Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə58/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   54   55   56   57   58   59   60   61   ...   114

 
154
yollarından, gerçəkliyin qüssə dolu alovundan, çarmıxa çəkilmiş keçmişlərdən, 
gələcəyin neştərli keşməkeşlərindən süzülürdü... Bir də ətrafa çilənmiş bu sükut... 
Ölümlə həyat arasındakı bir anlıq fasilə... Aydın olduğu qədər də zülmətlə dolu bir 
ömür... Ulu dünyanın həzin əbədiyyət nəğməsi... 
 
Morozov «İnternasional»ın «Palma zalı»nda oturmuşdu. Qabağında bir qrafin açıq 
çaxır var idi. 
– Boris! Salam, qoca! Deyəsən, lap vaxtında gəlib çıxmışam. «Vuvre» şərabıdır? 
– Bəs necə! Bu dəfə otuz dördillikdir. Həm şirindir, həm də qatı. Nə yaxşı gəldin, 
Ravik! Üç ay çəkdi, eləmi? 
– Hə, bu dəfə yaman çox oldu... 
Morozov stolun üstündəki qədimi zəngi götürüb silkələdi. Elə bil, kənd kilsəsinin 
xidmətçiləri zəng çalırdı... «Katakomba»da elektrik xətti olsa da, elektrik zəngi 
yox idi. Buna heç ehtiyac da yoxdu, çünki mühacirlər çox təsadüfi halda ondan 
istifadə edirdilər. 
– İndi adın nədir? – Morozov soruşdu. 
– Yenə Ravikdir. Polisdə bu adı çəkməmişəm, gah Voyçek, gah Noyman, gah da 
Qünter oldum. Heç nə, şıltaqlıqdır, çox xoşuma gəlir, ona görə də dəyişmək 
istəmədim. 
– Çox güman ki, burada qaldığını səndən qopara bilməyiblər, eləmi? 
– Əlbəttə! 
– Aydındır. Yoxsa, mütləq sürək eləyərdilər. Onda yenə burada qalarsan, otağın 
boşdur. 
– Qarının bu işdən xəbəri olmadı? 
– Yox, heç kim bilmədi. Dedim ki, Ruana getmisən. Şeylərin mənim otağımdadır. 
Xidmətçi qız, əlində məcməyi, gəldi. 
– Klarisse, müsyö Ravikə də qədəh gətirin. 
– Ah, müsyö Ravik! – Qız dişlərini ağartdı. – Qayıtdınız? Getdiyiniz yarım ildən 
çoxdur, müsyö... 
– Üç ay, Klarisse. 
– Ola bilməz! Elə bilirdim, yarım ildir... 
O, ayağını sürüyə-sürüyə getdi. Bir az keçməmiş «gata-gomba»nın piy basmış 
xidmətçisi, əlində qədəh gəldi... O, məcməyi götürməzdi. Burada çoxdan işlədiyi 
üçün özünü bir az sərbəst aparırdı. Morozov onun sir-sifətindən bildi ki, bu saat 
sorğu-sual başlanacaq və tez onu qabaqladı: 
– jan, de görüm, müsyö Ravik nə qədər burada olmayıb? Dəqiq deyə bilərsən? 
– Bu nə sözdür, müsyö Morozov?! Əlbəttə, deyərəm! Lap gününü də bilirəm. 
Düz...–O, süni şəkildə fasilə verdi, gülümsədi və dedi: – Dörd həftə yarımdır. 
– Elədir!–Ravik Morozovu qabaqladı. 
– Elədir! – Morozov da təsdiqlədi. 
– Gördünüz?! Mən heç vaxt səhv eləmərəm, – deyə jan aralandı. 
– Özüm onu pərt eləmək istəmədim, Boris. 
– Mən də. Görürsənmi, zaman keçmişə çevriləndə öz mənasını itirir. Adama həm 
təsəlli verir, həm diksindirir, həm də biganələşdirir. Preobrajenski qvardiya 
polkunun poruçiki Belskini 1917-ci ildə Moskvada gözdən itirdim. Dost idik. O, 


 
155
Finlandiyaya keçib şimala getdi. Mənimsə yolum Mancuriyadan Yaponiyaya 
düşdü. Səkkiz ildən sonra görüşəndə, mənə elə gəldi ki, onu axırıncı dəfə 1919-cu 
ildə Harbində görmüşəm. O da dedi ki, 1921-ci ildə Helsinkidə görüşmüşük. 
Hərəmiz iki il və neçə min kilometr səhv elədik. – Morozov qrafini götürüb şərab 
süzdü. – Görürsənmi, səni burada unutmayıblar. Ona görə də adama elə gəlir ki, 
vətənə qayıdıb... Düz demirəm? 
Ravik şərabdan bir az içdi. Sərin və xoş idi. 
– Bir dəfə lap Almaniyanın sərhədində oldum. Küçənin bir tərəfi İsveçrənin idi, o 
biri tərəfi isə Almaniyanın... Mən də İsveçrə tərəfdə gilas yeyirdim. İstəsəm, 
çiyidini Almaniyaya tüpürərdim... 
– Onda özünü vətənə yaxın hiss eləyə bilmədin? 
– Yox! Mən ondan heç vaxt belə uzaq olmamışdım. Morozov irişdi: 
– Başa düşürəm. Bəs yollar necədir? 
 
– Həmişəki kimi. Getdikcə də çətinləşir, vəssalam. Sərhəddə nəzarəti artırıblar. Bir 
dəfə İsveçrədə, bir dəfə də Fransada tutuldum. 
– Bəs niyə heç yerini-yurdunu bildirmədin? 
– Məndən sonra polisin nəyi eşələyib tapdığını bilmirdim. Axı hərdən yaman 
quduzlaşır. Fikirləşdim ki, heç kəsin həyatını təhlükəyə salmasam yaxşıdır. Axı, 
bizim günahsızlığımız hələ hər şey demək deyil. Müharibənin ulu qanunudur: 
sakitcə yerə yat, sonra aradan çıx! Sən nəsə gözləyirdin? 
– Mən yox. 
Ravik diqqətlə onun üzünə baxdı: 
Məktub gözləyirmişsən, – dedi, – axı məktubun özü nədir ki?! Onun heç vaxt 
xeyri olmur. 
– Elədir. 
Ravik cibindən bir qutu siqaret çıxardı. 
– Qəribədir, – dedi, – adam burada olmayanda, çox şey dəyişir... 
– Heç nəyi vecinə alma. 
–Elə də eləyirəm. 
– Uzaqda olmaq yaxşıdır. Qayıdanda görürsən ki, hər şey dəyişib. Sonra yavaş-
yavaş öyrəşirsən. 
– Bəlkə də... Bəlkə də, heç elə deyil. 
– Sən həddən artıq bürüncəkli danışırsan. Yaxşı ki, hər şeyi bu cür qəbul edirsən. 
Şahmat oynayaq? Professor da öldü. Yeganə layiqli rəqibim idi. Levi də 
Braziliyaya getdi. Restoranda xidmətçi işləyir. Həyat indi qanad taxıb uçur, heç 
nəyə öyrəşmək lazım deyil. 
– Lazım deyil... 
Morozov diqqətlə onun üzünə baxdı: 
– Mən elə demirəm... 
– Mən də. Bu iyli-qoxulu qəbirdən çıxmayaq? Üç ay olmamışam, ancaq yenə də 
mətbəx, toz-torpaq qoxusu, qorxu... İşə nə vaxt gedəcəksən? 
– Bu gün getməyəcəyəm, boş günümdür. 
– Yaxşı oldu! – Ravik ötəri təbəssümlə gülümsədi. – Demək, bu axşam gözəllik, 
köhnə Rusiya, böyük qədəhlər axşamıdır! 


 
156
– Mənimlə gedirsən? 
– Yox, bu gün olmaz, yorulmuşam. Axırıncı gecələri heç yata bilməmişəm. 
Yatanda da səksəkəli yatmışam. Gəl, çıxaq, bir-iki saat fırlanaq, bir yer tapıb 
oturaq. Çoxdandır belə eləməmişəm... 
 
– Yenə «Vuvre»? – Morozov təəccübləndi. Onlar «Kolize» kafesinin qabağında 
oturmuşdular. – Niyə? Axşam indi düşür, qoca, arağın əsl vaxtıdır. 
– Elədir. Ancaq buna baxmayaraq, «Vuvre» yaxşıdır. Mənə bəs eləyər. 
– Nə olub? Bəlkə, konyak içəsən? 
Ravik başını buladı. Morozov əl çəkmədi: 
– Bir yerə gəlib çatanda, elə birinci axşamı dəm olmaq lazımdır, qardaş. Bu cür 
qəhrəmanlıq eləyib, ayıq gözlə qüssə dolu tutqun keçmişin gözlərinə baxmaq kimə 
lazımdır? 
– Mən heç yana baxmıram, Boris, həyatdan yavaş-yavaş zövq alıram. 
Ravik gördü ki, Morozov ona inanmır. İnandırmağa da çalışmadı. Lap səkinin 
qırağındakı stol arxasında sakitcə oturub özü üçün şərab içir, axşam gəzintisinə 
çıxmış camaata tamaşa edirdi. Parisdən uzaqlarda hər şey onun üçün qəti və aydın 
idi. İndi isə hamısı dumanlanmışdı, gah solur, gah da min rəngə çalırdı, şirin-şirin 
xumarlanırdı, elə bil, hansı dağısa yüyürə-yüyürə düşmüşdü, qulaqları 
güyüldəyirdi... 
– Mehmanxanadan qabaq bir yerə getmişdin? – Morozov soruşdu. 
–Yox. 
– Veber səni soruşurdu. 
– Zəng eləyərəm. 
– Heç xoşuma gəlmirsən... Düzünü de, nə olub? 
– Elə bir şey deyil. Cenevrədə sərhəd çox möhkəm idi. Əvvəlcə oradan keçmək 
istəyirdim, sonra Bazelə gəldim. Gördüm, bura da çətindir. Ancaq birtəhər 
adladım. Hər gecə qarın-yağışın altında qaldım, soyuq dəydi. Tez keçə bilmədim, 
sətəlcəm haqladı. Belforda bir həkim xəstəxanaya düzəltdi. Elə elədi ki, bilən 
olmadı. Sonra on gün də evində saxladı. Gərək, pulunu göndərəm. 
– İndi yaxşısan? 
– Bir az. 
– Ona görə araq içmirsən?  
Ravik gülümsədi: 
– Bu söhbətlər nəyə lazımdır, Boris? Bir az yorulmuşam, gərək, buralara təzədən 
öyrəşəm. Düz sözümdür... Qəribədir, adam üzübəri yolda olanda nələr fikirləşmir?! 
Gəlib çatanda isə əksinə olur. 
Morozov əlini yellətdi, ata qayğısı ilə dedi: 
– Ravik, sən atan yerində olan Borislə oturmusan! O, insan ürəyinin mahir 
bilicisidir. Nala-mıxa döymə, ürəyində nə varsa, soruş, canımız da qurtarsın. 
– Yaxşı. Joan haradadır? 
– Bilmirəm. İki-üç həftədir ki, xəbərim yoxdur. Heç görməmişəm də... 
– Bəs ondan əvvəl? 
– Bir-iki dəfə səni soruşdu. Sonra onu da eləmədi. 
– İndi «Şəhrizad»da işləmir? 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə