Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   17   18   19   20   21   22   23   24   25

Yapon onlarla barışıq etdiyini, daha vuruşmayacağını bildirmiş  və bütün 

kəndlərdən silahları yığdırmışdı. 

Sadəlövh kənd camaatı silahları  təhvil verdikdən sonra aldandıqlarını başa 

düşür. Yapon verdiyi barışıq vədini pozur, qadınları  və  uşaqları kişilərdən ayırır, 

onlara işgəncələr verdirməyə başlayır. 

Qulu Kəngərli həmin hadisələrin  şahidlərinə isnad edərək göstərir ki, 

“ermənilər qadınları soyundurub musiqi sədaları altında yallı getməyə  məcbur 

eləyiblər. Oynamayanları yerindəcə doğrayıblar. Kişiləri soyundurub sağ  və sol 

nahiyyələrdən budunu kəsib  əlini də  kəsilən yerə qoydurub soruşurmuşlar: hə, 

necədi təzə şalvarın? 

Kişilərin və qadınların böyük bir hissəsini kəndin ayağında olan qayadan 

aşağı töküblər (Arpa qayası  təxminən 200 metr hündürlüyündədir). 2 min 

adamdan, deyildiyinə görə, iki nəfər sağ  çıxıb. Bir kişi və bir qadın. Onları 

qayadan atanda qadının tumanı, kişinin isə  şineli çətir kimi onları  əzilməkdən 

qoruyub. Belecə qırıblar beş para kəndin camaatını” (Q.Kəngərli, Erməni lobbisi, 

Azərbaycan faciəsi, səh. 10-11). 

Qaraxaça kəndinin aqibəti daha ağır olub. Ermənilər 500-dən artıq kənd 

sakinini bir yerə yığıb qılıncdan keçiriblər, zavallı, müdafiəsiz əhalinin bir qismini 

isə böyük bir dama dolduraraq od vurub yandırıblar. 

Samson və Matos Qazaryan qardaşlarının vəhşilikləri bu günə  qədər 

Ermənistan camaatının dilindən düşməyib. Bu vəhşilər körpə  uşaqları süngüyə, 

keçirir, göyə qaldıraraq yerə çırpırmışlar. 

Bəzi erməni quldurları müsəlmanlar üzərində yeni işgəncə metodlarını tətbiq 

etməklə öz iyrənc  əməllərindən həzz alırdılar. Kişiləri öldürməzdən  əvvəl onlara 

müxtəlif işgəncələr verir, sonra isə kürəklərinə qaynar samovarı bağlayaraq insan 

əzablarından həzz, ala-ala deyirmişlər ki, için bu çaydan, axı sizin çay içməklə 

aranız çox yaxşıdır” (Bax: Yenə orada, səh. 11). 

Erməni vəhşiləri azərbaycanlılara qarşı törətdikləri cinayətlərdə çox vaxt 

gülləyə belə  qənaət edirdilər. Onlar azərbaycanlıları silahla yox, təbii üsullarla 

öldürməkləri ilə fəxr edir, hətta öz aralarında bu metodu geniş tətbiq etməyi quldur 

həmkarlarına tövsiyə edirdilər. 

Ermənilərin törətdiyi bu vəhşilik faktı son vaxtlarda Türkiyə ərazisində tez-

tez aşkar olunur. Bu qanlı faciələrin törətdildiyi vaxtdan az qala bir əsrə yaxın 

müddətin keçməsinə baxmayaraq hələ də insan cəsədləri ilə doldurulmuş quyular 

üzə  çıxır. Erməni vəhşiliyinin iyrənc simasını ifşa edən bu quyularda uşaq 

cəsədlərinin çoxluğu az qala insanın damarlarında qanını dondurur. Bəşəriyyət 

görəsən erməni qədər rəzil, qəddar, insan qanına susamış nkinci bir məxluq, millət 

tanıyırmı?  Şahidlərin dediyinə görə ermənilərin bir qismi öldürülmüş. 

müsəlmandarın gözlərini yığır, onları ipə düzərək qurudur, qulaqları kəsərək özləri 

üçün kolleksiya düzəldir, bir sözlə, insanlıq adına yaraşmayan bu vəhşilikləri 

törətdiklərinə görə öyünür, həzz alırdılar. 

İrəvan quberniyasının  ərazisində müsəlmanlara qarşı  həyata keçirilən 

soyqırımı siyasətini bir neçə  mərhələyə bölmək olar. Əgər Azərbaycanın başqa-

başqa regionlarında ermənilər - tərəfindən tətbiq edilən soyqırımı, əsasən, 1918-ci 

ilin mart-aprel aylarını əhatə edirsə, qədim Oğuz yurdu olan İrəvanda bu vəziyyət 



bir qədər başqa cürdür. Ermənilər öz arxalarını çar ordusuna dayayaraq bu ərazidə 

hələ xeyli əvvəllərdən başlayaraq, müsəlmanlara qarşı müxtəlif soyqırımı siyasəti 

həyata keçirirdilər. Dəfələrlə öz evlərindən didərgin düşən əhali müvəqqəti olaraq 

dağlara qaçır, yaxın yaşayış yerlərində  məskunlaşmış qohumlarının yanında 

sığıncaq tapır, ara sakitləşdikdən sonra isə yenidən öz ev-eşiyinə, yurduna sahib 

olmaq üçün geri qayıdır. Beləliklə, 1918-ci il erməni-müsəlman qırğınları 

genişlənib hər tərəfi bürüyənə  qədər bu ərazidə yaşayan bəzi kəndlərin zavallı 

sakinləri öz acı taleləri ilə barışmalı olmuşlar. 1918-ci ildə isə Ermənistan 

azərbaycanlıları daha böyük fəlakətə düçar olmuş, Türkiyə ordusunun, habelə  

vaxtilə Rus ordusunda xidmət  edən  erməni  silahlılarının  qəzəbinə  gələrək ev-

eşikləri yandırılmış, var-yoxları  əldən çıxmış, uşaqları, ailə üzvləri  işgəncə ilə 

öldürülmüşdür.    Bu dövrdə Andronikin, Xmbapet Dronun və Yaponun quldur 

dəstələri  bütün  Ermənistan  ərazisində  müsəlmanlara  qarşı  böyük soyqırımı 

həyata keçirirdilər. Tarixi məlumatlara isnad etdikdə, aydın olur ki, 1918-ci ilin 

avqustunda İgdir və Eçmiədzin qəzalarında müsəlmaların qırğını Xmbapet Dronun  

rəhbərliyi  altında  yerinə  yetirilib.  Onun göstərişi sayəsində   azərbaycanlıların   

yaşadığı   60-dan çox kənd dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən qatı tədbirlər 

görülmüşdür. Bu quldur işğal etdiyi, əhalisini qırdığı  kəndlərdə kişiləri ağır 

işgəncələrlə öldürtdürər, qəşəng  qadınları    isə  seçib öz  əsgərlərinə    verərdi. 

“Azərbaycan”   qəzeti   həmin  dövrdə   Ermənistanın     Şorca kəndində başına 

min bir müsibət gətirilmiş bir qadının məlumatına   əsaslanaraq   yazır   ki,   

ermənilər          bu  kənddə bütün kişiləri qırmış, uşaqları  təndirə ataraq yandırmış, 

sonra isə bütün kənddək 8 nəfər qadın seçərək özləri ilə aparmışlar. Bu zavallıları 

20 gün saxlayıb şərəfini  alçatdıqdan  sonra   buraxmışlar    (Bax: “Azərbaycan”, 

1919, 9 fevral). 

Qeyd etməliyik ki, İrəvan azərbaycanlıları bu dövrdə erməni təcavüzünə 

qarşı bacardıqları kimi mübarizə aparmışlar. Xüsusilə türklər Zaqafqaziya 

ərazisindon çəkildiyi vaxt erməni qoşunları boşalmış rayonları  dərhal  ələ keçirir, 

burada yeni qırğınlar törədirdilər. Bu da müsəlman  əhalisinin bu təcavüzkarlığa 

qarşı ayağa qalxmasına, birgə mübarizə aparmasına səbəb olurdu. 

Bu dövrdə  Vedibasarlı Abbasqulu bəy Şadlinski  öz ətrafına yığdığı silahlı 

dəstə ilə ermənilərin müsəlmanlara qarşı törətmək istədikləri bir çox planları alt-üst 

etmiş, minlərlə insanın həyatını xilas eləmişdi. 

Lakin  buna  baxmayaraq,  ermənilərin  nizami    silahlı dəstələri,  demək  

olar,  Ermənistanın  bütün  əyalətlərində müsəlman  kəndlərinə    basqınlar  edir, 

xalqın  başına  min bir fəlakət gətirirdilər. Bəzi kəndlərdə türk qoşunları getdikdən 

sonra   müsəlman  əhalisi  erməniləri  mehribanlıqla qarşılasalar da, müəyyən 

vaxtdan sonra yenidən güclü təzyiqə  məruz qalırdılar. Belə olduqda müsəlman 

əhalisi başqa kəndlərdə olduğu kimi, qırğına düçar olmamaq üçün öz yaşayış 

yerlərini dəyişirdilər. Müsəlman əhalisinin böyük əksəriyyəti Böyük Vedidə yaxşı 

silahlanmış Abbasqulu bəy Şadlinskinin yanına gedirdilər. 

Ermənilər  dəfələrlə  Böyük Vedi üzərinə hücuma  keçsələr  də, Abbasqulu  

bəyin yaratığı “Qırmızı  tabor”un döyüşçüləri azğın düşmənə aman vermirdilər. 

Hətta sinəsinə döyüb  fəxrlə  “Abbasqulu  bəyə  mən  qalib    gələcəyəm” deyən 

Dro belə Böyük Vedi üzərinə hücum zamanı 1000-dən, artıq itki verərək geri 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə