Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   2   3   4   5   6   7   8   9   ...   25

yuvaları  və  mənbələri saxlanılmışdısa, o zaman qayda-qanunun bərpa 

olunmasından axı necə danışmaq olardı? 

Belə  məlum olur ki, İnqilabi Müdafiə Komitəsi yalnız 1918-ci il 18 aprel 

tarixli məktubunda erməni milli şurasından bir hakimiyyət orqanı (?!) kimi təxirə 

salınmadan öz varlığına son qoymağı  tələb etmiş  və ona müsadirə etmək, vergi 

qoymaq, həbsə almaq, axtarış aparmaq və başqa bu kimi hökumət vəzifələrini (?!) 

yerinə yetirməyi qadağan etmişdi. Belə çıxmırmı ki, həmin talanlar və qırğınlar bir 

qədər yüngül formada olsa da, aprelin 18-dək davam etdirilmişdi (bəlkə elə buna 

görə Şaumyan yalnız qırğının 13-cü günü V.İ.Leninə yazmışdı ki, “Biz döyüşlərdə 

parlaq nəticələr  əldə etmişik. Düşmən tamamilə darmadlğın edilmişdir”). Yaxud 

əgər etməni milli şurası hökumət funksiyalarını yerinə yetirirdisə, bu o demək 

deyildimi ki, Bakıda o vaxt ikihakimiyyətlilik mövcud olmuşdur? 

Lakin Bakı bolşevikləri 18 gün sonra verdikləri bu sərəncamın da yerinə 

yetirilməsində  təkid göstərməmişdilər. Hətta daşnak qoşun hissələrinin yenidən 

təşkil edilərək Sovet qoşunlarına qatılması belə başa çatdırılmamışdı. Nəticədə 

daşnak polkları  əslində mütstəqil və  əlahiddə  dəstələr kimi qalmış, erməni milli 

şurası isə öz fəaliyyətini  əvvəlki qaydada davam etdirmişdi. Bütün bunlar isə bir 

məntiqi nəticəyə  gəlib çıxmaq üçün tam əsas verir ki, 1918-ci il aprelin 25-də 

təşkil edilmiş  və  fəaliyyətə başlamış Bakı Xalq Komissarları Soveti ilə  əslində 

bolşevik-daşnak alyansının icraedici orqanı olmuşdur. 

Elə üç aylıq hakimiyyəti dövründə onun qan və zorakılığa əsaslanmış bütün 

fəaliyyəti və  şərəfsizliklə hakimiyyətdən gedərək öz yerini eser-menşevik-daşnak 

sağ alyansına təhvil verməsi də bu deyilənlərin bir daha təsdiq edir. 

  

 



ŞAMAXI  QIRĞINI 

 

XVIII  əsrin  əvəllərində erməni siyasətbazları  İsrail Ori və Minas 



Tiqranyants Qafqazı, o cümlədən, Azərbaycanı  ələ keçirmək üçün I Pyotra 

müxtəlif işğalçılıq planları hazırlayıb təqdim edərkən,  Şamaxı  şəhərini qədim 

erməni  şəhəri kimi qələmə verirdilər. Onlar Rusiya imperatoruna göndərdikləri 

məktublarda bu şəhərin son dərəcə strateji əhmiyyətə malik olduğunu qeyd edir

Şamaxıda xeyli erməni  əhalisinin yaşadığını göstərirdilər. Lakin erməni 

siyasətbazlarının məktublarında  Şamaxı  şəhərinin Azərbaycanın orta əsrlərdə 

siyasi-iqtisadi həyatında oynadığı  rol,  bu  qədim tarixə malik yaşayış  məskəninin 

uzun müddət  Şərqdə  mərkəzi  şəhər olması faktı barədə Rusiya imperatoruna heç 

bir məlumat verilmirdi. Buna görə  də elə  həmin vaxtdan başlayaraq həm 

ermənilərin, həm də Rusiya hakim dairələrinin beyninə belə bir yanlış fikir 

yeridilmişdi ki, guya Şamaxı  həqiqətən erməni  şəhəri olmuş, sonralar 

azərbaycanlıların  əlinə keçmişdir. Halbuki heç bir rus ziyalısı, erməni millətçisi 

XII,  əsrdə  Şamaxı  şəhərindən çıxmış bir nəfər belə erməni  şairinin, mədəniyyət 

xadiminin adına çəkə bilməz. Çünki bu şəhərdə  həmin dövrdə heç bir erməni 

yaşamayıb. Bu şəhər tarixən Azərbayçan türklərinin yaşayış  məskəni olmuşdur. 

XII əsrdə Şamaxıdan çıxmış bir çox görkəmli şairlər, o cümlədən, Xaqani Şirvani, 

Fələki  Şirvani və bir çox başqa-başqa sənətkarlar bu qədim yaşayış  məskəninin 



yalnız Azərbaycan türklərinə məxsus olduğunu aydın göstərir. 

Erməni siyasətbazlarının  Şamaxı  şəhərini bir obyekt kimi seçib burada 

qırğın törətmələri heç də təsadüfi deyildir. 

Azərbaycan çar Rusiyası  tərəfindən işğal olunduqdan sonra onün bir çox 

şəhərlərində Türkiyədən və  İrandan köçürülmüş ermənilər məqsədyönlü  şəkildə 

yerləşdirilməyə başlandı. Bu dövrdə çarizm Azərbaycanda müstəmləkəçilik 

siyasətini işğal etdikləri torpaqlarda qeyri-müsəlman millətlərini yerləşdirməklə 

həyata keçirməyə çalışırdı. Çarizmin məhz bu məqsədyönlü siyasəti sayəsində 

Şamaxı şəhərində də xeyli erməni məskunlaşdırıldı. 

Tarixi faktlar aydın göstərir ki, ermənilər bu qırğını  həyata keçirmək üçün 

əvvəlcədən möhkəm hazırlaşmışdılar. Şamaxı şəhəri də başqa iri sənaye mərkəzləri 

kimi qırğın üçün əsas obyekt seçilmişdi. 

Xalqımızın qəddar düşməni olan Stepan Şaumyanın rəhbərliyi altında 

respublikamızın bir çox ərazisində, eləcə də Şamaxı şəhərində müsəlman əhalisinin 

qırılması aktı hazırlanıb,  1918-ci ilin ilk aylarından başlayaraq planlı  şəkildə 

həyata keçirilmişdir. Bolşevik siması altında Azərbaycan xalqına qarşı soyqırımı 

siyasətini həyata keçrən S.Şaumyan öz erməni soydaşları ilə  əlaqəyə girərək bu 

mənhus planı hazırlamışdı. Onun müavini Atabekov bu soyqırımın proqramını 

hazırladıqca bolşevik maskası arxasında gizlənən daşnak  əqidəli S.Şaumyana 

məlumat verir, ondan lazımi məsləhətlər alırdı. Atabekov məhz S.Şaumyanın 

yaxından köməyi və  məsləhəti ilə  Şamaxı  qəza rəisinin köməkçiləri Serebryakov 

və Gülbəndov ilə  əlaqə saxlamış, qısa müddət  ərzində bu regionda bütün erməni 

əhalisni qabaqcadan silahlandırmışdı. Cəmi bir həftə  ərzində Bakıdan göndərilən 

xeyli pulemyot və güllə ilə təchiz olunmuş Şamaxının erməni kəndləri mərkəzdən 

veriləcək əmri gözləyirdilər. 

Şamaxı qırğınının başlıca təşkilatçıları bu ərazidə soyqırımı siyasətini həyata 

keçirmək üçün heç də təkcə erməni kəndlərinə arxalanmırdılar. İllər boyu qonşuluq 

şəraitində mehribancasına yaşayan bu xalqları birdən-birə düşmək edib ayağa 

qaldırmaq, bir-birinə qarşı vuruşdurmaq heç də asan məsələ deyildi, hətta 

soyqırımın təşkilatçıları bu işdə kəndlilərə bir o qədər də  bel bağlamırdılar. Onlar 

bu məqsədlə xüsusi təşkil edilmiş quldur dəstələrinə daha çox ümid bəsləmişdilər. 

Çünki bu dəstələr başkəsən cəlladlardan təşkil edilmişdi. 

Artıq 1918-ci ilin əvvəllərindən etibarən  Şamaxının bir sıra kəndlərində 

soyqırımın həyata keçirilməsi üzrə ciddi hazırlıq işləri görulməyə başlandı.  

Bakıdan, habelə Ermanistanın müxtəlif nahiyələrindən Mədrə  kəndinə, xeyli  

silahlı erməni dəstəsi  gətirildi. 

İnsan qanına susamış bu cəlladlar erməni kəndliləri arasında təbliğat işini 

gücləndirir, onların bu siyasətini rus bolşeviklərinin müdafiə etdiklərini 

bildirirdilər. 

Erməni silahlı dəstələrinin Şamaxıda görünməsi, təbiidir ki, yerli müsəlman 

əhalisini narahat etməyə bilməzdi. Çünki 1905-1907-ci illərdə baş vermiş qanlı 

faciələrdən cəmi 10-12 il keçirdi. O vaxt baş verən milli faciənin canlı  şahidləri 

hələ  də  Şamaxıda yaşayırdılar. Köhnə faciənin yenidən təkrar olunmaq təhlükəsi 

göz qarşısında idi. 

Şəhərin müsəlman  əhalisi baş verəcək qırğının qarşısını almaq məqsədilə 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə