Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə50/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   46   47   48   49   50   51   52   53   ...   114

 
133
 
İşıq! Yenə işıq. Elə bil, gömgöy dənizin mavi səma ilə birləşdiyi üfüqdən dümağ 
köpük yağırdı, həm şişir, həm səngiyirdi, gah parıldayır, gah da bərq vururdu. Bu 
cür parıldamaq, bu cür sayrışmaq, göylərin qoynunda bu cür süzmək ulu bir səadət 
deyildimi? «Joana bax, elə bil, başına nur ələnib, tamam işığa qərq olub...–Ravik 
ürəyindən keçirdi. – Gör çiyinlərinə necə çilənir! Elə bil, süddür, günəşin 
saçaqlarından toxunmuş ipəkdir. Belə işıqda heç kəs çılpaq qalmaz, onun özü elə 
paltardır. Dəniz özünü qayalara çırpan kimi, o da adamın dərisinə dəyib geri 
qayıdır. Köpüklənmiş işıq, göz yaşı kimi dupduru sel, dümağ dumandan biçilmiş 
nazik paltar...» 
– Neçə gündür buradayıq, Ravik? 
– Səkkiz. 
– Ancaq, elə bil, səkkiz ildir... Düz demirəm? 
– Yox. Elə bil, səkkiz saatdır. Daha doğrusu, üç min il səkkiz saatdır. Düz üç min il 
bundan əvvəl indi durduğun yerdə Etrüsk qəbiləsindən olan gənc bir qız da sənin 
kimi dayanıbmış. Onda da Afrika tərəfdən belə külək əsir, onu qoynuna alıb 
dənizin o tayına aparır... 
Joan gəlib qayanın üstündə onunla yanaşı oturdu: 
– Parisə nə vaxt qayıdırıq? 
– Ona bu axşam kazinoda baxarıq. 
– Bir şey udmuşuq? 
– Bir az... 
– Sən elə oynayırsan ki, elə bil, ömrün boyu qumar oynamısan. Nə bilim, bəlkə də, 
oynamısan... Axı, sənin keçmişin barədə mən heç nə bilmirəm. Bəs qumarxananın 
xidmətçisi səninlə niyə hərbi zavod sahibi kimi görüşdü? 
– Məni hansı hərbi zavod sahibi iləsə dəyişik salmışdı. 
– Düz demirsən, sən də onu tanıdın. 
– Nəzakət xatirinə özümü elə göstərdim ki, guya, tanıyıram. 
– Axırıncı dəfə burada nə vaxt olmusan? 
– Bilmirəm. Deyəsən, lap çoxdan olmuşam. Nə yaman qaralmısan, Joan?! Ancaq 
yaxşı yaraşır sənə! 
– Onda, gərək, həmişəlik burada qalam. 
– Qalmazsan? 
– Həmişəlik yox. Ancaq bu cür yaşamağı həmişə istərdim. – O, saçlarını geri atdı. 
– Yəqin, ürəyində mənə yüngül deyirsən... Elə deyil?  
–Yox. 
Joan gülümsəyib üzünü ona tutdu: 
– Özüm də bilirəm ki, yüngüllükdür, əzizim. Ancaq bizim bu lənətə gəlmiş 
həyatımızda yüngüllüklər azmı olub? Müharibə, aclıq, dağıntı, inqilab, inflyasiya 
nə qədər istəsən olub. Ancaq heç vaxt bir tikə inam, rahatlıq, sakitlik, boş vaxtımız 
olmayıb. Hələ deyirsən, bir müharibə də gəlir. Valideynlərimiz bizdən rahat 
yaşayıblar, Ravik. 
– Elədir. 
– Həyat adama bircə dəfə verilir. O da çox qısa olur, tez qurtarır. – O, əllərini isti 
qayanın üstünə qoydu. – Mən balaca adamam, Ravik, belə tarixi keşməkeşlərdən 


 
134
baş çıxara bilmərəm. İstəyirəm, xoşbəxt olum. İstəmirəm, hər şey belə çətin, belə 
ağır olsun. Özgə diləyim yoxdur. 
– Bunu kim istəmir, Joan? 
– Sən də? 
– Əlbəttə. 
«Maviliyə bax! – Ravik ürəyindən keçirdi. – Göylərin dənizə baş vurduğu yer o 
qədər mavidir ki, az qalır, rəngini itirsin. Oradan süzülən mavi işıq seli dənizi, 
ənginlikləri yara-yara gəlib, onun gözlərinə dolur. Bu gözlər Parisdə heç vaxt belə 
maviləşməzdi...» 
– Kaş istədiyimiz kimi yaşaya biləydik! 
– İndi elə yaşamırıq? 
– Hə, indi elə yaşayırıq. Ancaq çox çəkməyəcək. Bir azdan yenə Parisə 
qayıdacağıq. Yenə həmin yeknəsəq gecə klubu, yenə həmin çirkli mehmanxana
yenə o həyat... 
– Çox şişirdirsən, Joan. Sənin qaldığın mehmanxana çirkli deyil, mənimki 
dəhşətdir. Bircə mən qaldığım otağı çıxmaq şərtilə. 
Joan dikəlib əllərini qayaya söykədi. Külək onun saçlarını yellətdi. 
– Morozov deyir, sən çox yaxşı həkimsən. Heyif ki, işləməyə ixtiyarın yoxdur, 
yoxsa cərrah kimi yaxşı qazanardın. Professor Düran... 
– Sən onu haradan tanıyırsan? 
– Hərdən «Şəhrizad»a gəlir. Baş xidmətçi Rene deyir ki, on mindən az olanda 
Düran yaxın qoymur. 
– Rene düz deyir. 
– Bir gündə iki, üç təşrih eləyir. Qəşəng evi, «Pakkard» maşını var. 
«Qəribədir...–Ravik ürəyindən keçirdi. – Üzünün ifadəsi heç dəyişmir. Minillik 
tarixi olan adi qadın boşboğazlığını təkrar eləyəndə də adam ona məftun olur. Şirin 
xülyalardan danışanda gözləri mavi dənizə oxşayan Amazonkaya bənzəyir. Ancaq 
düz eləmirmi? Belə gözəlliyin sahibi haqsız olarmı? Bu dünyada hər şey onların 
deyilmi?! 
Ravik birmotorlu qayığın köpüklü dalğaları yara-yara onlara tərəf gəldiyini gördü, 
ancaq yerindən tərpənmədi. Onun niyə gəldiyini bilirdi... 
– Dostların gəlir, – dedi. 
– Niyə? – Joan qayığı çoxdan görmüşdü. – Niyə mənim dostlarım olur? Öz 
dostlarım desən, daha düz olar. Məndən qabaq səni tanıyırdılar. 
– Hə, səndən on dəqiqə qabaq tanış olmuşam. 
– Hər halda, əvvəldir.  
Ravik güldü: 
– Yaxşı, sən deyən olsun, Joan. 
– Yaxşısı budur, heç getməyim. Getmirəm, vəssalam. . 
– Əlbəttə, getməyəcəksən... 
Ravik qayanın üstünə sərələnib gözlərini yumdu. Günəş həmin dəqiqə öz isti, qızılı 
saçaqlı örtüyünü onun üstünə çəkdi. Nə olacağını bilirdi... 
– Biz, sən deyən qədər də nəzakətli deyilik, – Joan bir azdan dilləndi. 
– Vurulanlar heç vaxt nəzakətli olmurlar. 


 
135
– Onlar bizə görə gəliblər, istəyirlər, biz də gedək. Əgər getmiriksə, heç olmasa
aşağı düş, onlara de. 
– Yaxşı, – Ravik gözlərini bir az açdı. – Gəl çox uzatmayaq. Sən özün aşağı düş, 
de ki, mənim işim var, onlarla get. Dünən də elə eləmədik? 
– «İş» bir az qəribə çıxır. Kim burada işləyir? Sən niyə getmirsən? İkisinin də 
səndən yaman xoşu gəlib. Dünən də getmədiyinə çox heyifsiləndilər. 
– Allah eşqinə, qurtar, Joan, – Ravik gözlərini tamam açdı. – Niyə bütün qadınlar 
bu cür boş-boş danışmağı xoşlayırlar?! Sən dənizdə gəzmək istəyirsən, mənimsə 
qayığım yoxdur. Ömür çox qısadır, bizim də burada bir-iki günümüz qalıb. Axı 
mən nə üçün özümü alicənab kimi göstərib, səni hər dəfə onsuz da görəcəyin işlərə 
məcbur etməliyəm? Ona görə ki, sən vicdan əzabı çəkməyəsən? 
– Məni məcbur etmək lazım deyil, özüm eləyərəm. – Joan diqqətlə onu süzdü. 
Onun gözləri yenə də alışıb-yanırdı. Bircə anlığa dodaqları qaçdı və bu, elə ani 
oldu ki, Ravik az qaldı yanıldığına inansın. Ancaq bilirdi ki, yanılmır... 
Dəniz şappıltı ilə özünü körpüdəki qayalara çırpırdı. Şahə qalxanda külək ətrafa 
səpələnən damcıları yuxarı sovururdu. Bu soyuq damcılar hərdən Ravikin bədənini 
qıdıqlayırdı. 
– Sənin dalğandır, Ravik, Parisdə söylədiyin nağıldakı dalğa. 
– Yadında qalıb? 
– Hə... Ancaq sən qaya deyilsən... Beton, sal daşsan... 
Joan körpüyə endi. Bütün səma onun gözəl çiyinləri üstündə idi və deyərdin, onu 
da özü ilə aparır. Ona heç nə demək olmazdı. «İndicə qayıqda oturacaq, külək 
saçlarını yelləyəcək. Mənsə axmağam, getmədim. – Ravik ürəyindən keçirdi.–
Ancaq mən bu rolu hələ oynaya bilmərəm. Çünki o köhnəlib vaxtı keçmiş 
təkəbbür, donkixotluq canımdan çıxmayıb. Bunlardan başqa bizə nə qalıb ki? Aylı 
gecələrdə çiçəkləyən əncir ağacı, Seneka ilə Sokratın fəlsəfəsi, Şumanın veolonçel 
üçün konserti və bir də gələcəkdəki itkini əvvəlcədən duymaq bacarığı...» 
Aşağıdan Joanın səsi gəldi. Sonra motorun boğuq uğultusu eşidildi. Ravik dikəldi. 
Joan indi qayığın arxa tərəfində oturub... Dənizin harasındasa bir ada, həmin adada 
da monastır var. Hərdən orada xoruzlar banlayırdı... Gör günəş necə qızarıb! 
Uşaqlığın zərif çəmənliyinin həsrət çiçəkləri – lalələr al qana boyanmışdı... 
Dənizin ulu laylası... Vinetanın haray dolu zəngləri... Heç nə haqda düşünməmək
doğrudan da, sehirli bir səadət imiş... Ravik o dəqiqə yuxuya getdi. 
Günortadan sonra maşını qarajdan çıxardı. «Talbo» markalı bu maşını onun üçün 
Morozov Parisdə kirayəyə götürmüşdü, Joanla ona minib gəlmişdilər. 
Ravik onu sahillə sürürdü. Səma aydın və işıqlı idi. Nitsanı keçib Monte Karloya, 
oradan da Vill-Franşa gəldi. Ravikin bu qədim, balaca limandan çox xoşu gəlirdi 
və sahildəki bistroların birinin qabağında xeyli oturdu. Sonra Monte-Karlodakı 
kazinonun qarşısındagı parkda gəzişdi, dənizin yanındakı təpənin başında salınmış 
qəbiristanlığa getdi. Bu, özünü öldürənlərin qəbiristanlığı idi və Ravik hansı 
qəbirisə axtarıb tapdı, xeyli onun yanında dayandı, sonra gülümsədi. Qədim 
Nitsanın dar küçələrindən, təzə şəhərin heykəllərlə bəzənmiş meydanlarından 
keçdi. Sonra Kanna qayıtdı, onu da keçib, sahillə şütüməyə başladı. Burdan o yana 
qıpqırmızı qayalar, adlarını «İncil»dən götürmüş balıqçı kəndləri uzanıb gedirdi... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə