143
– Kim bilir?! Hələ dəyən ziyanın ödənməsi də var.
– Təcili yardıma zəng vurmusunuz?
– Yoldaşım vurası idi. Mane olmayın, daha da uzanacaq.
– Qadın çan verir, siz isə getmək istəyirsiniz, – fəhlələrdən hansısa giley-güzar
elədi.
– Mən olmasaydım, ölərdi.
– Lap yaxşı! – Fəhlə çox məntiqsiz danışırdı. – Demək, qalmalısınız.
Yanında fotoaparat çıqqıldadı. Şlyapalı bir kişi özünü irəli təpmişdi və təbəssümlə
deyirdi:
– Bəlkə, yenə əyiləsiniz? Guya yaranı sarıyırsınız?!
– Xeyr!
– Mən qəzetdənəm, şəklinizi verəcəyik. Adınız, ünvanınızda göstəriləcək.
Yazacağıq ki, qadını xilas edibsiniz. Yaxşı reklamdır. Xahiş edirəm, bu tərəfə
keçin, bura yaxşı işıq düşür.
– Cəhənnəm olun! Qadına indi təcili yardım lazımdır. Sarğını çox saxlamaq olmaz,
gərək dəyişilsin. Siz təcili yardımın dərdinə qalın.
– Hər şeyin öz vaxtı var, müsyö,–polis araya girdi. – Əvvəlcə protokol tərtib etmək
lazımdır.
– Ölən kişi adını sənə dedi? – yeniyetmə bir oğlan soruşdu.
– Tfu! Sən mumla!
– Bu tərəfdən də çəkin! – Kim isə fotoqrafa göstəriş verdi.
– Niyə?
– Çəpərlənmiş səkidən keçdiyi də görünsün. Bu küçədən, getmək olmazdı. Ora
baxın, – o, üstünə «Diqqət! Giriş qadağandır!» sözləri yazılmış çap lövhəni
göstərdi. – Elə çəkin ki, o da görünsün, bizə lazım olacaq. Burada ziyandan,
təqaüddən söhbət ola bilməz!
– Mən fotomüxbirəm, – şlyapalı kişi onun dediklərinə fikir vermədi, – özüm nəyi
maraqlı hesab edirəmsə, onu da çəkirəm.
– Bu ki maraqlıdır! Maraqlı nəyə deyirsiniz? Lövhənin fonunda qadının şəkli...
– Lövhə heç... hadisənin özü maraqlıdır.
– Onda dediklərimi protokola salın! – Kişi polisin çiyinlərinə toxundu.
Polis nəfəri acıqlandı:
– Siz kimsiniz?
– Tikinti firmasının nümayəndəsi.
– Çox gözəl, siz də getməyin!–Polis qadına tərəf əyildi:–Adınız nədir? Onu da
bilmirsiniz?
Qadının dodaqları tərpəndi, kirpikləri qalxıb-endi.
«Kəpənəyə, yorulub heydən düşmüş kəpənəyə oxşayır! – Ravik ürəyindən keçirdi
və o dəqiqə də özünü söydü: – Ay axmaq, sən öz dərdinə qal, gör birtəhər aradan
çıxa bilirsənmi...»
– Lənət şeytana! – Polis deyindi. – Bəlkə də, ağlını itirib. İşə düşmədik?! Növbəm
də saat üçdə qurtarır.
– Marsel...–Nəhayət, qadından səs çıxdı.
– Nə? Sakit! Nə? – Polis yenə ona tərəf əyildi.
Qadın susurdu...
144
– Nə? – Polis cavab gözləyirdi. – Bir də deyin! Onu bir də deyin!
Qadın susurdu...
– Boş-boş çərənləməyi qurtaracaqsınız, ya yox! – Polis tikinti firmasının
nümayəndəsinə acıqlandı. – Gəl burada protokol yaz, görüm necə yazırsan...
Həmin anda fotoaparat çıqqıldadı.
– Çox sağ olun – Fotoqraf sevindi. – Təbii oldu.
– Bizim lövhə də düşdü? – Polisə fikir verməyən nümayəndə soruşdu.–Əgər
düşübsə, altısını indidən mən özüm sifariş verirəm.
– Yox! Mən sosialistəm. Sığortanı versəniz, daha yaxşı olar! Milyonçuların ovçu
tulasına bax!
Həyəcan siqnalı eşidildi. Təcili yardım gəlirdi. «Yaxşı fürsətdir»,–Ravik ürəyindən
keçirdi və ehtiyatla bir addım atdı. Ancaq polis nəfəri bərk-bərk ondan yapışdı:
– Mənimlə polis məntəqəsinə gedəcəksiniz, müsyö. Özüm də çox təəssüf edirəm,
ancaq hər şey yazılmalıdır.
İkinci polis də buradaydı. İş işdən keçmişdi... «Çox güman ki, heç nə olmaz»,–
deyə düşünən Ravik onlarla getdi.
Polis məntəqəsindəki növbətçi dinməz-söyləməz təzədən protokol tərtib eləyən
polislə jandarma qulaq asdı, birdən Ravikə tərəf döndü:
– Fransız deyilsiniz,–dedi. Bu, sual deyildi, o dəqiqə başa düşmüşdü.
– Xeyr!–Ravik cavab verdi.
– Haralısınız?
– Çexəm.
– Bəs burada necə həkimlik edirsiniz? Axı əcnəbi kimi icazəsiz həkim işləməyə
ixtiyarınız yoxdur?!
Ravik gülümsədi:
– İşləmirəm. Turistəm, gəzməyə gəlmişəm.
– Pasportunuz yanınızdadır?
– Bu, nəyə lazımdır, Fernan? – O biri məmur sözə qarışdı.–Müsyö qadına kömək
eləyib, ünvanı da bizdə var, bəs eləyər. Onsuz da şahid çoxdur.
– Mənim üçün maraqlıdır. Pasportdan, vəsiqədən yanınızda bir şey var?
– Haradan olsun? Kim pasportunu həmişə yanında gəzdirir ki?
–Bəs haradadır?
– Səfirlikdə. Keçən həftə vaxtını uzatmağa vermişəm.
Ravik bilirdi ki, mehmanxanadadır desə, polis göndərib, yalanının üstünü açarlar.
Bundan başqa da, ehtiyat üçün özgə mehmanxananın adını vermişdi. Səfirliklə
canını qurtara bilərdi.
– Hansı səfirlikdə? – Fernan soruşdu.
– Çexoslovakiya səfirliyində. Özgə harada ola bilər?
– Bu dəqiqə zəng vurub soruşarıq. – Fernan diqqətlə onun üzünə baxdı.
– Buyurun.
Fernan bircə anlığa fikrə getdi, sonra:
– Yaxşı, – dedi, – soruşarıq.
O durub qonşu otağa keçdi. Raviki gətirən məmur part olmuşdu:
145
– Bağışlayın, müsyö, – dedi, – o qədər də vacib deyildi. Bu dəqiqə aydınlaşacaq.
Kömək üçün çox sağ olun.
«Bəli, aydınlaşacaq!» – deyə ürəyindən keçirən Ravik ehtiyatla yan-yörəsinə
baxdı, siqaret çıxardı. jandarm qapının ağzında dayanmışdı. Təsadüf idi, hələ heç
kim ondan ciddi şübhələnmirdi. İtələyib qaça bilərdi, ancaq tikinti firmasının
nümayəndəsi ilə iki fəhlə də burada idi. Fikrindən vaz keçdi. Adətən, qapının
ağzında da polislər dayanırdı, aradan çıxmaq müşkül məsələ idi.
Fernan qayıtdı:
– Səfirlikdə sizin adınıza pasport yoxdur.
– Ola bilər.
– Necə yəni ola bilər?
– Tək bir məmur hamının pasportunu tanıya bilməz. Bu işlə orada çox adam
məşğul olur.
– O, dəqiq bilir.
Ravik dinmədi.
– Siz çex deyilsiniz.
– Bura bax, Fernan...– o biri məmur sözə başladı.
– Ləhcəniz çex ləhcəsinə oxşamır.
– Bəs nədir?
– Almansınız, – Fernan özündən razı halda dilləndi. – Üstəlik, pasportunuz da
yoxdur.
– Xeyr!–Ravik etiraz etdi. – Mərakeşliyəm, nə cür fransız pasportu desəniz,
varımdır.
– Qurtarın, müsyö!–Fernan qışqırdı. – Bu, nə cəsarətdir?! Siz Fransanın
müstəmləkə imperiyasını təhqir edirsiniz.
– Zibili çıxdı! – fəhlələrdən hansısa söz atdı. Tikinti firmasının nümayəndəsi özünü
elə yığışdırdı, deyərdin əlini indicə gicgahına aparacaq.
– Burax, Fernan...
– Yalan danışırsınız. Siz çex deyilsiniz. Pasportunuz var, ya yox? Cavab verin!
«İnsanın daxilində həmişə bir siçovul gizlənir, onu heç vaxt boğub öldürmək
olmur...–Ravik ürəyindən keçirdi. – Bu səfehlərin nə borcuna, mənim pasportum
var, ya yox?! Hə, siçovul iyi alıb, başını deşikdən çıxarır....»
– Cavab verin! – Fernan böyürdü.
«Bir parça kağızın hünərinə bax! O olsaydı, bu alçaqlar ikiqat olub üzr istəyərdilər.
Fərqi yoxdur, istəyir bir ailəlik adam qır, ya da bank yar, əlini gicgahına aparıb
«xoş getdin!» deyərdilər. Pasport olmasa, Həzrət İsanın özünü də qazamata
göndərərlər. Yazığı oradaca öldürərlər, otuz üç yaşına çatmağa da qoymazlar!»
– Kim olduğunuz müəyyənləşənə kimi getmək yoxdur. Mən bu dəqiqə taparam...
– Çox gözəl...
Fernan iri addımlarla çıxdı. İkinci məmur kağızları qurdaladı.
– Müsyö, – dedi, – mən çox təəssüf edirəm! O, belə şeylərin dəlisidir.
– Eybi yoxdur.
– Biz qurtardıq? – fəhlələrdən biri soruşdu.
– Bəli.
Dostları ilə paylaş: |