Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   54   55   56   57   58   59   60   61   62

elan olunmuşdur. Bu proses nəticəsində yalnız 176 müəssisə demək olar ki, tam (səhmlərinin 90%-
dən çoxu), yerdə qalanları isə qismən  özəlləşdirilmişdir. 
Özəllşdirmənin birinci mərhələsində səhmdar cəmiyyətlərə çevrilmiş orta və iri dövlət 
müəssisələrinin 70 faizə qədərinin səhmlərinin 66 faizindən 75 faizə qədəri satılmışdır. Belə
nəticənin alınmasını səhmlərin daha çox çek hərracları (55 faizinin) və qapalı abunə yazılışı (15 
faizə qədərinin) vasitəsilə reallaşdırılması ilə izah etmək mümkündür.
Dövlət Statistika Komitəsinin (DSK) 01.01.2001-ci ilə olan məlumatına görə, nizamnamə
kapitalının həcmi 2445,9 mlrd. manat olan 1169 dövlət müəssisəsi, onlardan-sənayedə  ümumi 
nizamnamə kapitalının həcmi 543,3 mlrd. manat olan 117 dövlət müəssisəsi, aqrar bölmədə
nizamnamə kapitalı 1082,9 mlrd. manat olan 321 müəssisə, nəqliyyatda nizamnamə kapitalı 155,0 
mlrd. manat olan  140 müəssisə, tikintidə nizamnamə kapitalı 157,6 mlrd. manat olan 135 dövlət 
müəssisəsi və s. səhmdar cəmiyyətinə çevrilmişdir. Orta və iri myəssisələrin bazasında yaradılan 
səhmdar cəmiyyətlərinin səhmlərinin açıq hərraclarda satışından 210071,8 mln. manat vəsait əldə
edilmişdir. 
BakıElektroQaynaq səhmdar cəmiyyətinin idarəçiliyə verilməsi məqsədilə keçirilmiş müsabiqənin 
qalibi Baku Stell Company olmuşdur. Ümumiyyətlə isə özəllşdirmənin sonrakı gedişində əsasən də
1999-cu il ərzində 5 dəfə  investisiya müsabiqəsi keçirilmişdir. Onların yekun nəticələri aşağıdakı 
cədvəldə təqdim olunur.
Cədvəl 5.4.
İnvestisiya müsabiqələrinin nəticələri
Səhmdar 
cəmiyyətinin adı
Müsabiqənin 
qalibinin
adı
Qoyulacaq 
sərmayənin 
ümumi həcmi 
(mln. USD)
Tələb  olunan 
çeklərin sayı
Bakelektro-
qaynaq
Baku Steel Company,
Böyük Britaniya
182,0
-
Siyəzən-broyler
Baki Group Ltd,
Azərb.Respub.
47,4
10.000
Bakı 
mayesiz 
transformatorlar
Fiziki şəxs,
Azərb.Respub.
1,0
4.500
Bakı-tütün
Sorex
Böyük Britaniya
49,8
-
Bakı-
poladtökmə
Inekotex,
Azərb.Respub
2,1
28.000
Qaradağ-
sememt
Holderbank, 
İsveçrə
23,0
4000.000
Cəmi
305,4
442.500
Mnb: DSK v Tasis proqramı çrçivsind birg hazırlanmış statistik mcmu. Bakı –2000.
İnvestisiya müsabiqələri zamanı yeganə olaraq Qaradağ- sementin  qalibindən çeklərlə yanaşı, 400 
min ədəd  opsion da  tələb olunmuşdur. Müsabiqənin qaliblərindən yalnız Baku Stell Company və
Holderbank götürdükləri öhdəliklər üzrə  yatıracağı investisiyalar üçün müddətini 60 il, yerdə
qalanlar üçün isə 36 il müəyyənləşdirmişdir.


"Qaradağ-sement" Açıq Tipli Səhmdar Cəmiyyətinin (ATSC) səhmlərinin  56 faizi üzrə keçiriln 
investisiya müsabiqəsinin qalibi "Qaradağ  Holdinq Ltd" elan edilsə də sonradan  həmin şirkət 
nəzərdə tutulan şərtləri tam yerinə yetirmədiyindən onunla  müqaviləyə xitam verilmişdir. Bununla 
əlaqədar olaraq Azərbaycan Respublikasının "Tender haqqında" Qanununa uyğun olaraq  Dövlət 
Əmlak Komitəsi müqaviləni müsabiqədə ikinci yer tutan "Holderbank"la bağlamışdır. Nəticədə
"Holderbank" "Qaradağ-Sement" ATSC-nin 86 faiz səhm paketinə sahib olmuşdur. 5.5-cı cədvəl 
vasitəsilə investisiya müsabiqəsi üsulu ilə özəlləşdirilmiş müəssisələrin başlıca göstəriciləri ilə də
tanış olmaq mümkündür.
Cədvəl 5.5.
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrin başlıca göstəriciləri
SC-nin adı
Mənsub 
olduğu 
sahə
Nizamnamə 
kapitalı, 
mlrd.
AZM-lə
İnvestisiya
müsabiqəsi 
vasitəsilə özəlləş
dirilmiş 
səhmlər,%-lə
Bakelektroqaynaq
Sənaye
102,9
95,73
Siyəzən-broyler
Aqrar
83,7
98,81
Bakı 
mayesiz 
transformatorlar
Sənaye
9,5
91,46
Bakı-tütün
Aqrar
30,6
62,50
Bakı- poladtökmə
Sənaye
22,6
66,79
Qaradağ-sememt
Sənaye
159,1
56,00
Mənbə: DSK və Tasis proqramı çərçivəsində birgə hazırlanmış statistik məcmuə. Bakı - 2000.
Qeyd: "Bakı-tütün", "Bakı- poladtökmə" və "Qaradağ-sement" SC-lərinin hər birinin səhmlərinin 
digər 30 faizi pullu hərraclarda özəlləşdirilmişdir. Hər bir SC-nin səhmlərinin yerdə qalan hissəsi 
qapalı hərraclar vasitəsilə əmək kollektivinin üzvləri arasında bölüşdürülmüşdür.
Beləliklə də, cədvəldən göründüyü kimi, 1999-cu ilin axırınadək respublikada nizamnamə
kapitalının ümumi həcmi 408,4 mlrd. manat olan 6 SC-nin səhmlərinin satışı üzrə investisiya 
müsabiqələri keçirilib. "Bakelektroqaynaq" və "Siyəzən-Broyler" Səhmdar cəmiyyətlərinin hər 
birinin 85%, "Bakı-tütün" SC-nin 55%, "Bakı Mayesiz Transformatorlar" SC-nin 91,4%, "Qaradağ-
sement" SC-nin 86%, "Bakı Poladtökmə" SC-nin 66,8% səhmi investisiya müsabiqəsi vasitəsilə
satılıb. İnvestisiya müsabiqəsinin qalibləri dövlət büdcəsinə 4 mln. 892 min ABŞ dolları həcmində
vəsait köçürməyi və 305 mln.*63 min 865 ABŞ dolları məbləğində investisiya qoymağı öhdələrinə
götürüblər. Bundan başqa, daha bir neçə müəssisə üzrə (məsələn, "Sumqayıt-Boru", "Gəncə-
Aliminium", Bakı Şəhər Elektrik Şəbəkəsi və s.) investisiya müsabiqələri elan olunsa da, irəli 
sürülən şərtlər investorları qane etmədiyindən müsabiqə alınmayıb.
Möhlətli ödəniş və əmək kollektivinə bağışlanan hissə nəzərə alınmaqla dövlət büdcəsinə 211 mlrd. 
manat, o cümlədən, möhlətlə özəlləşdirilən hissədən 63 mlrd. manatdan çox vəsait daxil olub.  
Ümumiyyətlə isə özəlləşdirmə prosesindən  450 mlrd. manatdan çox vəsait əldə edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə