Qaydalarını bilməlidir. Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri


Esse. Essenin növləri və strukturu



Yüklə 129,04 Kb.
səhifə64/65
tarix22.05.2023
ölçüsü129,04 Kb.
#111896
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   65
Öz Az dili və nitq mədəniyyəti

68. Esse. Essenin növləri və strukturu


“Esse” əslən latın sözüdür, oradan fransız dilinə, fransız dilindən də bir sıra başqa dillərə keçib. İlkin mənası “götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı, demək olar, indi də saxlamaqdadır. Yəni müasir anlamda esse müəllifin konkret mövzu ilə bağlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb-biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.
Müəllif mövzu ilə tanış olduqdan sonra xəyalında yazının planını qurur:

  1. Giriş; 2) Əsas hissə; 3) Nəticə.

Təxminən 3-5 cümlədən ibarət giriş hissədə abituriyent mövzuda “gizlənmiş” problemin mahiyyətini, onun açıqlanma yönlərini müəyyənləşdirir, fikrin cövlanı üçün sanki qapı açır.
Essenin əsas hissəsi tezis-arqument formasında qurulur. Tezis fikrin bir, yaxud iki cümlə ilə ifadəsi, hansısa müddəanın irəli sürülməsidir. Arqument isə irəli sürülən tezisin gerçək hadisələrlə, faktlarla, tanınmış şəxsiyyətlərin fikirləri ilə əsaslandırılmasıdır. İki arqumentdən istifadə etmək daha yaxşıdır: bir arqument oxucunu inandırmaya bilər, üç və daha çox arqument isə üslubu ağırlaşdırar. Hər tezis və onun arqumentlərlə əsaslandırılması bir abzas təşkil edir. Binanın mərtəbələri arasında bağlanc olduğu kimi essenin abzasları arasında da məntiqi əlaqə olmalıdır.
Yazının nəticə hissəsində mövzuya (girişə və əsas hissəyə) yekun vurulur, araşdırılan problemin indiki vəziyyəti göstərilir. Sonluq hissədə problemin ədalətli həlli ilə bağlı tövsiyələr də verilə bilər.
Essenin əsas əlamətləri bunlardır:

    1. Kiçik həcm (əlyazma ilə 3-4 səhifə);

    2. Konkretlik. Esse mövzusunda yalnız bir məsələ qoyulur və həmin məsələdən kənara çıxmaq məsləhət görülmür (Zəruri məqamlarda mövzu ilə bağlı qısa haşiyələr çıxmaq olar);

    3. Kompozisiya sərbəstliyi. Abituriyent mövzudan yayınmamaq və məntiqi ardıcıllığa əməl etmək şərtilə kompozisiyanı istədiyi formada qura bilər;

    4. Üslub aydınlığı. Essedə hədsiz mürəkkəb cümlələrə, dolaşıq fikirlərə, eyni sözlərin tez-tez təkrarlanmasına, yersiz rəsmiyyətə, təmtəraqlı, pafoslu ifadələrə, qeyri-etik deyimlərə yol vermək olmaz. Ədəbi dilin normalarına, orfoqrafiya qaydalarına əməl edilməli, durğu işarələri yerli-yerində qoyulmalıdır.


Yüklə 129,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə