Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   2   3   4   5   6   7   8   9   ...   25

mənafeyinə xidmət etdiyini sübuta yetirmək tələb olunurdu.  

Bəs faciə  ərəfəsində Bakı Soveti öz bədxah niyyətlərini həyata keçirmək 

üçün: real silahlı quvvələrə malik idimi? Faktlar bu suala müsbət cavab verir. Faciə 

ərəfəsində Bakı Soveti rəhbərliyi özünün sərəncamında olan silahlı qüvvələrin 

təşkili və təchizatı sahəsində xeyli iş görə bilmişdi. Şaumyan bu məqsədlə RSFSR 

hökumətinə müraciət etmiş  və kifayət qədər döyüş sürsatı, göndərilməsinə nail 

olmuşdu. Bakı Soveti qoşunlarının sərəncamına hətta top, zirehli maşın və 

təyyarələr də göndərilmişdi. 

Lakin bütün müsəlman  əhalisini fəal müdafiə etdiyi müsavatçılara        qarşı    

gələcək   hərbi    əməliyyatlarda Bakı Soveti qoşunlarının kifayət edəcəyinə əmin 

olmayan  Şaumyan faciə        ərəfəsində        daşnaklarla taktiki ittifaqa girməyi   də 

unutmamışdı. Onu da qeyd edək ki, həmin dövrdə Bakıda daşnakların   sayı 4 min 

nəfərdən artıq olan yaxşı silahlanmış silahlı   qüvvələri var idi. Daşnaksütyun   

liderləri        öz  ənənələrinə   sadiq  qalaraq Rusiyada mərkəzi   hökumətə,   

Gürcüstanda    menşeviklərə, Bakıda  isə onların “əbədi”  milli   ehtiyaclarına 

həssaslıqla yanaşan  Şaumyan hökumətinə eyni dərəcədə    yaltaqlıqla  qulluq   

göstərirdilər.        Elə  Şaumyanın özü də görkəmli daşnak liderləri ilə    sıx  əlaqə 

şəraitində  işləməyi bir an belə unutmurdu. Bunun müqabilində  Şaumyanda 

azərbaycanlılara nifrət    hissi o qədər güclü idi ki, hətta bu sahədə daşnaklar belə 

ona həsəd apara bilərdilər.  İş o yerə çatmışdı ki, Şaumyan ömrü boyu qul kimi 

itaətində durduğu Leninin də azərbaycanlıların muxtariyyəti məsələsinə diqqətlə    

yanaşmaq barədəki    məsləhətinə əməl etməyi mümkün saymamışdı. Axı, 1918-ci 

il martın 18-də V.İ.Lenin və RK(b)P Mərkəzi  Komitəsinin tapşırığı ilə İ.V.Stalinin 

“Stepana, Alyoşaya, başqa yoldaşlara”   məktubunda   aydınca  yazılmışdı    ki, 

“Müsəlmanlar muxtariyyət tələb etsələr mərkəzdə və yerlərdə Sovet hakimiyyətini 

sözsüz olaraq qəbul etmək razılığını almaqla, onlara  muxtariyyət vermək 

lazımdır”. Lakin  Şaumyan bunları qulaqardına vurmuşdu. Daha sonra, həmin 

dövrdə Bakıda  İran və  Qərb cəbhəsindən qayıdan  7000 nəfərə  qədər rus əsgəri  

(bunların da müəyyən hissəsi, bir neçə polkun isə  hətta rəisləri ermənilərdən 

ibarətdi) ilişib qalmış, dəmir    yolu bağlı olduğu    üçün evlərinə gedə 

bilməmişdilər. Bolşeviklərin təşviqatı da bu işdə öz mənfur rolunu oynamış  və 

sonralar həmin əsgərlərin bir çoxundan müsəlmanlara qarşı hərbi    əməliyyatlarda 

istifadə olunmuşdu. Xəzər hərbi donanmasının matrosları eserlərin  təsiri   altında   

olduqlarından    onların da gec-tez Bakı Sovetinin tərəfində vuruşacağı        şübhə 

doğurmurdu. Öz növbəsində menşeviklər də Bakı Sovetini müdafiə etdiklərini 

gizlətmirdilər. 

Ən dəhşətlisi bu idi ki, mart faciəsi ərəfəsində sayı 6 min nəfərə çatan Bakı 

Soveti silahlı qüvvələrinin, istər tərkibinin, istərsə də komandir heyətinin müəyyən 

hissəsini erməni millətindən olanlar təşkil edirdilər. Bunların arasında Bakı Soveti 

Qızıl Ordu qərargahının rəisi, çar ordusunun polkovniki “Daşnaksütyun” 

partiyasının üzvü Z.Avatisyan, 3-cü briqadanın komandanı Amazasp, daşnak 

partiyasının digər üzvü, qızıl qvardiyaçıların ümumi dəstəsinin başçısı, çar 

ordusunun məlum polkovniki Kazarov və başqaları var idi. Buradan məlum olurdu 

ki, daşnak qoşunlarından əlavə, Bakıda Qızıl Ordu sıralarında xidmət edənlərin də 

bir çoxu “Daşnaksütyun” partiyasının nəzarətinə tabe edilmişdi. 



Beləliklə,  yuxarıda  göstərilənlərdən aydın olduğu kimi, mart faciəsi 

ərəfəsində Bakıda hərbi qüvvələr nisbəti müsavatçıların tam zərərinə olmuşdu. 

Daha doğrusu, bir tərəf müharibəyə yaxşı hazırlanmış özünün hərbi imkanlarını  

hərtərəfli  ölçüb-biçmiş,  toqquşma başlayarsa, müttəfiqlərinin kimlərdən ibarət 

olacağını dəqiq müəyyənləşdirmiş, digər tərəf isə, yarımçıq hərbi hazırlıq görmüş 

əsgərlərinin çoxluq təşkil etməsi, hərbi əməliyyatların   gedişi planının olmaması, 

intizamın zəifliyi, pis silahlanmaları, ağır silahlarının isə, demək olar ki,  olmaması 

ucbatından çox çətin vəziyyətə düşmüşdü. Toqquşma  ərəfəsində  hər iki tərəfin 

silahlı qüvvələrinin sayca bərabər olmasına (hər tərəfdən on min nəfər) dair indiyə 

qədər tarix ədəbiyyatında verilmiş  rəqəmlərin dəqiqliyi barədə isə heç söhbət də 

ola bilməz.  İstər canlı qüvvə, istərsə  də texnika sahəsində  hərbi üstünlük Bakı 

Soveti qoşunları  tərəfində olmuşdur. Təsadüfi deyildir ki, mart faciəsi  ərəfəsində 

bir tərəf (Bakı Soveti) müharibəni udacağına tam arxayın olduğu üçün onu tezliklə 

başlayıb, qalibiyyətlə qurtarmağa can atırdısa (hərbi toqquşmaların milli münaqişə 

zəmininə keçə biləcəyi barədə N. Nərimanovun xəbərdarlıq və yalvarışlarına 

baxmayaraq), digər tərəf (müsavatçılar) şəhərdəki hərbi qüvvələr nisbətinin onlar 

üçün əlverişli olmadığını tamamilə dərk edərək hərbi-toqquşmaya yol verməmək, 

ya da heç olmazsa, onu bir qədər yubatmağa nail olmaqla, dinc əhalini, xüsusilə də 

qocaları, uşaqları, qadınları  şəhər  ətrafında yerləşdirmək üçün vaxt qazanmaq 

barədə daha çox düşünürdülər. 

Nə  qədər acınacaqlı olsa da, etiraf edilməlidir ki, müsavatçılar məğlub 

olacaqlarını sanki əvvəlcədən bilə-bilə  həmin dəhşətli faciəyə  cəlb edilmişdilər. 

Görünür, bu məsələdə erməni milli şurası üzvlərinin və daşnak liderlərinin 

xəyanətkar rolu da az iş görməmişdir. Onlar müsavatçıları Bakı Soveti ilə silahlı 

töqquşmaya təhrik etmək üçün özlərinə  məxsus riyakarlıq, xainlik 

keyfiyyətlərindən bütün səviyyələrdə istifadə etmişdilər. Onlar əvvəlcə 

bolşeviklərlə mübarizədə müsavatçılarla ittifaqa girməyə hazır olduqlarını 

bildirmiş, sonra isə bitərəf qalacaqlarına söz vermişdilər. Səmimilikdən uzaq olmuş 

bu adamlar özlərinin əsl niyyətlərini isə, həmişə olduğu kimi, gizli saxlamışdılar. 

İndi isə faciə ərəfəsində erməni liderlərinin “diplomatik fəallığını” əks etdirən bir 

neçə fakta nəzər salaq: 

“...martın 18-də keçmiş  şəhər rəisi Qaik müsəlmanların iclası keçirilən 

İslamiyyə binasına gələrək erməni milli şurası  və daşnaksütyun partiyasının 

adından bildirmişdi ki, hərgah müsəlmanlar bolşeviklərin  əleyhinə  çıxsalar, onda 

erməni qoşun hissələri müsəlmanlara qoşular və bolşevikləri Bakıdan qovub 

çıxarmaqda onlara kömək edər”. 

“Erməni milli şurasının başqa bir nümayəndəsi Ter Zaxaryan həmin gün 

müsəlman milli şurası  və müsavat partiyasının binasına gələrək demişdi ki, 

daşnaklar müsavatçılarla birlikdə bolşeviklərin  əleyhinə      çıxmaq üçün 

məsləhətləşmək istəyirlər. Ter-Zaxaryan əlavə etmişdi ki, bu mübarizə siyasi 

əqidələr üstündə        mübarizədir, müsəlman və erməni milli şuraları  çıxış etmək 

üçün sazişə  gələ bilərlər.  (Sitatlar Z.İ.İbrahimovun “Sosialist inqilabı  uğrunda 

Azərbaycan zəhmətkeşlərinin mübarizəsi” (Bakı, 1957) kitabından 

götürülmüşdür). 

Bəs ümumi düşmənə, (Sovet hakimiyyətinə) qarşı birgə  çıxış müqabilində  



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə