Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə27/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
106
107
riativlik, sinkretiklik, ifaçının dinləyicilərlə ünsiyyəti mühüm 
idi. Qaraqalpaq folkloru kütləvi bədii söz yaradıcılığının 
müxtəlif növ və formalarının məcmuyudur. Məlum olduğu 
kimi, folklor sonralar qaraqalpaq yazılı ədəbiyyatının, xalqın 
milli mədəniyyətinin mühüm tərkib hissələrindən biri kimi 
onun inkişafında mühüm rol oynamışdır.
Qaraqalpaq şifahi xalq yaradıcılığı müxtəlif və çeşidli janr-
lar – nəğmələr, atalar sözü, zərbi məsəllər, tapmacalar, nağıl-
lar, rəvayətlər, əfsanələr, əsatirlər, lətifələr və s. zəngindir.  
Adlarını  çəkdiyimiz janrlardan hər biri və onların 
qaraqalpaq folklorunda özünə yer etməsi  əksər tarixi 
dövrlərdə onun inkişaf xüsusiyyətləri və  tələbləri ilə bağlı 
olmuşdur. Lap qədim dövrlərdə digər xalqlarda olduğu kimi 
qaraqalpaqlarda da   daha çox mifoloji hekayətlər, sehrli və 
sosial-məişət nağılları yayılmışdır.
Qaraqalpaq folklorunda əksər türk xalqlarında və qeyri-
türk xalqlarında rastlaşdığımız janrlar mövcuddur. Bu nunla 
belə  qaraqalpaqlarda özbəklərdə, türkmənlərdə, azə bay-
canlılarda olduğu kimi nəğmə-müşairələr kifayət qədər ge niş 
yayılmışdır.   Müsairə qaraqalpaq folklorunda ayrıca zən gin 
bir janr kimi diqqəti cəlb edir. Bununla belə digər  xalq lar da 
daha az rastlaşılan “həyya” (bu nəğmədə ana öz uşa ğının 
gələcəyini öyür), vida nəğmələri “xoşlasu” (müqayisə et 
qazax nəğməsi “koşlasu”), yaxud ərə gedən qızın ata evində 
öz doğmaları ilə vidalaşması, ölü ilə vida “joklau” nəğmələri 
(müqayisə et qazaxlarda “joktau”, qırğızlarda “koşok”); 
“haytar”, “heyyar” toy zamanı ərə gedən qızın rəfiqələrinin 
ifa etdiyi nəğmə (müqayisə et azərbaycanlıların “hey yar”, 
özbəklərin “yar-yar”, qırgızların “jar-jar”, “noğayların 
“heyjar”, qazaxların “jar-jar”); “betaşar”  ər evinə köçmüş 
qızın üzündən duvağın götürülmə  mərasimi (müqayisə et 
qazaxlarda “betaşar”), mənşəyinə görə daha qədim olub 
xəstə olan adamın xəstəliyinin kənarlaşdırılması ilə bağlı onu 
ocaq üzərindən atlanmağa  məcbur edərkən oxu nan “bədik” 
və “güləpsan” və s. kimi nəğmələr qaraqalpaq ların mərasim 
folklorunun son dərəcə  rəngarəngliyini və  zən ginliyini  əks 
etdirir.      
Mərasim və əmək nəğmələri qaraqalpaq xalqının poe tik 
yaradıcılığının  mühüm hissəsi kimi nəzərdən keçiril mək də-
dir. Toy nəğmələri (“heyjar”, “betaşar”), laylalar (besik jırı), 
əmək, sevgi, qəm-kədər ruhlu nəğmələr, uşaq nəğmələri, 
xəstələrin  müalicə olunmasına kömək edən (“bədik”, 
“güləpsan”) və s. hamısı  qaraqalpaqların  oda  sitayişini əks 
etdirməklə  müsəlmanlığaqədərki dövrlərin izlərini özündə 
saxlamaqdadır (Yeri gəlmişkən qeyd edək ki, oda sitayiş 
məsələsində    də qaraqalpaqların azərbaycanlılardakı kimi 
bütpərəstlik dövrünə və mərasimlərinə aid edilən uyğunluq 
özünü göstərir). Bununla belə elə nəğmələr də vardır ki, onlar 
daha sonrakı dövrləri özündə əks etdirməkdədir. Bu, islam 
dini yayıldıqdan sonra “ramazan”, yaxud “yaramazan”dır 
ki, qara qalpaqlar bi tipli nəğmələri “orucluq” dövründə oxu-
maq da dırlar.
Sevgi-məhəbbət, uşaq, qəm-kədər motivli nəğmələr, əmək 
nəğmələrində xalqın çətin vəziyyətinin əks olunması, layla-
nəğmələrin öyrədici xarakteri çoxdan məlumdur. Mərasim 
və  əmək nəğmələri xalqın adət-ənənəsi, xarakteri, əmək 
şəraiti ilə birgə yaranmaqla, onun həyatının bütün fərəhli və 
qəmli-kədərli hadisələrini çevrələmişdir.
Qaraqalpaq adətinə görə “heyjar” gəlinin  ər evinə 
köçdüyü zamana qədər ifa olunur. Burada müxtəlif dəbdəbəli 
milli  kostyum, paltar geymiş insanlar iki qrupa bölünməklə 
bir qrupda qızın rəfiqələri, digərinkində  oğlanın dostları 
olur. Həm əvvəllər, həm də XIX əsrdə qaraqalpaq aullarında 
“heyjar”ın professional ifaçıları olmuşdur. Toylarda onlar öz 
rollarını oynamaqla bunun  müqabilində mükafatlar alır, gəlin 
və onun rəfiqələri isə belə ifaçılara qoşularaq  oxuyurdular. 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
108
109
Gəlin belə təntənələrdə  adətən toydan və bəydən narazı olan 
insan kimi özünü aparmalı idi. Belə olduğu halda  qız əgər öz 
sevdiyi oğlana getsəydi belə, o, yenə də sifətində bu sevinci 
gizlətməli, hiss etdirməməli idi. Bu ənənəyə riayət etməmək 
qaraqalpaqlarda mədəniy yətsizlik və  nəzakətsizlik  əlaməti 
təsiri bağışlayırdı.
Adını çəkdiyimiz ənənənin  yaranması lap uzaq keçmişə  
aid edilir. Çünki qədim  zamanlarda doğrudan da qızın 
sevmədiyi oğlana  alqı-satqı predmeti, bir əşya kimi  satılması 
adi hal idi. Buna görə  də bu tipli ənənəvi nəğmələrdə acı 
həqiqət  əks olunurdu. “Heyjar” nəğmələrində azad nişanlı 
seçmə məsələsi və müstəqillikdən  məhrum olan  qadınının 
faciəvi taleyi göz önünə  gəlirdi.
 Sabahı gün gəlin  ər evinə  gələndən sonra bəy evində 
gəlinin üzündən duvağın götürülməsi (“betaşar”) təşkil 
olunurdu. Belə təntənəyə bəyin qohumları və yaxın  dostları 
dəvət olunurdular. Azrbaycanlıların  mərasim  folklorında 
“betaşar”  ənənəsi olmasa da, bizim adətlərdə  də  gəlin bəy 
evinə  gəldikdən sonra toyun  sabahı günü onun üzündən 
duvağı götürüb, gəlinin gəldiyi evə  təqdim olunması  və 
bu təntənənin  yetərincə geniş  şəkildə qeyd edilmə halları 
mövcuddur.
Qaraqalpaqlarda gəlinin üzündən aul cigitlərindən  ən 
nüfuzlusu, böyük hörmətə layiq olan duvağı götürməli idi. 
Əksər hallarda bu adətin yerinə yetirilməsi  onu ifa edəndən 
dərin və geniş fantaziya, çeviklik, professional bacarıq, poetik 
fəhm tələb edirdi ki, bu iş  improvizasiyalı nəğmə ilə həyata 
keçirilirdi. Mənbə  və materiallarda XIX əsr qaraqalpaq 
ədəbiyyatının klassiki Berdağın belə təntənələri  kifayət qədər  
yüksək səviyyədə  həyata keçirdiyi qeyd olunmaqdadır.
“Betaşar”ın ifaçısı  gəlini bəyin ailəsinin üzvü, onun 
qohumlarının  əksəriyyəti və aul adamları ilə tanış etməli 
idi. Bunu edərkən ifaçı tanış etdiyi insanların hər birinin  
fərdi və  dəqiq  xarakteristikasını da  verməli idi. Əksər 
hallarda bu mərasim yerinə yetirilərkən  nəğməyə zarafatcıl, 
dəlib-deşici frazalar və ifadələr də  əlavə edirdi. Bi tipli 
nəğmə kalamburlarda əksər hallarda varlıların simicliyi və 
insafsızlığı, mürtəce ruhanilərin xarakterik xsusiyyətləri 
tənqid olunurdu. Bu, bir daha onu sübut edir ki, “betaşar” 
adəti xalq həyatı ilə  sıx  əlaqədə olmaqla mütərəqqi  fikirli 
insanların xarakterində yer almış naqis xüsusiyyətləri  tənqid 
etmək üçün  mühüm  silah idi. “Betaşar”ın ifası faktiki olaraq 
bütün aul camaatının gözü  qarşısında baş verirdi, tənqid 
obyektinə  çevrilənlər  isə belə olduqda öz çatışmazlıqları 
üzərində daha çox düşünməli olurdular.
Bütün toy mərasimində olduğu kimi “betaşar”da da 
kifayət qədər dəqiqliklə  işlənib hazırlanmış dramaturji 
material, başqa sözlə desək, dram elementləri vardır. Onun 
ənənəvi  mətninə ifa məqsədi ilə müraciət edilməsinin 
xüsusiyyətlərindən  biri konkret vəziyyətdən asılı olaraq ona 
bəzi əlavələr  edilməsi ilə bağlıdır. Bu baxımdan  “betaşar”  
ifaçılarının ustalığını onların  fitri istedadı ilə müqayisə 
etmək olar ki, burada belə ifa bir sıra xüsusiyyətləri ilə özbək 
“mas xarabaz”larının (“məsxərabaz”) və Azərbaycan (azər-
baycan lılarda “məsxərəçi”) xalq teatrı ifaçıla rı nın ifası ilə 
müqayisə oluna bilər. Teatrallığın bu tipli elementləri xalq 
oyunları, bayram mərasimləri, el şənlikləri  s. kimi məsələlər 
T.Bayandiyevin “K.S.Stanislavski adına Qaraqalpaq dövlət 
teatrı”
1
 kitabında kifayət qədər ətraflı nəzərdən keçirilmişdir. 
Kitab müəllifi qeyd edir ki, şifahi poetik yaradıcılıqda  
dram elementləri  ənənəvi oyunlarda olan monoloq və 
dialoqlar, komik və satirik səhnələr, atalar sözü və  zərbi 
məsəllər, müxtəlif tipli obrazlı ifadələr və s. qaraqalpaq milli 
dramaturgiyasının formalaşması  və inkişafı üçün zəngin 
mənbə rolunu oynamışdır. Qaraqalpaq folklorunun belə 
zəngin  ənənələri tanınmış  milli  drama turq lar  A.Ötepov, 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə