Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə55/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   51   52   53   54   55   56   57   58   ...   114

 
146
– Yaxşı, onda salamat qalın! – Sonra Ravikə sarı döndü. – Dünya inqilabından 
sonra sizə pasport lazım olmayaçaq. 
– Onu da başa düşmək lazımdır, müsyö, – məmur davam etdi. – Fernanın atası 
dünya müharibəsində ölüb, ona görə də almanlardan zəhləsi gedir, bu oyunları 
çıxarır. – O, peşman-peşman Ravikə baxdı. Deyəsən, işin nə yerdə olduğunu başa 
düşmüşdü. – Çox təəssüf edirəm, müsyö! Tək olsaydım... 
– Eybi yoxdur, – Ravik yan-yörəsinə boylandı. – Fernan qayıdana kimi zəng 
vurmaq olar? 
– Buyurun! Odur, stolun üstündədir. Ancaq bir az tez eləyin. 
Ravik Morozova zəng vurdu, almanca başına gələni ona danışdı, dedi ki, Veberə 
də çatdırsın. 
– Joana da deyim? 
Ravik tərəddüd etdi: 
– Yox, hələ lazım deyil. Eləcə de ki, bir-iki günlüyə saxlayıblar, hər şey 
qaydasında olacaq. Onda gözün olsun. 
– Oldu! – Deyəsən, bu son sözlər Morozovu açmadı, – Oldu, Voyçek! 
Ravik dəstəyi asanda, Fernan içəri girdi.  
– İndi hansı dildə danışırdınız? – O irişdi. – Çex dilində? 
– Esperanto (17) dilində... – Ravik cavab verdi. 
 
Veber səhəri gün gəldi. 
– Nə pis yerdir, – deyib yan-yörəsinə baxdı. 
– Fransanın həbsxanaları hələ də əsl həbsxana kimi qalır... – Ravik cavab verdi. – 
İçində yalançı humanizm kif atmayıb, XVIII əsrin qədim həbsxana qoxusunu 
saxlayıb. 
– Adamın lap ürəyi bulanır... Gör gəlib hara düşmüsən... Ürəyim bulandı... 
– Heç kəsə yaxşılıq etmək lazım deyilmiş, o dəqiqə cəzasını çəkirsən. Gərək, əl 
vurmayaydım, qadını qan aparaydı. Çox pis zəmanədə yaşayırıq, Veber! 
– Pisdən də pisdir. Burada xəlvəti qaldığını dostların eşələyib tapdılar? 
– Bəs necə... 
– Harada qaldığını da? 
 
– Elə şey olar?! Mən heç o vəfalı «İnternasional»ı sataram? Qeydiyyatsız adam 
saxladığına görə sahibkarı da cərimələyərdilər. Sürək eləyib qaçqınları tutardılar. 
Bu dəfə «Lankaster» mehmanxanasını nişan verdim. Qabaqlar bir dəfə orada 
qalmışam, balaca, xudmani mehmanxanadır. 
– Təzə adınız Voyçekdir? 
Vladimir Voyçek, – Ravik irişdi, – dördüncüdür... 
– Tfu! – Veber söydü. – Neyləyək, Ravik? 
Beynəlxalq süni dil. 
– Heç nə... Əsas məsələ odur ki, əvvəllər də burada olduğumu dostlarım bilməsin, 
yoxsa altı ay basacaqlar. 
– Lənət şeytana... 
– Bəli, dünya gündən-günə düzəlir. Nitşe deyirdi ki, həmişə qorxu içində yaşa. 
Mühacirlər, istər-istəməz, belə yaşayırlar. 


 
147
– Əgər bilməsələr? 
– Zənnimcə, iki həftə... Sonra da ölkədən çıxaracaqlar. 
– Bəs sonra? 
– Sonra da qayıdacağam. 
– Ələ keçənə kimi qalacaqsan... 
– Elədir. Ancaq bu dəfə çox qaldım. Düz iki il! Az qala, bir insan ömrüdür. 
– Nəsə fikirləşmək lazımdır, yoxsa belə olmayacaq... 
– Olar, olar! Neyləmək istəyirsiniz? 
Veber fikrə getdi. 
– Düran! – Birdən yadına düşdü. – Onun tanış-bilişi çoxdur, sözü də geçir... 
nədənsə dayandı, – aman Allah, Heç yadıma düşmür, onların böyüyünü ki özünüz 
təşrih elədiniz! Öd kisəsini kəsdiyinizi deyirəm! 
– Mən yox, Düran özü... 
Veber güldü: 
– Qorxmayın, bunu bildiyimi qoca qurda demərəm. Ancaq o, nəsə eləyə bilər. 
Eləməsə, canını alaram. 
– Bir şey çıxmayacaq! O gün iki min frankını qopartmışam, elə şeyi unudan 
tiplərdən deyil. 
– Eləyər! – Veber arxayın idi.–Onu satmağınızdan qorxaçaq. O qədər təşrih 
eləmisiniz! Bundan əlavə, ona lazımsınız. 
– İstəsə, başqasını tapar. Bino... O da olmasa, nə çoxdur gəlmə cərrah... 
Veber bığlarını tumarladı: 
– Belə qızıl əlləri tapa bilməz. Hər halda, çalışarıq, bəlkə, bir şey çıxdı. Elə bu gün 
başlayaram. Sizə bir şey lazımdır? Yeməkləri necədir? 
– İyrənc! Özüm pul verib gətirtdirirəm. 
– Bəs siqaret? 
–Varımdır. Mənə indi lazım olan şey hamamdır, ona da gücünüz çatmaz... 
 
Ravik həbsxanada iki həftə qaldı. Ondan başqa kamerada bir suçəkən usta, bir 
yazıçı və bir nəfər də polyak qalırdı. Usta təmiz, yazıçınınsa bir tərəfi yəhudi idi. 
Usta Berlindən ötrü darıxır, yazıçınınsa ondan zəhləsi gedirdi. Polyakınsa heç nə 
vecinə deyildi. Siqaret işinə Ravik baxırdı. Yazıçı isə yəhudi lətifələri danışırdı. 
Ayaqyolundan içəri dolan iyi kəsməkdə ustanın əvəzi yoxdu. 
İki həftədən sonra Raviki apardılar. Onu əvvəlcə inspektorun yanına gətirdilər, o 
da Ravikdən pulu olub-olmadığını soruşdu. Ravik: 
– Var, – dedi. 
– Çox yaxşı, onda taksi ilə gedin. 
Məmurlardan biri də onunla gedirdi. Bayırda günəş çıxmışdı. Təmiz havaya 
çıxmaq nə gözəl imiş! Qapının ağzında qoca bir kişi hava şarı satırdı. Ravik nə 
qədər baş sındırsa da, onun bu şarları nə üçün həbsxananın yanında satdığını 
kəsdirə bilmədi. Məmur taksiyə əl elədi. 
– Hara gedirik? – Ravik soruşdu. 
– Şefin yanına. 


 
148
Ravik onun hansı şef oluğunu bilmirdi. Nə fərqi var, kim olur olsun, təki alman 
ölüm düşərgəsinin şefi olmasın. Bu dünyada bircə dənə əsl dəhşət var idi: amansız 
terrorun çənginə düşəsən, heç nə də eləyə bilməyəsən! Qalanı boş şeydir! 
Maşında radio var idi və Ravik onu işə saldı. Əvvəlcə bazarda meyvə-tərəvəzin 
qiyməti haqda məlumat, sonra isə siyasi xəbərlər verildi. Məmur əsnədi. Ravik 
düyməni bir az da burdu. Estrada musiqisi başladı. Məmurun qırışı açıldı. 
– Şarl Trenedir, – dedi, – «Menillmanton»! Söz ola bilməz! 
Taksi dayandı, Ravik pulunu verdi. Onu gözləmə otağına gətirdilər. Yer üzündəki 
bütün gözləmə otaqları kimi, onu da tər, toz, ümid qoxusu doldurmuşdu. 
Yarım saat burada oturub, kiminsə qoyub getdiyi köhnə «Le vi Parizan» (18) 
qəzetinə baxdı. İki həftə kitab üzü görmədiyi üçün onu klassik ədəbiyyat nümunəsi 
kimi oxudu. Sonra onu şefin yanına apardılar. Bu bəstəboy, kök kişini o dəqiqə 
tanımadı. Adətən, təşrih elədiyi adamların üzünə baxmırdı. Onu maraqlandıran 
yalnız xəstə olan yer idi, yardığının kim olmasının mənası yoxdu. Ancaq bu sifətə 
təfərinclə, diqqətlə baxmışdı. Leval idi, sağalmış, qarnı yenə piy bağlamışdı. Öd 
kisəsi yox idi. Ravik Veberlə, Düran haqda olan söhbətini tamam unutmuşdu və 
şəxsən Levalın yanına gətiriləcəyini heç gözləmirdi. 
Leval onu təpədən-dırnağacan süzdü, bir xeyli dinmədi, sonra mızıldandı: 
– Əlbəttə, sizin adınız Voyçek deyil... 
– Xeyr. 
– Bəs nədir? 
– Noyman. – Ravik Veberlə belə sözləşmiş, o da Dürana çatdırmışdı. Voyçek nəsə 
bir az qeyri-adi səslənirdi. 
– Almansınız, eləmi? 
– Bəli. 
– Qaçmısınız? 
– Bəli. 
– Adam heç ağlına sığışdıra bilmir... Eləsinə oxşamırsınız. 
– Qaçqınların hamısı yəhudi deyil. 
– Niyə yalan danışmısınız? Adınızı düz deməmisiniz?  
Ravik çiyinlərini çəkdi: 
– Bəs neyləyəydim? Biz bacardığımız qədər az yalan danışırıq. Ancaq məcburuq
kefdən eləmirik. 
Leval barıt kimi partladı: 
– Elə bilirsiniz sizinlə çənə döymək bizə çox xoşdur? 
«Onda bomboz olmuşdu... – Ravik həmin günü xatırladı. – Ağarmış başı boz rəngə 
çalırdı. Gözlərinin altı da torbalanıb göyərmişdi, dodaqları aralanmışdı... Onda 
danışmırdı... Onda iylənmiş bir cəmdək idin, öd kisən də irinləmişdi...» 
– Harda qalırsınız? Ünvan da düz çıxmadı. 
– Hara gəldi... Bir gün burada, bir gün orada... 
– Nə vaxt gəlmisiniz? 
– Üç həftədir. Üç həftə bundan qabaq İsveçrədən keçmişəm. Oradan qovub sərhədi 
keçirtdilər. Özünüz bilirsiniz, sənədimiz olmadığı üçün bizi heç yana qoymurlar, 
xəlvəti qalırıq, çoxumuz özünü öldürməyə qorxur. Sizi narahat etməyimizin səbəbi 
budur... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə