Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

Şamaxıda mart qırğını barəda 1918-ci ilin iyulunda ürək ağrısı ilə yazırdı:” Mən 

Şaumyana yazdım: “Siz Azərbaycan xalqını göstərməlisiniz ki, mart hadisələri 

bizim iradəmizlə, yəni Sovet hakimiyyətinin iradəsiylə baş verməyib. Bu hadisələr 

xainlər və Sovet quruculuğunun düşmənləri tərəfindən törədilib..,”. Ancaq 

bədbəxtlikdən, mənim sözlərimə əhəmiyyət    verilmədi”. (“Odlar yurdu” qəzeti, 8-

9 aprel 1990-cı il). 

Məşədi  Əzizbəyov  Şamaxı  qırğınını  eşidən    kimi dərhal ora getmiş  və 

dəhşətli faciələri öz gözləri ilə görmüşdü. N.Nərimanov həmin    məktubda  bu    

haqda    belə yazmışdır: “Şamaxıdan    qayıdandan sonra mənim  əziz yoldaşım 

M.Əzizbəyov göz yaşı içində şahidi olduğu faciəni mənə danışdı. T.Əmirovun və 

S.Lalayevin  əvvəllər Bakıda olan silahlı  dəstələri  yaşına və cinsinə  məhəl 

qoymadan bütün azərbaycanlıları    öldürdülər; onlar hələ dünyada görünməmiş    

bir cinayət törətdilər,      uşaqları süngü və  qılıncdan keçirir,  adamları  məscidə 

toplayıb gerosin töküb yadırırdılar. Mənim    üçün aydın oldu ki, Bakıda  Sovet 

hakimiyyəti  daşnaklardan, asılıdır.  Bu  da      aydındır ki,  erməni    bandaları    

tərəfindən azərbaycanlı  əhaliyə edilən bu qədər zülmdən sonra Azərbaycan 

proletariatının Sovet hakimiyyətindən üz döndərməyə öz burcuaziyasının  hamiliyi 

altına  keçərək, ondan və Türkiyədən kömək  gözləməyə haqqı, var   idi”. (“Odlar 

yurdu” qəzeti 8-9 aprel, 1990-cı il). 

Şamaxı    qırğınından xeyli  müddət keçməsinə  baxmayaraq, hələ  də onun 

vurduğu yaralar qəlblərdə qövr eləyir. Çox təəssüf ki, xalqın başına açılan  bu 

müsibətlər, faciələr indiyədək      ətraflı  tədqiq olunmayıb. Erməni müsəlman 

qırğınının qurbanlarına bu günədək heç bir  abidə qoyulmayıb.  

Şübhə yoxdur ki, tədqiqatçılarımız bu  qanlı faciədən    daha geniş yazılar, 

kitablar  yazacaq, əsl həqiqəti olduğu kimi  xalqa çatdıracaqlar.  

Bunu tarix tələb edir. 

 

  

QUBA QIRĞINI 



 

Rusiyanın himayədarlığı ilə istədikləri  əməlləri həyata keçirən ermənilər

Qafqaza gəlmə bir xalq olmalarına baxmayaraq, bu qədim və zəngin ərazidə yurd 

salmaq, dövlət yaratmaq üçün hər cür yola-hiyləyə, fitnə-fəsada əl atmışlar. 

Bu haqda rus tarixçiləri  İ.Dyakonov və N.Şavrov belə demişlər: “Qədim 

ermənilər, təxminən bizim eradan əvvəl birinci minillikdə, Fərat çayının yuxarı 

vadisi zonasında meydana gəlmişlər” (İ.Dyakonov. Erməni xalqının ilkin tarixi. 

Yerevan, 1968, s. 237). “XX əsrin başlancığında Zaqafqaziyada yaşayan 1 mln. 

300.000 ermənidən 1 milyondan artığı bu rayonun yerli əhalisi deyildir: onlar 

buraya bizim tərəfimizdən köçürülmüşlər” (N.Şavrov. Zaqafqaziyada rus mənafeyi 

üçün yeni təhlükə. Sankt-Peterburq. 1911, s. 61). 

“Ermənilər,  əsasən, müsəlman mülkədarların torpaqlarında yerləşmişlər»-

deyən vəzri-muxtar, diplomat və dramaturq A. Qriboyedovun “Ermənilərin 

İrandan bizim əyalətlərə köçməsi -haqqında qeydlər”ini oxumaq kifayətdir (A. 

Qriboyedov. Seçilmiş əsərləri, II c., Moskva, 1977, s. 399-444). 

Ermənilərin Qafqazın aboroken xalqı olmamaları barədə vaxtilə  mənşəcə 

erməni alimlərinin özləri də etiraf etmişlər. 



Tarixçi B. İşxanyan “Qafqaz xalqları”  əsərində yazır: “Antik dövrdə 

ermənilərin  əsl vətəni olan Böyük Ermənistan Kiçik Asiyada, yəni Rusiyadan 

kənarda yerləşirdi” (B. İşxanyan. Qafqaz xalqları. Petroqrad, 1916, s. 18). 

Məhşur alim, Ermənistan SSR EA-nın ilk prezidenti İ.Orbelinin qeydinə 

diqqət yetirək: “İndiki Dağlıq Qarabağ orta əsrlər Albaniyasının bir hissəsi olmuş

sonradan erməni feodalları tərəfindən zəbt edilmişdir” (İ.Orbeli. Seçlmiş əsərləri. 

Yerevan, 1963, s. 358).  

Ermənilərin kim olduqlarını  və harada təşəkkül tapdıqlarını fikrimizcə 

onların tanınmış alimi Manuk Abeqyan daha dəqiq və düzgün ifadə etmişdir: 

“Erməni xalqının əsli nədir; necə və nə vaxt, haradan və hansı yollarla o, buraya 

(İrəvan torpaqlarına - V. A.) gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla 

əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə 

bunları subuta yetirən aydın və  dəqiq dəlillər yoxdur”. M. Abeqyan. Erməni 

ədəbiyyatı tarixi. Yerevan, 1975, s. 11. 

Hansı dona, hansı cildə istəsən girməyi bacaran erməni daşnakları 1917-ci 

ildə belə bir plan hazırlamışdılar ki, istər  Şimali Azərbaycanda, istər tarixi 

Azərbaycan torpaqlarında, istərsə  də Qafqazın digər  ərazilərində yaşayan 

azərbaycanlıları bütünlükdə  məhv etsinlər. Ermənilərin  əsas məqsədi bir xalq və 

millət kimi azərbaycanlıların ən dəhşətli soyqırımını təşkil etmək idi. 

Daha doğrusu, erməni daşnak partiyasının liderləri 1918-ci ilin ilk 

aylarından etibarən Bakıdan başlayaraq Tiflisə qədər məskunlaşan azərbaycanlıları 

qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə  Xəzər dənizinə tökməyi 

planlaşdırmışdılar. 

Həmin plana uyğun olaraq 1918-ci ilin mart-may aylarında Bakıda, 

Şamaxıda, Qubada və Göyçayda ermənilər yerli əhaliyə qarşı kütləvi qırğın 

tədbirlərinə əl atdılar. 

Həmin günlərin acı  həqiqətlərini qocaman    müəllim Məmmədhüseyn 

Axundov belə xatırlayır: “Ermənilər azərbaycanlıları  qıra-qıra  Göyçaya 

çatmışdılar.  Onlar görülməmiş  vəhşiliklər  törədir,  hamilə  qadınların   qarnını 

yarıb uşağı nizəyə keçirir, divara sancır, camaatı məscidə doldurub yandırır, qız və 

gəlinlərin kürəyinə qaynar samovar bağlayır və başqa vəhşiliklər edirdilər”. 

1917-ci ildə Rusiyada çar hökuməti devrildikdən sonra alman və Avstriya 

cəbhələrində xidmət edən minlərlə” erməni  əsgəri öz silahları ilə (o vaxtlar rus 

ordusuna azərbaycanlılar hərbi xidmətə çağırılmırdı.Əvəzində dövlətə vergi 

verilirdi) daşnakların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşdilər. Hətta, 

xatirələrdən məlum olur ki, 1918-ci ilin yanvar-fevral aylarında özlərinə çox 

arxayın olan daşnak zabit və əsgərləri Bakının küçələrində belə bir mahnı oxuya-

oxuya gəzirlərmiş: 

 

Bir, iki, Qafqaz oldu bizimki,  



Bir, iki, Bakı oldu bizimki,  

Dənizdən dənizə, 

 

Qara dəniz, Aralıq dənizi 



 Üstəlik Kirit adası. 


Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə