Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   54   55   56   57   58   59   60   61   62

Səkkizincisi növbəti mərhələdə fərdi layihələrlə və investisiya müsabiqələri ilə  özəlləşdirməyə
üstünlük verilməsi və bu üsulların prosesin gedişində aparıcı xətt təşkil etməsi  effektiv sahibkarın 
aşkar olunması baxımından daha əlverişli şərait yarada bilər.
Beləliklə də  hər bir dövlətin iqtisadi sistemində bazis rolunu oynayan mülkiyyət münasibətlərinə, 
onun səmərəli təşkili problemlərinə, idarəetmə formalarına, müxtəlif mülkiyyət növləri arasındakı 
qarşılıqlı nisbət məsələlərinə və bütün bu proseslərin hərəkətverici qüvvəsinə  çevrilən özəlləşdirmə
siyasətinə kompleks halda baxış müasir dövrün zəruri tələbatından irləli gəlir. Bu baxımdan 
özəlləşdirmə  sadəcə olaraq mülkiyyətin  dəyişməsini şərtləndirən adi bir tədbir  kimi  deyil, dövlət 
müəssisələrinin satılmasından başlayaraq onun sağlamlaşdırılmasına qədər olan dövrü əhatə  edən 
və bir sistem daxilində həyata keçirilən iqtisadi siyasət olaraq qəbul edilməli və
qiymətləndirilməlidir. Artıq bu gün "mülkiyyətçinin kim olması vacib deyil, onsuz da bazar özü 
əvvəl-axır bacarıqlı sahibkarı axtarıb tapacaq" kimi bir vaxtlar iqtisadi ədəbiyyatlarda məşhur olan 
və hətta müəllifini Hobel mükafatı almaq səviyyəsinə qədər yüksəldən Kouz ideyası praktiki 
gerçəklikdə öz iqtisadi səmərəsini  itirməkdədir.
Ntic
Özəlləşdirmənin dünya təcrübəsi ilə yaxından tanışlıq və onun Azərbaycanda gedən proseslərlə  
müqayisəli təhlili ilk növbədə ayrı-ayrı ölkələrin mövcud praktikasına fərqli yanaşmanı aparıcı xətt 
kimi önə çəkməyi zəruri edir. Diqqət yetirsək görərik ki,  Qərbin sənayecə inkişaf etmiş ölkələrində
bu prosesin fəlsəfəsini daha çox iqtisadi motivlər, konkret olaraq sahibkarlıq fəaliyyətində dövlətin 
iştirak dairəsini daraltmaq,  mülkiyyət məsubiyyətindən və təşkilati-hüquqi formasından asılı 
olmayaraq bütün təsərrüfat subyektləri üçün bərabər rəqabət şəraiti yaratmaq və bir sözlə
müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq təşkil edirdisə, postsosialist məkanında 
özəlləşdirmənin fəlsəfəsi daha çox ideoloji və siyasi motivlərə (iqtisadiyyatda transformasiya 
proseslərini sürətləndirmək, ölkə vətəndaşlarına dövlət əmlakından pay çatdırmaq və s.) uyğun 
gəlirdi. Digər tərəfdən Cənub Şərqi Asiyanın yeni sənaye dövlətlərinin özəlləşdirmə təcrübəsində
hər iki motivdən doğan istiqamətlərlə   yanaşı həmçinin əyalətlər arasındakı iqtisadi geriliyin 
aradan qaldırması və bununla bağlı özünəməxsus problemlərin həlli məqsədləri də müşahidə
olunurdu. Latın Amerikası ölkələrində özəlləşdirmənin məqsədlərinə milli iqtisadiyyatın rəqabət 
qabliyyətini artırmaq, dövlətin xarici və daxili  borclarını azaltmaq və ölkə iqtisadiyyatına xarici 
mənşəli sərmayə cəlbini sürətləndirmək daxil idi.
İkincisi, özəlləşdirmənin dünya təcrübəsinin xronologiyası bu nəticəyə gəlməyə əsas verir ki, 
mülkiyyətdə aparılan bu cür islahatlar Qərb dövlətləri və Latın Amerikası ölkələri  üçün başa 
çatmış və geridə qalmış, postsosialist ölkələri və yeni sənaye dövlətləri üçün isə indi də davam edən 
və başa çatdırıla bilməyən sindrom hesab olunur.
Üçüncüsü, özəlləşdirmə proseslərinin ayrı-ayrı ölkələr və onların qrupları üzrə dinamikasının təhlili 
Qərb dövlətlərində bu tədbirin əhatə dairəsinin məhdud olduğunu və asta templə aparıldığını, 
postsosialist ölkələrində isə geniş miqyasda və sürətlə həyata keçirildiyini təsdiq edir.
Nəhayət, qeyd olunan parametrlər üzrə nəticə çıxararkən, bu qənaəti arqumentləşdirmək 
mümkündür ki, Qərb praktikası ilə Azərbaycan reallıqları arasında paralellər aparmaq nə
özəlləşdirmənin strat  vəziyyətinə, nə dinamikasına, nə də ki, təsir dairəsinə və ən başlıcası da 
məqsədlərinə görə  uğurlu yanaşma  sayıla bilməz. Latın Amerikası və Cənub Şərqi Asiyanın 


inkişaf etməkdə olan ölkələrinə gəlincə, onların təcrübəsinin Azərbaycan praktikasına tətbiqi 
institutsional investorların bu prosesə cəlbi üsullarına diqqət yetirilməsi nöqteyi nəzərdən 
məqsədəuyğun hesab oluna bilər.
Postsosialist ölkələrində  tətbiq olunan kütləvi özəlləşdirmə modelinin Azərbaycanın mövcud 
proqramı ilə fəlsəfi baxımdan eyniliyi və bu məkanı təmsil edən ölkələrin strat vəziyyətinin  
oxşarlığı faydalı təcrübə mübadiləsi baxımından diqqətə layiqdir. Bu məkana daxil olan ölkələr 
üzrə özəllşdirmə ərəfəsi dövrdə müşahidə olunan siyasi situasiya, dövlət mülkiyyətinin 
dominantlığı, kapital bazarının zəif inkişafı onun gedişində başlıca əngəllərdən biri  hesab oluna 
bilər. Bu prosesin postsosialist ölkələrində gedişi də  bir sıra çətinliklərlə müşahidə olunmuşdur. 
Siyasi mövqelərindən asılı olaraq müxtəlif  dövlət məmurlarının özəlləşdirməyə qarşı aktiv 
fəaliyyəti demək olar ki, əksər postsosialist ölkələrinə xarakterik cəhət hesab oluna bilər. Bu 
ölkələrdə özəlləşdirmənin tərəfdarları sırasında  praqmatik düşüncəli, mütərəqqi  fikirli  dövlət və
hökumət  liderləri  ilə yanaşı, bəzi səlahiyyətlərinə görə "əlini qızdırmaq" imkanına malik olan 
müxtəlif səviyyəli  dövlət məmurlarını da görmək mümkündür. Dövlətin  strateji  əhəmiyyət kəsb   
edən sahələri  "özgə əllərin" ixtiyarına  verməmək istəyi ilə özəl sahibkarın  maraqları  arasındakı  
uyğunsuzluq demək olar ki, bütün ölkələrdə özəlləşdirmənin sürətinə mənfi təsir göstərmişdi. Bu 
ölkələrin iqtisadi siyasətində sosial müdafiə elementlərinin xüsusi yer tutması sıravi vətəndaşların 
özəlləşdirməyə münasibətini xeyli pisləşdirmişdir.
Göründüyü  kimi, müxtəlif özəlləşdirmə fəlsəfəsinə və fərqli inkişaf səviyyəsinə malik dövlətlərin 
əksəriyyətində bu prosesə yanaşmada iqtisadi motivlər üstünlük təşkil etsə də ideoloji motivlərlə
start götürmüş özəlləşdirmə təcrübəsinə daha çox postsovet məkanında rast gəlmək mümkündür.
Kütləvi özəlləşdirmə təcrübəsi onu da təsdiq etdi ki, əksər postsosialist ölkələrində bu proses əsasən 
siyasi və sistem dəyişiklikləri vəzifəsini yerinə yetirmiş, sosial və iqtisadi məqsədlərə ya nail ola 
bilməmiş, ya da qismən nail olmuşdur.
Praktiki olaraq bütün ölkələrdə "kiçik" və "böyük" özəlləşdirmə prinsipal olaraq fərqlənmiş və
ayrıca qanunlarla reqlament-ləşdirilmişdir. Hər yerdə "kiçik" özəlləşdirmə çox sürətlə həyata 
keçirilmişdir. Bu, ticarət, ictimai iaşə, xidmət sferasının çox da iri olmayan müəssisə və
obyektlərinin "canlı" pullara daha tez satışı ilə səciyyələnir.
"Böyük" özəlləşdirmənin asta tempinin başlıca səbəbləri əhalidə vəsait çatışmazılığı və xarici 
kapitalın minimum həcmi ilə izah olunur. Belə problem əsasən keçmiş sosialist dövlətlərində
müşahidə olunmuşdur. Bu amil də postsosialist məkanında özəlləşdirmənin səmərəli təşkilində
başlıca maneə kimi qiymətləndirilə bilər.
Keçmiş sosialist ölkələrinin, o cümlədən Azərbaycanın  praktikası göstərir ki, kütləvi özəlləşdirmə
deyil, nisbətən "yumşaq" özəlləşdirmə daha səmərəli iqtisadi nəticələrin əldə edilməsinə şərait 
yaradır . Belə ki, kütləvi özəlləşdirmə modeli siyasi cəhətdən alternativsiz olsa da, iqtisadi nöqteyi-
nəzərdən heç də həmişə  müvəffəqiyyətli hesab olunmur. Rusiya təcrübəsi sübut etdi ki, vauçer 
özəlləşdirilməsi çox mürəkkəb texniki- təşkilati prosesdir. Onun ömrünün uzunluğu 
özəlləşdirmənin səmərəliliyinə mənfi təsir göstərən başlıca amillərdən biri hesab olunur. Belə olan 
halda kapital bazarı zəif inkişaf edən ölkələrdə geniş miqyaslı özəlləşdirmənin səmərəli iqtisadi 
nəticələrindən danışmağa dəyməz.
Çünki,  bu modelin tətbiqi aşağıdakı çatışmazlıqlara şərait yaradır:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə