Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə42/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   38   39   40   41   42   43   44   45   ...   114

 
112
– Qurtardın, Ravik? – qapının ağzında dayanmış Rolanda soruşdu. 
– Bəli, hər şey qaydasındadır. 
– Bir şey içmək istəmirsən? 
– Yox, Rolanda, mehmanxanaya gedəcəyəm, bütün günü işləmişəm. İndi mənə bu 
saat isti hamam, təmiz yorğan-döşək lazımdır, vəssalam. 
Asılqanla barın yanından keçib, küçəyə çıxdı. Bənövşə gözlü axşam qapını 
kəsdirmişdi. Mavi səmada tənha bir təyyarə uğuldayırdı. Çılpaq ağacların 
hansınınsa uca budağında qara, balaca bir quş cəh-cəh vururdu. 
Xərçəngin yırtıcı heyvan kimi için-için yediyi bir qadın, öz təqaüdünü hesablayan 
şikəst uşaq, yambızları qızıl kəsən fahişə, budaqdan-budağa qonan qaratoyuq. 
Bunların hamısı bir-bir arxada qalır, o isə, sanki, heç birini görmür, isti yorğan-
döşək ətirli qaranlıqda yavaş-yavaş bir qadının yanına yol alır... 
 
– Bir kalvados da gətirdim? 
– Hə, bir az da gətirsin. 
Ravik işarə ilə baş xidmətçini yanına çağırdı.  
– Bundan tünd kalvadosunuz yoxdur? 
– Bu yaxşı deyil ki? 
– Niyə?! Yaxşıdır. Bəlkə, zirzəmidə başqası ola... 
– Baxım, görüm. 
Xidmətçi kassaya doğru getdi. Sahibkarın arvadı, qucağında da pişiyi, kassanın 
arxasındaca yuxuya getmişdi. 
Xidmətçi oradan keçib tutqun şüşəli bir qapının arxasında yoxa çıxdı. İçəridə 
sahibkarın özü kağız-kuğuzla əlləşirdi. Xidmətçi bir azdan ciddi, işgüzar görkəmlə 
oradan çıxdı, Ravik tərəfə gözünün ucu ilə də baxmayıb, pilləkənlə zirzəmiyə 
düşdü . 
– Deyəsən, düzəlir, – Ravik dilləndi.  
Xidmətçi, əlində şüşə, qayıtdı. Onu elə ehtiyatla tutmuşdu ki, deyərdin, bələkli 
çağanı qucağına alıb. Kirli-pasaqlı bir şüşə idi. Ancaq turistləri aldatmaq üçün toz-
torpağa bulaşdırıb gətirdikləri şüşələrdən deyildi. Doğrudan da, uzun müddət 
zirzəmidə qaldığından toz-torpaq basmışdı. 
Xidmətçi ehtiyatla şüşənin ağzını açaraq, tıxacı iylədi, gedib iki iri qədəh gətirdi. 
– Baxın, müsyö, – deyib kalvadosdan bir az qədəhə tökdü. Ravik onu götürüb 
iylədi, sonra içdi, geriyə söykənib başını tərpətdi. Xidmətçi də razılıqla başını 
tərpədib, qədəhləri yarıya qədər doldurdu. Ravik Joana dedi: 
– Dadına bax. 
Joan bir qurtum alıb, qədəhi yerə qoydu. Xidmətçinin gözü onda idi. Joan heyrətlə 
Ravikə baxdı: 
– Ömrümdə beləsini içməmişəm, – deyərək bir qurtum da aldı. – Elə bil, heç nə 
içmirsən, yağ kimi gedir... 
– Elə özüdür ki, var, xanım! – Xidmətçiyə lap ləzzət eləmişdi. – Düz tapdınız. 
 
– Ravik, sən heç yaxşı iş görmədin. Belə kalvadosdan sonra ayrı heç nə içə 
bilməyəcəyəm. 
– Yaxşı, yaxşı, qorxma, içəcəksən. 


 
113
– Ancaq bunun dadı damağımdan getməyəcək. 
Eybi yoxdur, axırda romantik bir kalvados içən olacaqsan. 
– Bundan sonra başqaları ləzzət verməyəcək. 
– Əksinə, başqası daha şirin olacaq. Birinin həsrəti ilə o birini içəcəksən. Elə buna 
görə də içdiyin adi kalvados olmayacaq. 
Joan güldü: 
– Boş şeydir. Özün də bilirsən... 
– Əlbəttə, boş şeydir. Bəs bizi yaşadan elə bu boş şeylər deyilmi? Quru-quru 
faktlardan nə çıxar?! Bəs onda məhəbbət neyləyərdi? 
– Bunun məhəbbətə nə dəxli? 
– Dəxli çoxdur. Məhəbbəti yaşadan odur. Yoxsa bircə dəfə sevərdik, sonra hər 
şeydən qaçardıq. Ancaq belə olanda ya atıb getdiyin, ya da səni atıb gedən adamın 
kövrək həsrəti təzə gələnin şöhrət çələnginə çevrilir. Sənin əvvəlcə itirdiyin şey 
yeni gələni al-əlvan bir rəngə boyayır. Təsəlli üçün qədim, müqəddəs bir yalan...  
Joan ona baxdı: 
– Sən belə danışanda ürəyim bulanır. 
– Elə özümün də. 
– Bir də belə danışma. Heç zarafatla da demə. Onda şirin-şirin möcüzələr də 
ucuzlaşır. 
Ravik dinmədi. 
– Onda, elə bil, lap cana doymusan, məni atmaq üçün yollar axtarırsan. 
Ravik kövrək bir nəvazişlə ona baxdı: 
– O barədə heç narahat olma, Joan. Vaxt gəlib çatanda mən yox, sən məni atıb 
gedəcəksən. Buna şübhən olmasın. 
Joan qədəhi yerə qoydu: 
– Boş-boş danışma! Mən səni heç vaxt atmaram. İndi məni hara azdırmaq 
istəyirsən? 
«Bir bunun gözlərinə bax! – Ravik ürəyindən keçirdi. – Elə bil, orada şimşək çaxır. 
Elə bil, şamların közərtisi orada şimşəyə dönür...» 
– Joan, – dedi, – azdırmaq istəmirəm. Ancaq istəyirəm sənə dalğa ilə bir qayanın 
hekayətini danışım. Çoxdan olmuş şeydir. Bizdən əvvəl olub... Qulaq as, biri var 
imiş, biri yox imiş, bir dalğa var imiş. Bu dalğa hansı dənizdəsə, məsələn deyək ki, 
Kapri buxtasında bir qayaya vurulubmuş. O, hər gün özünü bu qayanın qoynuna 
atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, 
ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmin qayanı beləcə sevə-
sevə, oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur... və günlərin bir günü 
qaya tamam ovulur, uçub onun qoynuna yıxılır… 
Ravik kalvadosdan bir qurtum aldı. Joan dözmədi: 
– Sonrası? 
– Və dalğa birdən görür ki, daha qucaqlamağa, sevib oxşamağa, vüsal həsrəti ilə 
yanmağa qaya yoxdur. O, çilik-çilik olub, özünün qucağındaca boğulub, dənizin 
dibinə gedib... Bilir ki, aldanıb... Çox fikirləşir ki, neyləsin, axırda gedib özünə ayrı 
qaya axtarır... 
– Bəs sonra? – Joan ürkək baxışlarla onu süzdü. – Dalğanın nə günahı?! Qaya, 
gərək, uçmayaydı, qaya kimi qalaydı. 


 
114
– Dalğalar həmişə belə deyir... Hərəkətdə olan şeylər, sükunətdə olanlardan 
güclüdür. Demək, su qayadan güclüdür… 
Səbri tükənən Joan əlini yellətdi: 
– Bunların bizə nə dəxli?! Çox mənasız hekayətdir. Yoxsa, yenə məni ələ salırsan? 
Əgər elə şey olsa, sən məni atacaqsan... Dəqiq bilirəm! 
Ravik güldü: 
– Bu da məni atıb gedəndə, deyəcəyin son sözlər olacaq. Deyəcəksən ki, guya, mən 
səni atmışam. İstədiyin qədər də bəhanə tapacaqsan, hamısına da inanacaqsan... Və 
dünyanın ən ulu məhkəməsi olan təbiətin qarşısında bəraət qazanacaqsan...– Ravik 
xidmətçini işarə ilə yanına çağırdı. – Bu kalvadosu bizə verərsiniz? 
– Aparmaq istəyirsiniz? 
– Əgər icazə versəydiniz... 
– Müsyö, bizdə belə qayda yoxdur, bütöv şüşə satmırıq. 
– Sahibkardan soruşun. 
Xidmətçi gedib, əlində qəzet qayıtdı. «Pari suar» idi.  
– Sahibkar dedi ki, sizə vermək olar, – deyib tıxacı möhkəm sıxdı, əvvəlcə qəzetin 
içindəki idman əlavəsini götürdü, səliqə ilə büküb cibinə qoydu, sonra şüşəni «Pari 
suar»a bükdü. – Buyurun, müsyö, ancaq qaranlıqda, sərin yerdə saxlayın. 
Sahibkarın babasından qalmadır. 
– Oldu! 
Ravik pulunu verib şüşəni aldı, diqqətlə ona baxdı: 
– Sən ey yayın istisində, mavi payızın sərinliyində Normandiya bağlarında 
küləklərin sığalladığı almaları qızdıran günəş şüası, gəl bizimlə gedək! Yaman 
lazımsan bizə! Ancaq hansı bir küncdəsə yatıb qalmısan! 
Küçəyə çıxdılar. Yağış başlamışdı. Joan dayandı: 
– Məni sevirsən, Ravik? 
– Hə, Joan! Sən düşündüyündən də çox sevirəm. 
Joan ona sığındı: 
– Bu, bəzən heç hiss olunmur. 
– Əksinə! Yoxsa, sənə elə nağıllar danışardım? 
– Başqalarını danışsan, daha yaxşı olar.  
Ravik yağışa baxıb gülümsədi. 
– Məhəbbət dupduru, balaca bir gölməçə deyil ki, şəklin həmişə ora düşsün, Joan. 
Onun tufanı var, fırtınası var... Onda gəmilər, şəhərlər qərq olur, səkkizayaqlı 
ilbizlər, qızıl küpələri, mirvarilər batır. Ancaq mirvarilər çox dərinə gedir... 
– Mənim elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, məhəbbət ömürlük bir-
birinə bağlanmaq deməkdir. 
«Ömürlüyə bax! – Ravik ürəyindən keçirdi. – Lap uşaq nağılı danışır. Bircə dəqiqə 
dözə bilsən, böyük şeydir...»  
Joan paltosunu düymələdi. 
– Kaş indi yay olaydı, – dedi, – ömrümdə yayı indiki kimi istəməmişdim... 
 
Joan qara rəngli paltarını şkafdan götürüb, çarpayının üstünə atdı: 
– Hərdən bu paltara lap nifrət edirəm. Elə həmişə bu qara paltar, elə həmişə 
«Şəhrizad» ...hər gün də eyni şeylər... eyni şeylər... 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə