Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   2   3   4   5   6   7   8   9   10   ...   25

təcili olaraq ermənilərlə danışıqlar aparılmasını zəruri hesab etdi. Məsləhətləşib öz 

aralarından nümayəndə heyəti ayırdılar və Mədrəsə kəndinə göndərdilər. 

Erməni silahlı qüvvələrinin başçıları öz milli psixologiyalarına uyğun olaraq 

müsəlmanlara yalandan vəd verdilər, arxayın etdilər ki, guya onların yerli 

Azərbaycan  əhalisi ilə heç bir işi olmayacaqdır. Riyakarlıqdan uzaq olan 

azərbaycanlılar ermənilərin bu vədlərinə inandılar. 

Lakin erməni məkri çox davam edə bilmədi, danışıqlar hələ başa çatmamış 

azğın erməni quldurları öz vəhşi niyyətlərini həyata keçirməyə başladılar. Tszliklə 

Şamaxı  şəhəri top atəşinə tutuldu. Axşamüstü isə silahlı erməni dəstələri  şəhərə 

daxil olub, əvvəlcədən nəzərdə tutduqları qırğını həyata keçirtdilər. 

İki gün ərzində  şəhərdə azərbaycanlıların evi yandırıldı, talan edildi, 

günahsız insanlar amansızcasına qətlə yetirildilər. 

Heç bir silahı olmayan dinc əhali özünü müdafiə edə bilmədi. 

Hadisənin üçüncü günü soyqırımı müvəqqəti olaraq dayandırıldı. Vahimə 

içində olan şəhər  əhalisi qorxudan küçəyə  çıxa bilmir, müqavimət göstərmirdi. 

Hadisələrin qarışıqlığından istifadə edən ermənilər  Şamaxıda özlərinin yerli 

hökumətini yaratdılar. Qondarma erməni hökuməti hamıya evdə oturmaq, küçəyə 

çıxmamaq barədə göstəriş verdi. Əhaliyə belə bir fikir aşılandı ki, küçəyə 

çıxmayanlara qarşı heç bir cəza tədbirləri görülməyəcəkdir.  Əslində isə bu, 

qondarma erməni hökumətnin məkrli niyyəti idi. Bir qədər sonra bu niyyət üzə 

çıxdı.  Şəhərə tam hakim kəsildikdən, yəni yiyələndikdən sonra erməni silahlı 

dəstələri salamat qalmış, yandırılmamış müsəlman evlərinə soxuldular, silah, hədə 

qorxu gücünə soyğunçuluq etməyə başladılar. Onlar kişiləri guya “idarəyə 

aparırıq” adı ilə evdən çıxarıb kütləvi şəkildə öldürdülər. 

Şamaxı  qırğınının sədası tezliklə  hər tərəfə yayıldı. Ermənilər Gəncədən 

müsəlmanların silahlı  dəstələri gələnə  qədər öz çirkin fəaliyyətlərinin davam 

etdirir, hər yerdə azərbaycanlıları  vəhşicəsinə öldürürdülər. Gəncədən köməyə 

gələn silahlı dəstələr Şamaxı şəhərini tezliklə bu qaniçənlərdən azad etdilər. Xalq 

bu qırğın zamanı  qətlə yetirilənləri hələ ayırd etməmiş, dəfn eləməyə macal 

tapmamış Bakıdan gələn erməni silahlı dəstələrinin təzyiqi altında Gəncə silahlıları 

şəhəri tərk etməyə  məcbur oldular, Şamaxı yenə  də ermənilərin  əlinə  Şamaxı 

əhalisinin başına bu dəfə daha dəhşətli bəlalar açıldı.  Şəhərdən qaça 

azərbaycanlılar qarşılarına çıxan müsəlman  əhalisinə öz canlarını xilas etməyə, 

Şamaxının mərkəzində ermənilərin görünməmiş  vəhşiliklər elədiuini bildirdilər. 

Amma - Göyçaydan gəlmiş bir nəfər axund bu şayiələrə inanıb qaçmamağı, 

ermənilərlə danışıqlar aparacağını  və bundan sonra müsəlman  əhalisinə heç bir 

xətər toxunmayacağını vəd etdi.  

Başlarına min bir müsibət gətirilən azərbaycanlılar axundun dediyinə, 

danışıqların bir səmərə verəcəyinə inanıb qaçmadılar.  Şəhər sakinlərinin xeyli 

hissəsi ev eşiklərini tərk etməyib daha bu dəhşətli qırğına məruz qalmayacaqlarına 

inandılar. 

Bir neçə gün sonra isə  Şamaxı ikinci dəfə qan ocağına çevrildi. 

Azərbaycanın başqa  ərazilərində  qırğınlar törədən erməni quldurları  Şamaxıda 

misli görünməmiş    cinayətlərə  əl atdılar. Onlar qadınların və kişiləri tənasüf 

üzvlərini kəsmiş, körpə  uşaqları yerə  mıxlamış, meyidlərin başına min bir oyun 



açmışdılar.  

Əhalinin qabağını  kəsib  şəhərdən çıxmağa qoymayan, onlara şirin vədlər 

verən axundun özü də ermənilərin qəzəbinə düçar olmuşdu.  Əvvəlcə onun dilini, 

qulaqlarını, burnunu kəsmiş, sonra isə başının dərisini soymuşdular. 

Şamaxı  qırğınının başlıca təşkilatçılarından biri Stepan Lalayev, Samson 

Aspirov və Saatsazbəyov ilə birlikdə böyük bir erməni silahlı  dəstəsi  şəhərə 

gələrək yerli erməni sakinlərinin başçısı Gülbəndov və başqalarına məscidi 

mühasirəyə almağı tapşırdı. S.Lalayev yaxşı bilirdi ki, Azərbaycan  əhalisinin 

böyük bir qismi-qocalar, qadınlar və  uşaqlar qırğından salamat qalmaq üçün 

Allahın evinə-məscidə  pənah gətirib, burada gizlənmişlər. Qaniçən quldur 

azərbaycanlıları öldürməkdən həzz alırdı. O, məscidi yandırmağı, eşiyə  çıxanlara 

aman vermədən güllə ilə öldürməyi əmr eləmişdi. 

Məscidə toplanmış yüzlərlə dinc əhali, xüsusən qocalar, qadınlar, uşaqlar, 

bir sözlə, dəhşətli qırğından qaçıb canlarını xilas edə bilməyən və ümidlərini 

Allahın dərgahına bağlayan günahsız insanlar diri-diri bu məsciddə yandırıldılar. 

Eşiyə qaçmaq istəyənlər isə dərhal güllələndilər. 

S.Lalayevi  əmri ilə erməni quldurları cavan qadınları, qızları onun 

Şamaxıdakı evinə aparırdılar. Burada onları soyunduraraq, əvvəlcə spirtli içki 

içdirir, sonra da silah gücünə onları zurna altında rəqs elətdirir, elə oradaca zorlayır 

və bir qismini öldürür, bir qismini isə hündür eyvandan küçəyə atırdılar. Şamaxıya 

türk qoşunlarının gəlməsi ilə bu qadınlardan cəmi 8 nəfəri xilas edilə bildi. Erməni 

azğınları bu köməksiz qadınları, qızları öz vəhşətlərinin, ehtiraslarının qurbanı 

etdikdən sonra, vəhşicəsinə öldürmüşdülər. 

S.Lalayev Şamaxı əhalisinin əlindən çox yanıqlı idi. 1905-ci ildə baş vermiş 

erməni-müsəlman qırğını zamanı onun atası  və  əmisi müsəlmanlar tərəfindən 

öldürülmüşdü. Həmin dövrdə Atabekov isə  Şamaxı müsəlmanlarının köməyi 

sayəsində şəhər komissarı vəzifəsindən çıxarılmışdı. 

Hər iki cəllad bu tarixi faktı yaddan çıxarmayıb, əllərinə fürsət düşən kimi 

Şamaxı əhalisindən bu cür qisas aldılar, onlar minlərlə günahsız insanı vəhşicəsinə 

qətlə yetirdilər, evlərini yandırdılar, kəndlərini dağıtdılar. Bir sözlə, Şamaxı şəhəri 

görünməmiş faciələrlə qarşılaşdı. 

Bu qanlı hadisədən bir neçə ay sonra, Şamaxı qırğınından xilas olmuş Hacı 

Soltan Zamanov, Hacı Mir İsmayıl və başqaları Bakıya gəlmiş müttəfiq 

qoşunlarının baş komandanı Tomsona yazdıqları məktubda Stepan Lalayev barədə 

bildirirdilər ki, vəhşiləşmiş bu insanı  şamaxılıların başına gətirdiyi müsibətlərə 

görə  hərbi məhkəməyə vermək lazımdır. Məktubda göstərilir ki, S.Lalayev mart 

ayında özü quldur dəstəsi ilə  Şamaxıya gələrək bütün kəndləri, yaşayış 

məskənlərini dağıtmış, yandırmış,  əhalisini isə, demək olar, bütünlüklə 

qırdırmışdır. Bütün kişiləri şəhərdə qılıncdan keçirmiş, hətta oğlan uşaqlarına belə 

rəhm etməyərək öldürmüşlər. Kişilərin və qadınların gözü qarşısında qadınları, 

qızları zorlamışlar.  Şəhər tam soyulub talandıqdan sonra yandırılmış, bir məscid 

belə salamat qalmamışdır.  Şəhərdə mövcud olan beş min evdən yalnız məktəbin 

binası salamat qalmışdı. Hazırda  Şamaxı  şəhəri qəbiristanı xatırladır. Bütün bu 

faciənin əsas günahkarı yalnız S.Lalayevdir. Belə bir cəllad cəzasız qalmamalıdır. 

Şamaxı  qırğınında təsadüfən salamat qalmış  şahidlər bu qanlı faciənin 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə