Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə60/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   56   57   58   59   60   61   62   63   ...   114

 
160
Cəhənnəm ol, çərənçinin biri çərənçi! Mənə indi möhkəm dayanmaq lazımdır, 
sən isə adamı alçaldırsan. 
– Deməsəm, yaxşı olardı? 
– Əlbəttə. 
Morozov geri çəkilib, iki amerikalını içəri buraxdı. 
– Onda qayıt, get, – dedi, – başqa vaxt gələrsən. 
– Təkdir? 
– Sən özün yaxşı bilirsən ki, yanında kişi olmasa, heç əlahəzrət knyaginyanı da 
içəri buraxmarıq. Bu sualın Ziqmund Freydin xoşuna gələrdi. 
– Sən nə bilirsən, Ziqmund Freyd kimdir?! Sərxoşsan... Şefin kapitan Çeçenidzeyə 
şikayət edəçəyəm... 
– Kapitan Çeçenidze o vaxtlar mən podpolkovnik olduğum polkda poruçik idi, 
oğul bala! O, bunu yadından çıxarmır. İstəyirsən, get, şikayət elə... 
– Yaxşı, qoy keçim. 
– Ravik!–Morozov ağır əllərini onun çiyninə qoydu.– Eşşək olma! Get o mavi 
gözlü nazəninə zəng elə, onunla buyur. Dünyagörmüş qoçanın ağıllı məsləhətinə 
qulaq as. Üzdən elə qiymətli sözə oxşamır, ancaq tutarlıdır. 
–Yox, Boris, – Ravik onun üzünə baxdı. – Elə kələklər burada keçmir. Heç özüm 
də istəmirəm. 
– Onda evə get. 
– İyli-qoxulu «Palma zalı»na? Yoxsa, yatdığım tövləyə?  
Morozov, Raviki buraxıb, taksi axtaran qadınla kişiyə köməyə getdi. Ravik onu 
gözlədi. 
– Sən, mən düşündüyümdən də ağıllı imişsən, yoxsa indi keçib oturmuşdun...– 
Morozov qızılı haşiyəli furajkasını peysərinə itələdi və yenə nəsə demək istəyəndə, 
əynində ağ smokinq olan sərxoş bir cavan oğlan qapıda göründü: 
– Cənab polkovnik, bir yarış maşını! 
Morozov növbəti taksinin sürücüsünə əl elədi, səndləyən oğlanı maşına oturtdu. 
– Niyə gülmədiniz?! – Oğlan təəccübləndi. – «Polkovnik»i yaman dedim... Elə 
deyil? 
– Yaxşı dediniz. Ancaq «yarış maşını» ondan da yaxşı çıxdı. 
Morozov geri qayıtdı: 
– Fikrimi dəyişdim, – dedi, – keç otur, tüpür getsin. Mən də olsam, gedərdim. Bu, 
nə vaxtsa olmalıdır, tez olsa, yaxşıdır. Qurtar getsin! Ya elə, ya da belə... Bəzən 
uşaq kimi hərəkət etmiriksə, demək, qocalmışıq. 
Mən də fikrimi dəyişdim, başqa yerə gedəcəyəm.  
Morozov sevinclə ona baxdı: 
– Yaxşı, – dedi, – onda yarım saatdan sonra görüşərik 
– Bəlkə də, yox. 
– Bir saat olsun. 
İki saat sonra Ravik «Kloş djOr» meyxanasında oturmuşdu. Adam lap az idi. 
Aşağıdakı barda fahişələr tara düzülmüş tutuquşları kimi cərgə ilə oturub laqqırtı 
vururdular. Əllərində kokain tutmuş iki alverçi turist gözləyirdi. Yuxarıdakı zalda 
soğan şorbası yeyirdilər. Raviklə üzbəüz divanda iki lesbos qadın oturub «Şerri 
Brendi» içir, nəsə pıçıldaşırdı. Biri kişi kostyumu geyib, qalstuk bağlamış, gözünə 


 
161
monokl vurmuşdu. O birininsə özü kök, saçı qıpqırmızı idi və dar, çox yeri açıq, 
işıldayan paltar geymişdi. 
«Axmaqlığa bax! – Ravik ürəyindən keçirdi. – «Şəhrizad»a niyə girmədim? Nədən 
qorxuram? Kimdən qaçıram? Bilirəm, ona qarşı olan hisslərim daha da güclənib. 
Bu üç ayın ayrılığı onları boğa bilməyib, əksinə, daha da möhkəmləndirib. Artistlik 
eləməyim havayıdır. Qaranlıq döngələrdən sinə-sinə keçəndə, onun-bunun evində 
gizlənəndə, ulduzsuz qərib gecələrdən qəlbimə damcı-damcı tənhalıq süzüləndə, 
onlar mənim yeganə həmdəmim olub. Ayrılıq onları elə çoşdurub ki, Joan özü onu 
belə coşdura bilməzdi. Ancaq indi...» 
Boğuq bir qışqırtı onu xəyal dünyasından qopardı. Başı öz aləminə qarışanda, içəri 
bir neçə qadın girmişdi. Onlardan biri ağdərili zənciyə oxşayırdı, güclə ayaq üstə 
dayanırdı, başındakı gül taxılmış şlyapanı boynunun ardına itələmişdi və əlindəki 
mətbəx bıçağını tullayıb, yavaş-yavaş pilləkənlə aşağı düşürdü. Heç kəs onun 
qabağına durmadı. Pilləkənlə bir xidmətçi qalxırdı. Qadınlardan biri yuxarıda 
dayanmışdı və onun yolunu kəsdi: 
– Heç nə yoxdur, – dedi, – heçcə nə yoxdur. 
Xidmətçi çiyinlərini çəkib geri döndü. Ravik gördü ki, küncdəki qırmızıbaş qadın 
ayağa durdu. Həmin anda bayaq xidmətçinin yolunu kəsən qadın tələsik bara 
düşdü. Qırmızıbaş əlini ətli əndamına sıxıb dayanmışdı. Ehtiyatla iki barmağını 
qaldırıb, ora baxdı. Paltar deşilmişdi və yara aydınca bilinirdi. Dərisi görünmürdü. 
Görünən yalnız par-par parıldayan yaşıl paltarının altındakı yara idi. Qırmızıbaş 
diqqətlə ona baxır, sanki, gözlərinə inanmırdı. 
Ravik, qeyri-ixtiyari, yerində qurcuxdu, ancaq durmadı. Bir dəfə cəzasını 
çəkmişdi, bəsi idi. Kişi paltarı geymiş qadın qırmızıbaşı çəkib divana oturtdu. 
Həmin anda ikinci qadın, əlində bir qədəh araq, bardan qayıdırdı. Kişi paltarı 
geymiş qadın dizlərini divana dayayıb bir əli ilə qırmızıbaşın ağzını tutaraq, o biri 
ilə onun əlini yaranın ağzından çəkdi. İkinci qadın arağı yaraya tökdü. «Bu da 
dezinfeksiyanın primitiv növüdür», – Ravik ürəyindən keçirdi. Qırmızıbaş zarıdı, 
dartındı, ancaq o biri möhkəm tutmuşdu. Qadınların ikisi də stolun qabağını elə 
kəsmişdi ki, heç kim heç nə görmürdü. Hər şey birdən, özü də lap tez oldu, heç 
kim də heç nə hiss eləmədi. Həmin dəqiqə bir dəstə lesbos qadın və 
homoseksualist içəri doluşdu, sanki, iy bilmişdilər. Onlar küncdəki stolu dövrəyə 
aldılar, ikisi qırmızıbaşı qaldırıb qoluna girdi, qalanları onları dövrələdi, deyə-gülə 
meyxanadan çıxdılar, elə bil, heç nə olmamışdı. İçəridəkilərdən çoxu heç nə hiss 
eləmədi... 
– Gözəl səhnə idi, eləmi? – kimsə arxadan dilləndi. Xidmətçi idi. Ravik başını 
yırğaladı: 
– Nə olmuşdu? – deyə soruşdu. 
– Qısqanclıq! Bu pozğunlar lap qızışıb! Özü də bir dəstədir... 
– Bəs o birilər nə tez gəldilər? Əsl telepatiya idi. 
Onlar iy bilir, müsyö! 
–Yəqin hansısa gedib zəng vurub. Ancaq yenə də... Heç bir dəqiqə çəkmədi. 
– Onlar iyi bilirlər. Özü də Əzrayılla şeytan kimi bir yerdə gəzirlər, biri o birini 
satmaz. Bunlarınkı bircə odur ki, polis qarışmasın, özləri öz aralarında düzəlişirlər. 
– Xidmətçi onun qədəhini götürdü. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə