Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə22/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   17   18   19   20   21   22   23   24   25

çəkilmişdi. 

Lakin Ermənistanın heç də  hər yerində  vəziyyət        belə deyildi.  Əhalinin 

böyük  əksəriyyəti köməksiz, silahsız olduğundan  amansız düşmənin  əlində 

rəhmsizcəsinə  öldürülür, ev-eşiyi dağıdılıb   yandırılırdı.  Düşmən   əlinə 

keçməmək üçün  dağlara      qaçan      müsəlman   əhalisi   soyuqdan, şaxtadan, 

aclıqdan tələf olurdu. Onların çox az bir hissəsi hər cür məhrumiyyətlərə dözərək 

üzülmüş halda, ölümü görə-görə başqa müsəlman kəndlərinə güclə gəlib çıxırdılar. 

Bu insanların bütün əkinləri, varidatları    əllərindən çıxmış, yalnız quru canlarını 

götürərək erməni təcavüzündən qaçıb gəlmişdilər. Göyçə gölünün şimal sahilində 

yaşayan Azərbaycan kəndlərinin dağıdılması barədə  əldə olunan məlumatlar 

xüsusilə ürək ağrıdır. Həmin dövrdə Ermənistanda daşnak hökumətinin yeritdiyi 

siyasətdən  narazı  qalan  Q.Muradyan qeyd edir  ki,  bizim hökumətin   gördüyü   

tədbirlər   nəticəsində      bu  kəndlərin  əhalisi Ermənistanın sərhədlərini tərk 

etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orada bir pişikdən, sarsıdıcı 

sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin  əhalisi 

çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu 

kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək”. 

(Bax: İ. Məmmədov, S. Əsədov. “Ermənistan azrbaycanlıları və onların acı taleyi”, 

səh. 41). 

Müsəlman  əhalisinin boş qalmış, kəndləri Türkiyədən qaçqın vəziyyətinə 

düşmüş ermənilər tərəfindən zəbt edilib  mənimsənilirdi.  Təhlükə sovuşandan    

sonra   geri qayıdan bir çox müsəlman kəndlərində yenidən        ermənilər və 

müsəlmanlar arasında savaş başlayırdı. Ermənistanda qaçqınların vəziyyəti 

məsələsi ilə  məşğul olan nazirliyin məlumatında göstərilir ki, Ermənistanda baş 

verən hadisələr, xüsusilə 1919-cu ilin yayında Sürməli, Eçmiədzin, Vedibasar 

qəzalarında müsəlmanların vəziyyəti çox pisləşmişdir. Bu regionda yaşayan 

müsəlmanların böyük əksəriyyəti bu hadisələrlə  əlaqədar olaraq qaçqına 

çevrilmişdir. Onlar öz kəndlərinə qayıtdıqda isə Türkiyədən qaçmış ermənilər 

tərəfindən döyülmüş, öldürülmüş, evləri və torpaqları  ələ keçirilmişdir. 

Ermənistanda Yeni Bəyazid, Eçmiədzin və  İrəvan qəzalarında belə qaçqınların 

miqdarı 200 min nəfərə çatmışdır (Azərbaycan tarixi: sənədlər və  nəşrlər üzrə

Bakı, 1990, səh. 176). 

Nəzərə almaq lazımdır ki, bu məlumat Ermənistanda daşnak hökumətinin 

vaxtında verilib. Yəni Ermənistan müsəlmanlarının vəziyyəti o qədər ağır, 

dözülməz olub ki, hətta daşnak hökumətinin üzvləri belə bunu etiraf etmək 

məcburiyyətində qalıb. Həmin nazirliyin başqa bir məlumatında qeyd edilir ki, 

İrəvan quberniyasında müsəlman  əhalisinin vəziyyəti çox ağırdır. Onların nə 

ehtiyat taxılları, nə toxumları, nə  də mal-qaraları yoxdur, Ev-eşikləri dağıdılmış, 

hər  şeydən məhrum olmuş  vəziyyətdə yaşayırlar. Quberniyada müsəlmanlar 

aclıqdan xeyli vaxt tədricən tələf olurlar (Bax: Yenə orada, səh. 176). 

Erməni quldurlarının yaratdığı bu ağır vəziyyət təkcə burada deyil, qədim 

İrəvan ərazisinin, demək olar ki, hər yerində belə idi. Məsələn, Sisyan mahalında 

polis sahələrinə daxil olan xeyli müsəlman kəndi dağıdılmış,  əhalisinin böyük 

əksəriyyəti qırılmışdır. Tədqiqatçılar  İ. Məmmədov və S. Əsədovun 

hesablamalarına görə  kəndlərdə 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüş



3000-ə  qədər insan isə yaralanmışdır. Bütün qəza üzrə isə 10 min nəfərdən çox 

müsəlman erməni vəhşiliyiiin qurbanı olmuşdur. 

Bu dövrdə “Azərbaycan” qəzeti  İrəvan müsəlmanlarının soyqırımı ilə 

əlaqədar bəzi materialları  dərc edir, Azərbaycan Demokratik Respublikası 

hökumətinin  diqqətini bu məsələlərə yönəldirdi. Qəzet 1919-cu il 17 may tarixli 

sayında yazırdı ki, artıq aprelin 13-də Ararat respublikasının qoşunlarının Yeni 

Bayazid qəzasınıi Göyçə rayonundakı müsəlman kəndləri üzərinə hücumu 

olmuşdur. Bu hücumun əsas məqsədi Göyçə gölünün şərq və  şimal sahillərində 

yaşayan müsəlman  əhalisini həmin  ərazidən qovub çıxarmaqdır. Hazırda bu 

vəhşilik aktı yerinə yetirilmiş, 60 mindən çox əhalisi olan 22 kənd dağıdılmış və 

yandırılmışdır. 

Qəzet həmin faciə barədə ətraflı məlumat verərək ürək ağrısıyla bildirmişdi: 

bədbəxt müsəlman  əhalisi erməni qoşunlarının top atəşi altında amansızcasına 

öldürülür. Erməni hökuməti öz müsəlman təbəələrinin heç bir xahişinə, yalvarışına 

baxmayaraq vəhşicəsinə onları  qırır. Erməni qoşunlarının  əlinə keçən 

müsəlmanlara daha ağır işgəncələr verilir, uşaqları, qadınları  və qocaları 

ağlasığmaz işgəncələrlə öldürür, cavan qadınlara və  qız uşaqlarına isə  dəyməyib 

əsir götürürlər.  

Erməni quldurları  qırğından xilas olub qaçan müsəlman  əhalisini izləyib 

öldürürdü. Göyçə, qırğınından xilas olan əhalinin çox bir qismi Gəncə  qəzasının 

ərazisinə pənah gətirir, başlarına açılan soyqırımını danışırdılar. 

Beləliklə, tarixi mənbələr aydın göstərir ki, bu dövrdə Ararat respublikası 

Göyçə rayonunda bütün müsəlman kəndlərini məhv etmişdi. Yeni Bayazid 

qəzasında isə 84 müsəlman kəndi bütünlüklə dağıdılmış,  əhalisi amansızcasına 

qırğına məruz qalmışdı. Aprel ayının 13-20 arasında bu qəzada Daşkənd, 

Qoşabulaq, Baş  Şorca, Zod, Bayük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Cay, 

Əhmədli, İnəkdağ, Qara İman, Kəsəmən, Baş Kənd, Kiçik Məzrə, Böyük Məzrə, 

Şişqaya və 15 mindən çox ev-eşiyi olan başqa kəndlər taleyin ağzına atılaraq 

sərgərdan vəziyyətinə düşdülər. 

Ermənistanda yaşamış, həmin dövrdə azərbaycanlılara qarşı həyata keçirilən 

soyqırımın, erməni vəhşiliklərinin  şahidi olmuş Hüseyn Abbas oğlu Dərvişzadə 

xatırlayır ki, 1919-cu ildə Yerevandakı  qırğın zamanı  şəhərin bütün müsəlman 

camaatı qaçıb Göy məscidə dolmuşdu. Məsciddə o qədər adam var idi ki, qadınlar, 

ailələr bir-birindən həya etdikləri üçün aralarına pərdə tutmuşdular. Bu dövrdə 

vəziyyət o qədər qorxulu idi ki, adamlar məsciddən çıxmaq istəmirdilər. Hamı elə 

güman edirdi ki, ermənilər  əgər  şəhərədaxil olarlarsa, Allah evinə  sığınmış 

müsəlmanlara qarşı heç bir soyqırım həyata keçirməzlər. Lakin ermənilər həmin 

məscidi yandırıb hamını tələf etdilər. 

Dünya  görmüş,  əsrimizin    yaşıdı olan  Hüseyn    baba bildirir ki, daşnaklar 

Üçkilsə, yəni indiki Eçmiədzinin Qarxun   kəndinin  əhalisinin başına daha 

müsibətli oyunlar açmışdılar.   Azərbaycana   gedən   qatarın  dörd  vaqonunda 

qaçıb gizlənmiş  müsəlman əhalisinin hamısı  bir  nəfər kimi daşnaklar   tərəfdən  

vəhşiliklə    öldürülmüşdü.   Həmin vaxt İrəvanın köhnə  qəbiristanlığında dəfn 

edilmək üçün gətirilən meyidləri basdırmağı çatdırmırdılar. Bu vəziyyəti belə 

görən  İran konsulu Mirzə Cavad xan meyidləri basdırmaq üçün öz əsgərlərinə 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə