qabağa
var-gəl eləyə-eləyə, nahar etmək adətini tərgitmişdi, indi onlar üçlükdə,
çiçəkli sarmaşıqlardan hörülmüş talvarın altındakı bağ stolunun arxasında nahar
edirdilər; nahar vaxtı o, uşaqla üzbəüz otururdu, Letisiya özü isə böyürdə oturub
hər ikisinə seçmə ədalar, yeməyin bədənə daha çox fayda verməsi üçün xüsusi
qəbul qaydalarını öyrədirdi; Letisiya onlara, stol arxasında düzgün vəziyyətdə -
kürəyi stulun söykənəcəyinə söykəyib oturmağı, çəngəli sol, bıçağı sağ əldə
tutmağı, tikəni düzgün çeynəmək qaydasını – başını dik tutaraq, ağzını açmadan on
beş dəfə bir ovurdunda, on beş dəfə o biri ovurdunda çeynəməyəi öyrədirdi və
ərinin, arada bir bütün bunların kazarma intizamına oxşadığını deməsinə qətiyyən
məhəl qoymurdu.
Nahardan sonra Letisiya onu, rəsmi dövlət xəbərlərini – xüsusi
təsisçisi və fəxri redaktoru şəxsən özü olduğu qəzeti oxumağa məcbur edirdi.
Letisiya bu qəzeti ona nahardan sonra, pationun nəhəng artırmasında, kölgədəki
yelləncəkdə uzanıb mürgüləmək istəyən vaxt oxutdururdu. - «Dövlət başçısı,
dünyada baş verən bütün hadisələrdən xəbərdar olmalıdı.» Letisiya qızıl çərçivəli
eynəyini onun burnuna taxır və o, öz xəbərələr müjdəçisinin, şişirdilmiş sulu
cümlələrlə dolu səhifələrinə yola düzəlirdi; Letisiya, oğlunun idman məşğələləri ilə
məşğul olur, monastrda öyrəndiyi top-top oyununu uşağa öyrədir, əla həzrətləri isə
belə məqamlar qəzetlərdə nəşr olunmuş qədim foto-şəkillərini nəzərdən keçirirdi;
bu şəkillər
o qədər qədim idi ki, çoxunda o, özü-özünə oxşamırdı, elə bil nə vaxtsa,
lap çoxdannan onun əvəzinə ölmüş əkiz tayı idi; kometanın gəlişindən bu yana,
bircə iclasın keçirilmədiyi, keçən çərşənbə isə nazirlər şurasının iclasında sədrlik
etdiyi zaman çəkilən şəklinə baxır, burnunu az qala, sətirlərə dirəyə-dirəyə, yüksək
rütbəli nazirlərin, onun adından yazdıqları aforizmlərlə, tarixi fikirləriylə tanış olur,
sonra tutqun avqust gününün istisindən üzülə-üzülə: «Bu nə zay qəzetdi, lənət
şeytana! Bu yazıq camaat bunu necə oxuyur?!» - deyə-deyə, siestanın boğanaq
havasında
yuxuya gedir, hər belə duzsuz qiraətdən beynində azca da olsa, nə isə
qalırdı və həmin o cüzi olan nə isə, onun beynində yeni ideyaların yaranmasına
təkan verirdi, onda o, qısa, dayaz yuxusundan ayılıb Letisiya Nasareno vasitəsi ilə
öz nazirlərinə müxtəlif tapşırıqlar göndərirdi; nazirlər də öz növbələrində, onun
fikirlərini, bu xanımın dedikləri əsasında müəyyənləşdirməyə cəhd edərək,
cavablarını elə Letisiya vasitəsi ilə verirdilər. «Çünki mənim rəmmalım sən idin,
bircə sən mənim fikirlərimi oxuya bilirdin, demək istədiyimi deyə bilirdin, mənim
ən qəliz fikirlərimi yalnız sən nizamlaya bilirdin, sən,
mənim səsim idin, mənim
şüurum və qüvvəm idin, sən - mənim, dünyanın dörd bir yandan daim üstümə odlu
axınla yeriyən sonsuz uğultu içində lazım olanları eşidən ən iti qulağım idin.» O,
belə deyirdi, əslinə qalanda isə, bəhrələnib istiqamətləndiyi ən etibarlı xəbərlər
mənbəyi ümumi saray tualetlərinin divarlarında yazılan anonim xəbərlər idi; bu
informasiyalardan o, heç kimin, «Hətta Letisiya, sənin özünün belə», deməyə cürət
eləmədiyi həqiqətləri öyrənirdi; o bu informasiyaları sübh tezdən, inəklərin səhər
sağımından sonra, gündüz növbətçiləri onları divarlardan yuyanacan oxuyur və
tualetlərin divarlarını hər gün ağartdırmağı əmr edirdi ki, heç kim öz qəlbinin
çirkabını, içinin acığını bəyaz divarlara tökməyə heyfslənməsin; həmin bu imzasız
məktublardan o, öz zabitlərinin
dərdlərini öyrənir, onun köməyi ilə yüksək rütbəyə
çatıb üzü dönənləri, ürəyində ona nifrət edənləri bircə-bircə tanımağa başlayır və
məhz beləcə, insan qəlblərinin gizli guşələrinə baş vurduqca, özünü tam qüvvətli
119
hiss edirdi; bu qəlblərə o, çox asanca, ifşa güzgülərinə – tualetlərin divarına –
boylandıqca, baş vururdu.
O dövrlər o, uzun-uzadı illər bundan əvvəl tərgitdiyi mahnılarını yenidən oxumağa
başladı; yenə miçətkənin dumanı içində Letisiya Nasarenonun, ləpənin vurub
dayaza atdığı balina cəmdəyinə bənzər bədənini nəzərdən keçirə-keçmrə: «Di
oyan, Letisiya, mənim qəlbimdə artıq səhərdir! Həyat davam edir!
Dəniz sahilini
sığallayır!» - oxuyurdu. Həyat beləcə davam edir, Letisiya Nasarenonun – bircə
boş bir şeydən savayı – səhərlər onunla bir yataqda oyanmaqdan savayı, istədiyi
hər bir şeyi ondan ala bilən yeganə qadının qəribə əhvalatları davam edirdi. Hər
axşam o, sevgi nəşələrindən doyandan sonra öz otağına gedir, öz subay yataq
otağının qapısından, işdi, birdən qovhaqov düşərsə, ona mütləq lazım olacaq yanar
lampasını asır, kilidi üç dəfə açarlayıb, üç zənciri, üç cəftəni bağlayır, Letisiya
Nasarenoya qədər olduğu kimi və Letisiyadan sonra, ömrünün son gecəsinədək
olacağı kimi, geyimli-keçimli, üzü üstə döşəməyə düşüb,
suda boğulan tənha
adamın yuxusunu görürdü. Lakin hər səhər o, inəklərin sağılmasına nəzarət
eləyəndən sonra Letisiyanın digər, yeni arzularını həyata keçirməkdən ötrü - onun
tamahkar gözünü, rəhmətlik anası Bendisyon Alvaradonun hüdudsuz vərəsəliyi
müqayisəyə belə gəlməyən bahalı hədiyyələrlə doldurmaqdan ötrü yenidən
Letisiyanın yataq otağına – hələ də vəhşi heyvan iyi qoxuyan otağa qayıdırdı.
Lakin məsələ, tək Letisiya ilə qurtarmırdı, Letisiyanın hansısa antil adalarından
tökülüşüb gələn qohumlarının da tamahkar gözünü doyurmaq lazım gəlirdi; bu, bir
sürü, heç nəyi olmayan, bircə Nasareno nəslinə aidiyyatı olan yoğun səsli, ac-
yalavac şogöz dəstəsi idi. Letisiyanın qohum-əqrabası, bütün duz, tütün, içməli su
satışını ələ keçirdilər, ordu rəhbərlərinin arasında bölüşdürülmüş ticarət sahələrinə
də soxuldular. Demək, məsələ beləydi ki, ac-yalavac
Nasareno sülaləsi onun-
bunun tikəsini əlindən qamarlaya-qamarlaya camaatın hesabına dövlətlənməyə
başladılar və guya bütün bunlar prezidentin razılığıyla həyata keçirilirdi; əslində
isə qərarı Letisiya verir, prezident də bu qərarla razılaşmalı olurdu. Həmin o dövr
o, Letisiyanın təkidiylə, vəhşi edamları – adamları dörd atın arasında şaqqalamaq
cəzasını ləğv etdi və bu dəhşətli cəza növünü, yadelli desantın ölkədə olduğu illər,
desantın komandanının şəxsən ona bağışladığı elektrik stulu ilə əvəz etməyə cəhd
etdi; yəni ki, bizdə də ölüm cəzasının ən müasir növündən istifadə edirlər.
Bu məqsədlə o, liman qalasının dustaqxanalarına – ən cansız siyasi dustaqların
təcrübə dovşanı kimi saxlanıldığı dəhşətli laboratoriyalara baş çəkdi: işə salınanda
bütün şəhərin elektrik enerjisini udan ölüm taxtının idarə sistemi bu adamların
bədənində sınaqdan keçirilməliydi; biz bu eksperimentlərin vaxtını dəqiq bilirdik;
bunu təyin eləmək bir o qədər də çətin deyildi, işıqlar
qəfil sönürdü və biz,
dəhşətdən itən nəfəsimizlə qaranlıqda donub qala-qala, liman qəlyanaltıxanalarında
ölənlərin ruhunu, badə qaldıraraq, bir dəqiqəlik sükutla yad edirdik və bilirdik ki,
bu adamlar, bir dəfə yox, bir neçə dəfə ölürlər; biz bilirdik ki, dustaqların çoxu
birinci dəfədən ölmürdü, yarımcan vəziyyətdə kabab kimi tüstülənə-tüstülənə
qayışdan asılıb qalır, cəlladlardan hansısa əməliyyatı iki-üç dəfə təkrar edəndən
sonra, bu yazıqları gülləylə vurub öldürməyincə, dəhşətli ağrılardan xır-xır
xırıldayırdılar. - «Hər şey sənin istəyin naminə idi, Letisiya! Türmə kameraları
120