Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə11/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

Şimal sərhədimiz Voronec şəhəri  

Paytaxtımız Tiflis şəhəri  

Yaşa,çox yaşa Andronik paşa,  

Andronik paşa, səni çox yaşa. .. 

 

Göründüyü kimi, ermənilərin iştahası çox böyük imiş. Bu da təsadüfi 



deyildi. Çünki onların Rusiyada V.İ.Lenin kimi himayədarları, Qafqazda isə 

S.Şaumyan və A.Mikoyan kimi arxaları vardı. 



 

STEPAN   ŞAUMYANIN 

GÖSTƏRİŞİ   İLƏ 

 

1918-ci ilin mart ayının son günləri Azərbaycan xalqının qanlı  və faciəli 



günləri kimi tarixə düşmüşdür. Azərbaycanın istiqlaliyyəti tarixinin görkəmli 

araşdırıcısı Cahangir Zeynaloğlu mart hadisələri barədə belə yazır; “Daşnak” 

firqəsi xüsusi bir proqram daxilində müntəzəm şəkildə Bakıda müsəlmanları qırdı. 

Bu qırğına “bolşevik-müsavat firqə mübarizəsi” adı verildi və  qətl edilənlərin 

malları yağma edildi və yandırıldı. Martın 31-də başlayan bu qırğın üç gün davam 

eylədi... “İsmailliyyə” deyilən böyük və gözəl milli saray yandırıldı. “Təzə pir” və 

sair camelər də bombardman edildi, Şəhidlərin miqdarı 35 minə  qədər təxmin 

edilməkdədir. Qətllərdən qurtulan müsəlmanlar  ətraf göylərə  və da çəkildilər” 

(Müxtəsər Azərbaycan tarixi. Bakı, 1992  s.110). 

Bakıda azərbaycanlıların kütləvi qırğınından sonra oyuncaq hökumətin 

(daşnakların və ermənipərəst komissarların daxil olduqları Bakı kommunasının) 

başçısı S.Şaumyan özünün Baş planını (azərbaycanlıların bir millət kimi məhvi 

barədə) həyata keçirmək məqsədilə Quba, Şamaxı, Salyan və Göyçay bölgələrində 

törədiləcək qırğınları həyata keçirməyə başladı. 

Ermənilərin Bakıda qazandığı  uğurlar S.Şaumyana qol-qanad verdi. Öz 

hərəkətlərinə haqq qazandırmağa çalışan daşnak lideri Rusiya proletariatının 

başçısından da xeyir-dua almışdı. O vaxtlar V.İ.Lenin S.Şaumyana yazdığı xüsusi 

məktubda Bakıda mart qırğınında S.Şaumyanın möhkəm və qəti siyasətinə məftun 

olduğunu bildirir və həmin siyasəti davam etdirməyi məsləhət görürdü. Daha sonra 

bolşeviklərin rəhbərləri tapşırırdı ki, bu siyasəti çox ehtiyatlı bir diplomatiya ilə 

birləşdirmək unudulmamalıdır. V.İ.Leninin fikrincə belə etdikdə  qələbənib təmin 

olunacağına böyük inam bəsləmək olar. 

1918-ci ilin aprelində Bakı  şəhəri və Bakı quberniyası bolşeviklərin  əlinə 

keçdiyi bir vaxtda S.Şaumyanın tapşırığı ilə Quba əyalətində hakimiyyəti  ələ 

keçirmək üçun tədbirlər görülməyə başlandı. 

 

QUBA   CAMAATI   BOLŞEVİK 

HAKİMİYYƏTİNİ   İSTƏMİR 

 

Aprelin ortalarında S.Şaumyan özünün sadiq məsləkdaşı David  Gelovanini  



iki  yüzə  yaxın  silahlı    əsgərlə (ermənilərdən ibarət)  Qubaya göndərir. Burada 


özünü Quba Qəza Komissarı elan edən D.Gelovank yerli əhaliyə   bildirir ki, onlar  

mütləq  bolşeviklərin hakimiyyətini    tanımalıdırlar.   Vəziyyətin    çox      ağır  

olduğunu dərk   edən qubalılar  bu təkliflə    razılaşırlar.    Bir neçə  gündən sonra 

Qubada  sakitliyin  yarandığını  görən  D.Gelovani yerli  camaatın  tərksilah, edib  

həbsxanada   saxladıqları iki yüzdən artıq ermənini  azadlığa buraxdırır. 

D.Gelovaninin Qubada bolşevik idarə üsulu uzun çəkmir. Bir neçə gündən 

sonra  şəhərin özünün və  ətraf kəndlərin camaatı bolşevik komissara silahlı 

müqavimət göstərib onun  ya Qubanı  tərk etməsini, ya da təslim olmasını  təklif 

edirlər. Arxadan köməyə  gələn toplu-pulemyotlu xüsusi hərbi dəstə belə 

D.Gelovaniyə kömək edə bilmir. 

D.Gelovani Qubanı tərk etmək məcburiyyətində qalır. Şəhərdən    çıxarkən,    

o, buradakı    erməniləri də özü ilə aparır. Qubalılar bu hadisələr zamanı    həm 

şəhərdə yaşayan, həm  də D.Gelovaninin əsgərlərindən olan ermənilərdən az da 

olsa Bakı qırğınının hayıfını çıxırlar. 

 

  

DAŞNAK  AMAZASPIN QUBA 



MAHALINA   HÜCUMU 

 

D.Gelovani Qubadan qovulduqdan iki həftə sonra xəbər gəlir ki

bolşeviklərin bu mahala yeni və güclü təcavüzü hazırlanır. 

May ayının 1-də  məhşur daşnak zabiti Amazaspın başçılığı ilə ancaq 

ermənilərdən ibarət olan böyük hərbi dəstəsi Qubanı mühasirəyə alaraq şəhəri 

toplardan və pulemyotlardan atəşə tuturlar. 

Məlum olduğu kimi, Amazaspın dəstəsi elə belə adi əsgərlərdən ibarət 

olmamışdır. Onlar xususi “Cəza dəstəsi”  adı  altında  birləşən,  vəhşilikləri    ilə 

seçilən ermənilərdən ibarət qoşun hissələri idi. 

Amazaspı “Cəza dəstəsi” ilə Qubaya şəxsən S.Şaumyan göndərmiş  və bu 

barədə o, digər komissarlarla heç məsləhətləşməmişdi. Bu dəstəni tərtib edən 

yalnız hərbi komissar Qriqori Korqanov olmuşdur. Q.Korqanov S.Şaumyanın 

təklifi ilə Amazaspın dəstəsinə yalnız “Daşnaksütyun” partiyasının üzvü olan 

əsgərləri (iki min nəfər) daxil etmiş  və ona  qatı  millətçi  Venuntsu dəstə 

komissarı, Nikolay adlı hərbiçini isə köməkçi təyin etmişdi. 

Amazaspın Qubanı  işğal etdikdən sonra şəhər camaatına hədə-qorxu 

müraciətində onun dəstəsinin bu yerlərə hansı məqsədlə göndərildiyi açıq şəkildə 

ifadə olunur. O vaxt Amazasp demişdir: “Mən erməni xalqının qəhrəmanı və onun 

marağının müdafiəçisiyəm. Mən buraya-Qubaya xüsusi cəza dəstəsi ilə ona görə 

göndərilmişəm ki, iki həftə  əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən 

alım. Mən buraya qayda-qanun yaratmaq üçün, Sovet hakimiyyətini qurmaq üçün 

gəlməmişəm. 

Bu yerlərdə erməniləri qırdığınıza görə Xəzər dənizinin sahillərindən tutmuş 

Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları  məhv etmək barədə 

mənə göstəriş verilib. Mənə  sizin yurd-yuvanızı yerlə yeksan etmək,  Şamaxıda 

törətdiklərimizi sizin də başınıza açmaq, erməni qardaşlarımızın qanının intiqamını 

almaq tapşırılıb”. 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə