Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə17/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Bundan başqa, istər Şaumyanın, istərsə də Mikoyanır Andronikə necə böyük 

ümidlər bəslədiyi, ona necə inandıqları da yaxşı məlumdur. Məgər Androniki “xalq 

qəhrəmanı” kimi təbrik edən və onu bu adla da Leninə  təqdim edən  Şaumyan 

deyildimi?  Şaumyanın həbsxanada olarkən Sentrokaspi hökumətinə verdiyi 

təklifləri barədə  yəqin ki, çoxları bilmir. Həmin təkliflərində isə  Şaumyan 

Andronikin dəstəsinin Bakıya dəvət edilməsini də irəli sürmüşdü (guya Bakının 

müdafiəsi üçün). 

Yaxşı ki, Sentrokaspi hökumətində bu hiyləyə uyanlar, tapılmamış  və 

məsələnin ilkin müzakirəsindən sonra Şaumyanım nümayəndəsi V.Sturuaya haqlı 

olaraq bildirilmişdi ki, Şaumyan və onun həmfikirləri Androniki Bakıya dəvət 

etməklə burada 1918-ci ilin mart hadisələrini təkrar etmək, yəni azərbaycanlıların 

qırğınını davam etdirmək istəyirlər, buna isə heç vəchlə yol vermək olmaz. 

Beləliklə, Şaumyanın Azərbaycanın şərqində və qərbində fəaliyyət göstərən daşnak 

quldur dəstələrinin səylərini birləşdirmək cəhdləri  xoşbəxtlikdən   baş tutmamışdı.  

Sənədlər göstərir ki, Andronikin quldur dəstələrinin saxlanmasına birbaşa 

Bakıdan maliyyə yardımı da göstərilirmiş, 1919-cu il yanvarın 29-da “Qruziya” 

qəzetində maraqlı bnr sənəd dərc edilmişdir. Bu, əlahiddə erməni zərbə  dəstəsi 

rəisinin (Andronikin) general mayor Biçeraxovun adına göndərilmiş 10 dekabr 

1918-ci il tarixli minnətdarlıq məktubu idi. Məktubda bildirilirdi ki, Zəngəzur 

erməni milli şurasının üzvləri Arşak  Şiranyan və Nikolay Osipov Bakıdan 

qayıdaraq özləri ilə bir milyon manat pul gətirmişlər. Sənədin altında rus dilində 

“erməni zərbə  dəstəsi” sözləri yazılmış  və ikibaşlı. qartal-təsvirli möhür 

vurulmuşdur (Azərb. EA xəbərləri, tarix, fəlsəfə  və hüquq seriyası, 1989, № 4. 

səh.95). 

Başqa bir sənəddə isə Azərbaycan kəndlərinə basqınlar edərək qanlı 

cinayətlər törədən quldur dəstələrində vaxtilə bolşevik hərbi dəstələrində xidmət 

etmiş erməni zabitlərinin də vuruşduğu göstərilir. Məsələn, Zəngəzur zərbə 

dəstəsinin öldürülmüş zabitlərinin-Andrey Tevosovun və Bahan Komarovun 

adlarına verilmiş  sənədlərdən aydın olur ki, onlar əvvəllər Lənkəran bolşevik 

dəstəsində xidmət etmişlər (yenə orada, səh. 146). 

Əlbəttə, belə  sənədlərin sayını artırmaq mümkündür. Bu sənədlər istər 

Şaumyanın istərsə də Andronikin eyni ideallara xidmət etdiyini yalnız təsdiq edir 

və buna olan şübhələrli yoxa çıxarır. Məhz belə “qəhrəman” və “rəhbərlərini” 

azğın fəaliyyətləri nəticəsində  hər dəfə azərbaycanlıların yeni soyqırım faktları 

aşkara çıxırdı. N. Nərimanovun haqqlı olaraq göstərdiyi kimi, hər dəfə ölənlərin 

99% -ni yalnız müəyyən mllləti (yəni azərbaycanlıların) nümayəndələri təşkil 

edirdi. 

1918-ci ilin yayından başlayaraq Zəngəzurda baş verən qanlı hadlsələr 

erməni cəlladların belə qeyri-insani əmələrdə nə qədər səriştəli olduqlarını bir daha 

dünyaya məlum etdi. 

Andronik Zəngəzur qəzasına hücum etməzdən  əvvəl, necə deyərlər, Göyçə 

mahalında “zəngin təcrübə qazanmış”, Naxçıvanda “(Sovet hakimiyyəti elan 

etmiş”,  məhz Leninin gözündə “xalq qəhrəmanı kimi” yüksəldikdən sonra o 

zaman Azərbaycanın ayrılmaz hissəsi olmuş  Zəngəzura hücum etməyə  cəsarət 

göstərmişdir. Törətdiyi cinayətlər üçün heç kəs qarşısında məsuliyyət daşımaması 



onu daha, da azğınlaşdırmışdır. Naxçıvanda törədilmiş vəhşiliklərdən ayrıca söhbət 

açılacağını  nəzərə alaraq, biz Andronikin Göyçə mahalının təkcə Basarkeçər 

bölgəsindəki “qəhrəmanlıqları” üzərində bir qədər ətraflı dayanmaq fikrindəyik. 

1918-ci ilii əvvəllərində Andronikin quldur dəstələri Basarkeçərə gəlmiş və 

burada 6 erməni kəndi istisna olmaqla Azərbaycan kəndinin hamısında hərbi 

postlar qoymuşdular.  Andronikin sağ əli rotmister Silikov qardaşlarının və mayor 

Vahramın başçılıq etdiyi qərargahın tapşırığı ilə Azərbaycan kəndləri üçün xərac 

müəyyən olunmuşdu. Andronik vəhşiliklərinə xas olan belə, bir səciyyəvi cəhəti də 

göstərmək lazımdır, ki, onlar məhz camaatın var-yoxunu əlindən aldıqdan sonra 

kəndlərdə kütləvi qırğınlara başlayırdılar. Burada da belə olmuşdu.  Əvvəlcə 

kəndlər arasında gediş-gəliş qadağan olunmuş, sonra isə bölgənin erməni  əhalisi 

arasında  Andronikin xüsusi əmrini yaymışdılar ki, hansı erməni türkə kömək etsə, 

onu gizlətsə, yerindəcə güllələnəcəkdir. Bundan sonra daşnaklar özlərinin bədxah 

niyyətlərini birbaşa həyata keçirmiş  və Novruz bayramına bir gün qalmış 

azərbaycanlıları kütləvi surətdə  qırmağa, onların evlərini yandırmağa 

başlamışdılar. Həmin məsum gecədə Andronikin cəlladları təkcə Şişqaya kəndində 

640- nəfəri yandırmış və güllələmişdilər (onlardan 380 nəfəri uşaq, qadın və qoca 

olmuşdur). Erməni  yaraqlıları Kiçik Məzrə  kəndində 90 nəfəri öldürmüş, iki 

qadını  əsir götürmüş, Hüseynquluağalıda 30, Daşkənddə isə 21 adamı öldürmüş, 

evləriii yandırmışdılar. 40 mindən artıq adam öz doqma yurdlarını  tərk edərək 

Kəlbəcər-Qumlubulaq aşırımı ilə Azərbaycana qaçmışdılar (“Vətən səsi” qəzeti, 4 

iyul 1990-cı il). Şişqayada azərbaycanlı ağsaqqalların bir qrupu daşqalaq edilmiş, 

adamların belinə qaynar samovar bağlamaqla onların qətlə yetirilməsi kimi 

vəhşiliklər törətmişdilər. Heç şübhəsiz ki, tarix belə qeyri-insani ölüm hallarının 

“kəşfi üçün” erməni “xalq qəhrəmanı” Andronik barədə öz obyektiv sözünü 

deyəcəkdir. 

Lakin bu heç də o demək deyildir ki, erməni cəlladlarının azğınlığı həmişə 

“zəfərlə” başa çatmışdı və necə deyərlər, onların burunları heç yerdə ovulmamışdı. 

Ayrı-ayrı yerlərdə  işğalçılar ciddi müqavimotə rast gəlmişdilər. Məsələn, Zod 

kəndində toqquşma zamanı erməni dəstə komandiri rotmistr Silikov qardaşları, 

kornet Xaçaturov, adyutant və daha 15 daşnak məhv edilmişdi, (Azərb. EA 

Xəbərləri, 1989,  4, səh. 91-92). 

Andronikin Göyçə mahalında törətdiyi cinayətlər nəticəsində Çamırlı, 

Mədinə, Bığlı, Anağızoğlu, Qışlaq, Qulalı, Küsəcik, Alçalı, Kiçik Qaraqoyunlu və 

Dəliqardaş kəndləri yerlə yeksan edilmiş, xarabazarlığa çevrilmişdi. Basarkeçərdə 

“qəhrəmanlırı” ilə xususi fərqlənmiş Andronikin yaxın silahdaşı, mayor Vahramın 

aşağıdakı sözləri bu cinayətkarların əsl simasını və məqsədini necə də aydın ifadə 

edir: “Mən heç nəyə fərq qoymadan Basarkeçərin turk əhalisini məhv etdim. Lakin 

bəzən gülləyə heyfim gəlir. Bu itləri qırmaq üçün ən yaxşı vasitə odur ki, döyüşdən 

sonra sağ qalanların hamısını  yığıb quyulara doldurasan və üstündən ağır daşlar 

qoyasan ki, onlar bu dunyada qalmasınlar. Mən belə  də etdim: bütün kişiləri, 

qadınları və uşaqları yığıb quyulara tökdüm, quyuların ağzını daşlarla bağlayaraq 

onların işini bitirdim” (A.Lalayan-Kontrevolyutsionnıy daşnaksutyun i 

imperialastiçeskaya  voyna 1914-19181q. Azərb. EA Xəbərləri, tarix, fəlsəfə  və 

hüquq seriyası, 1989, №4 səh. 50). 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə