Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə45/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

 
121
qurd utanmaq əvəzinə, mənə insafsız deyir, özü də elə bilir ki, doğrudan da, 
belədir...» 
– Demək, iki min! – Düran yenə özü dilləndi. – İki min! – Bir də təkrar elədi. Və 
bunları deyəndə elə kövrəldi ki, sanki doğma vətənə, əziz Allaha, yamyaşıl 
çəmənliklərə, xınalı kəkliklərə, ulu «Sən-Emilion»a əlvida deyirdi!– İndi başlaya 
bilərik? 
 
Kişinin əl-qolu, ayaqları arıq olsa da, qarnı yekə idi, piy bağlamışdı. Ravik 
təsadüfən onun kim olduğunu öyrənmişdi. Adı Leval idi və özü də mühacirlərin 
işinə baxırdı. Bunu ona Veber demişdi, gülə-gülə kimi təşrih edəcəyini başa 
salmışdı. Levalı «İnternasional»dakı bütün qaçqınlar tanıyırdılar. Ravik skalpeli 
çəkdi və Levalın qarnı kitab kimi açıldı, kəsiyin uclarını tələsik bərk-bərk sıxdı, 
pırtlayıb çıxmış sarımtıl piy qatına baxdı: 
– Pulsuz-parasız bir az arıqladarıq, sonra özü təzədən yığar, – dedi. 
Düran cavab vermədi. Ravik piy qatını kəsib götürdü ki, əzələləri tapsın. «Bu da 
qaçqınların yerdəki Allahı! – deyə ürəyindən keçirdi. – Yüzlərlə adamın taleyi 
onun bu sümüyü çıxmış, indi hərəkətsiz qalmış əllərindədir. Qoca professor 
Mayeri ölkədən çıxarmaq haqqında göstərişi də bu vermişdi. Ancaq Mayerin o 
əzablı yolları bir də keçməyə heyi qalmamışdı və çıxarılandan bir gün qabaq özünü 
paltar şkafından asmışdı. Ona görə paltar şkafından asmışdı ki, heç yerdə qarmaq 
tapmamışdı. Çətinlik də çəkməmişdi. O qədər ac-susuz qalmış, o qədər arıqlamışdı 
ki, şkafdakı çəngəl də onu saxlamışdı. Səhər-səhər xidmətçi qız onu tapanda, 
əvvəlcə elə bilmişdi ki, eləcə paltardır, içindəki cəsədi sonra görmüşdü. Əgər bu 
piy basmış qarında bir azca insaf olsaydı, Mayer hələ də yaşayardı..» 
– Sıxac!.. Tampon! 
Yenə kəsməyə başladı. İti cərrah bıçağı zərgər dəqiqliyi ilə kəsirdi. Adamı heyran 
qoyan dəqiq ölçü duyğusu! Bu da qarın boşluğu... Qıvrıla-qıvrıla bir-birinə 
dolanmış içalat... Bu qarnıyırtıq kişinin də öz əxlaq prinsipləri vardı. Onun da bir 
insan kimi Mayerə yazığı gəlirdi, ancaq onunla bərabər, başqa hiss də vardı, adına 
milli borc deyirdi. Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər 
böyüyün də bir böyüyü var! Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddibaşlı 
əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət... daha nə bilim 
nələr... Adicə insanlıq qanunlarından qaçıb arxasında gizlənmək üçün pərdə 
tapmağa nə var! 
Bu da öd kisəsi... İrinləyib sıradan çıxıb... Yağlı xörəklər, növbənöv Bordo 
şərabları, əsəbilik onu bu kökə salmışdı... Əgər indi pis kəssə, onu lap böyük, ya da 
dərin eləsə necə? Onda bircə həftədən sonra qaçqınların titrəyə-titrəyə «olum, ya 
ölüm» hökmünü gözlədikləri, saralmış kağız-kuğuz, kəsif güvə qoxulu otaqda 
bundan yaxşısı oturmazmı?! Yaxşısı! Bəlkə də, betəri gəldi, nə bilmək olar... İndi 
gur işıqların altındakı cərrahiyyə stoluna huşsuz uzadılmış bu altmış yaşlı kişi də, 
şübhəsiz, özünü insanpərvər hesab eləyirdi. Yəqin ki, mehriban ata, qayğıkeş ər 
idi. Ancaq kabinetə girən kimi «heç cür mümkün deyil», «bəs onda necə olar...» 
kimi ibarələrin arxasında gizlənən zülmkara çevrilirdi. Mayer burada qalıb öz 
kasıbçılığını eləməklə, dul qalmış Rozental «İnternasional» mehmanxanasında 
xidmətçilər üçün ayrılmış balaca küncdə büzüşüb, gestaponun çoxdan o dünyaya 


 
122
göndərdiyi oğlunun yolunu gözləməklə, ciyər xəstəliyinə tutulmuş Ştalman öz 
balaca dükanında çax-çux eləməklə Fransa dağılmazdı... Yazıq Ştalman sərhədi 
gizli keçdiyi üçün altı ay həbsxanada yatdı, sonra, elə bil, ölmək üçün oradan çıxdı. 
Heç sərhədə də çatdıra bilmədi... 
Yaxşı... kəsik yaxşı alındı... Nə böyük deyildi, nə də dərin. Sap... indi də liqatura 
sapı... Bu da öd kisəsi... Onu Dürana göstərdi. Üstündəki piy qatı işıqda 
parıldayırdı. Vedrəyə atdı, təzədən yaraya tərəf əyildi. Niyə Fransada tikişi bu 
sapla qoyurlar? Sıxaçı götür! İllik gəliri otuz-qırx min frank olan orta səviyyəli bir 
məmurun alışıb-yanan qarnı... Bəs o, təşrih üçün on min frankı nədən verir? 
Qalanını haradan qazanır? Bu yekəqarın da nə vaxtsa üçdaş oynayıb... Tikiş də 
yaxşı alındı... İfçin-ifçin... Təkəsaqqalı görünməsə də, iki min frankın ağrısı hələ 
də Düranın üzündə qalmışdı. Gözlərindən bilinirdi. Hər gözündə min frank... 
Məhəbbət daşı da əridər! Yoxsa o qədər pulu bu qoca qurddan zorla qoparıb, onun 
«soyqunçuluq tanrı buyruğudur» kimi inamını alt-üst eləyə bilərdmi? Sabah 
riyakar bir mehribanlıqla gedib bu yekəqarını yanında oturacaq, onun 
minnətdarlığını qəbul edəcək... Ehtiyatlı ol, bir sıxac da burda imiş! Bu yekə qarın, 
joapla mənim üçün bir həftə Antibdə qalmaq deməkdir. Zəmanənin toz-dumanlı 
qasırğasında bir həftəlik işıqdır. Tufanqabağı bir parça mavi səmadır! İndi isə 
dərialtı layı tikmək lazımdır. Tikişə söz ola bilməz, iki min franka dəyər. Gərək 
qayçının birini Mayerdən xatirə kimi içəridə qoyaydım! Bu işıq niyə belə 
güyüldəyir? Adamın fikri niyə belə çox qarışır? Yəqin, qəzetlərdəndir. Bir də 
radio... Yalançılar, qorxaqlar bütün günü çərənləyirlər. Söz yığını adamı lap çaşbaş 
qoyur. Ah, bu dolaşıq fikirli beyinlər! Qapıları hər cür cəfəngiyatın, zirzibilin 
üzünə açıqdır! Hələ də idrakın acı təcrübəsinə alışa bilmir. Ah, bu kəsərsiz 
beyinlər! Cəfəngiyatlar! Hə, bu da qurtardı... İndi qaldı dərinin özünü tikmək... 
Bir-iki həftədən sonra tir-tir əsən qaçqınları qovacaq. Bəlkə də, öd kisəsiz bir az 
insaflı olacaq... Əgər ölməsə... Ancaq belələri səksən yaşına kimi qalır, hamı da 
ona ehtiram göstərir, özü də hörmət-izzətini saxlayır, nəvə-nəticəsi onunla fəxr 
edir. Hazırdır! Aparın! 
Ravik əlindəki əlcəkləri, üzündəki tənzifi çıxardı. Mötəbər məmuru rezin təkərli 
xərəyin üstündə səssiz-səmirsiz cərrahiyyə otağından apardılar. Ravik onun 
arxasınca baxdı. «Kaş biləydin, Leval, – ürəyində dedi, – sənin halalca, qanuni öd 
kisən mənə, burada qeyri-qanuni yaşayan bir qaçqına Riverada bir neçə qeyri-
qanuni xoşbəxt gün bəxş edəcək!» 
Yuyunmağa başladı. Onunla yanaşı Düran da, necə lazımdırsa, damarları çıxmış 
əllərini yuyurdu. Barmaqlarını təmiz-təmiz sürtdükcə onun ritminə uyğun alt 
çənəsi də asta-asta tərpənirdi, elə bil, ağzında nəsə çeynəyirdi. Özü dayananda, 
çənəsi də dayanır, başlayanda isə təzədən tərpənirdi. O, bu dəfə tələsmədən, 
həmişəkindən çox yuyundu. Ravik fikirləşdi ki, iki min frankla vidalaşacağı anı bir 
az da uzadır... 
– İndi nə gözləyirsiniz? – Düran bir azdan soruşdu. 
– Pulu. 
– Xəstə verən kimi göndərəcəyəm. Bir neçə həftə çəkər. O çıxası... verəsi... 
Düran əllərini silməyə başladı. Sonra bir şüşə «djOrse» odekolonu götürüb ovçuna 
çilədi, əllərini ovuşdurdu: 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə