Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə59/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   55   56   57   58   59   60   61   62   ...   114

 
157
– Yox, təxminən, beş həftədir çıxıb. Arada iki-üç dəfə gəldi, sonra ayağı tamam 
kəsildi.  
– Parisdə deyil? 
– Deyəsən, yoxdur. Parisdə olana oxşamır, yoxsa, hərdən «Şəhrizad»a gələrdi. 
– Harada işlədiyini də bilmirsən? 
– Deyəsən, filmə çəkilir. Asılqanda işləyən qadına deyib. Belə şeyləri sən yaxşı 
bilərsən. Bəhanədir də... 
– Bəhanə? 
– Əlbəttə, bəhanədir!–Morozov acı-acı güldü.–Bəhanə olmayanda nədir? Yoxsa, 
başqa cür gözləyirdin, Ravik? 
– Hə... 
Morozov susdu. 
– Gözləməklə bilmək ayrı-ayrı şeylərdir, – Ravik dilləndi. 
– Yalnız miskin romantiklər üçün elədir. Bu limonadı burax, əməlli şey iç. Heç 
olmasa kalvados götür. 
– Kalvados heç olmaz. Yaxşı, konyak içərəm, qoy ürəyin yerinə gəlsin. Lap elə 
kalvados da içərəm... 
–Bu, başqa məsələ! 
Pəncərələr... Damların mavi silueti .. Köhnəlmiş qırmızı divan. Çarpayı.. Ravik 
bilirdi ki, bunların hamısına dözməlidir. Divanın üstündə oturub siqaret çəkirdi. 
Morozov onun çamadanını gətirmiş, harada olacağını deyib getmişdi. 
Əynindəki köhnə pencəyi çıxarıb atmışdı. Sonra isti suda yuyunmuş, çoxlu-çoxlu 
sabunlanmışdı. Son üç ayın çirk-pasını canından çıxarmışdı, necə deyərlər
dərisindən qaşımışdı. Təmiz alt paltarı, ayrı pencək geymiş, üzünü qırxmışdı. Çox 
gec olmasaydı, hələ türk hamamına da gedərdi. Bütün bunlardan sonra xeyli 
gümrahlaşmışdı. Hələ çox şey eləyərdi, ancaq pəncərənin qabağında oturanda, 
qəflətən canına künc-bucaqdan qəribə bir boşluq dolmağa başladı... 
Bir qədəh kalvados süzdü. Şeylərinin arasındakı şüşənin dibində bir az qalıbmış. 
Onu, Joanla içdiyi axırıncı gecəni xatırladı, ancaq bu xatirələr ləzzət vermədi. 
Çoxdan olmuşdu... Öz-özünə bircə onu dedi ki, köhnədən qalıb, yaxşı 
kalvadosdur... 
Ay asta-asta evlərin damına qalxırdı. Çirkli həyət kölgəyə, gümüşü rəngli saraya 
dönürdü. Zərrə qədər fantaziya bu zirzibili gümüşə döndərirdi... Pəncərədən içəri 
gül ətri doldu. Kəskin qərənfil qoxusu idi. Əyilib pəncərədən aşağı baxdı. Alt 
mərtəbədəki pəncərəyə taxta güldan qoyulmuşdu. Bu güllər – əgər getməmişdisə – 
mühacir Vizenhofun idi. Ravik bir dəfə onun mədəsini yumuşdu. Ötən ilin milad 
bayramında... 
Şüşə boş idi. Onu çarpayının üstünə tulladı. Şüşə uzaqdan qara ləkəyə oxşayırdı. 
Ayağa durdu. Gözünü zilləyib çarpayıya niyə baxırdı? Qadın lazımdırsa, get, tap, 
gətir! Parisdə bundan asan heç nə yoxdur... 
Dar küçələrlə Etual meydanına tərəf getdi. «Yelisey çölləri» küçəsindəki qaynar 
həyatın dalğaları üz-gözünü qarsaladı. Geri döndü. Əvvəlcə iri, sonra asta 
addımlarla getdi. «Milan» mehmanxanasına gəlib çıxmışdı... 
– İşlər necədir?–deyə növbətçidən soruşdu. 
– Ah, müsyö, sizsiniz?! – Növbətçi ayağa durdu. – Müsyö çoxdan görünmürdü. 


 
158
– Bəli, bir az var... Parisdə deyildim.  
Növbətçi zirək baxışlarla onu süzdü: 
– Madam daha burada qalmır. 
– Bilirəm, çoxdan köçüb. 
Növbətçi arif adam idi, deməsələr də, ondan nə istədiklərini bilirdi: 
– Dörd həftədir, – dedi. – Dörd həftə bundan əvvəl köçdü. Ravik siqaret çıxardı. 
– Madam Parisdə deyil? 
– Kanndadır. 
– Ah, Kann! – Növbətçi əlini üzünə çəkdi. – Desəm ki, on səkkiz il əvvəl Nitsadakı 
«Rul» mehmanxanasında növbətçi işləmişəm, inanmayacaqsınız... Elə deyil? 
– Niyə? İnanıram. 
– Ayrı zəmanə idi. Nə qədər çaypulu olardı?! Müharibədən sonrakı ən gözəl günlər 
idi. Ancaq indi... 
Ravik də arif idi, açıq deməsə də, onun nəyə işarə vurduğunu bilirdi. Bir dənə 
beşfranklıq çıxarıb stolun üstünə qoydu. 
– Çox sağ olun, müsyö! Kefiniz kök, damağınız da çağ olsun... Siz lap cavan 
görünürsünüz, müsyö! 
– Özümü cavan kimi də hiss eləyirəm. Gecəniz xeyrə qalsın. 
Küçədə dayanmışdı. Mehmanxanaya niyə gəldi? İndi bircə o qalmışdı ki, 
«Şəhrizad»a gedib, keflənənə kimi vursun! 
Ulduz dolu göylərə baxdı. Gərək, sevinəydi ki, iş belə gətirdi. Uzun-uzadı, mənasız 
sorğu-sualdan canı qurtarmışdı. Belə olacağını özü də bilirdi, Joan da. Ən azı, sonu 
belə olmalıydı... Joan yeganə düzgün yolu seçmişdi. Sorğusuz-sualsız... Sorğu-sual 
ikinci dərəcəli şeylərdir. Duyum olan yerdə nə sorğu-sual? Əsas işdir, əməldir... 
Allaha şükür ki, hər şey çək-çevirsiz qurtardı. Allaha şükür ki, Joanın belə 
şeylərdən xəbəri yox idi. Onunku iş görmək idi. Gördü, qurtardı. Nə inciklik oldu, 
nə də küsüşmə... Onun özü də dayanmadı.. Elə isə burada niyə durmuşdu? Yəqin, 
havadan idi. Paris axşamının, may havasının toruna düşmüşdü, tərpənə bilmirdi. 
Bir də gecənin toru. Adam gecələr nədənsə başqa cür olur... 
Qayıdıb mehmanxanaya girdi: 
– Zəng vurmaq olar? 
– Əlbəttə, müsyö! Ancaq telefon köşkü yoxdur, olanımız bu aparatdır. 
– Eybi yoxdur. 
Ravik saatına baxdı. Çox güman ki, Veber xəstəxanada olardı. İndi axşam 
yoxlamasının vaxtı idi. 
– Doktor Veberi olar? – deyə o, tibb bacısından soruşdu. Deyəsən, qız təzələrdən 
idi, səsini tanımadı. 
– Xeyr. 
– Orada yoxdur? 
– Buradadır, ancaq işi var. 
– Gedin, ona deyin ki, Ravik telefona çağırır. Tez olun, təcilidir, gözləyirəm. 
– Yaxşı...–Qız tərəddüd elədi.–Deməyinə deyərəm, ancaq gəlməyəcək... 
– Baxarıq. Siz gedin deyin ki, Ravik çağırır.  
Veber o dəqiqə gəldi. 
– Ravik! Haradan zəng vurursunuz? 


 
159
– Parisdən. Bu gün gəlmişəm. Təşrih eləyirsiniz? 
–Bəli, iyirmi dəqiqədən sonra başlayıram. Kor bağırsaqdır, qəfil tutub. Sonra 
görüşək? 
– Özüm gələrəm. 
– Lap yaxşı! Bəs nə vaxt? 
– Elə indi. 
– Yaxşı, gözləyirəm.  
Veber: 
 
– Yaxşı arağım var, – dedi. – Bu da qəzetlər, tibb jurnalları... Dincəlin... 
– Əvvəlcə bir qədəh araq verin, sonra da xalat, əlcək... 
Veber diqqətlə onun üzünə baxdı: 
– Adicə kor bağırsaqdır, sizə yaraşan iş deyil. Tibb bacıları kömək eləyər, bircə 
dəqiqəyə qurtararam. Siz yorulmuş olarsınız... 
– Veber, əgər mənə yaxşılıq eləmək istəyirsinizsə, qoyun təşrihi eləyim. 
Yorulmamışam, özümü də yaxşı hiss eləyirəm. 
Veber güldü: 
– İşə başlamağa yaman tələsirsiniz. Yaxşı, necə istəyirsiniz... Başa düşürəm. 
Ravik əllərini yudu, tibb bacısı xalatı ona geydirib, əlcəkləri taxdı. Bu da 
cərrahiyyə otağı... Efir qoxulu havanı acgözlüklə ciyərlərinə çəkdi. Ejeni xəstənin 
başı üzərində dayanıb bihuşdarı verirdi. Çox qəşəng olan bir tibb bacısı da alətləri 
qaydaya salırdı. 
– Axşamınız xeyir, Ejeni!– Ravik salam vardi. Az qaldı dərman Ejeninin əlindən 
düşsüm. 
– Axşamınız xeyir, doktor Ravik, – dedi. 
Veber irişdi. Birinci dəfə idi ki, Ejeni ona doktor deyirdi. Ravik xəstəyə tərəf 
əyildi. Dümağ cərrahiyyə işığı yaman gur idi, ətrafda nə vardısa, hamısını, hətta 
beynindəki kənar fikirləri də udmuşdu. Bu işıqdan işgüzarlıq, soyuqluq, ayıqlıq 
yağırdı... Qəşəng tibb baçısının uzatdığı skalpeli aldı. Nazik əlcəkdən poladın buz 
kimi soyuqluğunu duydu! Tərəddüdlərlə dolu naməlum bir dünyadan aydın, dəqiq 
bir aləmə qayıtmaq nə gözəl imiş! Skalpeli ətə çəkdi. Nazik qan şırımı çözələndi... 
Birdən-birə hər şey adiləşdi. Qayıdandan sonra ilk dəfə əsl özü oldu. Gur işığın 
səsiz-səmirsiz xışıltısı... «Bu da ev!–ürəyindən keçirdi.–Axır ki, evdəyəm...» 
 
                                                                XIX 
Morozov onu görən kimi: 
– Buradadır,–dedi. 
– Kim? 
Morozov frakının qırışığını sığalladı: 
– Zarafatı burax, guya, bilmirsən kimi deyirəm? Sən gəl atan yerində olan Borisi 
küçənin ortasında özündən çıxarma! Elə bilirsən, ikicə həftənin içində üç dəfə 
«Şəhrizad»a niyə gəldiyini başa düşmürəm? Bir dəfə mavi gözlü, qara saçlı bir 
nazəninlə, iki dəfə də tək gəlmisən. İnsan çox zəif məxluqdur, yoxsa o bu qədər 
gözəl olardı?! 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə