Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   2   3   4   5   6   7   8   9   ...   25

ayın 13-də Bakı Sovetinin İcraiyyə Komitəsini istefa verməyə  məcbur etmiş

oktyabrın 15-də isə Bakı Soveti ilə mədən-zavod komissiyaları konfransının birgə 

iclasını keçirərək müvəqqəti geniş Bakı    Soveti yaradılmasına   nail olmuşdular. 

Həmin dövrdə bolşeviklərin   Bakı        proletariatı        arasında nüfuzuna gəlincə,   

göstərmək  olar  ki,        onlar  bu      məsələdə  təkcə özlərini tamam    hörmətdən    

salmış        menşevikləri arxada qoya bilmişdilər. Qalan partiyalarla, xüsusən 

“Müsavat” partiyası ilə müqayisədə onların nüfuzundan heç danışmağına 

dəyməzdi.  Sözlərimizin təsdiqi üçün 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə 

keçirilmiş yeni seçkilərin nəticələrinə nəzər salaq. Həmin nəticələrə görə partiyalar 

arasında seçicilərin səsləri aşağıdakı qaydada müəyyənləşdirilmişdi: 

 

Müsavat - 9617səs 



Bolşeviklər - 3623 səs  

Eserlər - 6305 səs  

Menşeviklər - 687 səs  

Daşnaksutyun - 5288 səs. 

 

Göründüyü kimi, seçkilər zamanı digər partiyalarla müqayisədə bolşeviklərin 



topladığı səslər xeyli miskin nəzərə çarpır. Bunun tam əksinə olaraq, “Müsavat”ın 

çoxmillətli proletar Bakısında ümumi səslərin 40 faizini toplaması bu partiyanın 

reytinqinin yüksək olduğunu göstərirdi. Lakin məhz “Müsavat”ın Bakı Sovetinin 

və onun İcraiyyə Komitəsinin tərkibinə daxil olmaqdan imtina etməsi eser və 

daşnaklarla ümumi dil tapmaqda çətinlik çəkməyən bolşeviklərin işini xeyli 

yüngülləşdirmişdir.  Əgər bura, demoqoq şüarlarla Bakı proletariatının iqtisadi 

vəziyyətinin tezliklə düzələcəyini bəyan edən vədləri də əlavə etsək,o zaman aydın 

olar ki, niyə Rusiyada 1917-ci il oktyabr çevrilişindən az sonra-oktyabrın 31-də 

Bakı Soveti Bakı rayonunda bütün hakimiyyətin Sovetlərin əlinə keçməsini zəruri 

sayan bolşevik qətnaməsini qəbul etmiş, noyabrın 2-də isə  şəhər  ərazisində S. 

Şaumyanın başçılığı ilə Sovet hakimiyyati elan edilməsinə səs vermişdi. Beləliklə, 

22 oktyabr seçkilərinin ziddinə olaraq, səslərin heç 15 faizini də qazanmamış bir 

partiya,  əslində, Bakı  şəhərində real hakimiyyətə sahib olmuşdu. Bəs  ən güclü 

müxalifət partiyası olan “Müsavat”ın hadisələrin bu  məcrada cərəyan etməsinə 

münasibəti necə idi? Bu suala partiyanın lideri M.Ə.Rəsulzadənin sözləri ilə cavab 

verək: “Müsavat partiyası hakimiyyətin Sovetlərə verilməsinə prinsipcə etiraz 

etmir, lakin Bakı Soveti demokratik əsaslarla seçilmədiyindən, həmçinin, onda 

kəndlilər təmsil olunmadığından “Müsavat” hakimiyyətin göstərilən Sovetə 

verilməsinə etiraz edir və onun İcraiyyə Komitəsinə daxil olmayacaqdır”. 

Əlbəttə,  əvvəllər, “Müsavat”ın geniş kütlələr, xüsusilə  də Azərbaycan 

kəndliləri arasındakı böyük nüfuzundan qorxaraq, onun mövqeyinə sakit 

yanaşmağa üstünlük verən, daha çox hakimiyyəti öz əllərində  cəmləşdirmək 

qayğısına qalan bolşeviklər, zaman keçdikcə, öz narahatçılıqlarını büruzə verməyə 

başlayırdılar. “Müsavat”ın, demək olar ki, gündən-günə artan nüfuzu onların 

hakimiyyətdə möhkəmlənmək arzusunun gerçəkləşməsi yolunda ciddi maneəyə 

çevrilmişdi. Bunu S.Şaumyan da etiraf etməyə məcbur olmuşdu. O, göstərmişdi ki, 

əvvəllər Zaqafqaziyada ən zəif partiya sayılan “Müsavat” Rusiyada fevral 



inqilabından bir il keçdikdən sonra Zaqafqaziyanın  ən güclü siyasi partiyasına 

çevrilmişdi. 

1918-ci il noyabrın 15-də S.Şaumyanın V.İ.Lenin tərəfindən Qafqazın 

fövqəladə komissarı  təyin olunması  və ona rus qoşunlarının işğal etdiyi Türkiyə 

Ermənistanın muxtariyyət və istiqlalını təmin etmək üçün fərman təqdim edilməsi 

vəziyyəti  əsaslı surətdə  dəyişdi.  İndi arxasında Leninin nəfəsini duyan Şaumyan 

“Müsavat”a qarşı daha sərt mövqedən çıxış etməyə başladı. Hadisələrin sonrakı 

gedişi də bu münasibətləri kəskinləşdirməyə bilməzdi. 

Hələ 1917-ci il noyabrın 9- 12-də “Müsavat”ın rəhbərliyi ilə Zaqafqaziya 

müsəlman milli komitələrinin Bakıda keçirilmiş konfransında azərbaycanlıların öz 

müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq və Azərbaycanın muxtariyyətinə 

nail olmaq məqsədilə Milli Müəssisələr Məclisini çağırmaq haqqında qərarı 

Şaumyanın qəzəbinə  səbəb olmaya bilməzdi. Çünki o, bura Bakı neftinin qeyd-

şərtsiz Rusiyaya axıdılmasına nail olmaq və Türkiyə, torpaqlarında ermənilərin 

muxtariyyəti məsələsini həll etmək üçün gəlmişdi. 

Millətçilik mərəzinə tutulmuş bu adam “Azərbaycan” sözü barədə  eşitmək 

belə istəmirdi. O, heç cür başa düşmək istəmirdi ki, Azərbaycan adlı  ərazi, onun 

yerli əhalisi vardır, bu müstəqil bir xalqdır və onun da öz müqəddəratını təyinetmə 

hüqunu təmin edilməlidir. 

“Müsavat”la Bakıdakı oyuncaq Sovet hakimiyyəti arasında düşmənçiliyi 

artıran ikinci güclü hadisə 1917-ci il noyabrın 26-28-də Zaqafqaziyada Müəssislər 

Məclisinə keçirilən seçkilər oldu. Seçkilərdə iştirak etmiş 2455274 nəfər seçicidən 

615816 nəfəri “Müsavat”a, 159270 nəfəri isə Müsəlman Sosialist Blokuna səs 

vermişdi. Bolşeviklər isə bütün Zaqafqaziyada yalnız 95581 səs toplaya 

bilmişdilər. Seçkilərin nəticələri bir daha təsdiq etmişdi ki, bolşeviklər 

Zaqafqaziyada çox zəif ictimai bazaya malikdirlər və yalan vədlər hesabına 

hakimiyyətə  gəldikləri Bakı rayonundan başqa digər heç bir yerdə nüfuza malik 

deyildilər. Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin və onun İcraiyyə Komitəsinin 

Bakının özündə  də mövqeyinin kifayət qədər möhkəm olmadığını isə belə bir 

faktdan aydın görmək olar ki, bolşeviklərin 5 aylıq hakiməyyətləri dövründə 

(1918-ci il mart faciəsinə qədər) onlar şəhərdəki vəziyyətə tam nəzarət etməyə nail 

ola bilməmişdilər. Sovet hakimiyyəti kapitalistlərin müqavimətini qıra bilməmiş, 

şəhər dumasının və milli şuraların fəaliyyətini dayandırmamış, milli qoşun 

hissələrini tərkisilah etməmişdi.  Şəhər duması maliyyə  işlərinə  rəhbərliyi  əlində 

saxlayır, kağız pullar buraxmaqda davam edir, şəhər nəqliyyatına nəzarəti həyata 

keçirirdi. 

Deməli, real hakimiyyətə yiyələnmək üçün Bakı Soveti, onun İcraiyyə 

Komitəsi birinci növbədə ciddi siyasi qüvvə olub, qısa müddətdə  təkcə 

azərbaycanlılar arasında deyil, digər müsəlman xalqları arasında da böyük nüfuz 

qazanmış “Müsavat”ı öz yolundan kənar etməliydi. 

Yuxarıda deyllənlərdən aydın olduğu kimi, bunu dinc vasitələrlə  həyata 

keçirmək bolşeviklər üçün sadəcə olaraq imkan xaricində idi. Belə olan halda 

bolşevik rejimi üçün səciyyəvi olan  bir yol-zorakılıq yolu qalırdı. Bunun üçün isə, 

ən əvvəl döyüş qabiliyyətli silahlı qüvvələrə malik olmaq, sonra isə əməliyyatlara 

“özünüm müdafiə” donu geyindirməklə onun labüdlüyün və proletariatın 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə