rəsmi 

qaydada təsdiq etməli idilər. Əlbəttə, müsavatçılar belə milli xəyanət yolunu tuta 

bilməzdilər. Bunu, yəqin ki, həmin qəbuledilməz təklifi irəli sürənlər də yaxşı 

bilirdilər. 

Müsavatçıların qəti mövqeyi ilə rastlaşan daşnaklar heç də “ruhdan 

düşmədilər”. Onlar təhrikçilik  əməllərini davam etdirərək yeni bir təklif irəli 

sürdülər. Həmin təklifin mahiyyəti bundan ibarətdi ki, müsavatçılarla bolşeviklər 

arasında vuruşmalar başlanacağı  təqdirdə daşnaklar bitərəf qalacaqlar və guya 

rəğbət bəslədikləri azərbaycanlılara silah verməklə yardım göstərəcəklər. Bu təklif 

də riyakarlıqdan başqa bir şey deyildi. Əslində isə onların azərbaycanlılara silah 

vermək niyyətləri belə yox idi. O ki, qaldı, bitərəf qalmağa, mart hadisələrinin 

bütün sonrakı faciəli gedişi bu “bitərəfliyə” neçə “vicdanla” əməl olunduğuna 

şəhadət vermişdi. Deməli, bu təklif də sonrakı hadisələrin bir daha təsdiq etdiyi 

kimi, yalnız müsavatçılarla bolşevikləri toquşdurmağa, müsavat hərbi hissələrini 

Bakı Soveti qoşunlarının  əli ilə  tərksilah etməyə, dinc müsəlman  əhalisinə divan 

tutmağa yönəldilmişdi. 

Deyildiyi kimi, müsavatçılar yaxınlaşmaqda olan fəlakəti görməyə 

bilməzdilər.  Şəhərdə çoxlu erməni silahlı  dəstələrinin toplanması azərbaycanlı 

əhalisinin  əhval-ruhiyyəsinə son dərəcə  mənfi təsir göstərirdi, onların bir çoxu 

sürətlə  şəhəri tərk etməkdə idi. Beləliklə,  şəhərdəki  əhali tarazlığı pozulurdu. 

Müsavatçılar buna yol verməmək üçün öz qəzetləri “Açıq söz” vasitəsilə  əhaliyə 

müraciət edərək onları fitnələrə uymamağa, sabitliş qoruyub saxlamağa 

çağırmışdılar. Lakin belə bir sabitlik artıq Bakı Sovetinin rəhbərliyini təmin 

etmirdi. Onlar müsavatçıları şəhərin siyasi həyatından tamamilə kənar etmək üçün 

çox dəhşətli bir plan hazırlamışdılar. Həmin plana görə, kiçik fitnəkarlıqlar 

törətməklə siyasi şüurca yetişməmiş azərbaycanlı  əhalini cavab tədbirlərinə sövq 

etmək, sonra isə hərbi qüvvə və texnika üstünlüyündən istifadə edərək bütün cəbhə 

boyu hücuma keçmək və əlbəttə, bu zaman təqsiri müsavatçıların üzərinə yıxmaq 

nəzərdə tutulurdu. Beləliklə, Bakıda müsavatçıların siyasi rəqiblər siyahısından 

silinməsi üçün hər  şey edilmiş,  əməliyyat planları  ən xırda təfərüatı ilə  işlənib 

hazırlanmışdı. Güman etməyə tamamilə  əsas vardır ki, daşnak hərbi hissələrinin 

Bakı Soveti tərəfində müharibəyə qoşulacağı  məsələsi də  hələ  hərbi toqquşmalar 

başlanmazdan xeyli əvvəl azılaşdırılmışdı.  Əgər belə olmasaydı, hələ 1918-ci il 

martın ortalarında Bakı Soveti şəhərin mühasirəsini yarmaq bəhanəsi altında öz 

qoşunlarını  Lənkərana,  Şamaxı  və Muğan düzünə göndərməyə  cəsarət etməzdi. 

Erməni milli şurasının və “Daşnaksütyun” partiyası nümayəndələrinin qeyri-

məqbul  şərtlər irəli sürməklə müsavatçılarla, başladıqları danışıqlar isə, görünür, 

gözə kül üfürmək və iz azdırmaqdan başqa bir şey deyilmiş. 

Bakı faciəsinə başlamaq uçün bəhanə tapmaq çox da çətin olmadı. Çünki 

Bakı Sovetinin şəhər daxilində dözülməz amirlik mövqeyindən çıxış etməsinin 

güclənməsi onsuz da müsəlman əhalisi arasında gərginliyi son həddə çatdırmışdı. 

Lakin Bakı Soveti rəhbərliyinin davakar mövqeyi hər dəfə müsavatçıların sağlam 



düşüncəyə  əsaslanan soyuqqanlı, təmkinli mövqeyi qarşısında öz məqsədinə nail 

ola bilmirdi. Belə olduqda Bakı Soveti rəhbərliyinin açıq  şantaj tədbirinə  əl 

atmaqdan başqa çarəsi qalmadı. 

Bakıda vətəndaş müharibəsi adı altında milli qırğının başlanğıcını qoymuş 

həmin fitnəkar tədbir bundan ibarət olmuşdu ki, 1918-ci il martın 29-da Bakı 

Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə “Evelina” gəmisində Lənkərana üzməyə 

hazırlaşan müsəlman diviziyasının (“Dikaya diviziya”nın azərbaycanlı süvari 

polku nəzərdə tutulur. - K. M.) bir neçə yüz nəfərlik zabit və  əsgəri tərksilah 

edilmişdi. Bu, açıq-aşkar meydan oxumaq, öz gücünü nümayiş etdirmək,  əsl 

amirlik hərəkəti idi. Şəhərdə minlərlə yaxşı silahlanmış daşnak hərbi hissələri 

sərbəst hərəkət etdikləri halda, müsəlmanların kiçik bir dəstəsinin tərksilah 

edilməsi müsəlman  əhalisi arasında narazılığı artırmış  və ciddi etirazlar 

doğurmuşdu. Çünki bu tədbir,  əslində, üstün daşnak hərbi qüvvələri qarşısında 

şəhərin azərbaycanlı  əhalisinin tərksilah edilməsi tələbi idi. Digər tərəfdən bu 

fitnəkar tədbirin məntiqsizliyi orada özünü göstərirdi ki, axı, müsəlman hərbi 

hissələri Bakıdan gedirdilər, şəhərə kiməsə köməyə gəlmirdilər. 

Martın 30-da səhər tezdən Bakı  məscidlərində etiraz mitinqlərinin 

keçirilməsinə başlandı. Belə bir gərgin şəraitdə “Müsavat” partiyası rəhbərliyinnn 

azərbaycanlı əhalini sakitliyə və əminamanlığa çağırması da arzu olunan nəticəni 

vermədi. Silahların geri qaytarılması tələbinin uzanması (görünür, N. Nərimanovun 

vasitəçiliyi ilə bolşeviklərin silahları qaytarmağa  əvvəlcə razılaşmaları da onların 

növbəti fitnəkarlıq manevri olmuşdu) narazılığı son həddə çatdırdı. Günortadan 

sonra  Şamaxı yolunda (C. Cabbarlı küçəsi) və Tatarski küçəsində  Qızıl Ordunun 

süvari hissəsinə fitnəkarların təşkil etdiyi  hücum şəhərdə  əminamanlığın bərpa 

olunacağına bütün ümidləri puça çıxardı. Bununla da, Şaumyan və daşnaklar 

istədiklərinə nail oldular. 

Bu hücuma bəndmiş kimi Qızıl Ordu hissələri dərhal müsəlman 

məhəllələrinə soxularaq fəal hərbi  əməliyyatlara başladılar. Sonralar həmin qanlı 

hadisələrlə bağlı Şaumyanın etirafı məsələnin əsl mahiyyətini dərk etmək üçün çox 

əhəmiyyətlidir. O yazmışdır: “Biz süvari birləşmələrimizə ilk silahlı basqına qarşı 

hər cür hazırlıq görmüşdük və  dərhal bütün cəbhə boyu hücuma başladıq”. 

Zənnimizcə, bu sözlərin  əlavə izaha ehtiyaçı yoxdur. Həqiqətən də  Şaumyana və 

onun həmfikirlərinə ilk atəşin hansı  tərəfdən açılması olduqca lazım idi ki, 

özlərinin çoxdan ürəklərində  gəzdirdikləri bədxah niyyətlərini sərbəst həyata 

keçirsinlər. 

Beləliklə,  əvvəlcədən hazırlanmış ssenari üzrə Bakı faciəsinin həyata 

keçirilməsinə başlandı. Elə həmin gün, yəni martın 30-da bolşeviklərin rəhbərliyi 

ilə Bakı  şəhəri və onun rayonlarının  İnqilabi Müdafiə Komitəsi yaradıldı. 

Komitənin tərkibinə  Şaumyan, Korqanov, Caparidze, Nərimanov, Suxartsev (bu 

həmin Suxartsev idi ki, mart günlərindən sonra keçirilən bolşevik yığıncaqlarından 

birində “Müsavat” partiyasının bayrağını çeynəyə-çeynəyə- “Türkiyənin Bakı 

cəbhəsi alındı”-deyə şadlığını bildirmişdi) daxil edilmiş, sağ eser Saakyan, daşnak 

Yolçiyan onun işində  iştirak etmək üçün dəvət olunmuşdu. Komitənin sərəncamı 

ilə daşnak Martikyan bolşevik dəstəsinin komandiri təyin edilmişdi. Görünür, 

komitənin də  tərkibi  əvvəlcədən hazırlanmış, son məqamda isə  Nərimanovun da 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə