bazarına gəlirdi.
Bu adamlar, sübhün kal şəfəqləri altında canlı adamlardan çox,
ölü ruhlara oxşayır, günəşin, Qəraib dənizinin sonsuz səthi üzərində yaratdığı ani,
sehrli mənzərə qədər gözlənilməz təsir bağışlayırdılar; onlar, bellərinəcən limanın
üfunətli sularına girir, ordan birbaş bu ticarət limanına, Martinikidən gül-çiçək,
Paramaribodan zəncəfil gətirib gələn çəkili yelkənli gəmilərə soxulub, onları tar-
mar edirdilər; qabaqlarına çıxan hər kəsi talayıb soyur, gözlərinə dəyən hər bir şeyi
hücumla ələ keçirirdilər; balıqçıların ovunu əllərindən alırdılar; hətta satdıq
donuzlara yem əvəzi verilən tullantı balıqları belə qamarlayırdılar; donuzları
tüfəngin qundağıyla döyür, bir vaxt qulların çəkisi ölçüldüyü Nuh əyyamından
qalan, lakin hələ də işləyən tərəzilərin içinlə yığılmış tullantı balıqları da
yığışdırırdılar; həmin bu tərəzidə, onun hakimiyyətinə qədərki qədim dövrlərdə,
Seneqaldan gətirilən ilahi gözəlliyə malik qul qadınlar və onların ağırlığında qızıl
ölçülürdü.
«Onlar hər şeyi söküb talan elədilər, mənim generalım! Bunlar çəyirtkədən də
qorxulu həşəratdı!» Qoca, günbəgün yetişib sulana-sulana, növbəsini gözləyən bu
söhbəti, həmin o çərşənbədən sonra açmadı;
bu söhbət, o biri çərşənbədən sonra da
açılmadı; Letisiya, şəxsən onun eləməyə cəsarət eləmədiklərini eləyəndən sonra da.
Letisiya boynundakı tülkünün parıldayan gözlərinə hürən bir sürü küçə itlərinin
müşayiəti ilə özünü quş və tərəvəz satılan piştaxtaların arasına salır, hürüşməyə
məhəl qoymadan, ədalı yerişiylə ticarət zalının nəhəng arakəsmələri ilə, bədii
təsvirlərlə işlənmiş dəmir sütunların arasıyla, sarı şüşədən düzəldilmiş nəhəng
yarpaqların və dəmir budaqların, çəhrayı şüşədən tökülmüş nəhəng almaların, mavi
şüşədən tökülmüş, içi əfsanəvi bitki səltənətiylə dolu bolluq buynuzlarının altıyla
gəzməyinə davam edirdi. O, ən şirəli, yeməli meyvələri, ən təzə, təravətli
tərəvəzləri
seçib götürürdüsə də, əli dəyən meyvə o dəqiqə öz təzəliyini, təravətini,
gözəlliyini itirib solurdu; bu, onun əlinin qəribə, naməlum xüsusiyyəti idi –
toxunduğu hər bir şeyi məhv edib korlamaq. Onun ani toxunmasından, təzə, isti
çörək quruyub kiflənirdi, barmağındakı nişan üzüyünün qızılı isə qaralırdı. Lakin,
o, bu xüsusiyyətini heç cür boynuna almaq istəmir, bazar alverçiləriylə mübahisə
edib hay-küy salırdı ki, guya onlar təzə mallarını gizlədib, qəsdən pislərini,
çürüklərini ona sırıyırlar. «Bu eybəcər manqoları ancaq donuzlara yedirtmək olar!
Fırıldaqçılar! Auyamalarını* mənə elə soxuşdururlar, elə bil mən kar-zadam,
bunun, düşük musiqiçi kimi özü-özünə cingildəməyini eşitmirəm!» Bir qədər sonra
bazarın o biri başından onun ayrı çığırtısı gəlirdi: «Guya indi, bu mal ətidi?
Qancıqlar! Bu, içi qurd basmış təzəkdi, təzək!» «Baxan kimi,
görünür ki, bu qaban
qabırğaları yox, xoleradan gəbərmiş eşşəyin sümükləridi, it qızları!» O, beləcə,
qoltuğu zənbilli aşbazlarıyla, əli vedrəli əsgərləriylə dörd bir yanı çapıb-taladıqca,
dil boğaza qoymur, səsi batanacan uluyurdu. Letisiyanın bu quldursayağı
çığırtıları, Şahzadə Edvard adasının qar basmış tülkü yuvasının iyini hələ də
özündə saxlayan boynundakı tülkü dərilərinə qısqıran itlərin hürüşündən daha
ətürpədən, söyüşləri, danışan tutuquşuların, sahiblərinin böyük məmnuniyyətlə
Letisiyanın üzünə demək istədikləri, lakin heç cür deyə bilmədikləri söyüşləri
mənimsəyən qırmızı quakamayaların söyüşlərindən daha qəliz və kobud idi. Onlar
ləzzətlə Letisiyanın üzünə: «Oğru Letisiya, fahişə-rahibə!» - deyib çığırırdılar.
Həmin
bu sözləri, bazarın qülləsi alıtndakı dəmir sütunlarda, tozlu şüşə yarpaqların
115
üstündə oturan tutuquşular çığırırdı; burda onlar, bazarın içinə düşən quldursayağı
çaxnaşmadan, hər çərşənbənin sübh çağı təkrar olunan bukanyer
sambapalosundan** çox-çox yuxarıda - əlçatmaz bir yerdə otururdular; bütün bu
mənzərə, səsi gün-gündən mülayimləşib mehribanlaşan, hərəkətləri bişdikcə,
oyuncaq qılıncını zorla da olsa, arxasınca sürüyə-sürüyə, özünü kişiyə oxşatmağa
çalışan, əl boyda oyuncaq generalın uşaqlıq dövrünün ən yaddaqalan əlaməti idi.
Uşaq, bütün bu soyğunçuluğun baş verdiyi bazar qalmaqalına tam sakit və laqeyd
idi, özünü, anasının
öyrətdiyi kimi, alicənab kökdən hesab olunması üçün qürur və
ləyaqətlə aparırdı; Letisiya isə, başlarına al-əlvan parçadan çalma sarımış, dinməz,
qarabuğdayı qarıların gözü qarşısında həyasız ləçər kimi ən pis küçə söyüşlərini işə
salıb, hamını bazarın çirkabına salıb-çıxarırdı; qarılar, onun yeddimərtəbəli
söyüşlərinə dinməzcə qulaq asır, bu biabırçı talanı laqeyd üzlərlə, müqəddəs
simaların portretlərindəki tək, gözlərini belə qırpmadan, üzlərini yelpicləriylə
yelləyə-yelləyə müşahidə edirdilər; adama elə gəlirdi, onlar nəfəs belə almırlar;
sonu, Letisiya Nasarenonun, balaca generalın əlindən tutaraq, əsabələrinin
müşayiəti ilə, quduz itləri yara-yara: «Hesabı dövlətə göndərərsiz, hamısı
ödəniləcək!» - deyə-deyə, çıxışa sarı addımlamasıyla bitən bütün bu biabırçılığı, bu
abırsız soyğunçuluğu sakitcə qəbul etmək
üçün bütün bu baş verənlərə, tənbəki
yarpağına bükülmüş koka yarpağının məstedici kürələrini ağızlarının içində
çeynəyə-çeynəyə baxır, içlərini gözə dəymədən, yüngülcə çəkib: «İlahi! Əgər
bütün bunları general bilsəydi!?.. Kaş heç olmasa, ucundan-qulağından ona
çatdıraydılar!» - deyirdilər. Zavallı qarılar elə bilirdilər ki, general, az qala bütün
dünyanın bildiyi bu biabırçılıqdan xəbərsizdi, arvadı Letisiya Nasarenonun hindu
piştaxtalarından, eybəcər şüşə qu-quşularından tutmuş, balıqqulağından yığılmış
çərçivəli güzgülərəcən, mərcan külqabılaracan, ərəblərin dükanından, matəm
lentləri üçün nəzərdə tutulmuş taftanı, ticarət küçəsində,
küçə zərgərlərinin
piştaxtalarından qızıl balıq, yumulu yumruq quruluşlu amuletli, qızıl boyunbağıları
çırpışdırdığını bilmir; yazıq zərgərlərin əlindən isə, Letisiyanın üzünə: «Sən,
boynundakı o tülkülərdən də betərsən.» - deməkdən savayı ayrı bir şey gəlmirdi. O,
ac gözlərinə dəyən hər şeyi qamarlayır, rahibəlik həyatından mənimsədiyi yeganə
xasiyyətini - pis, səviyyəsiz zövqünü və lazım oldu-olmadı, dilənmək ehtiyacını
beləcə təmin edirdi.
Fərq bircə burasındaydı ki, əgər bir vaxtlar o, vitse-kralın, jasmin qoxuyan
kvartalının girişlərində dilənərək, xırda-xuruş yığırdısa, indi nəhəng hərbi
furqonları, xoşuna gələn qiymətli əşyalarla doldurub, haqq-hesabın hökümətə
göndərilməsi bəhanəsiylə aradan çıxırdı. Bu, «pul hesabının», Allahın özünə
təqdim olunmasına oxşar bir şey idi, çünki artıq
çoxdannan bəri idi, ölkədə bir
kimsə dəqiq bilə bilmirdi ki, bu tərəflərdə ümumiyyətlə, dövlət adında bir şey var,
yoxsa görünənlər, onun kölgəsidi. Biz, de Armas meydanının qarşısındakı
təpəlikdən qala divarlarını görürdük; bir vaxt tarixi nitqlərin səsləndiyi, naxışlı
pərdəli pəncərələri və gül vazlarıyla məhşur eyvanları olan hakimiyyət evini
görürdük. Gecələr bu bina, göy üzündə üzən gəmiyə bənzəyirdi və nəinki, şəhərin
istənilən küncündən – dənizin yeddi minlik məsafəsindən görünürdü; bu bina,
əsasən, məşhur şair Ruben Darionun ölkəyə gəlişi
münasibəti ilə ağ rənglə
rənglənib, dörd bir yanından şar kimi dəyirmi fonarlarla işıqlandırılandan bəri gözə
116