15
14
İLK ADDIMLAR
Cihazın söndürülmüş vəziyyətdə
hərəkətə gətirilməsi
Tech Drive
®
gücləndiricisi mühərrik işlədiyi zaman cihazın
itələnməsini və ya çəkilməsini asanlaşdırır. Mühərrik
söndürülmüş zaman cihazı hərəkətə gətirməzdən
əvvəl Tech Drive
®
gücləndiricisini neytral vəziyyətə
keçirmək lazımdır.
1
Cihazın qabağını qaldırmaq üçün alt tənzimləmə
pedalını axıra qədər basın.
2
Sol “N” neytral pedalını aşağı basaraq Tech Drive
®
gücləndiricisini neytral vəziyyətə keçirin.
15
İLK ADDIMLAR
Şaquli tutacağın kilidlənməsi
Bu cihaz tutacağın əyilən kilidi ilə təchiz edilib; həmin kilid
şaquli tutacağı daşınma və saxlanma üçün kilidləyir.
Tutacağı onun əyilən kilidini açmazdan ƏVVƏL
bərk tutun.
Tozsoranla təmizləmək üçün:
Tozsoranla təmizləmək üçün tutacağın əyilən kilidini
mərkəzi vəziyyətdə açmaq lazımdır.
BİLDİRİŞ Əmlaka zərər riski. Geriyə çəkməzdən əvvəl
tutacağın əyilən kilidini açın. Bu xəbərdarlıq əməl
edilmədiyi halda döşəməyə zərər dəyə bilər.
Daşınma üçün:
Cihazı yerdən qaldıran zaman özülü yerində kilidləmək
üçün tutacağın əyilən kilidini torbadan uzaqlaşdırın.
Qapı astanasından qaldırmaq üçün:
Tutacağın əyilən kilidini torbaya tərəf çəkin və cihazın
qabağını qapı astanasından ya qalın xalçanın üzərindən
qaldırmaq üçün kilidlənmiş şaquli tutacağı aşağı basın.
Əlavə saxlanma üsulu:
Şaquli tutacağı yerində kilidləmək üçün şaquli tutacağı
döşəməyə yaxın üfüqi vəziyyətə keçirin və tutacağın
əyilən kilidini torbadan uzaqlaşdırın. Cihazı bamperinin
üzərində yerləşdirin və saxlanma üçün divara söykəyin.
17
16
İLK ADDIMLAR
Cihazın qaldırılması
Özülü yerində kilidləmək üçün tutacağın əyilən kilidini
torbadan uzaqlaşdırın. Cihazı qaldırmaq üçün torba
qolundakı tutacaqdan istifadə edin.
Yaxud cihazı qaldırmaq üçün tutacağın mərkəzindəki
aşağı daşınma qulpundan istifadə edin.
Qayış qaldırıcısı
Qayış qaldırıcısı elektrik ucluğun içərisindəki qarmağı
fırladır ki, həmin qarmaq qayışı mühərrik valında qaldırır
və endirir. O, aşağıdakılar üçün istifadə edilir:
1
Fırçalı süpürgənin buraxılması:
Cihazı söndürün. Fənər örtüyünü qaldırın. Qayış
qaldırıcısındakı qulpu çəkin. Ondan qayış qaldırıcısını
qırmızı oxlar eyni xətt üzərində olana qədər saat
əqrəbinin əks istiqamətində fırlatmaq üçün istifadə
edin. Tutacağı bağlayın. Fənər örtüyünü bağlayın.
Bu vəziyyətdə tozsoran işlədiyi zaman fırçalı süpürgə
fırlanmayacaq.
Cihaz işlədiyi zaman qayış qaldırıcısı fırlanmır.
BİLDİRİŞ Əmlaka zərər riski. Saxlamazdan əvvəl fırçalı
süpürgəni yenidən işə salın ki, o, qayış qaldırıcısının
qarmağında uzadılmasın. Bu xəbərdarlıq əməl
edilmədiyi halda qayışa zərər dəyə bilər.
2
Fırçalı süpürgənin işə salınması:
Cihazı söndürün. Fənər örtüyünü qaldırın. Qayış
qaldırıcısındakı qulpu çəkin. Ondan qayış qaldırıcısını
yaşıl oxlar eyni xətt üzərində olana qədər saat
əqrəbinin istiqamətində fırlatmaq üçün istifadə edin.
Tutacağı bağlayın. Fənər örtüyünü bağlayın.
Bu vəziyyətdə tozsoran işlədiyi zaman fırçalı
süpürgə fırlanacaq.
17
İLK ADDIMLAR
Birbaşa sovurma ilə təmizləmə
Bərk döşəmələri, qalın və incə xalçaları təmizləmək
məqsədilə birbaşa sovurma ilə təmizləmə üçün fırçalı
süpürgəni işə salmayın.
Birbaşa sovurma təmizləməsindən boş döşəmədə istifadə
edən zaman elektrik ucluğu döşəməyə toxunmadan ona
maksimal olaraq yaxın endirin.
Bərk döşəmələri təmizləyən zaman Tech Drive
®
gücləndiricisini neytral vəziyyətə keçirin.
Bərk döşəmələrin əlavə qorunması üçün əlavə Bərk
döşəmə lövhəciyindən istifadə edin. 50-ci səhifəyə baxın.
Fırça diyircəyini əks etdirən
indikator işığı
Elektrik ucluğun üzərində yerləşən fırça diyircəyini əks
etdirən indikator işığı fırça diyircəyi fırlanan zaman işıqlanır.
Əgər Fırça diyircəyini əks etdirən indikator işığı sayrışırsa
və ya işıqlanmırsa, qayış düz işə salınmamış ola bilər
yaxud qayışı dəyişmək lazımdır. 53-cü səhifəyə baxın.
19
18
İLK ADDIMLAR
Xarici sabit torbanın və Mini Em-Tor
®
kollektorunun çıxarılması
Mini Em-Tor
®
kollektoru birdəfəlik filtr torbasına çatmayan
iri, ağır hissələri tutur.
1
Mini Em-Tor
®
kollektorunun özülünü götürüb, onu
cihazdan kənara fırladıb qaldıraraq çıxardın.
2
Torbanın buraxılış düyməsinə basaraq xarici sabit
torbanın üstünü cihazdan kənarlaşdırın.
3
Hissəcikləri boşaltmaq üçün Mini Em-Tor
®
kollektorunun ağzını qazetin üstündə yerləşdirib
silkələyin. Bunu bitirdikdən sonra Mini Em-Tor
®
kollektorunu yerinə qaytarıb qoşun.
Mini Em-Tor
®
kollektorunu yerində bərkidib
kilidləyin, əks halda cihaz işləməyəcək.
(O, işə salınmayacaq).
BİLDİRİŞ Əmlaka zərər riski. Xırda pullar kimi
ağır əşyaları bilərəkdən tozsorana çekməyin.
Bu xəbərdarlıqlar əməl edilmədiyi halda
ventilyatora zərər dəyə bilər.
Dostları ilə paylaş: |