Q an yadd a ş ı vaqif arzumanli, VƏLİ HƏBİBOĞLU, kamil muxtarov



Yüklə 499,19 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix18.06.2018
ölçüsü499,19 Kb.
#49722
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

məsələdə xəyanətkarcasına  hərəkət etdi. Xalqın qanı  bahasına qorunub saxlanmış 

bu müqəddəs torpaqlar “uf da deyilmədən” Ermənistana peşkəş   edildi.   Görünür

elə bu  “alicənablığımızın” nəticəsidir ki,  onsuz  da  əzəli  Azərbaycan torpaqları  

hesabına özlərinə  ərazi və “respublika” düzəltmiş daşnaklar bu gün bir daha öz 

dişlərini Azərbaycan torpaqlarına qıcamış  və  həmin xülya uğrunda “mübarizə”də  

hələ ki, güclü hamilərin hesabına  “parlaq nəticələr” əldə etməkdədirlər. 

Zəngəzur torpaqlarında daşnakların 1918-ci ildə törətdiyi qanlı cinayətlərin 

mərkəzində yenə  də  qəddar cani və qatil, bu gün isə  rəsmi Ermənistan, erməni 

lobbisi və diasporu tərəfindən “erməni xalqının milli qəhrəmanı” kimi dünya 

ictimaiyyətinə  təqdim edilən tayqulaq general Andronik durur. Bu cinayətlərin 

başlanğıcı  Ərzurumda qoyulmuş, Naxçıvanda, Göyçə mahalında,  İrəvanda daha 

amansızlıqla davam etdirilmiş, Zəngəzur və Qarabağda  əsl mənada vəhşilik 

səviyyəsinə çatdırılmışdı. Nəticədə on minlərlə azərbaycanlı, kürd əhalisi dəhşətli 

əziyyətlərə,  məhrumiyyətlərə  məruz qalmış, həlak   olmuş və yaralanmışdı. Həlak 

olanların əksəriyyəti yalnız azərbaycanlı, yaxud müsəlman olduqlarına görə qətlə, 

yetirilmişdilər. Bu da məlumdur ki, ölənlərin böyük əksəriyyətini qadınlar, qocalar 

və  uşaqlar təşkil etmişdi. Bəli, yaxın tariximizin acı  təcrübəsi və  həqiqətləri 

belədir. 

Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə 

bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, 

Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, 

Tatevos  Əmirov və başqaları kimi daşnak cəlladların  əli ilə törədilmiş qanlı 

cinayətlərlə, onun qərbində (Naxçıvan,  İrəvan Zəngəzur və Qarabağ) baş vermiş 

vəhşiliklər arasında üzvi bir əlaqə vardır. Bu qanlı cinayətlərin bir, məqsəd- 

“Böyük Ermənistan” sərsəmləməsi naminə törədildiyi və   vahid mərkəzdən-

Rusiyadan idarə olunduğu arxiv, sənədləri işıq üzü gördükcə daha çox aşkara çıxır. 

Əks təqdirdə, “Türkiyə Ermənistanı haqqında” Rusiya Sovet hökumətinin 29 

dekabr 1917-ci il tarixli-dekreti ilə “türklərin zülmü altında inləyən” erməni  

qardaşlarının  dadına  çatmaq,  Qərbi Ermənistanın müxtariyyatı  məsələsini həll 

etmək üçün hətta Lenindən muvafiq mandat almış  Şaumyan niyə Bakıda qalıb 

burada yerli sovet   (əslində    daşnak-bolşevik)  hökumətinə başçılıq etməli idi? 

Məgər onu əvəz edəcək başqa bir adam yox imiş? Niyə Lenin Şaumyana hamıdan 

çox inanırdı? Bəlkə ona görə ki, o, on minlərlə azərbaycanlını  məhv etmək 

hesabına Bakı neftini Rusiyaya axıtmaqda davam etmişdi?   

Əlbəttə,  Şaumyanı  

əvvəldən  də  tanıdığı, onun millətçilik mərəzinə  mübtəla  olduğunu bildiyi halla, 

ona Azərbaycanın ürəyinin başında  belə  böyük    səlahiyyətlər verməsi,   heç   

şübhəsiz,      qarşılıqlı, güzəştlər hesabına  olmuşdu:  Leninə-neft,  Şaumyana - 

Böyük Ermənistan.  

Yaxud,  tarixdən   məlumdur   ki,  xəyanətinə      görə        türkər tərəfindən 

tayqulaq edilmiş general Andronik 1917-ci il dekabrın   19-da  erməni    milli    

şurasının    iclasında həyasız bir bəyanat vermişdi:  “Əgər siz  məni Ermənistanın 

oğlu sayırsınızsa, mən günü sabah Ərzuruma  yola düşərəm... turkləri və 

azərbaycanlıları,    kürdləri və yəhudiləri qırmaq üçün   öz   rəşadətli   dəstəmlə   

gedərəm  və məni heç kəs dayandıra bilməz” (Arif Mansurov. Belıyepyatna istorii i 

perestroyka. Bakı, 1990, səh. 128). Bəlkə elə Apdronikin də dilini, açan, qulağının 




birinin kəsik olduğunu ona unutduran Türkiyə və Azərbaycan torpaqları hesabına 

yaradılacaq “Böyük Ermənistan” vədi olmuşdur? 

Məlum olduğu kimi, Şaumyan və onun ətrafında hərlənən hər cür erməni 

tör-töküntüləri Bakıda azərbaycanlıların qırğınına hazırlıq görməyə məhz elə 1918-

ci ilin əvvəllərindən başlamşdılar. Andronikin “müzəffər” yürüşlərinin başlanğıcı 

da elə həmin vaxtda qoyulmuşdu. Bakıda daşnakların “bolşevikləşməsi” prosesi də 

həmin dövrdən başlanmışdı  və az bir vaxtda Azərbaycan xalqına nifrətini 

gizlətməyən çoxlu daşnak, qisasçı  və başqa riyakarlar birdən-birə dönüb 

“bolşevik” olmuşdular. Andronik də 1917-ci ilin oktyabrında guya daşnak 

partiyasından çıxmışdı. Görünür, hadisələrin  əlverişli gedişi onu da 

“bolşevikləşdirmişdi”. Halbuki bəşəriyyətə qarşı törətdiyn cinayətlərə görə  ən 

azğın faşist cəlladları ilə bir cərgədə duran bu adam bütün - ömrü boyu daşnakların 

mənfur siyasətinin üzüyola və  qəddar icraçısı olmuşdur. Sonra, Tiflisdə elə o 

dövrdə dərc olunan erməni qəzetlərindən birində yazılmışdır ki, general Andronik 

1920-ci  ilədək xaricdə daşnak hökumətini təmsil etmişdir. Bu faktın özü bir daha 

təsdiq etmirmi ki, o, ömrünün sonunadək cinayətkar daşnak siyasətinin sadiq 

icraçısı olaraq qalmışdır? (“Odlar yurdu” qəzeti, № 11. iyun, 1990-cı il). Bu fikri 

təsdiq edən daha bir misal. Akadmik Ziya Bünyadov göstərir ki, Azərbaycanda 

Sovet hakimlyyəti qurulması  və XI Qızıl Ordu hissələrinin Bakıya daxil olması 

ərəfəsində 40 minlik Azərbaycan ordusu kimi ciddi bir təhlükə mövcud idi. 

Ordunun Bakını  tərk etməsinə nail olmaq məqsədilə A. Mikoyan köhnə  şefi, 

daşnak briqadasının komandiri Amazaspla (Mikoyan onun yanında komissar 

olmuşdu) və hələ onda Maku xanının xidmətində olan Androniklə əlaqə yaratdı və 

onlar öz briqadalarını  Zəngəzurdan keçirib Qarabağa tərəf yönəltdilər. Yolüstü, 

daşnaklar Zəngəzur və Qarabağ  kəndlərində azərbaycanlıları (qadınları, uşaqları, 

qocaları) insafsızcasına öldürürdülər. Onda Azərbaycan ordusu Bakıda 2000-ə 

yaxın  əsgər saxlayaraq daşnakların üzərinə yeridi və  Əskəran yaxınlığında 

Amazaspda Andronikin daşnakları  məğlub olaraq qaçmağa üz qoydular (“Elm” 

qəzeti, 1 noyabr 1988-ci il). 

A. Bukşanın “Bakı kommunası - kommunarlarının son günləri” (Bakı, 1928) 

kitabında verilmiş Suren Şaumyanın məhkəmə ifadəsi də bu mənada 

əhəmiyyətlidir. O, ifadəsində bildirmişdi: “Həbsxanadan çıxmazdan  əvvəl mən 

yoldaş Stepanla (BXKS-nin sədri S.Şaumyan nəzərdə tutulur.- K.M.) danışa 

bilmişdim. O, çox fikirli halda dedi:- Sonuncu cəhd göstərmək istəyirəm, bilmirəm 

nə alınacaqdır. Mən istəyirəm daşnaklar, ingilislərin onları aldatdığına  əmin 

olduqdan sonra, snlarla yenidən əməkdaşlıq haqqında məsələ qaldıram. Mən buna 

az inanıram, lakin ola bilər ki, biz bu yolla Bakını xilas edə bilərik” (Arif 

Mənsurov, göstərilən kitab, səh. 108). 

Bu məqsədlə o, daşnaksütyun partiyasının banilərindən biri, o zaman Bakıda 

olan Rostom Zoryanın adına məktub yazmışdı. Erməni milli şurasından öz təklifinə 

rədd cavabı alan S.Şaumyan təəssüflə demişdi: “Aydındır ki, onlar bizim üçün və 

ümumi məqsədlər naminə heç nə etmək istəmirlər” (yenə orada, səh. 108). 

Heç  şübhəsiz, “ümumi məqsədlər  naminə»  əməkdaşlıq dedikdə 

Azərbaycanın hesabına “Böyük Ermənistan” yaratmaq ideyasını davam etdirmək 

nəzərdə tutulmuşdur. 



Yüklə 499,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə