Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   54   55   56   57   58   59   60   61   62

Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatına görə, özəlləşdirmə prosesində
iştirak etmək  üçün əhaliyə 7 mln. 538 min 278 özəlləşdirmə payı (30153112 çek) paylanıb.2000-ci 
ilin əvvəlinə kimi bunlardan 939  min 877 pay (3759508 çek) dövriyyədən çıxarılıb.1997-1998-ci 
illər ərzində 38 açıq çek hərracı keçirilmişdir. Açıq çek hərraclarında və qapalı abunə yazılışlarında 
cəmi 659077 ədəd dövlət özəlləşdirmə payından (2636308 çekdən) istifadə olunub. Dövriyyədən 
çıxarılan qalan 280800 pay (1123200 çek) kiçik müəssisələrin əmək kollektivinə çeklə verilən 
hissənin ödənilməsində və investisiya müsabiqələrində istifadə olunub.
Cədvəl 5.7.
Özəlləşdirmənin birinci mərhələsinin yekunları üzrə başlıca göstəricilər (1 yanvar 2001-ci il 
tarixə)
Göstəricilər
Özəlləşdirilmiş kiçik müəssisələrin sayı - 31226
Özəlləşdirilmiş orta və iri müəssisələrin sayı - 1169
Səhmdarların ümumi sayı
Onlardan: 60721*
Qapalı abunə yazılışı nəticəsində - 41512
Çek hərracları nəticəsində - 19156
Pul hərracları nəticəsincə - 153
Özəlləşdirmə də istifadə edilmiş bütün çeklərin sayı(ədədlə)
Onlardan: 659077
Kiçik müəssisələr və investisiya müsabiqələri üzrə - 280800
Qapalı abunə yazılışı və çek hərracları üzrə - 378277
İstifadə olunmuş çeklər 23%
Mln. Dollarla - 75*
----------------------------------------------------------------
*Bu göstricilr 1yanvar 1999-cü il tarix olan vziyyti xarakteriz edir.
Hazırda dövriyyədə 6 mln. 598 min 401 pay  (26 mln. 393 min 604 çek) qalıb ki, bu da əhaliyə
verilən çeklərin 87,5 faizi qədərdir. QKDK sədrinin 26 yanvar 2000-ci il tarixli əmri ilə qüvvəyə
minmiş "Dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavülünün tənzimlənməsi qaydaları"na 
əsasən 400-dən çox çekin sahibləri çeklərini 45 gün müddətində komitədə qeydiyyatdan keçirməli 
idi. Həmin müddətdə 3 mln. 541 min 227,25 özəlləşdirmə payı qeydiyyatdan keçib. Qeydiyyat 
prosesinə 213 fiziki və hüquqi şəxs qatılıb. Bunlardan 162-si rezident, 51-i isə qeyri-rezident olub. 
Qeyri-rezidentlərdə 3 mln. 370 min 596,75 payın olduğu olduğu bildirilir ki, bu da dövriyyədə
qalan bütün payların 51 faizinə bərabərdir.


Qeydiyyatdan keçmiş 213 investordan 162-si rezident, 52-i qeyri-rezidentlərdir. Rezidentlərdən 
159-u fiziki şəxs, 3-ü hüquqi şəxs; qeyri-rezidentlərdən 5-i fiziki şəxs, 46-sı hüquqi şəxslərdir. 
Alınmış nəticələrə görə, 170630,5 pay (682522 çek) rezidentlərin, 3370596,7 pay (13482387 çek) 
qeyri-rezidentlərin əlində cəmləşmişdir. Özəlləşdirmə paylarının qeydiyyatı-qiymətli kağızlar 
bazarının  çek tədavülünün tənzimlənməsində ilk mərhələ olmuşdur.
"Dövlət özəlləşdirmə opsionlarının buraxılışı, tədavülü və silinməsi Qaydaları"na uyğun olaraq 
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2000-cə il  
yanvarın 17-dən aprelin 17-dək xarici sərmayəçilər tərəifndən əldə edilmiş, lakin istifadə
olunmamış dövlət özəlləşdirmə opsionlarnının qeydiyatı keçirilmişdir. Üç ay ərzində 17.702.192 
ədəd opsion qeydiyyata alınmışdır.
Dövlət özəlləşdirmə opsionlarının sahiblərinin 61-i hüquqi şəxs və 1-i fiziki şəxsdir. QKDK-da 
qeydiyyatdan keçirilməmiş və Milli Depozit Mərkəzində saxlanılan silinmiş opsion 
şəhadətnamələri üzrə qalıq 53397 ədəd və xarici investorlar tərəfindən deponentləşdirilmiş 
opsionların sayı 152.500 ədəd təşkil etmişdir.
QKDK-nın məlumatına görə 01.01.2000-ci il tarixinədək 19 mln. opsion satılıb. Opsion satışından 
dövlət büdcəsinə 52,44 mlrd. manat vəsait daxil olub. Bütün opsionların 17 mln. 883 mini (94,1 
faizi) hələ dövriyyədədir.1997-1999-cu illər ərzində səhmdar cəmiyyətlərinə çevrilmiş orta və iri 
müəssisələrin səhm hissələrinin satışı üzrə 53 pullu hərrac keçirilib. Həmin hərraclarda 254 SC-nin 
ümumi dəyəri 47 mlrd. manatlıq səhmləri satılıb. Özəlləşdirməyə çıxarılan 966 SC-dən yalnız 176-
nın səhmləri tamamilə satılıb. Qalan 788 SC-nin pul hərraclarına çıxarılan səhmlərindən heç biri 
satılmayıb. Xatırladaq ki, səhmdar cəmiyyətlərinin səhmlərinin 30 faizi pul hərraclarına 
çıxarılır.1999-cu ilin noyabrın 15-də keçirilən 53-cü pullu hərracda 60 SC-nin səhmləri satışa 
çıxarılsa da, yalnız birinin - "Bakı Taxıltikinti" SC-nin səhmləri satılmışdır. Ümumiyyətlə, 1997-
1999-cu illər ərzində keçirilmiş bütün açıq çek və pul hərracların və qapalı abunə yazılışı vasitəsilə
yaranan səhmdarların sayı ölkə əhalisinin 1 faizindən də azdır. Həmin proseslərdə əmək 
kollektivlərinin qanuni hüquqları bir çox hallarda pozulub.
Özəlləşdirmə prosesinin nəticələrinin ümumi qiymətləndirilməsinə gəldikdə isə, ölkədə iqtisadi 
islahatların gedişinə bilavasitə məsuliyyət daşıyan şəxslərdən biri - prezidentin iqtisadi məsələlər 
üzrə müşaviri i.e.d.,prof. V.Axundovun münasibətini qeyd etmək kifayyətdir: "İndiyədək 
özəlləşdirilən müəssisələr elə bil quyunun dibinə atılıb. Orada heç 20% gücündə işləyən müəssisə
qalmayıb... Müəssisələr potensial investora yox, faktik olaraq alverçiyə verilib".* Bununla əlaqədar 
olaraq DƏK sədrinin sabiq müavini f-r.e.d., professor B.R.Nuriyev qeyd edirdi ki, "doğrudur əksər 
sənaye müəssisələri özəlləşdirildikdən sonra gözə çarpacaq bir irəliləyiş əldə etməyiblər.Lakin 
bunun səbəbi həmin müəssisələrin doğru və ya yalnış özəlləşdirilməsi deyil, tamamilə başqa 
səbəblərdir ki, bunların da başında hazır məhsul bazarının olmaması durur."*
Fikrimizcə, hər iki yanaşmada özəlləşdirmədən sonra müəssisələrin acınacaqlı vəziyyətə düşməsi 
qənaəti aparıcı xətt təşkil edir. Səbəblərə gəlincə, onu başlıca olaraq  hazır məhsul bazarının 
olmaması ilə izah etmək, özəlləşdirmə ilə əlaqəli amillərin təhlil obyektindən  kənarda qalmasına 
gətirib çıxara bilər.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə