Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə52/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   48   49   50   51   52   53   54   55   ...   114

 
138
– İyirmi doqquzda başqa aləm idi... 
– Elədir... 
Ravik bilmədi, doğrudan da, 1929-cu ildə Kannda olub, ya xidmətçi çənə yoldaşı 
axtarır. Baxmamış bildi ki, dörd çıxdı, diqqətini cəmləməyə çalışdı. Ancaq cibinə 
azacıq pul qoyub Antibdə bir-iki gün də artıq qalmağın xatirinə qumar oynamaq 
ona mənasız göründü. Nəyə lazım idi? Buralarda nə işi vardı? Lənətə gəlsin, zəiflik 
eləmişdi, vəssalam! Bu zəiflik yavaş-yavaş, səssiz-səmirsiz, için-için onu yemişdi, 
xəbər tutanda görmüşdü ki, iş işdən keçib. Morozov düz deyirmiş, qadından canını 
qurtarmaq istəyirsənsə, ona iki-üç günlüyəcə görmədiyi bir həyat bəxş elə. Həmin 
həyatı yenə istəyəcək, görəndə ki, səndən bir şey çıxmır, gedib başqasını tapacaq. 
Eləsini ki, bu cür həyatı ona həmişəlik bəxş eləyə bilsin. «Deyəcəyəm ki, daha 
bəsdir! – Ravik ürəyindən keçirdi. – Nə qədər ki gec deyil, Parisə çatan kimi 
ayrılacağam...» 
 
İstədi gedib başqa stolda oynasın. Ancaq gördü ki, həvəsi yoxdur. Hər şeyi bu 
qədər xırdalamaq lazım deyil. Yan-yörəsinə boylandı. Joan görünmürdü. Bara 
gedib bir qədəh konyak içdi. Sonra dayanacağa getdi, maşını götürüb, bir az 
gəzmək istədi. Yenicə motoru işə salmışdı ki, Joan qaça-qaça gəldi. Tez maşından 
düşdü. 
– Evə mənsiz gedirdin? – Joan soruşdu. 
– İstədim bir saat fırlanıb qayıdam. 
–Yalan deyirsən! Qayıtmaq istəmirdin! İstəyirdin, məni o səfehlərin yanında qoyub 
gedəsən... 
– Joan, indicə deyəcəksən ki, səni o səfehlərin yanına da mən göndərmişdim. 
– Sən eləmədin? Acıqla getdim. Niyə mən qayıdanda mehmanxanada yox idin? 
– Axı sən o səfehlərlə yeməyə getmişdin... 
Joan bir anlığa tutuldu, sonra: 
– Ona görə getdim ki, yox idin, – dedi. – Qayıdanda sən yox idin... 
– Yaxşı, Joan, daha bu haqda danışmayaq. Gəzmək xoşuna gəldi? 
– Yox! 
Sakit gecənin mavi qaranlığında dayanmış Joan həyəcanlı idi, tövşüyürdü. Ay, elə 
bil, onun saçlarına qonmuşdu. Sifəti avazımış, qırmızı boyanmış dodaqları qara 
rəngə çalırdı. 1939-cu ilin fevral ayı idi və Parisə qayıdan kimi o çəkişmələr, o 
təhqirlər, o yalanlar yavaş-yavaş, gizli-gizli öz işini görməyə başlayacaqdı. Bütün 
bunlar başlamamış, Ravik ondan ayrılmaq istəyirdi. Ancaq hələlik burada idilər və 
getməyə lap az qalmışdı... 
– Hara gedirsən? – Joan soruşdu. 
– Heç yerə... Elə-belə fırlanmaq istəyirdim... 
– Mən də gedirəm. 
– Bəs sənin o səfehlərin nə düşünər? 
– Heç nə. Onlarla xudahafizləşdim, dedim ki, sən gözləyirsən. 
– Pis deyil... Sən ağıllı uşaqsan... Qoy onda maşının örtüyünü çəkim, sonra otur. 
– Lazım deyil, əynimdə isti palto var. Yavaş-yavaş sürərsən. Heç bir kafenin 
yanında dayanmarıq. İçəri adamla dolu olur. Hamısının da istəyi xoşbəxt olmaqdır, 
ancaq heç biri bunu büruzə vermək istəmir. 


 
139
Ravikin yanında oturub, onu öpdü. 
– Riveraya birinci dəfədir gəlirəm, Ravik. Qınama məni! Birinci dəfədir ki, sözün 
əsl mənasında, səninlə bir yerdəyəm, daha gecələr üşümürəm... Xoşbəxtəm... 
Ravik maşını gur yerdən çıxardı, «Karlton» mehmanxanasının yanından geçib, 
jüan-Le-Pen tərəfə üz qoydu. 
– Birinci dəfədir...– Joan təkrar elədi. – Birinci dəfədir, Ravik! Hamısını başa 
düşürəm... Deyəcəksən ki, bunun məsələyə nə dəxli?!–Ravikə sığınıb, başını onun 
çiyninə söykədi. – Bu günü unut getsin, Ravik! Hamısını unut! Bilirsən nə yaxşı 
maşın sürürsən? İndicə lap səkdirirdin! O səfehlər də belə deyirlər. Dünən necə 
sürdüyünü görüblər... Səninlə adamı vahimə basır... Sənin keçmişin yoxdur... heç 
bilinmir... O səfehlərin bioqrafiyasını səninkindən yüz dəfə yaxşı bilirəm. Görəsən, 
buralarda kalvados olur? Bu qədər həyəcandan sonra ürəyim gecə kalvados 
istəyəcək. Səninlə ömür sürmək nə çətin imiş! 
Maşın alçaqdan uçan quş kimi küçələrdə süzürdü. 
– Bərk sürürəm? 
–Yox, bir az da bərk sür. Qoy külək məni yarpaq kimi yelləndirsin! Gecənin 
uğultusuna bax! Məhəbbət məni xəlbirə döndərib, baxsam, özüm öz daxilimi 
görərəm! Səni o qədər sevirəm ki, ürəyim yerindən oynayır, gah da dağa dönür... 
Torpaq, çəmənlik həsrətindədir... Gah sərilmək, gah da uçmaq istəyir! Lap ağlını 
itirib, nə istədiyini özü də bilmir! İndi də maşın sürməyinə vurulub! Gəl bir də 
Parisə dönməyək! Bir zərgər dükanı, ya da bank yaraq, bu maşını da oğurlayaq, 
baş götürüb qaçaq... 
Ravik maşını balaca bir barın qabağında saxladı. Motorun uğultusu kəsildi. Lap 
uzaqlarda dəniz aram-aram, dərindən nəfəs alırdı... 
Ravik: 
– Gəl, – dedi, – burada kalvados olur. Bu gün nə qədər içmisən? 
– Ço...o...x! Özü də sənin acığına! O səfehlərin çərənləməsinə dözə bilmirdim. 
– Bəs onda niyə qayıdıb yanıma gəlmədin? 
– Qayıtmadım?! 
– Hə, elə bildin, çıxıb gedirəm, ona görə qayıtdın. Bir şey yemisən? 
– Lap az... Acmışam. Sən uddun? 
– Hə. 
– Onda gəl bahalı restorana gedək, gürü yeyək, şampan içək, ata-analarımız 
müharibələrdən qabaq necə qayğısız, sentimental, qorxusuz-ürküsüz, zövqsüz-
filansız oturublarsa, eləcə də oturaq! Gözüyaşlı oleandr kolları... Bir yanda skripka
bir yanda dəniz... Bir yanda da ay... məhəbbət... Az qalır, inanam ki, nə vaxtsa 
bizim də ev-eşiyimiz, uşağımız, bağımız, sənin isə pasportun, gələcəyin olacaq. 
Mən də şöhrətimi sənə qurban verəcəyəm, lap qocalanda da bir-birimizi belə 
sevəcək, qısqanacağıq, sənin gözlərində həmişə gözəl qalacağam, bir gecə evə 
gəlməyəndə gözümə yuxu getməyəcək! 
Ravik gördü ki, onun yanaqlarından göz yaşı sel kimi axır. Joan birdən gülümsədi: 
– Bunların hamısı, əzizim, zövqsüzlüyün nişanəsidir. 
– Getdik! «Şato Madrid» restoranına gedirik. Dağların qoynundadır... Rus 
qaraçıları da var... Orada nə istəsən taparsan! 
 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə