Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə23/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   17   18   19   20   21   22   23   24   25

göstəriş verməli oldu. Əsgərlər   böyük  bir  çala  qazaraq  bu  qırğının    bütün 

qurbanlarını bir çalada basdırdılar. 

Bundan  əlavə, Sərdarabad  ərazisində ermənilərin törətdikləri vəhşiliklər o 

dövrdə ağızdan-ağıza gəzirdi. Ermənilər Xeybəyli, Bağçağıq kəndlərinin əhalisinə 

qarşı elə  vəhşiliklər törətmişdilər ki, bu hadisənin  şahidi olmuş  və çox çətinliklə 

qırğından xilas olub, İrəvanda sığınacaq tapan müsəlmanları sakitcə dinləmək 

mümkün deyildi. Bu azğın cəlladlar, insan cildinə girmiş vəhşilər körpə uşaqların 

başlarını  kəsib həyətlərdəki payalara keçirtmişdilər. Bəzi kəndlərdə isə körpə 

uşaqlar payalara taxılmışdı. 

Erməni-müsəlman qırğını başa çatdıqdan sonra sağ qalan əhalinin bir qismi 

tədricən öz yurdlarına qayıtmara başladılar. Əhalinin böyük əksəriyyəti bu qırğın 

zamanı  məhv edilmişdi. Sağ qalanların müəyyən qismi isə öz qədim dədə-baba 

yurdlarına qayıtmadı, Türkiyənin  şəhər və  kəndlərində, habelə Azərbaycanın 

muxtəlif bölgələrində məskunlaşdılar. 

1923-cü ildə “Zarya Vostok” qəzeti bu hadisələri təhlil edərək bildirirdi ki, 

ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamışdı, özü də bu, 

dövlət səviyyəsinə qaldırılmış  və Azərbaycanın hüdudlarından kənara çıxmış bir 

siyasət idi. Yalnız Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti 

dövründə (may 1918-ci il-noyabr 1920-ci il) Azərbaycan  əhalisinin 60 faizini 

qırmışdır. 

Göründüyü kimi, gürcü mətbuat səhifələrində göstərilən bu rəqəmin üzərinə 

qaçqın vəziyyətinə salınmış, soyuqda-şaxtada dağlarda məhv olmuş müsəlman 

əhalisinidə əlavə etsək, çox dəhşətli bir mənzərə yaranır. Ermənilər 1918-ci ildə bu 

qədim Oğuz yurdunda tarixən yaşayan, öz qoynunda xaçpərəstlərə yer verən İrəvan 

ərazisindən ümumiyyətlə, müsəlman əhalisinin qovulması, öz dədə-baba torpağını 

tərk etmələri üçün bütün sivilizasiyalı dövlətlər tərəfindən ittiham olunan soyqırımı 

siyasətini həyata keçirmişlər. Bu gün bütün dünyaya özlərini mədəni bir xalq kimi 

tanıtdırmaq üçün quzu cildinə girmiş bu yırtıcı  vəhşilər öz törətdikləri 

cinayətlərdən danışmayaraq türklər tərəfindən guya soyqırımına məruz qaldıqlarını 

aləmə car çəkir, mötəbər məclislərdə, dövlət parlamentlərində  məsələ qaldırırlar. 

Lakin dünya ictimanyyəti onuda bilməlidir ki, ermənilərin həyata keçirtdiyi bu 

siyasət sayəsində  təkcə Türkiyədə 2,5 milyondan çox türk öldürülmüşdür. 

İrəvanda, Naxçıvanda, Şamaxıda, Qubada, Bakıda və Azərbaycanın digər şəhər və 

kəndlərində ermənilər tərəfindən qırılmış zavallı insanları da bu siyahıya, yəni bu 

rəqəmin üzərinə  gəlsək, onda özlərini sivilizasiyalı adlandıran və dünya 

ictimaiyyətinin gözünə kül üfürməyə çalışan erməni vəhşilərinin bəşəriyyətə qarşı, 

insanlığa qarşı necə böyük təhlükə törətdiyi tam aydınlaşır. 

Bu gün Dağlıq Qarabağ adı ilə  həyata keçirilən soyqırırımı da məhz 

ermənilərin ”Böyük Ermənistan” yaratmaq planının tərkib hissəsidir. 

Bütün türk dünyasına, insanlığa qarşı çevrilmiş bu təhlükəli siyasətin qarşısı 

alınmasa, gələcək nəsillər bu siyasətin ağırlığını, acısını çox çəkəcəklər. 

  

 



 

NAXÇIVAN   QIRĞINLARI 


 

1828-ci ildə Rusiya-İran müharibəsinin qələbəsindən, yəni Türkmənçay 

müqaviləsindən sonra yaradılmış İrəvan vilayətinə Naxçıvan xanlığı ərazisinin də 

daxil olması ermənilərin torpaq iştahasını xeyli artırmış  və onları öz məkrli 

məqsədlərini daha qətiyyətlə irəli sürməyə, nəyin bahasına olursa-olsun, bu yurda 

sahib olmağa sürükləmişdir. Ermənilər bu gün məhz tarixi ədalətsizliyin 

mahiyyətinə varmayaraq, daha doğrusu, bu faktın üzərindən sükutla keçərək 

“Naxçıvan  ərazisi Ermənistanın olmuşdur” tələbi ilə  çıxış etməklə, öz mənfur 

siyasətlərini irəli sürməkdə davam edirlər. 

1918-ci il Milli Komitənin sədri Mir Hidayət Seyidzadənin verdiyi 

məlumata görə erməni silahlı qüvvələri Naxçıvan üzərinə iki istiqamətdən hücum 

etməyi planlaşdırmışdılar. Məlumatda göstərilir ki, ermənilər həmin dövrdə 

Sədərək, Qəməriyyə  kəndlərinə basqın edərək bu yaşayış  məntəqələrini məhv 

etmiş, sonra isə  Şərur və Naxçıvan qəzası istiqamətində  hərəkət eləməyə 

başlamışlar. Erməni silahlı qüvvələrinə bu kömək İrəvandan və Aleksandropoldan, 

yəni Gümrü şəhərindən edilmişdi. 

İkinci quldur dəstəsinin isə  Zəngəzur istiqamətindən gəlməsi gözlənilirdi. 

Məlumatda həyacanla bildirilirdi ki, əgər on beş gün ərzində  tədbir görülməsə, 

Ordubad düşmən ayaqlarının tapdağı altında qalacaq, hər iki istiqamətdən hücum 

edən düşmənə cavab verə bilməyəcəyik. 

Daşnak hökuməti Zəngəzur, Şərur, Naxçıvan, Ordubad qəzalarında yaşayan 

müsəlmanları  qırmaqla bu torpaqları Ermənistan  ərazisinə birləşdirməyi 

planlaşdırmışdı. 

Çünki qarşıdan gələn ildə Fransada xalqların sülh konfransının keçirilməsi 

nəzərdə tutulurdu. Ermənilər bu konfransda məhz həmin ərazilərdə müsəlmanların 

yaşamadığını bildirməklə bu qədim türk torpaqlarını Ermənistana birləşdirmək 

məqsədi daşıyırdı. Erməni  

siyasətbazlarının fikrincə, konfransda dünya xalqlarının nümayəndələri yuxarıda 

adları  çəkilən  ərazilərdə müsəlmanların yaşamadığını, həmin  ərazilərin tamamilə 

boş olduğunu görüb bu torpaqların Ermənistana verilməsi barədə razılığa 

gələcəklər. 

Göründüyü kimi erməni siyasətbazlarının bu uzaqgörənliyi həmin dövrdə 

xalqımıza çox böyük faciələr gətirdi. Onların qızışdırıb dinc əhali üzərinə 

göndərdiyi quldur dəstələri minlərlə  əhalini vəhşicəsinə öldürdü, qan su yerinə 

axdı, əhali dağlara, meşələrə qaçdı, min cür əziyyətə qatlaşmalı oldu. 

Həmin dövrdə Azərbayçanın iri sənaye  şəhərlərinə böyük ümidlə baxan, 

onlardan imdad diləyən Naxçıvan  əhalisinin ürək ağrıdan tələbləri “Azərbaycan” 

qəzetində dərc edilirdi: 

“Düşmənlərimiz mürgüləmirlər, onlar öz xalqlarının ideyalarını  həyata keçirmək 

yolunda heç bir əlverişli imkanı  əllərindən vermirlər. Onlar Ararat dövdəti 

sərhəddinin Türkiyə  sərhədlərindən tutmuş  Şuşaya qədər uzadılmasını  və bu 

ərazidə bir nəfər olsun belə müsəlmanın, turkün yaşamamasını istəyirlər. Bu 

niyyətlərini həyata keçirmək üçün hər bir əlverişli hadisədən  

istifadə edirlər”.. 

1919-çu ilin ortalarına yaxın Naxçıvanda ermənilərin təzyiqi daha da 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə