Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə56/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   52   53   54   55   56   57   58   59   ...   114

 
149
– Onda Almaniyada qalın, – Leval donquldandı. – Orada vəziyyət o qədər də pis 
deyil, çoxunu da şişirdirlər. 
«Başqa cür kəssəydim, indi burada oturub belə mənasız danışmazdın, – Ravik 
ürəyindən keçirdi. – Çox yox, lap azca... Onda soxulcanlar sənədsiz-filansız sənin 
sərhədlərini keçərdilər... Ya da yöndəmsiz qutuda bir ovuc kül idin...» 
– Harada qalırsınız? – Leval bir də soruşdu. 
«Başqalarını da tutmaq üçün bunu bilmək sənə mütləq lazımdır», – deyə ürəyindən 
keçirən Ravik cavab verdi: 
– Bahalı mehmanxanalarda. Hərəsində də iki-üç gün, başqa-başqa adlarla 
qalmışam. 
– Düz demirsiniz! 
Ravik yavaş-yavaş cana doyurdu: 
– Əgər düzünü bilirsinizsə, məndən niyə soruşursunuz? 
Leval hirslə əlini stola çırpdı: 
– Özünüzü arsız yerinə qoymayın! – O dəqiqə də diqqətlə əlinin içinə baxdı. 
– Əliniz qayçıya dəydi!  
Leval əlini cibinə qoydu: 
– Sizə elə gəlmirmi ki, həddən artıq həyasızlıq eləyirsiniz?! – Leval 
qarşısındakının tamamilə onun ixtiyarında olduğunu düşünərək, özünü tez ələ 
almağı bacaran adam kimi, sakit danışmağa başladı. 
– Həyasızlıq?! – Ravik təəccüblə ona baxdı. – Buna həyasızlıq deyirsiniz? Bura nə 
məktəbdir, nə də peşman olmuş canilər üçün pansion! Mənim başqa yolum 
yoxdur... Deyirsiniz, özümü indi cəzasını yüngülləşdirmək üçün yalvaran cani kimi 
aparım? Ona görə ki, nasist deyiləm, sənədim də yoxdur? Yalnız yaşamağın 
xatirinə çox təhqirlər, həbsxanalar, polis görsək də, biz heç vaxt özümüzü cani 
hesab etmirik. Niyə başa düşmürsünüz ki, bizi yaşadan da elə budur? Bu, 
həyasızlıq deyil, Allah bilir, nəsə başqa şeydir... 
Leval bu sözləri cavabsız buraxdı. 
– Burada həkimlik eləyirdiniz? – deyə soruşdu. 
– Xeyr. 
«Tikiş indi bilinməz, – Ravik ürəyindən keçirdi. – Onda çox yaxşı tikdi. Elə piyin 
içində işləmək hünər istəyirdi. Sonradan o qədər yeyib-içib ki, yenə piy 
bağlayıb...» 
– Ən dəhşətlisi odur ki, sizlər imtahansız-filansız, nəzarətsiz hər işə başınızı 
soxursunuz. Allah bilir, nə vaxtdan başlamısınız! Elə düşünməyin ki, üç həftə 
dediniz, mən də inandım. Kim bilir, indiyəcən nə qədər fırıldaq işlərdə əliniz olub. 
«Düz deyirsən, əlim sənin piy basmış qarnında olub, şişmiş qara ciyərinə, irinləmiş 
öd kisənə toxunub... – Ravik ürəyindən keçirdi. – Ancaq mənim əlim olmasaydı, o 
dostun səni rüsvayçı bir insanpərvərliklə öldürərdi, sonra da məşhur cərrah kimi ad 
çıxarardı, təşrihin qiymətini qaldırardı...» 
– Çox böyük təhlükədir, – Leval təkrar etdi. – İşləməyə ixtiyarınız yoxdur, ona 
görə də nə iş təklif eləsələr, görürsünüz. Bu barədə bizim adlı-sanlı 
mütəxəssislərdən biri ilə söhbət eləmişəm. O da bu fikirdədir. Əgər, doğrudan da, 
təbabət elminə az-çox bələdliyiniz varsa, onu tanıyarsınız... 


 
150
«Yox! – Ravik ürəyindən keçirdi. – Elə şey yoxdur, Düranın adını çəkmək olmaz. 
Həyat belə zarafatları xoşlamır...» 
– Professor Düran! – Leval qürurla sözünə davam etdi. – O, mənə başa saldı... 
Sanitarlar, yenicə qurtarmış tələbələr, massajçılar, assistentlər, hamısı özünü 
burada Almaniyanın tanınmış həkimləri kimi qələmə verir. Hansının dalınca 
düşəsən? Qadağan olunmuş təşrihlər eləyir, uşaq saldırır, mamaçalarla əlbir olub 
çoxunu şikəst eləyir... Allah bilir, daha nə oyunlardan çıxırlar. Hamısının izi nə 
düşmək də olmur... 
«Düranın işidir, – Ravik ürəyindən keçirdi. – İki min frankın əvəzini çıxıb. Bəs 
bundan sonra kim onun üçün təşrih eləyəcək? Əlbəttə Bino! Barışmış olarlar...» 
Birdən hiss elədi ki, Levala qulaq asmır. Yalnız Veberin adı qulağına dəyəndə, 
diqqətini topladı. 
– Doktor Veber adlı bir nəfər sizi xahiş edirdi. Tanıyırsınız? 
– Elə-belə... 
– Gəlmişdi... – Leval bir anlığa gözlərini döyə-döyə hansı nöqtəyəsə baxdı, sonra 
bərkdən asqırdı, cib dəsmalını çıxarıb ağız-burnunu təmiz-təmiz sildi, dəsmala 
baxdı, onu qatlayıb cibinə qoydu. – Sizə heç cür kömək edə bilmərəm. Biz, gərək, 
ciddi olaq. Ölkədən çıxarılacaqsınız... 
– Bilirəm. 
– Fransada əvvəllər də olmusunuz? 
– Xeyr. 
– Bir də qayıtsanız, altı ay... Bunu da bilirsiniz? 
– Bəli. 
–Çalışaram ki, sizi tez aparsınlar. Başqa cür kömək eləyə bilmərəm. Pulunuz var? 
– Bəli. 
– Lap yaxşı... Onda sizi müşayiət edən polisin də, özünüzün də sərhədə kimi yol 
pulunu verərsiniz. – O, başını yırğaladı. – Gedə bilərsiniz... 
 
– Qayıtmaq üçün dəqiq vaxt qoyulub? – deyə Ravik onu geri aparan məmurdan 
soruşdu. 
– Xeyr, işin gedişindən asılıdır. Niyə soruşursunuz? 
– Bir qədəh «Aperətiv» içmək istədim.  
Məmur şübhəli nəzərlərlə onu süzdü. 
– Qaçmaram, – deyə Ravik cibindən bir iyirmi franklıq çıxarıb əlində oynatdı. 
– Eybi yox, bir-iki dəqiqə ilə heç nə olmaz. 
Taksini qarşılarına çıxan ilk bistronun qabağında saxlatdılar. Səkiyə bir-iki stol 
qoyulmuşdu. Gün çıxsa da, hava soyuq idi. 
– Nə içəcəksiniz? – Ravik soruşdu. 
– «Amer Piksi». Belə havada özgə şey içməzlər. 
– Mənə isə iri qədəhdə konyak gətirin. Su lazım deyil. 
Ravik sakitcə oturub sinədolusu nəfəs alırdı. Təmiz hava nəyə desən, dəyərdi. 
Səkidəki ağacların budaqlarındakı tumurcuqlar qəhvəyi rəngə çalırdı. Təzə çörək 
ətri, yenicə çəkilmiş şərab qoxusu hər yanı bürümüşdü. Xidmətçi qədəhləri gətirdi. 
– Buralarda telefon var? – Ravik ondan soruşdu. 
– İçəridədir. Sağ tərəfdə, tualetin yanında... 


 
151
– Bilirsiniz...– Məmur dilləndi. 
Ravik iyirmi franklığı onun ovcuna basdı: 
– Guya, başa düşmürsünüz, kimə zəng vururam?! Qaçmaram. İstəyirsiniz, siz də 
gəlin. 
Məmur çox tərəddüd eləmədi: 
– Yaxşı, – deyib ayağa durdu. – Neyləyəsən, insan yenə öz insanlığında qalır... 
 
– Joan...  
– Ravik! Aman allah! Haradasan? Buraxdılar? De görüm haradasan? 
– Bistroda... 
– Zarafatı burax! Doğrudan, de, görüm haradasan? 
– Bistroda... 
– Harada? Həbsdən buraxdılar? Bu neçə günü haradaydın? Bu Morozovun... 
– O, sənə həqiqəti deyib. 
– Nə qədər elədim, hara apardıqlarını demədi. Yoxsa o dəqiqə... 
– Elə ona görə deməyib, Joan. Belə yaxşıdır. 
– Bəs niyə bistrodan zəng vurursan? Nə üçün gəlmirsən? 
– Gələ bilmərəm, vaxtım çox azdır. Məmuru birtəhər yola gətirib, iki dəqiqəliyə 
saxlamışam. Bir-iki günə məni İsveçrəyə geçirəcəklər, Joan! Ancaq...–Ravik 
oğrun-oğrun telefon köşkünün şüşəsindən məmura tərəf baxdı. O, piştaxtaya 
söykənib satıcı ilə söhbət edirdi.–Ancaq qayıdacağam...–Azacıq ara verdi.–Joan... 
gəlmə! Sənin yanından bura yarım saatlıq yoldur... Mənimsə bir-iki dəqiqə vaxtım 
qalıb. 
Məmuru dilə tut, pul ver! Özüm pul gətirərəm... 
– Mümkün deyil, Joan! Gəlməsən, yaxşıdır... Belə yaxşıdır... 
Ravik telefonda onun necə nəfəs aldığını eşidirdi. 
– Mənimlə görüşmək istəmirsən?–Joan soruşdu. 
Nə desin? «Gərək, heç zəng eləməyəydim!–deyə ürəyindən keçirdi. – Göz-gözə 
dayanmasan, kimə nəyi başa sala bilərsən?!» 
– İndi səni görməkdən başqa, heç nə istəmirəm, Joan! 
– Onda gəl! Qoy o kişi də gəlsin! 
– Olmaz, Joan! Vaxtım qurtarır, tez ol, de, görüm indi neyləyirsən? 
– Nə? Nəyi neyləyirəm? 
– Nə geyinmisən? Haradasan? 
– Otağımda... Uzanmışam... Dünən gec qayıtmışam... Bu dəqiqə geyinib gəlirəm. 
Dünən gec qayıdıb! Düz deyir! Nə olsun, sən həbsdəsən, hər şey 63 qaydası ilə 
gedir.. Hər şey yaddan çıxır... İndi uzanıb, yavaş-yavaş onu yuxu tutur, saçları 
yastığa səpələnib... Corablarını, paltarını necə gəldi, stolun üstünə tullayıb... Bütün 
bunları, sanki, isti telefon köşkünün nəfəsi ilə tərlətdiyi şüşəsindən görürdü. 
Məmurun başı lap uzaqda görünürdü, elə bil, akvariumda üzürdü... Özünü ələ aldı: 
– Vaxtım bitdi, Joan! 
Dəstəkdən onun getdikcə zəifləyən səsini eşidirdi. 
– Ola bilməz! Necə yəni gedirsən? Elə şey olar? Hara gedirsən? Niyə gedirsən? 
«Durub. Yastıq yerə düşüb... Əlindəki telefon dəstəyi həm silahıdır, həm də 
düşməni... Ah, onun çiyinləri... Bilmir, neyləsin... Gözləri dörd olub...» 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə