QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə173/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   184

 

384


mərkəzlərini, meşələri və s. dağıdır, yararsız hala salır. Güclü qar uçqunları lokal xarakterli yer titrəyişlərinə

müvəqqəti və daimi su hövzələri və göllərin əmələ gəlməsinə səbəb olur (Babaxanov, Paşayev, 2004). Böyük 

dağ uçqunları zamanı uçqundan əvvəl onun hava dalğası daha təhlükəli olub tikintiləri dağıdır, ağacları (meşəni) 

yıxır.  


Şimali Osetiya MR ərazisində 2002-ci ilin sentyabr ayında qar uçqunu faciə ilə nəticələnərək bir neçə kiçik 

kənd və burada kinofilm çəkən adamların bir qrupu qar-buz uçqunu altında qalmış, 15 nəfər həlak olmuş və ya 

itkin düşmüşdür.  

Azərbaycanda qar uçqunları Böyük və Kiçik Qafqaz dağları yamaclarında və dərələrində baş verir.  

Qar uçqunları ilə mübarizə  məqsədilə qar uçqunlarına qarşı xüsusi xidmət təşkil olunmuşdur. Dik 

yamaclarda qarın böyük kütləsinin toplanmasını gözləmədən artilleriya qurğularının köməyilə dağıdıcılıq 

yaratmayan kiçik qar uçqunları törədilir. Yazda qar uçqunları daha çox baş  verdiyi dövrdə bir sıra dağ 

yollarında hərəkət qadağan olunur.  

2003-cü il sentyabrın 2-də biz Qax rayonunda Kürmükçayın sol qolu Hamaçayın orta axarında, kükürdlü 

isti su çıxan, insanların müalicə üçün gəldiyi «Hamam» deyilən yerə 20-30 m qalmış hələ yazayında düşən hələ 

sentyabra qədər hamısı  əriməyən qar uçqununun şahidi olduq. Qar uçqunu dar dərədə yolu kəsdiyindən yerli 

sakinlər qarı deşərək tuneli xatırladan oyuq açmışlar. Biz də oyuqdan keçib «hamam»dan istifadə etdik.  



 

23.12. QURAQLIQ VƏ QURU KÜLƏKLƏR 

Uzun müddət ərzində (çoxgünlük, çoxaylıq, çoxillik) atmosfer yağıntılarının olmaması və ya normadan az 

düşməsi əsasən yüksək temperatur şəraitində bununla əlaqədar torpaqda rütubət ehtiyatının tükənməsi, havanın 

nisbi rütubətliyinin kəskin aşağı düşməsi nəticəsində quraqlıq baş verir. Quraqlıq nəticəsində bitkinin inkişafı 

üçün  əlverişsiz  şərait yaranır, su hövzələrinin. suvatların (naxır bulaqlarının) quruması müşahidə olunur. 

Quraqlıq adətən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının fəlakətli şəkildə aşağı düşməsinə və ya məhsulun 

tamamilə məhv olmasına, otlaqların (çəmənlərin, bozqırların) deqradasiyasına, meşədə ağacların illik artımının 

aşağı düşməsinə, heyvanların qırılmasına və digər canlı orqanizmlərin kəskin tərəddüdünə  səbəb olur. 1970-

1990-ci illərdə daha kəskin quraqlıqlar Saxaranın cənub zolağında (Saxelyedə) və Efiopiyada qeydə alınmışdır. 

Burada 65 mln. hektardan artıq ərazidə səhralaşma baş vermişdir.   

Atmosfer və torpaq quraqlığı məlumdur. Atmosfer quraqlığının baş verməsi antisiklonların əmələ gəlməsi 

və böyük ərazini əhatə etməsi ilə əlaqədardır. Belə hallarda uzun müddət yağıntı olmur; isti və quru hava ilə 

səciyyələnən buludsuz günəşli günlər ardıcıl surətdə, uzun müddət davam edir, havanın temperaturu 40

0

C və 



daha yüksəyə qalxır. Buxarlanma və transpirasiyanın artması  nəticəsində torpaqdakı su ehtiyatının tükənməsi 

torpaq quraqlığına səbəb olur. Quraqlıq zamanı bitkilərin kök sistemi vasitəsilə su alması çətinləşir, bitkinin 

aldığı suyun miqdarı onun transpirasiya sərfindən az olur, toxumalar su ilə çox pis təmin olunur, normal 

fotosintez şəraiti pozulur. Nəticədə məhsul azalır, yaxud tamamilə məhv olur.  

Quraqlığın intensivliyi müəyyən dövrdə düşən yağmurların miqdarı ilə təyin olunur. Çox güclü quraqlıq 

yazlıq buğdanın cücərdiyi dövrdən sünbülyaranan dövrə qədər 18 mm-ə qədər yağıntı düşdükdə baş verir. Bu 

zaman məhsuldarlıq 50%-dən çox azalır. Güclü quraqlıq göstərilən dövr ərzində 30-35 mm yağıntı düşdükdə 

baş verir, bu zaman məhsuldarlıq 20-50% aşağı düşür.  

Orta dərəcədə quraqlıq – həmin dövr ərzində 30 mm-dən çox yağıntı düşdükdə məhsuldarlıq 20%-ə qədər 

aşağı düşür. Yaz quraqlığı yazlıq bitkilərin başlanğıc böyümə dövründə onların inkişafına daha çox təsir 

göstərir. Belə quraqlıq havanın nisbətən aşağı nisbi rütubətlik, aşağı temperatur və soyuq quru küləklərin olması 

ilə səciyyələnir. Payız-qış dövründə yağıntıların azlığı və torpaqda rütubətliyin aşağı olması fonunda baş verən 



yaz quraqllığı da uzun sürdükdə bitki olduqca ləng böyüyür, sonralar yağış yağsa belə, bu quraqlığın mənfi 

təsirinin qarşısını tam ala bilmir. 

Yay quraqlığı yüksək temperatur rejimi, havanın nisbi rütubətliyinin aşağı olması, bununla da 

buxarlanmanın yüksək olması ilə səciyyələnir. Bu zaman bitkinin normal inkişafı pozulur, məhsuldarlıq aşağı 

düşür.  

 



 

385


 

Şəkil 23.6. Yer kürəsinin müxtəlif rayonlarında quraqlığın dəyişməsi: «+» - ayrı-ayrı quraqlıq; «-» - trend 

(RAH – Rusiyanın Avropa hissəsi) 

 

  



Qeyd etmək lazımdır ki, quru və yarımquru rayonlarda (bozqır, yarımsəhra) yağıntılar, kifayət qədər 

rütubətli rayonlarda isə radiasiya balansı, temperatur, rütubətliyi səciyyələndirən əsas element hesab olunur. İl 

ərzində yağıntıların paylanması, torpağın tərkibi, relyef və digər faktorlar torpaqda rütubətin toplanmasını təyin 

edir.  


XVIII yüz illikdə Rusiyanın Avropa hissəsində meteoroloji şərait xeyli tərəddüdlərlə və ekstremallığın ümumi 

güclənməsi, həmçinin hava şəraitinin kontrastlığı ilə qeydə alınmışdır: 39 il quraq, 19 il yağıntılı, 36 dəfə soyuq 




 

386


qışla, 22 – mülayim qışla qeydə alınmışdır.  Əvvəlki  əsrlərlə müqayisədə soyuq yaz, yayda soyuğun qayıtması, 

yayın sonunda şaxtalar daha çox təkrarlanmışdır. Bu əsrdə Rusiya 68 olduqca aclıq ili keçirmişdir.  

Rusiyanın Avropa ərazisində son 115 ildə quraqlıqlar aşağıdakı illərdə qeydə alınmışdır: 1885, 1889, 1891, 

1892, 1897, 1901, 1906, 1914, 1917, 1920, 1921, 1924, 1931, 1934, 1936, 1938, 1939, 1946, 1948, 1950, 1951, 

1954, 1963, 1966, 1968, 1972, 1975, 1981, 1984, 1986.  

Ən çox quraqlıq dövrləri 1890-1895, 1920-1925 və 1950-1955-ci illər dövründə, yəni təqribən hər 30 ildən 

bir qeydə alınmışdır. Sonralar quraqlığın təkrar olunması çoxalmışdır. 60-70-ci illər altı böyük quraqlıq 

olmuşdur.  

Axırıncı iki yüzilliklər  ərzində  Mərkəzi Avropada böyük quraqlıqlar orta hesabla 6-7 ildən bir 

təkrarlanmışdır, ən sərt quraqlıqlar 1881-ci ildən başlayaraq 1887, 1893, 1904, 1911, 1921, 1947, 1949, 1976-cı 

illərdə baş vermişdir. Həmin dövrdə eyni zamanda Fransa və Almaniyada quraqlıqlar 1891, 1917, 1919, 1926, 

1936, 1945, 1961, 1976, 1977-ci illərdə müşahidə olunmuşdur (V.F.Loqinov, 2002).  

Şimal yarımkürəsində ekstremal quru və ekstremal rütubətli ayların olması tezliyi XIX əsrin 1880-ci və 

1890-cı illərində, XX əsrin 1940-1949 və 1950-1959-cu illərində minimum, XIX əsrin sonu və XX əsrin 

sonuncu onilliyində maksimum olmuşdur.  

Yer kürəsinin müxtəlif rayonlarında quraqlıqların müəyyən  əlaqəsi son yüzilliklərdə mövcuddur (şəkil 

23.6), hərçənd korelyasiya böyük deyildir. Şəkildən göründüyü kimi, Rusiyanın Avropa hissəsində,  Şimali 

Avropada, Sudanda və Saxelye zonasında son bir neçə onillikdə quraqlıq artmış, Cənubi Avropada, Hindistanda 

və Meksikada isə azalmışdır.  

Azərbaycanda quraqlıq, uzun müddətli yağışsız hava şəraiti, havanın yüksək temperaturu və aşağı rütubəti 

ilə müşayiət olunan Kür-Araz ovalığında müşahidə edilir.  

Respublikamızda quraqlıq hadisələri Ə.C.Əyyubov və X.Ş.Rəhimovun (2000) məlumatına istinad edilərək 

verilir. Azərbaycan ərazisində quraqlıqların yayılması və mənşəyi, onlara qarşı mübarizə tədbirlərinin tədqiqi ilə 

İ.V.Fiqurovski (1926), Ə.M.Şıxlinski (1958, 1968), Ə.A.Mədətzadə (1976), G.Ə.Əliyeva (1977), Ə.C.Əyyubov 

(1968) və başqaları məşğul olmuşlar. Ə.M.Şıxlinskinin tədqiqatları göstərir ki, quraqlıqlar Kür-Araz ovalığında 

aprel-sentyabr aylarında bir aydan üç aya qədər davam edir. Dağlıq ərazilərdə isə quraqlıqların davamı bəzən 1-

2 ay çəkir. Düzən (aran) rayonlarında quraqlıqlar iki ildə 1-3 dəfə müşahidə edilir. Ə.C.Əyyubova (1968) görə 

respublikamızın düzən və dağətəyi ərazilərinin 60%-dən çoxu quraq zonaya daxildir və burada hər il quraqlıq 

ola bilər.  Ə.M.Şıxlinskinin (1968) hesablamalarına görə respublika ərazisində  buxarlanma çatışmazlığı 

(buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı  fərq) 100-200 mm-lə (yüksək dağlıq zona) 900-1000 mm 

(Naxçıvanın Arazboyu düzənliyində  və Qobustanda)) arasında dəyişir. Kür-Araz ovalığında bu göstərici 700-

900 mm arasında müşahidə edilir. Buxarlanma çatışmazlığı bitkilərin böyümə  və inkişafı üçün çatışmayan 

rütubətin miqdarını təyin edir, bu iqlim-suvarma norması adlanır. 

Ə.C.Əyyubov (1984) respublikamızın  ərazisində rütubətlənmə göstəricisinə (Md) görə  aşağıdakı landşaft 

zonaları ayırmışdır (cədvəl 23.6). Bu göstərici (Md) il və ya vegetasiya dövrü ərzində düşən yağıntıların 

miqdarının, həmin dövr üçün rütubətlik defisitinə olan nisbəti şəklində istifadə olunur. Müəllif ağyelli, quru və 

mülayim quru havaların olduğu  şəraiti quraq günlər kimi qəbul edir və qeyd edir ki, belə günlər apreldən 

başlayaraq müşahidə olunur. Bununla belə, quraq dövr iyun ayından başlayaraq sentyabra qədər davam edir.  

Respublika ərazisində quraq havalı günlərin davamiyyəti, torpağın və havanın rütubətliyinin paylanmasının 

təhlili nəticəsində quraqlıq dərəcəsinə görə 3 tip rayon ayrılır (Əyyubov, Rəhimov, 2000). 



1. Havada quraqlıq, torpaqda isə az miqdarda (zəif) rütubətlik  müşahidə edilən quraq rayonlar. Burada aprel-

sentyabr aylarında quraq havalı günlərin sayı 50-90 gün arasında tərəddüd edir. Torpaqda müəyyən miqdarda 

rütubətin olması suya az tələbatı olan bitkilərin inkişafını təmin edir. Buraya Kür-Araz ovalığının mərkəzi hissəsi

Qarabağ, Muğan,  Şirvan düzləri, Kiçik Qafqazın dağətəyi zonasının aşağı hissələri, Böyük Qafqazın cənub 

yamacının 300-400 m hündürlüyə qədər olan əraziləri daxildir.  

2.  Torpaqda  əhəmiyyətli dərəcədə quraqlıq, havada isə rütubətin nisbətən çox olduğu rayonlar. Aprel-

oktyabr aylarında quraq günlərin sayı 10-60 gün arasında dəyişir. Torpaqda olan cüzi rütubəlik ancaq 

dəvətikanı, yovşan və digər quraqlığa davamlı bitkiləri rütubətlə  təmin edə bilir. Bu rayon əsasən dənizsahili 

zolağı əhatə etməklə, Giləzi burnundan Kür dilinə qədər olan ərazidə özünü daha aydın biruzə verir.  



3. Havada və torpaqda daha çox quraqlıq müşahidə edilən rayonlar. Aprel-oktyabr aylarında quraqlıq havalı 

günlərin sayı 50-100 gündən artıq olub, bəzi yerlərdə 115-ə çatır (Culfa). Buraya Naxçıvan MR-in Arazboyu 

düzən hissəsi, Ceyrançöl, Qobustanın dağarası daxili hissələri aiddir.  

Quru küləklər (quru yellər). Kompleks 

meteoroloji 

hadisə olub, havanın aşağı rütubətliyi bir qayda 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə