Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə15/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

Vəziyyəti belə görən Ermənistan hökuməti yubanmadan üzündən “müqəddəs 

əzabkeş” maskasını kənara atmış və utanmadan adları çəkilən qəzaların ərazisinin 

böyük hissəsinin guya Ermənistan  ərazisi olduğu üçün general qubernatorluğun 

təsis olunmasına qəti etiraz etmişdi. Azərbaycan hökuməti öz cavabında tamamilə 

haqlı olaraq bildirmişdi: “Sizin hökumətli Azərbaycqn Respublikasının Cavanşir, 

Şuşa, Cəbrayıl və  Zəngəzur rayonlarında müvəqqəti genzral-qubernatluğun təsis 

edilməsinə etirazı əsasızdır. Çünki bu rayonlar  Azərbaycanın ayrılmaz, hissəsidir. 

Ali idarəetmə qaydasında Azərbaycan hökumətinin təkcə hüquqi deyil, hətta 

mənəvi borcu qayda-qanunun bərpası üçün ölçü götürmək və milliyyətindən asılı 

olmyaraq öz ərazisində yaşayan vətandaşların həyatını,  şələfini,  əmlakını 

məsuliyyətsiz  şəxslərin zorakılığından qorumaqdır. Buna görə  də general-

qubernatorluğun təsis edilməsi barədə bizim hökumətin qərarı heç cür ermənistanın 

ərazi hüquqlarına  əl atmaq hesab edilə bilməz və Sizin hökumətin bununla 

əlaqədar etirazını bizim suverenliyimizə  qəsd daxili işlərimizə qarışmaq cəhdi 

hesab etmək olar”. (“Gənclik” 1989, № 11, səh. 14-15). 

Görürsünüzmü, əgər 1988-ci ilin fevralında da Dağlıq Qarabağdakı bir ovuc 

avanturist seperatçıları    müdafiə edən Ermənistan rəhbərlərinə  belə  qəti  cavab 

verilsəydi və müvafiq tədbirlər görülsəydi, yəqin ki, son səkkiz ildə  şahid 

olduğumuz faciələr  başımıza  gəlməzdi... 

1918-ci ildə Qarabağda baş vermş qanlı hadisələrdən bəhs edərkən  Şuşa 

haqında ayrıca danışmamaq olmaz. Axı, Andronikin agentləri Qarabağda erməni 

əhalisinin qiyama təhrik etdikdən sonra Şuşa daşnaklar tərəfindən “Qarabağ 

Respublikası”nın (“Kiçik Ermənistan”) paytaxtı elan edilmişdi. Andronik şəxsən 

üç dəfə bu qalaşəhəri tutmağa cəhd göstərmiş və hər dəfə də burnu ovularaq böyük 

itkilərlə öz yuvasına - Gorusa geri çəkilməyə  məcbur olmuşdu. (Bax: Aydın 

Balayev. Azerbaydcanskoye nasionalno-demokratiçeskoye dviceniye. Bakı, 1990, 

səh. 51). Bəs qəhrəman Şuşa əhli 1918-ci ildə buna necə nail olmuşdu?  

1918-ci ilin qanlı hadisələri, bütün Qarabağda olduğu kimi, Şuşada da 

mürəkkəb vəziyyət yaratmışdı. O zaman 40 minlik Şuşa  əhalisinin təqribən yarısı  

azərbaycanlılardan, yarısı isə ermənilərdən ibarət idi. Şəhər hər tərəfdən 12 erməni 

kəndi ilə əhatə olunmuşdu. Onların arasında yeganə azərbaycanlı kəndi Malıbəyli 

idi. 


1918-ci ilin mayında Zaqafqaziyada üç müstəqil respublikanın yaranması ilə 

Şuşada da erməni-azərbaycanlı münasibətləri gərginləşdi. Ermənilər, “Qarabağ 

Respublikası” yaratmaq planı ilə azərbaycanlıların razılaşmasına nail olmaq üçün 

şəhərə  gələn bütün yolları bağlamışdılar.  Əsgəran, vasitəsilə  Ağdamla  əlaqələr 

kəsilmişdi. 4 ay ərzində  şəhərə  ərzaq daxil olmamış,  şəhərdən çıxmaq istəyənlər 

gülləyə tutulmuşdu. Andronikin qoşunlarının  şəhərə yaxınlaşması  xəbəri  Şuşa 

ermənilərinin xüsusilə  həyasızlaşmasına səbəb olmuşdu. Onlar silahlanmış halda 

şəhərin azərbaycanlı hissəsinə  sərbəst gəlib-gedir, lakin erməni hissəsinə gedən 

azərbaycanlıları  tərksilah edirdilər. Aclıq təhlükəsi yaranırdı. Ermənilər məhz 

aclığın köməyi ilə azərbaycanlıları “Qarabağ Respublikası”nı tanımağa məcbur 

etmək niyyətində idilər. Bu vaxt Azərbaycan hökuməti çox müdrik bir addım 

ataraq Həsən Bəsri bəyi Şuşaya, Kazım bəyi Qaryaginə (indiki Füzuli), Fəxri bəyi 

isə  Ağdama komendant təyin etdi. Ermənilər komendantların hakimiyyətini



tanımayaraq iki həftə  ərzində qurultay keçirmiş, “Qarabağ Respublikası”nın 

yaradıldığını  bəyan etmiş  və bu “respublikanın” bütün inzibati vəzifələrini 

daşnaklar arasında bölüşdürmüşdülər. 

Belə ağır zamanda Şuşa azərbaycanlılarının müdafiə sahəsindo gördüyü işlər 

xüsusilə təqdirəlayiqdir. Onlar 4 könüllü dəstə yaratmış, 15 yaşından 60 yaşınadək 

bütün silah tuta bilən kişiləri siyahıya almışdılar. Gənclər dəstələrə cəlb edilmiş, 45 

yaşından yuxarı olanlar isə ehtiyata götürülmüşdü.  Əhalini silahlandırmaq üçün 

komitələr yaradılmışdı.  Şuşada olan zabitlərin başçılığı ilə  gənclər hərbi işi 

öyrənirdilər, bu məqsədlə  qərargah yaradılmışdı.  Ətrafdakı erməni kəndlərdən 

gözlənilən hücumun qarşısını almaq üçün tədbirlər görülmüş, şəhərin azərbaycanlı 

hissəsi dörd tərəfdən səngərlərlə  əhatə olunmuşdu, səngərlərdə gecə-gündüz   

keşikçilər   qoyulmuşdu.   Şəhərdə      ərzağın,     suyun çatışmadığı bir zamanda  

Bakının türk və Azrbaycan qoşunları  tərəfindən  azad edilməsi  xəbəri  onun  

müdafiəçiləri arasında böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Onlar   bu  böyük  

qələbəni  vəziyyətin  bütün  mürəkkəbliyinə baxmayaraq bayram kimi qeyd 

etmişdilər.  

Bu zaman Şuşa azərbaycanlılarını sevindirən ikinci bir hadisə baş vermişd. 

Həmin sevinci onlara bu dəfə ermənilər “bəxş etmişdilər”.  Şuşaya yaxınlaşan və 

təbii dayaq məntəqəsi olan Qaladərədə  Şahnazaryanın quldur dəstəsi burada 

Şuşadan gələn erməni dəsdələri ilə birləşməli, sonra isə  Şuşa üzərinə yeriməli 

idilər. Bu plan kürd süvarilərinə  məlum olmuş  və onlar Şahnazaryanın dəstəsinə 

hücum edərək onu pərən-pərən salmışdılar. Bunu görən Şuşa erməniləri tələsik geri 

dönərək, səhvən onları azəzbaycanlı dəstələri hesab etmiş öz erməniləri tərəfindən 

gülləyə tutulmuşdular. 

Bəli,   1918-ci  ildə  Şuşa  azərbaycanlılarının qətiyyətli hərəkətləri  şəhərin  

düşmən tapdağı  altına    düşməsinə yol   verməmiş,  onu  ləyaqətlə  qorumuşdu. 

Tezliklə şuşalıların bu fədakarlığı layiqincə qiymətləndirildi. İsmayıl Həqqi bəyin 

başçılığı altında  şəhərə yaxınlaşan türk və Azərbaycan qoşunları   1918-ci il  

sentyabrın 25-də  Şuşanı ermənilərin mühasirəsindən xilas etdilər. “Qarabağ 

Respublikası  rəhbərləri”nin itaət göstərməkdən və Azərbaycan dövlətini 

tanımaqdan savayı yolu qalmadı.  Şuşanı 4 ay  müddətində  qoruyub  saxlamış  

müdafiəçilərinin fədakarlığı  əsl mərdlik nümunəsi sayıla bilər və heç şübhəsiz,   

milli  tariximizin şanlı   səhifələrindən birini təşkil edir. 

  

ZƏNGƏZUR   QIRĞINLARI. 

 

Azərbaycan üçün, doğma  xalqımızın müsibətləri baxımından  faciələrlə  



dolu  bir   il - 1918-ci   il  əzəli    türk torpaqları, olan Zəngəzur  qəzasından da  yan  

ötməmişdir. Lakin Zəngəzurun   faciəsi   və   bəlalarının   daha   ağrılı tərəfi budur 

ki, bunlar təkcə  1918-ci ildə bitməmişdir, bu və ya başqa formada sonrakı illərdə 

də davam etdirilmişdir.  Əlbəttə bunlara da dözmək olardı. Təki bu torpağın  

Azərbaycan Demokratik Respublikası başçılarının səyi və milli ordumuzun 

fədakarlığı sayəsində Azərbaycanın, ayrılmaz hissəsi kimi qorunaraq saxlanması 

bolşevik rejimi tərəfindən də  təmin edilə idi. Lakin təəssüf ki, belə olmadı. Rus 

silahının gücü ilə hakimiyyətə  gətirilən Azərbaycanın bolşevik hökuməti  bu   




Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə