Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə18/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

Bəli, insanlıq simasını itirmiş bu insanabənzər yırtıcıların yeganə məqsədləri 

ondan ibarətdi ki, hansı vasitələrlə olursa-olsun, Azərbaycan torpaqlarını 

azərbaycanlılardan təmizləsinlər və onu gələcəkdə Erməmistan elan etsinlər. 

“Azərbaycan” qəzetinin 1919-cu il 14 (1) yanvar tarixli sayında tamamilə haqlı 

qeyd edildiyi kimi, məhz - bu məqsədlə “... Ermənilər minlərlə musəlmanı 

doğrayır, qanımız sel kimi dağlara, səhralara axıdılır, yüzlərlə  kənd yerlə yeksan 

edilir, ermənilərin ayaqları altında namusumuz tapdalanır. Hara baxırsansa bax, hər 

yerdə musəlman qaçqınlarıdır, hər yerdə qadınların, qızların ağlaşması  eşidilir… 

Ermənilər bu torpaqları müsəlmanlardan təmizlədikdən sonra bizim xalqdan artıq 

burada bir iz də qalmayacaq...” 

Apdronikin  əsl cəllad  siması   1918-ci     ilin yayında özünü büruzə verdi. 

Bu vaxt türk, ingilis və almanlar arasında Zaqafqaziya respublikalarına 

münasibətdə baş verən ziddiyyətlərdən istifadə etməyə çalışan, Bakıda  Şaumyanın  

erməni  hökumətinin  ağır  vəziyyətə    düşməsindən sonsuz dərəcədə məyus olan 

Andronik öz quldur dəstələri ilə Azərbaycan sərhədlərini keçərək qəflətən 

Zəngəzura hücum etdi. Onun quldur və başkəsənləri çoxlu sayda Azərbaycan 

kəndlərini dağıdıb yandırdılar,  əhalini qırıb məhv etdilər, yurdlarından didərgin 

saldılar. Onların yalnız bu hucumları zamanı  Zəngəzur qəzasında 20-ə  qədər 

kəndin əhalisi öz doğma yurdunu tərk edib İrana,  Qarabağa və İrəvana qaçmaqla 

canlarını xilas etdilər. (“Gənclik”, 1989, № 11 səh. 7.) 

1918-ci ilin sentyabr ayından Andronikin quldur dəstələrinin Zəngəzur 

qəzasına hücumları sistemli şəkildə  həyata keçirilməyə başlandı. Nəticədə 

Zəngəzur bölgəsinin Rut, Darabe, Aqadu, Baqudı  kəndləri talan edildi: Arxalı, 

Şyakur, Məlikli, Pulkənd,  Şəki, Qızılcıq azərbaycanlı  kəndləri, habelo Qarakilsə, 

İrlik, Pəhlulu, Dərəbas, Qurdlar, Kotanan, Sisiyan və  Zəbəzdur kəndlərinin 

azərbaycanlılar yaşayan hissələri yandırıldı, bu zaman qaçıb xilas olmağa imkan 

tapmamış 500 nəfər kişi, qadın və uşaq öldüruldü. (Azərb. EA xəbərləri; 1989, № 

4 səh. 85). 

1918-ci il sentyabrın sonundan Andronikin dəstələri Zəngəzurun birinci 

bölgəsinin  azərbaycanlı  əhalisini ardıcıl olaraq qətlə yetirmiş, bir çox kəndləri 

tamamilə dağıtmışdılar. Tarixin lal şahidləri - rəngləri solmuş arxiv sənədləri 

Andronik cəlladlarının keçib getdiyi Azərbycan kəndlərinin dəhşətli vəziyyətindən 

xəbər verir. Bu sənədlər inkaredilməz  şəkildə  təsdiq edir ki, dinc azərbaycanlı 

əhalinin hər yerdə kütləvi surətdə  qırılması  əsl milli fəlakət səviyyəsinə 

çatdırılmışdır. Andronikin hər yerə ölüm, səfalət, dilənçilik gətirən cəlladlarının 

alçaq  əməlləri 1918-ci il noyabr ayının ortalarında daha geniş miqyas almış  və 

Zəngəzurun əksər bölmələrini əhatə etmişdir. 

Onu da qeyd etmək lazımdır ki, Zəngəzur qəzasının təbii coğrafi şəraitinin 

mürəkkəbliyi də onun müdafiəsinin təşkili üçün təcili tədbirlər görülməsini xeyli 

çətinləşdirirdi. Yüksək dağlıq  ərazidə yerləşən qəzanın  Şuşa qəzası ilə tamamilə, 

Cəbrayıl qəzası ilə isə  əsasən  əlaqəsi kəsilmişdi. Xüsusilə erməni kəidlərinin 

arasında qalan Azərbaycan kəndləri ağır vəziyətə düşmüşdü.  Əlverişli mövqedə 

yerləşmələrindən və  əksəriyyət təşkil ernələrindən cəsarətlənən ermənilər 

təşəbbüsü ələ alaraq Azərbaycan kəndlərini üzük qaşı kimi əhatəyə aldıqdan sonra 

öz bəd  əməllərinin icrasına başlayırdılar. Məsələn, 1918-ci il dekabrın    14-ə olan 



məlumatda deyilirdi ki, Andronikin dəstəsi yerli ermənilərlə birlikdə 9-cu 

bölmənin  Nüvədi  kəndini  mühasirəyə almışlar, müsəlmanların qırğını gedir.  

Qaladərəsi kəndi  ətrafında öyüşlər getməkdədir. Başqa bir məlumatda isə 

göstərilirdi  ki, ingilis-fransız  nümayəndə heyətinin  xəbərdarlığı  əsasında 

müsəlmanlar öz mövqelərini tərk etdikdən sonar ermənilər Andronikin 

komandanlığı altında    qəflətən müsəlman kəndlərinə basqın etmişlər. Onlar cinsə 

yaşa  fərq qoymadan  azərbaycanlıları    vəhşicəsinə öldürür, onların meyitlərini 

təhqir edirlər, təkcə dekabrın 9-da 12-dən artıq kənd yandırılmışdır   (Yenə orada, 

s. 86). zərbaycanın digər  qəzaları ilə muqayisədə Zəngəzur qəzasının vəziyyətinin    

ağır olması, həm də onunla əlaqədar idi ki, deyildiyi kimi, burada yerli erməni 

kəndlnlərinin  silahlı  quldur  dəstələrindən  başqa,  general Andronikin 

komandanlığı altında yaxşı təşkil olunmuş qoşun hissəsi də var idi. 

Azərbaycan Fövqəladə  İstintaq Komissiyasının üzvü Mixaylovun 

məlumatlarına görə, sərəncamında  əhəmiyyətli hərbi qüvvə  və silahlı erməni 

kəndlilərinin və  yəqin ki, Ermənistan Respublikasının müvafiq direktivləri olan 

Andronik Azərbaycan hüdudlarına soxulduqdan sonra, müsəlman  əhalisinə 

ultimatum verərək onlardan erməni hökumətinə tabe olmağı, yaxud da qəza 

ərazisini tərk etməyi tələb etmişdi; o, bu ərazini Ermənistan Respublikasının 

tərkibinə daxil etmək istəyirdi. Qəza müsəlmanları öz kəndlərində bütün dünyadan 

təcrid olunmalarına, heç yerdən müdafiə  və kömək gözləmdiklərinə, ayrı-ayrı 

kəndlərin zəif silahlanmalarına baxmayaraq, yenə  də ermənilərin tələblərinə tabe 

olmamışdılar. Ermənilər isə bunun müqabilində müdhiş  qəddarlığa  əl atmışdılar. 

Öz respublikalarının  ərazisini genişləndirməyə  cəhd göstərərkən ermənilər, hətta 

müsəlmanlar könüllü surətdə doğma ocaqlarını  tərk etdikdə belə, onlara rəhm 

etmir, kəndləri yandırır, yerlə yeksan edir, sakinləri vəhşicəsinə öldurür, mal-

qaranı sürüb aparır, onların  əkin sahələrini  şumlayırdılar. Bu vəhşiliklər 

nəticəsində 918-ci ilin yalnız yay və payızında Zəngəzurda 115 Azərbaycan kəndi 

məhv edilmiş, dağıdılmış  və yandırılmışdı (A. Balayev, Azerbaydcanskoye 

nasionalno-demokratiçsskoye dviceniye, Baku, 1990, s. 50). Lakin bu rəqəmin özü 

də  vəziyyəti tam əks etdirmirdi. Çünki 2-5 evdən ibarət olan 10-a yaxın xırda 

yaşayış məntəqəsi bura daxil edilməmişdi. 1918-ci ilin yay və payız talanlarından 

sonra qəzada aşağıdakı acınacaqlı vəziyyət yaranmışdı: Qəzanın Sisiyan mahalının 

1-ci polis məntəqəsinin bütün Azərbaycan kəndləri, 2-ci məntəqənin böyük hissəsi, 

3-cü, 4-cü və 5-ci məntəqələrinin xeyli hissəsi tamamilə  məhv edilmişdi. Bəzi 

kəndlər tam mənada yerlə yeksan edilmiş, biri isə ermənilər tərəfindən hətta 

şumlanmışdı. 50 min nəfərədək azərbaycanlı doğma ocağını tərk edərək qəzanın 4-

cü məntəqəsində və Cəbrayıl qəzasında yerləşmişdi (Azərb. EA xəbərləri, 1989, № 

3, səh. 137). 

Andronik cəlladlarının Zəngəzur qəzasında törətdikləri vəhşiliklər xüsusi 

təhqiqat mövzusudur. Bu barədə vaxtilə də xeyli təhqiqat aparılmış, müvafiq akt və 

sənədlər tərtib edilmişdir. Yəqin ki, bu sənədlərin araşdırılması və dərc olunması 

gələcəkdə  də davam etdiriləcəkdir. Lakin elə  vəhşiliklər vardır ki, onların 

barəsində susmaq, danışmamaq, sadəcə olaraq, bundan sonra da milləti yuxuya 

vermək demək olardı. Buna görə  də kiçik həcmli məqalənin imkanları  nəzərə 

alınmaqla bu vəhşiliklər barəsində müxtəsər bəhs etmək, zənnimizcə, yerinə düşər. 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə