Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə41/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

 
109
Hərdən olur, – Ravik etinasızlıqla cavab verdi. 
Ket adyalı sinəsinə çəkdi: 
– Xəstəxana monastır kimi bir şeydir, – dedi, – hər xırda şeyin qədrini bilirsən. 
Məsələn, gəzmək, nəfəs almaq, görmək... 
– Elədir. Xoşbəxtlik həmişə haradasa lap yaxında olur. Sadəcə olaraq, əyilib 
götürmək lazımdır. 
Ket onun üzünə baxdı: 
– Mənim doğru sözümdür, Ravik. 
– Mənim də, Ket. Yalnız sadə şeylər adamı heç vaxt naümid qoymur. Xoşbəxtliyi 
çox uzaqlarda axtarmaq lazım deyil, o da sadə şeylərdən başlanır. 
 
Janno yerində uzanıb, yanına çoxlu jurnal yığmışdı. 
– İşığı niyə yandırmırsan? – Ravik soruşdu. 
– Hələlik görürəm. Gözlərim itidir.  
jurnallarda çoxlu süni ayaq şəkli var idi. Janno onları böyük çətinliklə tapıb 
yığmışdı. Axırıncıları anası gətirmişdi. Onlardan ən qəşəngini seçib Ravikə 
göstərdi. Ravik işığı yandırdı. Janno dedi: 
– Lap bahalısı budur. 
– Ancaq yaxşısı deyil. 
– Ən bahalısıdır. Sığorta idarəsindən gələnə deyəcəyəm ki, bundan istəyirəm. 
Əslində, özü nəyimə lazımdır, pulunu versinlər. Mənə taxta ayaq da bəs eləyər, 
təki pul olsun. 
– Sığorta idarəsinin özünün həkimləri var, Janno, hər şeyə göz qoyurlar. 
Oğlan dikəldi: 
– Deyirsiniz, mənə ayaq düzəltdirməyəcəklər? 
– Yox, düzəltdirəcəklər. Bəlkə də, belə bahalı olmayacaq... Ancaq pulu özünə 
verməzlər, çalışacaqlar ki, protezi alasan. 
Onda götürərəm, tez də sataram. Bilirəm, bir az itirəcəyəm. Görəsən, iyirmi faiz 
azaltsam, necə olar? Əvvəlcə on faiz deyəcəyəm. Bəlkə də, qabaqcadan alverçi ilə 
danışdım. Sığorta idarəsinin nə borcuna, mən protezi götürdüm, ya götürmədim?! 
Onun borcu pulu verməkdir, qalanın da pə işi?! Elə deyil? 
– Elədir. Baxarsan .. 
– Yenə bir az xeyri olar. Həmin pula piştaxta düzəltdirərik, balaca bir süd köşkü 
üçün lazım olan şeyləri alarıq. – Janno bic-bic güldü. – Qatlanan ayaq... onun 
zirzibilləri... çox bahadır. Çünki zərgər işidir. Lap yaxşı oldu... 
– Sığorta idarəsindən gələn oldu? 
– Nə ayağıma görə, nə də dəbbə pulu üçün gələn olmayıb. Təkcə xəstəxana, təşrih 
haqqı üçün gəlmişdilər. Görəsən, vəkil tutmaq lazımdır? Siz nə deyirsiniz? Qırmızı 
işıqda keçdi, özüm gördüm. Polis... 
Tibb bacısı axşam yeməyini gətirib Jannonun yanındakı stolun üstünə qoydu. 
Oğlan o çıxıb gedənə kimi gözlədi, sonra dedi: 
– Burada yemək boldur, ömrümdə belə yaxşı xörəklər yeməmişəm. Tək 
öhdəsindən gələ bilmirəm, qalanını anam gələndə yeyir. İkimizi də doydurur. 
Evdəkinə də qənaət edir. Palatanın haqqı da çox bahadır... 
– Bunu sığorta idarəsi verir. Harada qalsan, verəcək.  


 
110
Oğlanın bomboz sifətində ürkək bir təbəssüm gəzdi: 
– Doktor Veberlə danışmışam, on faizini özümə verəcək. Axırda sığorta idarəsinə 
haqq-hesab qəbzi göndərəcək, pulu alan kimi on faizini özümə qaytaracaq. 
– Sən çox ağıllı oğlansan, Janno. 
– Kasıb, gərək, ağıllı olsun. 
– Burası da düzdür. Ağrıyan yerin var? 
– Kəsib götürdüyünüz ayağım ağrıyır. 
– Əsəblərdir, hələ tam keyiməyib. 
– Özüm də bilirəm. Ancaq gülməlidir, olmayan şey ağrıyır. Bəlkə də, ayağımın 
ruhu hələ qalıb, ağrıyan odur. – Janno irişdi. Zarafatı özünün də xoşuna gəlmişdi. 
Sonra boşqabların üstündəki örtüyü qaldırdı. – Şorba, toyuq, göyərti, qoğal... 
Hamısı da anamın payıdır, toyuqdan yaman xoşu gəlir. Evimizdə ayda-ildə bir dəfə 
olan şeydir...– O, yerini rahatladı. – Gecələr hərdən oyanıram, elə bilirəm ki, 
hamısının pulunu özümüz verəcəyik. Adam gecə vaxtı oyananda bir anlığa özündə 
olmur, nə desən, fikirləşir. Sonra yadıma düşür ki, böyüklərin uşağı kimi belə 
xəstəxanada qalıram, nə istəsəm, gətirdərəm, zəngi basan kimi tibb bacısı 
gəlməlidir, hamısının da pulunu özgəsi verəcək... Əntiqədir. Hə? 
– Düz deyirsən, lap əntiqədir. 
 
                                                                                *** 
 
O, «Oziris»də, qızları həmişə yoxladığı otaqda oturmuşdu. 
– Qalan var? – deyə soruşdu. 
– Bəli, – Leoni cavab verdi. – İvonna qalıb, axırıncıdır. 
– Göndər, gəlsin. Səndə heç nə yoxdur, Leoni. 
İvonna iyirmi beş yaşlı, ətli-qanlı, sarışın bir qız idi və bütün fahişələr kimi, onun 
da yastı burnu, xırda totuq əlləri, toppuş qıçları vardı. O, özündən razı halda, 
yırğalana-yırğalana içəri girdi, gödək ipək paltarını yuxarı qaldırdı. 
– Ora keç. 
Belə olmaz, doktor? 
– Niyə orada uzanmaq istəmirsən? 
Qız heç nə demədən geri dönüb, ətli-qanlı yambızlarını ona göstərdi: gömgöy 
kəsilmiş, qançır bağlamışdı. Deyəsən, kimsə onu yaxşıca kötəkləmişdi. 
– Zənnimcə, müştəri bunun haqqını artıqlaması ilə vermiş olar. Zarafat deyil... 
İvonna başını buladı: 
– Bircə santim də vermədi, doktor. Müştəri deyildi. 
– Onda öz könlünə düşübmüş. Belə şeylərdən xoşun gəldiyini heç bilməzdim... 
İvonna yenə başını buladı, üzündə müəmmalı bir təbəssüm oynadı. Ravik gördü ki, 
onun bu söhbətdən xoşu gəlir, özünü bununla gərəkli adam hesab eləyir. 
– Mən mazoxist deyiləm! – Bu sözü bilməsi özünə də ləzzət elədi. 
– Bəs nədən olub? Dalaşıbsan?  
İvonna bircə anlığa ləngidi, sonra: 
– Məhəbbət! – deyib ləzzətlə çiyinlərini çəkdi. 
– Qısqanclıq? 
– Bəli! – İvonnanın üz-gözü işıqlandı. 


 
111
– Çox ağrıdır? 
– Belə şey adamı ağrıtmaz. – O, ehtiyatla taxta uzandı. – Bilirsiniz, doktor, madam 
Rolanda əvvəlcə məni işə çıxmağa qoymurdu. Dedim, bircə saatlığa icazə verin, 
sonrasına baxarsınız. İndi bu qançır yambızlarla işlərim əvvəlkindən qat-qat yaxşı 
kedir. 
– Niyə? 
– Özüm də bilmirəm. Elələri var ki, bundan ötrü dəli-divanədir, görən kimi cuşa 
gəlir. Son üç gündə iki yüz əlli frank artıq gəlir gətirmişəm. Bu nə qədər qalar, 
doktor? 
– Ən azı iki, ya üç həftə. 
İvonna ağzını marçıldatdı: 
– İşlər belə getsə, özümə xəz palto alacağam. Əsl pişik dərisindən. 
– Çatmasa, dostun bir dəfə də göyərdər. 
– Göyərtməz. Elə adam deyil. Siz deyən qədər dərin düşünən əclaf deyil. 
Ehtirasdan belə eləyir. Hələ bu ehtiras da ola, ya olmaya... Yoxsa, lap ayaqlarına 
düşüb yalvarsam da eləməzdi. 
– Xasiyyətə bax! – Ravik dikəldi. – Səndə heç nə yoxdur, İvonna. 
– Onda gedim işimi görüm, aşağıda bir qoca gözləyir. Saqqalına dən düşüb... 
Gömgöy qançırları göstərdim. Belə şeyin dəlisidir. Evində heç dinə bilmir. 
Deyəsən, xəyalından qarısını bu kökə salmaq keçir...–O, şaqqanaq çəkib güldü. – 
Doktor, dünyanın qəribə işləri var... Düz demirəm? 
O, yenə özündən razı halda yırğalana-yırğalana otaqdan çıxdı. 
Ravik əllərini yudu, sonra işlətdiyi alətləri yerinə yığdı, pəncərəyə yaxınlaşdı. Qaş 
qaralmışdı, bomboz səma gümüşü rəngə çalırdı. Asfaltın üstündəki çılpaq ağaclar, 
elə bil, meyitlərin qaralmış əlləri idi, qəbirdən çıxırdı. Yan-yana düzülmüş 
səngərlərdən çıxan belə əlləri çox görmüşdü. Pəncərəni açıb 
bayıra baxdı. İşıqla qaranlığın arasında tərəddüd edən bir vaxt idi, onda heç nə 
həqiqət olmur. Evli kişilərin balaca mehmanxanalarda məhəbbətlərinin coşan vaxtı 
idi, axşam isə ləyaqətli ailə başçısı kimi evlərinə qayıdırdılar... Lombardiya 
çöllərində italyan qızlarının feliclssima notte (13) deməyə başladıqları vaxt, adamı 
ümidsizlik bürüyən an, xəyalların pərvazlandığı saatlar idi... 
Pəncərəni örtdü. Elə bil, otaq birdən-birə qaranlıqlaşdı. Sanki, açıq pəncərədən 
kölgələr uçuşub içəri dolmuşdular və indi künc-bucağa qonub, səssiz-səmirsiz 
pıçıldaşırdılar. Bayaq Rolandanın gətirdiyi bir şüşə konyak stolun üstündə al-əlvan, 
cilalanmış topaz daşına oxşayırdı. Bir anlığa hərəkətsiz qaldı, sonra aşağı düşdü. 
Gur işığa qərq olmuş böyük zalda musiqi çalınırdı. Çəhrayı rəngli ipək paltar 
geymiş qızlar iki cərgədə yumşaq kətillərdə əyləşmişdilər. Hamısının da sinəsi açıq 
idi, müştərilər alacaqları mala baxmaq istəyirdilər. Artıq beş-altı nəfəri gəlmişdi. 
Çoxu da orta yaşlı xırda-burjualar, işlərini ehtiyatla tutan mütəxəssislər idi, 
yoxlama vaxtını dəqiq bilir və elə həmin anda gəlirdilər ki, süzənək tutmasınlar. 
İvonna öz qocası ilə tapışmışdı. Kişinin qabağında bir qədəh «Dübene» vardı, onun 
yanında dayanmış İvonna isə bir ayağını kətilin üstünə qoyub «Şampan» içirdi. 
Hər şampan şüşəsindən on faizi ona çatırdı. Kişi, deyəsən, ağlını itirmiş, ya da 
pulunun başından keçmişdi. «Şampan» almaq təkcə əcnəbilərə yaraşırdı və İvonna 
da bunu yaxşı bilirdi. Mehriban sirk təlimçisi kimi kişinin başının üstünü almışdı. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə