- Bəs, indi deyəcəyim şey haqqında sən nə fikirdəsən?
- Axı nə haqda?
-
Zənn edirəm ki, sən hər bir ideyanı aşağıdakı səbəbə görə vahid hesab edirsən: hər hansı çox şeylər sənə
böyük görünən zaman onların hamısına nəzər gəzdirməklə sən, olsun ki, müəyyən bir vahid və eyni olan
ideyanı görürsən və bu əsasda böyüklüyün özünü vahid hesab edirsən.
Sokrat dedi, - sən haqlısan.
- Bəs əgər belə bir tərzdəcə həm böyüklüyün özünə, həm də digər böyük şeylərə zikrən nəzər salsan,
sayəsində bütün bunlar böyük təsəvvür edilməli olan daha bir vahid böyüklük üzə çıxmazmı?
- Ola bilər.
- Deməli, böyüklüyün özü və ona aidiyyatı olanla yanaşı əmələ gələn daha bir böyüklük ideyası aşkar edələr;
bunların üzərində isə, sayəsində bütün bunların böyük olacağı bir daha başqası. Beləliklə də,
hər bir ideya
səndə artıq vahid deyil, saysız çoxluq olacaq.
Sokrat etiraz etdi, -amma, Parmenid, bu ideyalardan hər biri fikir deyilmi, həm də onun hər hansı bir başqa
yerdə deyil, yalnız ruhda əmələ gəlməsi vacib deyilmi? Bu halda onlardan hər biri vahid olar və indicə
haqqında deyilən şeylərə də uğramazdı.
Parmenid soruşdu, - necə axı, hər bir fikir vahiddir və bir şey haqda fikir deyil?
Sokrat dedi, - lakin bu ola bilməz.
- Demək, fikir bir şey haqda fikirdir?
- Bəli.
- Mövcud olan, yaxud mövcud olmayan?
- Mövcud olan.
- Bu fikir bütün [müəyyən qəbildən olan] şeyləri əhatə etməklə onların vahid bir ideyasını təmsil edən
vəhdəti fikirləşmirmi?
- Elədir ki, var.
- Elə isə vahid kimi fikirləşilən şey ideya olmayacaqmı, bir
halda ki, o bütün şeylər üçün eyni qalır?
- Bu da zəruri görünür.
Parmenid dedi, bəs əgər sən təsdiq etdiyin kimi bütün şeylərin ideyalara aidiyyatı varsa, onda, ya hər bir
şeyin fikirdən ibarət olduğunu və hər şeyi fikirləşdiyini, ya da o fikir olsa da təfəkkürdən məhrum olduğunu
düşünməli deyilsənmi?
Sokrat dedi, - yox, bu mənasızdır. Parmenid, mənə elə gəlir ki, çox güman məsələ belədir: ideyalar təbiətdə
sanki nümunələr kimi olur, başqa şeylər isə onlarla oxşardır və onların oxşayışıdır, şeylərin
ideyalara
aidiyyatı isə onların təmsilindən başqa bir şey deyil.
Parmenid dedi, - demək bir şey ideyaya oxşardırsa, onda bu ideya ona oxşar olmuş şey ilə həmin şeyin ona
oxşar olduğu qədər oxşar olmaya bilərmi? Yaxud oxşarın oxşara oxşar olmaması üçün hər hansı bir imkan
var?
- Yox, bu mümkün deyil.
- Bəs, oxşarın və o oxşar olduğu şeyin, eyni bir şeyə aidiyyatları olmağında qəti zərurət yoxdurmu?
- Bəli, bu zəruridir.
- Bəs oxşara aidiyyatı olduğundan oxşarın oxşar olduğu şey ideyanın özü olmayacaqmı?
- Sözsüz.
52
- Beləliklə, heç bir şey ideyaya oxşar ola bilməz və ideya başqa heç bir şeyə oxşar ola bilməz, əks halda bu
ideya ilə yanaşı həmişə başqa bir [ideya] olacaq, bu sonuncu bir şeyə oxşar olduqda isə - təkrar yeni [bir
ideya] və ideya ona aidiyyatı olana oxşar olarsa, yeni ideyaların daim əmələ gəlməsi heç vaxt dayanmayacaq.
- Sən tamamilə haqlısan.
- Demək şeylər ideyalara oxşarlıq vasitəsilə qoşulmurlar: onların başqa
bir qoşulma üsulunu axtarmaq
lazımdır.
- Görünür ki, belədir.
Parmenid dedi, - Sokrat, indi görürsənmi müstəqil ideyaların mövcud olduğunu fərz edəndə necə böyük
çətinlik əmələ gəlir.
- Çox yaxşı görürəm.
Parmenid davam etdi, - amma əmin ol ki, sən hələ hər bir şey üçün hər dəfə ondan ayrı vahid ideyanın
olduğunu fərz etməklə, necə deyərlər, [yaranan] çətinliyin nəhəngliyini hiss etməmisən.
Sokrat soruşdu, - nə üçün belədir?
-
Bir çox ən müxtəlif, başlıca olaraq da aşağıdakı səbəbdən: əgər bir kəs sübut etməyə çalışsaydı ki, ideyalar,
bizim fikrimizcə, olduqları kimi olmaqla, əsla dərk edilməzdirlər, onda ona etiraz edənin təcrübəli, istedadlı
mübahisə zamanı çox sayda ən uzaq dəlilləri izləməyə meylli olması istisna edilməklə, bu fikri söyləyən
adamın yanıldığını sübut etmək mümkün olmazdı. Əks halda, ideyaların dərkedilməz
olduğunu təkid edəni
inandırmaq mümkün olmazdı.
Sokrat soruşdu, - nə üçün belədir, Parmenid?
- Onun üçün ki, Sokrat, hər bir şeyin müəyyən bir əslinin müstəqil mövcudluğunu fərz edən həm sən, həm
bir başqası, mənim fikrimcə, hər şeydən əvvəl razılaşmalıdır ki, bizdə bir dənə də belə əsl yoxdur.
Sokrat işarə etdi, - elədir, ona görə ki, onda necə axı o müstəqil mövcud ola bilərdi?
Parmenid dedi, - doğru deyirsən.
Ona görə ki, bütün ideyalar yalnız biri digərinə münasibətdə əsldirlər və
onlar bizdə bulunan təkcə aidiyyatımız sayəsində bu və ya digər adları aldığımız [onların] bənzərlərinə
münasibətdə deyil, yalnız bu münasibətdə əslə malik olurlar. Öz növbəsində bizdə bulunan [ideyalarla] eyni
adlı bu [bənzərlər] də ideyalara deyil, təkcə bir-birinə münasibətdə mövcuddurlar: bütün bu bənzərlər öz
xüsusi sahəsini əmələ gətirir və onlarla eyniadlı ideyalar sırasına daxil olmurlar.
Sokrat xəbər aldı, - necə dedin?
Parmenid cavab verdi, - məsələn, əgər bizlərdən bir kəs bir kəsin ağası, yaxud köləsidirsə, əlbəttə, o öz-
özünə ağanın, özlüyündə ağanın köləsi deyil; həmçinin də ağa öz-özünə kölənin, özlüyündə kölənin ağası
deyil; onun və digərinin münasibəti insanın insana münasibətidir. Öz-özünə ağalıq isə öz-özünə köləliyə
münasibətdədir, eynilə öz-özünə də köləlik öz-özünə ağalığa münasibətdə köləlikdir. Həm də bizdə olanın
ideyalara heç bir dəxli yoxdur, eləcə də onların bizə.
Təkrar edirəm, ideyalar öz-özünə mövcuddurlar və
yalnız özləri özlərinə münasibətdədirlər, eləcə də bizdə bulunan yalnız özü özünə münasibətdədir.
Dediklərimi başa düşürsənmi?
Sokrat cavab verdi, - tamamilə aydındır.
Parmenid davam etdi, - onun üçün isə öz-özünə, özlüyündə bilik də, özlüyündə həqiqətin biliyi olmalı
deyilmi?
- Əlbəttə.
- Sonra hər bir özlüyündə bilik hər bir özlüyündə şeyin biliyi olmalıdır, düzdürmü?
- Bəli.
- Bizim biliklərimiz isə bizim həqiqətimizin biliyi olmayacaqmı? Həm də bizim hər bir biliyimiz bizdə olan
şeylərdən birinə münasibətdə olmayacaqmı?
53