Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə29/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
114
115
Zaman ötdükcə «hey jar»ın çeşidli formaları ortaya 
çıxmış, onun aytıs (müşairə) şəklində ifa olunması daha geniş 
yayılmışdır.  İlkin dövrlərdə «heyjar», yaxud «yar-yar»ın 
kədər-qəm notlu örnəkləri çox olsa da, sonrakı dövrlərdə 
onlar sevincli əhval-ruhiyyəni  əks etdirmək baxımından da 
diqqəti cəlb etmişdir:
Aynaya men karasam,   
Aynaya mən baxanda,
Sennen akpan jar-jar.           
Səndən ağam yar-yar. 
Alajakpan desen eger –  
Alaçağam desən əgər,   
Barajakpan yar-yar.(s.38)           Gedəcəyəm yar-yar.
Qaraqalpaq toy mərasimlərinin digər bir janrı olan 
“sınsu” («ağlama») məzmun baxımından “hey jar”a kifayət 
qə dər  yaxındır. Bu nəğmə də gəlinin öz doğmaları, aulu ilə 
vidalaşıb oğlan evinə köçdüyü  zaman ifa olunur. Həmin 
dövrlərdə qızlara, gəlinlərə elə gəlirdi ki, yad insanlarla, uzaq 
yerlərdə yaşayanlarla ailə həyatı qurmaq onları xoşbəxt etmə-
yə cəkdir. Məhz elə buna görə  də onlar “sınsu” (“ağlama”)  
nəğmələri ifa edirdilər. «Sınsu»nın əsasən qızın fərdi dərdi
kədəri ilə bağlı olduğunu  da qeyd etməyə ehtiyac vardır. 
Belə nəğmələrdə həm də qızın, gəlinin yaşadığı zamandan, 
cəmiyyətdən, çevrədən, mühitdən narazılığı da əks olunur:
Ana degen ak kepter,     
Ana deyilən ağ göyərçin,
Aylanıp kanat kağadı.    
Dönərək qanad açar.    
Barar yerim bir jat jer,    
Gedəcəyim bir yad yer,
Ayakka min tağadı.        
Sonunda qüsur olar.
Bahıt külip bakpadı,       
Baxtım gülüb baxmadı,
Mendey yana sorlığa.     
Mənim kimi qəribə.
İğbalım kelip toktadı,     
İqbalım gəlib dayandı,
Alpıs jasar ğarrığa.(s.39)           Altmışdakı yaşlıda.
“Sınsu” nəğmələrinin  əzbərlənmiş  mətnləri də olurdu. 
La kin  belə də olurdu ki, gəlinin özü onları əvvəlcədən rəfiqə-
ləri ilə hazırlayıb əzbərləyirdi. Bəzən elə olurdu ki, istedadlı 
qızların ifa etdikləri «sınsu»lar aul gəncləri tərəfindən oxunur 
və bu ifa  həmin qızın adını xalq arasında məşhurlaşdırırdı. 
«Sınsu»ların bəziləri xalq arasında həm də aytıs şəklində  
gedirdi. Nəinki qızın özü, onun yengəsi də qızın halına acıyır 
və bu  dərdi o da başqaları ilə paylaşırdı. “Sınsu” nəğmələri 
əvvəllər  həyatdakı  ədalətsizliklərə  qarşı üsyan kimi ortaya 
çıxırdısa, son dövr qız vermə  törənlərində qaraqalpaqlarda 
bu mərasim  yeni bir hala gətirilmişdir.
Qaraqalpaqların ailə-məişət nəğmələri sırasında koşla su 
(«xoşlasu») nümunələri də mühüm yer tutur. Bu nəğmələr 
qazax ailə-məişət poeziyasında  olduğu kimi qaraqalpaqlarda 
da şəxsi, ailə, yaxud ictimai kədəri ifadə etməklə üç qrupa – 
“koşlasu” (vida nəğməsi), “yestirtu” – kədərli, hüznlü xəbəri 
ifadə edən və “joklasu”  (“yoxluq”) – bədbəxtlik və vəfat edən-
lə bağlı söylənən nəğmələrə bölünür. «Koşlasu» («xoş lasu») 
nəğmələrdə ayrılıqla bağlı dərd-kədər ifadə olunur. Bu nəğ-
mələr əsasən insanlar savaşlar, düşmənçiliklər, müharibə lər 
nəticəsində öz yurd-yuvalarından didərgin düşərkən söylə-
nilir. Eyni zamanda ərə gedən qızın doğulduğu evi, aulu 
haqqında dərdli  söyləyişlər də buraya aid edilir. Bundan 
başqa təxminən ölüm halında olan bir igidin həyatda olan sev-
gilisinə, özünün doğulduğu yurduna, ata-anasına, övlad lara 
olan könlündəki dərdləri ayrılıq  nəğmələrində dilə gətirilir. 
Məsələn, qaraqalpaqların uzun zaman kəsiyində yaşadıqları 
məkan olan Edil (Volqa) və Jaikdən (Ural) ayrı düşmələri 
“koşlasu” nəğmələrində aşağıdakı kimi əksini tapır:
Edil kayda, el kayda?    
Edil harda, el harda? 
Elge jeter kün kayda?    
Elə yetər gün harda? 
Jaik kayda, jay kayda?   
Yaik harda, yer harda?  
Jayılıp jatkan jay kayda?            Yayılıb duran mal harda? 
Jalanayak sorlığa -          
Yalın ayaq qəribə -
Tikensiz jol kayda (s.42)      
Tikansız olan yol harda
?


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
116
117
Qaraqalpaqların məskunlaşdıqları  əraziləri, onların et-
noq rafiyasını,  şifahi örnəklərini toplayan alimlər, xüsusən 
T.Jdan ko, S.Tolstov, onun qızı L.Tolstova xalqın indiki əra zi-
lə rə məhz Edil və Jaik çayları arasından köçdüklərini söyləmiş 
və 1958-ci ildə bu tipli nümunələri Taxtakupır bölgəsindən 
top layaraq  geniş oxucu kütləsinə  təqdim etmişlər:
Kısı mənən jazı ten,           
 
Qışı ilə yazı tən,
Üyregi menen ğazı ten,      
 
Ördəyi ilə qazı tən,
Eskisi menen koyi ten,      
 
Keçisi, qoyunu tən,
Jayığım sennen ayrıldım.    
 
Yaikim səndən ayrıldım.
Tört tülik maldı
*
 aydadım, 
 
Dörd dürlü malı sürdüm,  
Süt penen maydı boyladım,           
Süd-yağın çalxaladım,
Jelige kulın şaypadım,       
 
İpə qulun bağladım,
Mallarım sennen ayrıldım.(s.42)   
Mallarım səndən ayrıldım.
Qaraqalpaqların ayrılıq nəğmələrində, XVI-XVII əsrlər-
də xalqın hansı səbəblər ucbatından ata yurdu Türküstandan 
baş qa  ərazilərə köçmələrini əyaniləş dirən nümunələrə də ge-
niş yer verilmişdir:
Ata jurtı Türkstan,         
 
Ata yurdum Türküstan,
Duşpan kıstı tum-tustan,            
Düşmən sıxdı hər yandan,
Jayılıp uşar jerim yok,    
 
Yayılıb uçan yerim yox,  
Kanatı sığan kölim jok,    
 
Qonmaq üçün gölüm yox,  
Kanatı sıпğan bir kuspan.            
Qanadı sınmış bir quşam.
Yaxud:
Ata jurtım Xorezm,          
 
Ata yurdum Xarəzm,
Sende kurdım köp bezim,      
 
Səndə qurdum çox bezim, 
Keramatlı Şeyx Kubra – 
 
Kəramətli Şeyx Kubra -
 Jalalardan sakla özin. (s.43)         
Pisliklərdən saxla özün. 
*“Òþðò òöëèê ìàë” -ãàðàãàëïàãëàðäà  âÿ ãàçàõëàðäà ÷îõëó ìàë-äþâëÿòè «òþðò òöëèê ìàë» àäëàíäûðûðëàð. Òþðò òöëèê ìàë dedikdə àò, äÿâÿ, 
ãîéóí (êå÷è), èíÿê n
əzərdə tutulur. Ãàðàãàëïàãëàðûí «Ãûðõ ãûç», ãàçàõëàðûí «Êîáëàíäû-áàòûð» və s. äàñòàíëàðûíäà biz bu tipli ifadələrlə 
müxtəlif yerlərdə ðàñòëàøûðûã.
Ayrılıq nəğmələri qaraqalpaq şifahi və müəllifli  ədəbiy-
yatının xüsusi bir qanadıdır. Bunu XVIII-XIX əsrlərdə 
yaşayıb yaratmış qaraqalpaq şairləri Jien Jıraunun «Ullıtau», 
«Poskan el» («Basılmış el»), «Koş bolın,  doslar» («Əlvida, 
dostlar»), Hacıniyazın Xivədə gedən qanlı hadisələri  əks 
etdirən  «Bozatau», «Xalkım bar» («Xalqım var»), «Ellerim 
bardı» («Ellərim vardı»), Günxocanın «Benim jurtım» 
(«Mənim yurdum»), «Kun kayda» («Gün harda») və digər 
nümunələrdə daha yaxşı görmək olur.
4
 Hacıniyazın dərd-
kədər dolu «Bozatau» şeirindən bir fraqmentə  nəzər salaq:
   
 Köşer boldık indi bizler baş alıp,          Gedər olduq indi bizlər baş alıb,
Xoş aman bol bizden kaldın Bozatau.      Sən xoşca qal bizdən getdin, Bozatau. 
Xoşlasalı kara közge yaş alıp,       Ayrılıram qara gözə yaş salıb,  
Xoş aman bizdən kaldın Bozatau.        Sən xoşca qal bizdən getdin, Bozatau.   
El hem jer bilendir, jer hem el bilen,        Elimiz yurd ilə yurdda el ilə,
Jersiz eldin könli derbeder bilen,             Yurdsuz xalqın könlü dərbədər ilə,  
Ömirim öter jürektegi şer bilen,             Ömrüm keçər ürəkdəki dərd ilə,
Xoş aman  bol bizden kaldın Bozatau.     Xoşca qal bizdən getdin, Bozatau.   (s. 43)    
Jien Jıraunın, Hacıniyazın, Günxocanın kədər-dərdlə do -
lu qələmə aldıqları bu tipli nümunələrdə xalq nəğ mə lərin də 
olduğu kimi elin, obanın başına gətirilmiş müsibətlər, yurd 
ilə vidalaşma xüsusi bir hüznlə söylənilərək adət şəklini almı-
ş dır. 
Qaraqalpaqların tarixinin keşməkeşli dönəmlərində 
doğmaların bir-birindən kənar düşmə halları kifayət qədər çox 
olmuşdur. Doğmalarından ayrı düşüb düşmənlərlə mübarizə 
aparanlar canlarını fəda etdiyi zaman qəhrəmanlar özlərinin  
vəziyyətini elə-obaya yetirmələri həm də nəğmələr şəklində 
bildirmişlər. Bu, qaraqalpaqların tarixi nəğmələrində, həm 
də şifahi xalq yaradıcılığının xüsusi janrı olan “esittirim” də 
(“eşitdirmə”)  əks olunmuşdur. Bu tipli nəğmələri S.Tolstov 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə