Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə53/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   49   50   51   52   53   54   55   56   ...   114

 
140
Dan sökülürdü. Bomboz dəniz sakit idi. Buludsuz səmanın rəngi seçilmirdi. Təkcə 
üfüqdə sudan gümüşü rəngli bir zeh keçirdi. Elə sakitlikdik ki, bir-birinin nəfəsini 
də eşidirdilər... Restorandan axırıncı çıxdılar. Onlardan qabaq qaraçılar köhnə bir 
«Ford»a, xidmətçilər isə «Sitroen»lərə oturub, dağların arası ilə qıvrılan asfalt yola 
çıxdılar. Aşpaz isə 1929-cu ilin istehsalı olan altıyerlik «Delae»yə minib ərzaq 
dalınca getdi. 
– Gün günorta olub! – Ravik dilləndi. – Ancaq dünyanın harasındasa hələ də 
gecədir. Bir vaxt elə təyyarələr çıxacaq ki, onunla zamanı haqlayacaqsan. Onların 
sürəti Yerin fırlanma sürəti qədər olacaq. Əgər sən məni gecə saat dörddə sevməyə 
başlamısansa, elə eləyərik, saat həmişə dörddə qalar. Bu lap asan olacaq: biz Yer 
kürəsi ilə birlikdə fırlanacağıq, zaman isə dayanacaq  
Joan ona sığındı: 
– Daha dözə bilmirəm... Of, necə gözəldir! Adamın ürəyini yerindən oynadır! Gül, 
nə qədər istəyirsən, mənə gül... 
– Doğrudan, gözəldir, Joan! 
Joan ona baxdı: 
– Hanı indi o dediyin təyyarə? Onu düzəldib hazırlayana kimi biz qocalıb 
gedəcəyik, əzizim. Mən də qocalmaq istəmirəm... Sən necə? 
– Mən istəyirəm. 
– Doğrudan? 
– Hə... Mən imkan daxilində çox qocalmaq istəyirəm. 
– Niyə? 
–Baxım, görüm bu dünyanın axırı nə olur! 
– Mən isə qocalmaq istəmirəm. 
– Heç qocalmayacaqsan da. Həyat sənin yanaqlarını sığallayıb keçəcək, onlar daha 
da gözəlləşəcək... Vəssalam... Adam o vaxt qocalır ki, artıq heç nə hiss eləmir. 
– Yox, adam sevməyəndə qocalır. 
Ravik cavab vermədi. «Ayrılmaq! – deyə yenə ürəyindən keçirdi. – Səndən 
ayrılmaq?! Bir az bundan əvvəl Kannda ağlıma nələr gəlmişdi?!» 
Joan onun qolları arasında tərpəndi: 
– Bayram qurtardı, Ravik. İndi evə gedib gecəni bir yerdə qalarıq. Ah, nə gözəldir! 
Həyatı həyat kimi yaşamaq nə şirin imiş! Adam yalnız səadətdən doyanda 
sakitləşir, çünki özgə heç nə istəmir. Heçcə nəyə orada yer qalmır. Gəl öz 
müvəqqəti evimizə, ağardılmış bağ evinə oxşayan mehmanxanaya gedək! 
Ravik ayağını qazdan çəksə də, maşın dağların arası ilə qıvrılan yollarda 
şütüyürdü. Hava yavaş-yavaş işıqlaşırdı. Torpaqdan şeh ətri qalxırdı. Ravik işıqları 
söndürdü. Korniş (16) yoluna çıxanda gül, tərəvəzlə dolu furqonlara rast gəldilər. 
Hamısı Nitsaya gedirdi. Sonra süvari dəstəsini ötdülər. Atların tappıltısı motorun 
uğultusunda aydınca eşidilirdi. Asfaltın kənarına səpilmiş çınqıl xırçıldayırdı. 
Çiyinlərinə plaş salmış atlıların sifəti qapqara görünürdü. 
Ravik Joana baxdı. O da təbəssümlə cavab verdi. Rəngi qaçmış, üz-gözündən də 
yorğunluq yağırdı və daha da zərifləşmişdi. Joan öz zərif yorğunluğu ilə dünənin 
acı xatirələrini udmuş bu sehirli, alaqaranlıq, sakit səhərçağı həmişəkindən də 
gözəl görünürdü. Ancaq həmin səhərin özündə də bir qeyri-müəyyənlik var idi. 


 
141
Yer üzünü asta-asta nura qərq eləsə də, vaxtı-vədəsi hələ bilinmirdi və elə bil, nə 
istədiyindən özünün də xəbəri yox idi! 
Qurşağa oxşayan Antib buxtası sürətlə onlara tərəf gəlirdi. Hər yan getdikcə 
işıqlaşırdı. Yavaş-yavaş maviləşən gündüz dənizdəki dörd hərbi gəminin bomboz 
kölgəsini əridirdi. Onların biri kreyser, qalan üçü isə eskadra mina gəmisi idi. 
Deyəsən, gecə gəlmişdilər. Getdikcə ağaran səmanın fonunda lal dənizin qoynuna 
sinmiş bu gəmilər adamı qorxudurdu. Ravik Joana baxdı. Joan başını onun çiyninə 
söykəyib yatmışdı... 
 
                                                                                XVII 
 
 
Ravik xəstəxanaya yollandı. Riveradan qayıtdığı bir həftə idi. Qəflətən dayandı. 
Gözləri önündə açılan mənzərə uşaq oyununa bənzəyirdi. Tikilməkdə olan təzə 
bina günəş işığında elə bərq vururdu ki, deyərdin, daşdan deyil, uşaq oyuncağından 
quraşdırılıb. Taxta körpülər aydın səmanın fonunda tük kimi nazik görünürdü və 
qəflətən onlardan hansısa sındı, tirlərdən biri ayrılıb göydə yellənməyə başladı. 
Onun üstündə insan fiquruna oxşar bir şey var idi və sanki, üstünə milçək qonmuş 
kibrit çöpü üzüaşağı yerə gəlirdi... Tir hələ göydə idi, yol gəlirdi, yerə çatmırdı ki, 
çatmırdı... Fiqur tirdən aralanmışdı, boş havada əl-qol atıb dayaq axtaran balaca 
kuklaya bənzəyirdi. Sanki, yer üzündəki həyat bircə anlığa dondu, dünyaya ölüm 
sükutu çiləndi, heç nə tərpənmədi... Külək də, nəfəs də, hənirti də dayanmışdı. Yer 
üzündə tərpənən təkcə o fiqurla tir idi, onlar da elə hey gəlir, gəlirdi... 
Birdən hamı hərəkətə gəldi, səs-küy eşidildi. Ravik indi hiss etdi ki, bayaqdan 
nəfəsini içinə çəkib gözləyirmiş. Yüyürməyə başladı. 
Yıxılan adam asfalta sərilmişdi. Birçə saniyə əvvəl küçə, demək olar ki, bomboş 
idi, indisə adam əlindən tərpənmək olmurdu. Hər yandan axışıb gəlirdilər, elə bil, 
həyəcan siqnalı verilmişdi. Ravik camaatı yara-yara irəlilədi. Gördü ki, iki fəhlə 
yaralını qaldırmaq istəyir. 
– Tərpətməyin! Qoyun eləcə qalsın! – deyə qışqırdı.  
Hamı ona yol verdi. Fəhlələr yaralını yerdən üzmüşdülər. 
– Asta-asta yerə qoyun! Ehtiyatla! Yavaş-yavaş... 
– Nəçisiniz? – fəhlələrdən biri soruşdu. – Həkimsiniz? 
– Bəli. 
– Yaxşı oldu! 
Fəhlələr yaralını asfaltın üstünə uzatdılar. Ravik dizi üstə çöküb, onun ürəyini 
dinlədi. Ehtiyatla, qan-tərə batmış köynəyinin yaxasını açdı, əli ilə bədənini 
yoxladı. Sonra ayağa durdu. 
 
– Nə olub? – bayaqkı fəhlə soruşdu. – Huşunu itirib?  
Ravik başını buladı: 
– Ölüb! – dedi. 
– Ölüb?! 
– Bəli. 
– Ola bilməz! – Kişi heç nə başa düşmədi. – Axı biz indicə bir yerdə nahar elədik?! 


 
142
– Həkim gəldi? – Arxada dayanıb irəli boylanan adamlardan hansısa soruşdu. 
– Nə olub? – Ravik gözləri ilə onu axtardı. 
– Həkim gəlib? Tez olun! 
– Nə olub? 
– Qadın... 
– Hansı qadın? 
– Tir ona dəyib! Qan aparır... 
Ravik camaatı yara-yara o tərəfə getdi. Bəstəboy, göy rəngli iri önlük taxmış bir 
qadın əhəng quyusunun yanındakı qum yığınının üstünə yıxılmışdı. Qırışmış sifəti 
avazımış, bir nöqtəyə zillənib qalmış gözləri isə kömür kimi qaralmışdı. 
Boğazından sızan qan kiçik fəvvarəyə bənzəyirdi, bir az yuxarı qalxan kimi əyilir, 
yana tökülürdü. Başının altında artıq qapqara bir gölməçə yaranmışdı. 
Ravik arteriya damarını sıxdı. Həmişə yanında gəzdirdiyi əl çantasından sarğı 
çıxardı, çantanı yanındakılara uzatdı: 
– Bunu tutun, – dedi. 
Dörd əl birdən uzandı, ancaq çanta yerə düşüb açıldı. Ravik tez qayçını, tamponu 
götürdü, sarğını açdı. 
Qadın dinmirdi. Gözləri də bayaqkı kimi bircə nöqtəyə zillənib qalmışdı. Bütün 
əzələləri gərilmiş, bədəni taxtaya dönmüşdü. 
– Heç nə yoxdur, anacan, – Ravik dilləndi. – Heç nə yoxdur. 
Tir onun çiyni ilə boğazını tutmuşdu. Çiyni bərg əzilmişdi. Körpücük sümüyü 
sınmışdı. Xınçım-xıncım olmuş oynaq sümüyü daha bitişməzdi. 
– Sol qoludur, – Ravik əlini yavaş-yavaş onun boynuna tərəf apardı. Yalnız dərisi 
sıyrılmışdı, qalan hər şey salamat idi. Ayağı burxulmuşdu. Ravik topuğu, sümüyü 
yoxladı. Boz rəngli corabları çox yerdən gözənmişdi, ancaq deşiyi yox idi. Dizdən 
bir az aşağı qara lentlə bağlanmışdı. Ravik bunları o qədər görmüşdü ki! Qara 
qaytanlı yamaqlı ayaqqabılar, ilgək vurulmuş bağlar... Çoxunun da burnu deşik 
olurdu... 
– Təcili yardıma zəng vuran olub? – deyə soruşdu. Cavab verən olmadı. 
– Deyəsən, polis zəng elədi. – Kimsə bir azdan dilləndi. Ravik dikəldi. 
– Polis? Haradadır? 
– Orada... O birinin yanında.  
Ravik ayağa qalxdı: 
– Demək, hər şey qaydasındadır... 
Aralanmaq istədi. Elə bu vaxt polis camaatı yara-yara gəldi. Əlində qeyd dəftərçəsi 
tutmuş cavan bir oğlan idi və əsəbi halda ucu yeyilmiş balaca karandaşı 
tüpürcəkləyirdi. 
– Hər şey qaydasındadır. 
Bircə dəqiqə, –deyə o, nəsə yazmağa başladı. – Bircə dəqiqə, müsyö! 
– Tələsirəm, ağır xəstəm var. 
– Bircə dəqiqə, müsyö! Həkimsiniz? 
– Damarı tapıb bağladım, vəssalam. İndi təcili yardımı gözləmək lazımdır. 
– Bircə dəqiqə, müsyö! Qoyun adınızı qeyd eləyim, sizin şahidliyiniz vacibdir. 
Qadın ölə bilər... 
– Ölməz. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə