Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   17   18   19   20   21   22   23   24   25

artmağa başladı. Onu da qeyd edək ki, artıq bu vaxta qədər ermənilərin tayqulaq 

Androniki Naxçıvan  ərazisindən keçərək Zəngəzur üzərinə getmişdi. Bu zaman 

onun qoşununun keçdiyi kəndlər bütünlüklə  

dağıdılmış, əhalisi isə öldürülmüşdü. 

Naxçıvan və ona bitişik ərazilərdə ermənilərin azğın hücumları, vəhşilikləri 

başladığı dövrdə əli silah tutmağı baçaran əhalinin çox hissəsi ayağa qalxmış, öz 

doğma torpaqlarını, ana və bacılarının, uşaqların namus və qeyrətini mərdliklə 

qorumuşlar. Doğrudur, ermənilər eilahsız, köməksiz Naxçıvan kəndlərinə hüçum 

edərək burada çox vəhşiliklər törətmişlər, amma heç də  hər yerdə onlar öz 

istədiklərinə nail ola bilməmişlər. Vedibasarda Abbasqulu bəy  Şadlinskinin 

yaratdığı özünümüdafiə  dəstələri daşnaklrın uzun müddət qarşılarını ala bildi, 

onların neçə-neçə Azərbaycan kəndləri üzərinə hücumuna, soyqırımı keçirməsinə 

yol vermədi. Bu özünümüdafiə  dəstələri Naxçıvanın müəyyən hissəsini də 

mərdliklə qoruyurdu. 

Erməni vəhşiliklərinə qarşı Naxçıvanda Kəlbalı xan Naxçıvanski də öz 

dəstəsi ilə  mətanətlə vuruşurdu. Andronikin Naxçıvan qəzasında iki yüzdən artıq 

kəndi yandırması  xəbərini eşidən bu el qəhrəmanı  əyalətdə ümumi səfərbərlik 

keçirərək durmadan irəliləyən və qarşılarında bütün dinc əhalini qılıncdan keçirən 

erməni-daşnak dəstələrinin qabağına çıxmışdı. Onun dəstəsi böyük mətanətlə 

vuruşaraq bu azğın daşnak qüvvələrinin qarşısını almışdı. 

Ermənilərə qarşı  həmin vuruşda bir çox Naxçıvan oğulları  fərqlənmişdilər. 

Onlardan biri də  Kəlbalı xanın yaxın silahdaşı Hacı  Xəlil ağa  İmanov olmuşdur. 

Nehrəm kəndindən olan bu şəxsi Kəlbalı xan piyada hissələrinin başçısı  təyin 

etmişdi. Hüseyn ağa Novruzov isə süvari qoşunlarına başçılıq edirdi. Hər iki 

hissənin sıralarında qəhrəmanlıqla vuruşan igidlərin səyi nəticədə Şıx-Mahmud və 

başqa kəndlər tezliklə ermənilərdən təmizləndi. 

Lakin buna baxmayaraq Naxçıvan  şəhəri özü ağır vəziyyətə düşmüşdü. 

Düşmən qüvvələri artıq  şəhərin “Xoşulu” məhəlləsini tutmuşdu.  Şəhərdə olan 

erməni sakinləri də daşnaklara yaxından kömək göstərir, küçə  və dalanları  ələ 

keçirmək işində öz dindaşlarına bələdçilik edirdilər. 

Naxçıvanın, demək olar, bütün əli silah tutan kişiləri bir nəfər kimi silaha 

sarılmış, ümumi düşmənə qarşı mərdliklə vuruşurdu. Güllə və silah çatmasa da, bu, 

onları qorxutmurdu. Hamı azğın düşmənin qarşısını almaq, tutulmuş  məhəllələri 

azad etmək, itirdikləri qohumlarına,  əzizlərinə görə düşməndən qisas almaq 

umidilə döyüşə atılmışdı. Hər bir kəs bacardığı köməyi əsirgəmirdi. 

Hacı  Xəlil ağanın dəstəsi də başqa özünümüdafiə  dəstələri kimi düşmənin 

qabağında mərdliklə dayanıb vuruşurdu. O, şəhərin “Əriklik gədiyi” deyilən 

yerindo səngər qazdırıb öz dəstəsilə ermənilərə qarşı möhkəm müqavimət 

göstərirdi. Hacı Xəlil ağa Qəmər adlı atın belində bütün səngərboyu düşmənə qarşı 

vuruşan döyüşçülərə baş  çəkir, onları ruhlandırır, ümumi döyüşə başçılıq edirdi. 

Onun dəstəsində  Səfi, Rəfi və Naxçıvanın başqa mərd oğulları  mərdliklə 

vuruşurdular. 

Lakin heç də hamı erməni silahlı qüvvələrinin güclü təzyiqinə davam gətirə 

bilmədi. Qüvvələrin qeyri-bərabər olması özünü tezliklə büruzə verdi. Hüseyn Ağa 

Novruzov heç bir göstəriş almadan cəbhəni boş qoydu, öz süvari dəstəsinə geri 



çəkilmək əmri verdi. 

Bu xəyanət Naxçıvan döyüşçülərinə, xüsusilə  Xəlil ağanın dəstəsinə  ağır 

başa gəldi. Ermənilər bu xəyanətdən istifadə edərək, “Əriklik gədiyi”ni mühasirəyə 

aldılar. Hacı Xəlil ağanı dəstəsilə birlikdə əsir götürüb vəhşicəsinə güllələdilər. 

Sonralar türklər Naxçıvana daxil olduğu vaxt bu xəyanəti   eşidərək,  Hüseyn   

ağa   Novruzovu   cəzalandırdılar. Türk qoşunlarının Naxçıvandakı komandanı 

mayor Xəlil bəy Hüseyn ağanı evində güllələdi. (Bax: “Oğuz eli”, 14 may)1992-ci 

il). 


Beləliklə, 1918-ci ilin yayında Naxçıvan iki tərəfdən məngənə  arasında 

qalmışdı.  Bir tərəfdən  ermənilər artıq Naxçıvanın  yaxınlığında,   hətta  bəzi   

məhəllələrində    vuruşurdu,  şəhər  uğrunda  ölüm-dirim  mübarizəsi        gedirdi, 

digər    tərəfdən    isə ingilislərdən    böyük yardım alan daşnaklar Andronikin 

başçılığı ilə        Naxçıvanın içərilərinə  doğru hərəkət edirdi.  İngilis, fransız  

müstəmləkəçilərinin  əlaltısı olan Andronik bu dövrdə türklərə qarşı mübarizə 

pərdəsi altında  Naxçıvanın şəhər və kəndlərini talan edir, insanları kütləvi şəkildə 

qırırdı.  Süst,  Çeşməbasar, Tümbul və sairə kəndlər    məhz Andronikin basqını 

nəticəsində dağıdılmış,  əhalisinin böyük əksəriyyəti isə öldürülmüşdü (Bax: Q. 

Mədətov. “Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in 

təşkili” Azərnəşr, 1958, səh. 39). 

Türkiyə hökuməti belə bir vaxtda Zaqafqaziyada baş verən hadisələri diqqətlə 

izləyirdi. Artıq  Şərur-Dərələyəz və Yerevan - Culfa dəmir yolu istiqamətində 

hərəkət edən türk qoşunları Kazım Qarabəkirin komandanlığı altında Naxçıvan 

üzərinə yeriyirdi. Belə bir dövrdə Fransa yenə daşnakların fəaliyyətini müdafiə 

edirdi. Belə ki, Fransanın Yerevandakı nümayəndəsi Antanta bloku adından 

bildirirdi ki, Anatanta Naxçıvanda, Zəngəzurda və Qarabağda daşnakların hərbi 

əməliyyatına hər cür yardım göstərəcəkdir (Yenə orada, s. 39). 

Türklərin qoşunla köməyə  gəlməsi xəbərini eşidən Naxçıvan qəzasının 

kəndləri heç bir yardım gözləmədən öz kəndlarinin müdafiəsinə qalxdılar. Nehrəm 

kəndi sanki azərbaycanlıların qərargahına çevrildi. Bütün qonşu kəndlərin 

əhalisinin iştirakı ilə burada xalq qoşunu dəstələri yaradıldı. Erməni vəhşiliyinə 

qarşı  qəzəbini nifrətə, silaha çevirmiş Azərbaycan kəndliləri Nehrəmin 

yaxınlığında Andronikin quldur dəstəsi ilə qarşılaşdı  və onun qoşununu qeyri-

bərabər döyüşdə  məğlubiyyətə  uğratdı. Andronik vəziyyəti belə görüb, daha öz 

yürüşünü davam etdirməyin mümkün olmadığını başa düşüb Qarabağ dağlarına 

qaçdı. Və burada yenidən qoşun toplamağa başladı. 

Bu xəbəri eşidən Kazım Qarabəkir paşa dərhal türk qoşunlarına Naxçıvanı, 

Ordubadı və Culfanı ələ   keçirmək barədə əmr verdi.  Bütün xalq türk qoşunlarını,    

öz xilaskar qan qardaşlarını duz-çörəklə qarşıladılar. 

Yaşlı əhalinin dediyinə görə əgər türk qoşunları vaxtında Naxçıvan, Ordubad 

qəzalarına qoşun yeritməsəydilər, daşnak tör-töküntüləri, başda Andronik olmaqla 

erməni quldur dəstələri Naxçıvan  əhalisini bütünlüklə  qırıb məhv edər, yaxud da 

dədə-baba yurdlarından didərgin salardılar. 

Erməni quldurlarının  əlindən qaçan Ordubad sakinləri  əhaliyə qarşı 

vəhşicəsinə törədilən qırğınlar barədə xeyli məlumat vermişlər. 1919-cu il iyunun, 

15-də Tiflisə gəlmiş Ordubad sakini Əhməd Hacı Əli oğlunun verdiyi məlumat da 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə