Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

Özəlləşdirmə ərəfəsində Tailanda region ölkələrinə  xas olan  dövlət mülkiyyətinin dominantlığı 
hökm sürürdü. Hərbi  sənaye  müəssisələri,  rabitə, energetika, dəmiryol və şəhər nəqliyyatı, dəniz  
limanları  və bir neçə iri  tikinti şirkətinin özəlləşdirilməsi bu istiqamətdə  dövlətin inhisarını 
azaltsa da, bu ölkə üçün ötən əsrin 60-cı illərinin sonundan başlayan və Milli  İqtisadi və Sosial  
İnkişaf Planı ilə tənzimlənən  özəlləşdirmə  çox aşağı sürəti ilə xarakterikdir. Ötən əsrin  80-cı 
illərinin  əvvəlində  baş nazirin  rəhbərliyi altında  yaradılan Dövlət və Özəl İqtisadiyyat Komitəsi 
özəlləşdirmə tədbirlərinin təşəbbüsçüsü  rolunda  çox ehtiyatlı  çıxış  edərək, götürülmüş kursu indi 
də  davam etdirir. Özəlləşdirilməyə çıxarılan dövlət  müəssisələrinin əksəriyyətinin  zərərlə
işləməsi  (80-cı illərdə mövcud olan 70 dövlət müəssisəsinin  xərclərinin ödənilməsinə ÜMM 3,5% 
həcmində  vəsait ayrılırdı) sahibkarlarda bu prosesə marağın xeyli azalmasına gətirib  çıxarmışdır. 
Onların əksəriyyəti  həm mövcud bürokratik  proseduraları,  həm də ki, təsərrüfat riskinin  
çoxluğunu  əsas  götürərək özəlləşdirmə islahatlarına  laqeyd münasibət göstərdiyindən Tailanda da 
mülkiyyətin dövlətsizləşdirilməsi siyasəti ciddi uğur qazana bilməmişdir.  Beləliklə də, bu ölkədə
özəlləşdirmənin qarşısında qoyulan başlıca məqsədlərinə nail olunmamışdır.
Hazırda Tailand iqtisadiyyatı yüksəliş dövrünü yaşayır, 2000-ci ilin yekunları üzrə ölkədə işsizliyin 
səviyyəsi 3,2 faiz, inflyasiyanın artım tempi 1,56 faiz olmuşdur. Həmin dövrə ÜDM-in real artımı 
4,31 faiz qeydə alınmışdır. Bu ölkədə adambaşına düşən ÜDM göstərici YSD-nin orta 
səviyyəsindən üstün olmaqla, 1121 ABŞ dollarına qarşı 1986 ABŞ dollraı təşkil etmişdir. 1980-99-
cu illər ərzində Tailand iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların həcmində də artım 
müşahidə olunmuşdur. Belə ki, 1980-ci ildə cəmi 1 milyard dollar xarici investisiya yatırılan  
Tailand iqtisadiyyatına 1999-cu ildə ondan 26,5 dəfə çox xarici sərmayə qoyulmuşdur.
Hazırda  Taylandda iqtisadiyyatında özəl bölmənin rolunun xeyli genişləndirilməsi kursu 
götürülmüşdür. 1996-cı ilin 23 yanvarında təsdiq olunmuş özəlləşdirmə planına görə, hökumət 
dövlət  müəssisələrinin korporosiyalaşdırılması məqsədilə tənzimləyici qurumların yaradılması 
istiqamətində fəaliyyət göstərir. Bu plana görə, yaxın gələcəkdə  Tayland hökuməti ictimai əmtəə
və xidmətlərin buraxılışı ilə məşğul olan dövlət müəssisələrinin özəlləşdirilməsi və
restrukturizasiyası ilə məşğul olacaqdır. Bunun üçün artıq dövlət siyasəti səviyyəsində tədbirlər 
hazırlanmışdır. Belə ki, həmin plan üzrə, 18 dövlət müəssisənin 2003-cu  ilədək özəlləşdirilməsinə
start  verilib. Bunlar əsasən strateji  əhəmiyyətli, ictimai əmtəə və xidmət tələbatı üzrə ixtisaslaşmış 
müəssisələrdir. Onların siyahısında enerji sferasının paylaşdırıcı, satış şəbəkələri, hasilat sənayesi, 
qaz və neft qurumları, telekommunikasiya və nəqliyyat xidmətləri, su təchizatı  müəssisələri, 
aeroportlar, limanlar,  yollar da  vardır.
Bütün bu obyektlərin korporasiyalaşdırılması və özəlləşdirilməsi onların göstərdiyi ictimai 
xidmətlərin qiymətini aşağı salmağa, rəqabət qabiliyyətini artırmağa yönələcək.
Nəticə
YSD-nin təcrübəsi özəlləşdirməyə keçidin müxtəlif formalarına görə fərqləndirici xüsusiyyəti ilə  
daha qabarıq surətdə seçilir. Bu istiqamətdə müxtəlif  ölkələrdə fərqli  üsullar tətbiq olunsada onları 
aşağıdakı 5 qrupda təsnifləşdirmək mümkündür.
Birincisi, müəssisə hökumət  tərəfindən yaradılır və yaxud da yenidən qurulur, mülkiyyət hüququ 
dövlətdə saxlanılmaq  şərti ilə, onun işinə rəhbərlik özəl bölməyə həvalə olunur. Belə fəaliyyət o 


hallarda  məqsədəuyğun hesab edilir ki, özəl sahibkar riskdən qorxur və müvəffəqiyyətə təminat 
görmür.
İkincisi, dövlət müəssisəsinin səhmləri hissə-hissə özəl əllərə verilir. Əgər lazım gələrsə və  dövlət 
buna  ehtiyac duyarsa,  o özəl sahibkarın xeyrinə  nəzarət səhm paketindən bütövlükdə  imtina edə
bilər. Belə variant  qiymətli kağızlar  bazarının  kifayət qədər inkişaf  etdiyi və yaxud dövlətin 
strateji sahələrdə nəzarəti əldən verməmək şərtilə effektivliyi yüksəltməyə çalışdığı hallarda tətbiq 
olunur.
Üçüncüsü, müəssisə və ya onun bir hissəsi  bir və yaxud bir neçə hüquqi şəxsə hərrac yolu ilə
satılır.
Dördüncüsü, inhisarçı sahələrdə dövlət müəssisəsi ləğv edilir və özəl firmanın  həmin sahəyə
girişinə imkan yaradılır. Bu da dövlət və özəl bölmə  arasında rəqabətin  formalaşmasında 
əhəmiyyətli rol oynayır.
Nəhayət, beşinci variant "vasitəli özəlləşdirmə" adlanır. Məsələn,  dövlət müsabiqə əsasında seçdiyi 
özəl müəssisəyə onun fəaliyyət göstərdiyi sahədə qiymətlərin   aşağı salınması və inhisarçılığın 
aradan  qaldırılması məqsədilə  vergi və kredit güzəştləri verməyi öhdəsinə götürür. Eyni zamanda 
özəl şirkət dövlət müəssisəsində kontrakt əsasında istehsalat, bölüşdürmə, satış  funksiyasını həyata 
keçirmək hüququ qazanır. Sonradan dövlət müəssisəsinin istisnasız olaraq  həmin şirkətə satışı 
həyata keçirilir.*
Bu və ya digər variantların üstünlüyü konkret hallardan asılı olmaqla, dəqiq və ixtisaslı  seçim tələb 
edir.
YSD-də özəlləşirmə  proqramının reallaşması bu prosesin həyata keçirilməsi istiqamətində xeyli 
çətinliklərin mövcudluğunu aşkara çıxardı. Siyasi mövqelərindən asılı olaraq müxtəlif  dövlət 
məmurlarının bu prosesə qarşı aktiv fəaliyyəti demək olar ki, əksər YSD ölkələrinə xarakterik cəhət 
hesab oluna bilər. Bu ölkələrdə özəlləşdirmənin tərəfdarları sırasında praqmatik düşüncəli, 
mütərəqqi fikirli  dövlət və hökumət  liderləri  ilə yanaşı, bir də bəzi səlahiyyətlərinə görə "əlini 
qızdırmaq" imkanına malik olan müxtəlif səviyyəli  dövlət məmurlarını da görmək mümkündür. 
YSD-də başqa bir problem  nəzarət səhm paketi dövlətin əlində saxlanılan kapital tutumu  yüksək 
olan sahələrə özəl bölmənin həvəssiz münasibəti fonunda yaranmışdır. Dövlətin  starteji  əhəmiyyət 
kəsb   edən sahələri  "özgə əllərin" ixtiyarına verməmək istəyi ilə özəl sahibkarın  maraqları 
arasındakı uyğunsuzluq YSD-nin bəzilərində özəlləşdirmənin sürətinə mənfi təsir göstərmişdi. Eyni 
zamanda zərərlə işləyən müəssisələrin  ilk növbədə  özələşdirməyə  çıxarılması da  bu yöndə
yaranmış "soyuq" münasibətləri  daha da  kəskinləşdirmişdir.
Bu ölkələrin iqtisadi siyasətində sosial müdafiə elementlərinin xüsusi yer tutması həmkarlar 
təşkilatlarının özəlləşdirməyə qarşı təzyiqini xeyli gücləndirmişdir.
Özəllədirmənin gedişinə həm də inkişaf etmiş kapital bazarının olmaması  mənfi təsir göstərmişdir. 
YSD-dən yalnız Sinqapur və Honqkonq inkişaf etmiş qiymətli kağızlar   bazarına malikdir. Bu 
istiqamətli digər problem zəif kreditləşdirmə  maliyyə sisteminin mövcudluğu və xarici 
investisiyaların cəlb edilmə sürətinin  aşağı olması səbəbindən yaranmışdır. Özəlləşdirmənin 
hüquqi təminatının  mürəkkəbliyi  və onun  dəyişdirilməsi prosedurlarının  subyektiv səbəblər 
ucbatından  çətinliyi də  problemlərin  həlli yolunda maneyə çevrilmişdir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə